Elşad Xanbudaqlı
_________________________________
Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.
Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.
Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
Həmin insanların həyatı, işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Yaşadıqları ömürləri mənalı və şərəfli, başları dik, həmişə ucalarda olur. Bu cür insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.
Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Vətən üçün yaşanan ömür, əsl insan ömrüdür.
Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.
Bu cür şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda – Ağdam, Zəngilan, Füzuli və Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında iştirak etmiş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuş,Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Abdulla oğlu Məmmədxanlı kimi...
Üç sözlə ifadə etsək: xeyirxah,vətənpərvər,qədirbilən…Bu amal, bu istək, sanki, bir ömür boyu Nurullah müəllimin ruhuna, qəlbinə hopmuş,hər anında onunla yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işıq tutmuşdur.
Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan bu insan həmçinin, həyatının hər bir anında məhz belə olmağa çalışıb.
Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Onun ömür yolu,- əsrlərdir Qafqazın qoynunda mətin, mərd, əzmkar insanları ilə baş-başa,çiyin-çiyinə qoşa dayanan Balakəndə,dünyaya göz açdığı torpaqdan, ailəsindən,ocağından güc alır.
Əlbəttə ki, bütün bu müsbət səciyyəvi xüsusiyyətlər,onun istedadından və işıqlı gələcəyindən xəbər verən detallardan olmuşdur.
Bu günə kimi fəaliyyət göstərdiyi polis orqanlarında qeyri-adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.
Ən əsası odur ki, Nurullah müəllim əsl ziyalı, gözəl insandır.
Hamının dərdinə şərik olan, halına yanan bir insan.
Bu çətin dünyamızda mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt–üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keyfiyyətlərə malik ləyaqətli insanların varlığını hiss etmək, sözün həqiqi mənasında özü də bir təsəllidir.
Nurullah müəllimin bu günə kimi vətən və dövlət qarşısında göstərdiyi layiqli xidmətin müqabilində qazandığı uğurlar, əldə etdiyi müsbət nəticələr, işinə məsuliyyətli yanaşma düşüncəsi,bu cəsur insanın parlaq keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla münasibət bildirməsi, daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.
Dövlətin etimadını qazanmaq,vətənə sədaqət, göstərilən yüksək xidmət,ictimai münasibətlərin fonunda asayişi təmin etmək, tapşırılan göstəriş və təlimatları yüksək peşəkarlıqla yerinə yetirməyin şərəfini daşımaq məsuliyyətlidir.
Şərəf və Ləyaqət adlı məfhumun Azərbaycan xalqının milli –mənəvi dəyərlər sistemində bir etalon olduğu, bu sözlərə ehtiram və diqqətlə yanaşılmasının çox qədim, həmçinin zəngin ənənələri var.
Çünki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində Şərəf və Ləyaqət sözünün,həmişə ali həyat məramı olub.
Ləyaqətli və Şərəfli insanlar, həm də xalqımızın adət və ənənələrinin qoruyucusu, gənc nəsilə ötürücüləridir.
Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu şərəfli insanlar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.
Bu tip şəxsiyyərlər məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı çatan insandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki, insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.
General-mayor Nurullah Muradxanlı da ziyalı, mədəni, yüksək şəxsi keyfiyyətləri ilə seçilən insan olmaqla paralel, həmçinin respublikanın hüquq-mühafizə orqanlarının ölkədə asayiş və qanunçuluğun qorunması və mühafizəsinin inkişafı, təşkilində müstəsna xidmətləri ilə yadda qalan peşəkər zabitlərdən, bu günə kimi rəhbərlik etdiyi sahədə uğurlu xidməti tapşırıqlara imza atan, sağlam ictimaii mühitin formalaşmasında əvəzsiz rolu olan şəxsdir.
Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən general-mayor Nurullah Muradxanlının daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı xidməti uğurlarında,dövlətçlik maraqlarının qorunması istiqasmərində atdığı addımlarında doğru-düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətə layiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
P.S.Biz həmçinin Azərbaycan daxili işlər orqanlarının yaranmasının 107-ci ili və Peşə Bayramı Günlərində general-mayor Nurullah Muradxanlının timsalında, respublikanın polis orqanlarında çalışan, şərəfli zabit peşəsini davam etdirən, vətən və xalq qarşısında vətəndaşlıq borcunu layiqlə yerinə yetirən bütün insanlara bundan sonrakı fəaliyyətlərində daha uğurlu işlərin həyata keçirilməsini arzulayırıq.