Elşad M.Turan
_________________________________
Giriş yerinə
Bu gün doğurdan da Şərq – Qərb paralellərinin tərs -mütənasib müstəvisi üzərində Yeni Dünya Nizamı üçün çoxgedişli pərdəarxası planların tendensiv inkişaf dinamikası durmadan artmaqdadır.
Sözügedən planlar üçün ştrix və detalların görünməyən tərəfləri,Sərvət, Güc və Hakimiyyət üçbucaqı işarəsi altında daha çox ehtiva olunandır.
Hazırki real,köhnə,yeni dünyanın rəng palitrasını tünd boyalarla daha da zənginləşdirib, siyasi avantüra maşınını tam gücü ilə işə salınması,məhz adıçəkilən məsələnin yüksələn xətt üzrə dinamik,sürətli həlli üçün hesablanmışdır.
Nəhəng piramidanın dördüncü sütunu arxasında dayanmış qlobal pərdəarxası maraqlar,hətta bu müdhiş planlardan ötrü Yer kürəsini total fəlakətlərə sürükləməkdən belə çəkinmirlər.
Bəs görəsən dünyanı gözlənilən fəlakətlərin bu tip durmadan artan dəhşətlərindən kim xilas edəcək; Tanrı, İnsan yoxsa Şeytan ??? (!!!)
Mənfi emosiyalarla zəngin( zənginləşdirilmiş) dünya
Hazırkı günümüzdə ədədi və həndəsi silsilələrlə artıb çoxalan,böyük riyazi kök altına düşmüş və bu kökdən çıxa bilməyən zidiyyətli suallar,həmçinin bu sualların cavabları hələ də sual olaraq qalmaqdadır.
Bu da sözügedən paradoksal gərginlik üçün faydalı iş əmsalına çevrilmiş pərdəarxası planları və həmən planların görünməyən tərəflərini,artıq siyasi tektonikliyi ilə daha çox təhlükəli xarakter almağa doğru sürükləməkdədir.
Bu akt, get- gedə bəşəriyyətin gözlənilən təhlükələrə həmilə qalma riskini,bir qədər də artırmaq iddiası ilə daha çox müşahidə olunun seqmetntleri ilə seçiləndir.
Çünki,artıq üzərində dayandığımız Yer Evinin fiziki qurluşu dəyişdirilmiş,kimyəvi tərkibi qatılaşdırılıb korlanmış,siyasi vəziyyəti fabrikasiya yolu ilə fokuslaşdırılmış,iqtisadi çəkisinin tarazlığı tərs-perpendikulyar müstəvidə itmiş,sosial yükü qiyamçı,həm də etirazçı kütlə şəklini almağa əyilmiş, riyazi əmsalı büsbütün pozulmuşdur.
Bununla paralel,Yeri nəzarətdə saxlayan yüksək informasiya texnologiyaları üzrə kibernetik multimodel sistem,mənfi emosiyaların artan təsir imkanlarını daha da genişləndirmiş,bu da böyük insan toplumlarının dəhşətli affekt halına düşməsi üçün əsas səciyyəvi cəhətlərdən birinə çevrilmişdir.
Alınmış nəticələrin yüksək təhlükəli faizlik dərəcəsi göz qabağındadır; sözügüdən böyük insan toplumunun gərinlik içərisində yaşama faktoru,artıq elə bir riskli zonaya qədər sürüşüb (sürüşdürülmüş ) gətirilmişdir ki,onu əvvəlki sabit,start vəziyyətinə qaytarmağın yolu özü mənfi aktiv tektonikdir.
Hələ bu azmış kimi planetin atom və neytronlarla zənginləşdirilmə aktivliyi də xaotik inkişafın mərkəzdənqaçma meyillərinə sanki təkan vermiş,süni iqlim dəyişmələri,ətraf aləmə irticaçı müdaxilələlər,süni zəlzələlər,sunamilər,qasırğalar,yağışların əmələ gətirilməsi riski, harmoniyası pozulmuş planetdə qarşısıalınmaz fəlakətlərin baş qaldırması həyacanını yaşatmaqdadır.
Radiaktiv elementlərin zəngin xassəli mənfi enerji yükləri bu gün dünyanı daha çox düşündürən məsələlərdəndir. Bu dağıdıcı yad təsirlərin mümkün aktivliyi,sabah dan yerinin söküləcəyini və günəşin yenidən doğacağını şübhə altına qoyur.
Şərq-Qərb paralelləri müstəvisində toqquşan qlobal maraqlar
Bunu da qeyd etmək yerinə düşəndir,Yer kürəsinin coğrafi-siyasi vəziyyətinin təzadlı rəng çalarlarındakı qabarığlıq,qlobal proseslərin tərs-mütənasiblik əmsalını daha da artırmağa meyilləndirmişdir.
Çünki, Şərq- Qərb paralelləri müstəvisində hələ də alovlanan(alovlandırılan)məhəlli şəkilli(lokal) müharibə ocaqlarının aktiv fazaya keçməsi,sabah total fəlakətlərin baş verməyəcəyi ümüdini artıq öz odu ilə külə çevirmişdir.
Bu qorxulu tendensiv faktor,sonun başlanğıc qapılarından içəriyə daxilolma şansını qırmızı, qara xətlərlə yarıb keçməkdədir.
Daha dəhşətlisi,pərdəarxası planların sifarişçiləri adıgedən fəlakət sindromundan maraqları konteksində təsiretmə imkanlarını artırmağın qayğısına qalmaqdadır.
Çox incə düşünülmüş və tektonik təhlükəli bu tip planlar,yuxarıda göstərdiyimiz kimi artıq dünyanın siyasi, iqtisadi, hərbi çəkisindəki tarazlığı qeyri-müəyyən müstəviyə keçirə bilmiş, bu sayaq mənfi aktivlik tonusu,iri hərbi silkələnmələrin dəhşətli bir dizbalans əmələ gətirməsinə mənfi impuls verən işarələrin sipmtomları kimi təzahür edəndir.
Beləki,bu günki dünyanın siyasi və iqtisadi mənzərəsinə təhlili müstəvidən yanaşanda, baxış bucağımız vahiməli bir tendensiyanın şahidinə çevrilmək zorunda qalır;çünki,düşünülmüş və süni şəkildə artan(artırılan)qlobal iqtisadi,siyası və iqlim böhranları,dünyanı öz ağuşuna alıb getməkdədir.
Dünyanın siyasi dizayınındakı qarşısıalınmaz tektonik çatlar
Ardınca, geopolitik yerdəyişməlrin vulkanik od püskürmələri də Yer kürəsinin siyasi xəritəsində qarşısıalınmaz çatların əmələ gəlməsinə sanki sürət və vüsət verməkdədir.
Beləcə,getdigcə beynəlxalq müstəvidə dövlətlərarası siyasi,iqtisadi və diplomatik münasibətlərin antipatik artan mənfi inkişaf dinamikası,heç də xeyirli sabahlardan xəbər verməyən amillərdən hesab ediləndir.
Bu amili,yeni bir total hərbi qarşıdurmaya çevriləcək şiddətli alovun sönməyən qığılcımları kimi də təcəssüm etdirmək lap yerinə düşəndir.
Çünki,pərdəarxası qlobal maraq sahibləri,riyazi sonluğu olmayan sərvətləri böyük gücə çevirərək,düşünülmüş bir çəkisizlik sindromunu forma və məzmun pozası almağa əndişələndiriblər.
Bu format,həm dünyanın hazırki real vəziyyətinə tam nəzarəti həyata keçirmək,həm də lazım gələrsə bəşəriyyəti hətta,daha ciddi fəsadlara yuvarlatmağa yönəlik bir işlək mexanizm kimi də diqqətçəkəndir.
Əyri və kor bucaqlar altından görünən dünya
Dünyaya bu sayaq əyri və kor bucaqlar altından yanaşma tərzi,yəqinki bəşəriyyət üçün daha çox kədərli və hüzün vericidir.
Həm də ona görə kədərlidir ki,insan üzərində dayandığı Yer Evinə,içində yaşadığı dünyaya , ən nəhayət özünə də qarşı çıxaraq,ədalət adlı formulun zaman və məkana qərar verilmiş(hesablanmış) inkaasını inkar,bu ümumbəşəri missiyianın rədd etmə iddiasını iqrar etməyə çox iddialıdır!(?)
Bu ümumbəşəri məsələlərə düz və iti həndəsi bucaqların vahid baxış prizmasından nüfuz etdikdə,qaranlıqları yaran aydınlıq,artıq qloballaşan(qloballaşdırılmış) dünyanın qloballaşan problemləri ilə ümumbəşəri maraqların tərs-mütənasibliyi arasında qazılmış(qazanılmış), lakin üstü çox zəif örtülmüş dərin,dibsiz uçrumun ayaqlarımız altında,burnumuzun ucuna toxunacaq qədər yaxın olduğuna şübhə yeri qoymur.(!)
Acınacaqlısı da budur ki, bu gün dünyanı vahid şəkildə idarə etmək məqsədi güdən açıq-gizli qlobal güc mərkəzləri,(ABŞ və bir sıra Qərb ölkələri,həmçinin NATO və digər hərbi bloklar müstəvisində-E.M.Turan) öz bulaşıq,bəşəriyyətin maraqları ilə üst-üstə düşməyən məqsədlərini gerçəkləşdirmək üçün mənfi yükə malik,iri miqyaslı,əhatə dairəsi böyük radiuslarla ölçülən bir sıra proqramları da düşünüb hazırlamağa macal tapa biliblər.
Qlobal pərdəarxası güc mərkəzlərində hazırlanan gizli proqramlar
Həmən proqramlar doğurdan da iri həcmli,qlobal şəbəkələrə malik,zəngin spesifik xüsusiyyətləri ilə seçilən,çox güclü fəaliyyət növlərinə aid proje növü hesab ediləndir.
Onları həmçinin geniş multi təsiretmə imkanları ilə fərqlənən layihələr toplusu da adlandırmaq olar.
Məhz elə bu günki dünyanın siyasi,iqtisadi,mənəvi,psixoloji mənzərələrlə dolu həyatı da sösügedən bu layihələrin parametrləri çərçivəsində güclü müdaxilələrə məruz qalır və dəhşətli aşınmalarla müşahidə olunur.
Bəs çox maraqlıdır,adıçəkilən bu layihələr toplusunun əsl mahiyyəti nədən ibarətdir ki,bu qədər geniş əhatə dairəsi ilə seçilir,hətta dünyanı öz qlobal şəbəkə toruna salmağa da müvəffəq olur.(?)
Açığı,sözügedən layihələr toplusundan ibarət həmən idarəetmə proqramları,insanların adi vəziyyətlərdə üzə çıxarmağa qadir olmadığı,lakin ən dərin qatlarda belə gizlənmiş hisslərin oyanıb üst qata gətirilməsinə həmçinin daim aktiv şəkildə saxlanmasına hesablanmış çoxşaxəli şəbəkələr növüdür.
Bu proqramların əhatə dairəsi və ölçü predmetləri o qədər zəngin,o qədər rəngarəngdir ki, onları ifadəetmə tərzi sözügedən layihələrin çevrəsi daxilində dəfələrlə kiçilməyə məruz qalandır.(!)
Gəlin bir anlığa da olsa düşünək; bu gün bütün dünyanı öz əsirinə çevirmiş idman,musiqi,kino və seks,şou xarakterli oyunlar,növbənöv tv-lər,internet,sentimental reklamlar,lyuks həyat,bahalı maşınlar,gözəl qadınlar,meqapolislərə layihələndirilmiş möhtəşəm şəhərlər,alkoqol,siqaret,narkotik və s. kimi vasitələr biz insanların həyatında hansı rola və statusa malikdir!(?)
İnsanlar niyə məhz, zaman anlayışının günə çevrilmiş anlarını məmuniyyətlə,hətta könüllü olaraq bu vasitələrə xərcləməyə daha çox can atırlar. (?)
Adıçəkilən vasitələrdə bu qədər enerji gücü hardandır ki,insanı özündən çıxarma həddinə çatdırıb,əvəzində uzun müddətəöz güclü multi təsirlərinin əhatə dairəsində saxlamağa müvəffəq olur.(?)
Dəyişən(dəyişdirlən) dünyanın üstünü örtən qalın qara pərdələr
İnsan adlandırılan güclü energetik,biloloji,əqli varlığın bir o qədər də qeyri-adi hisslərə malik şüurlu təxəyyül və inttelektli canlı olduğunu nəzərə alsaq, o zaman Yer kürəsinin və bəşəriyyətin vahid şəkildə idarə olunması üçün proqramlaşdırılan adıgedən layihələr toplusunun hansı geniş diapozana malik,bəzən insan şüurunun əhatə dairəsini də yarıb keçməyə güclü vasitə olduğunun mahiyyətini maraqlarımız konteksində təhlil etməyə bir daha özümüzdə güc tapmaqa çalışarıq.
Beləcə,bu gün bəşəriyyət,vahid proqram şəklinə salınmış həmən adıçəkilən metod və vasitələrlə əsas məqsəddən yetərincə uzaq salınır,əvəzində isə qara pərdələrlə üstü örtülmüş kirli və bulaşıq maraqlar gizlincə üzə çıxarılır,ardınca hədəfə doğru çox rahatca istiqamətləndirilən poza alır.
Onlar həmçinin,Yerdənkənar və Yerətrafı obyektləri tədqiq etməyə hesablanmış NASA kimi güclü bir astronomik mərkəzin qlobal əhatə dairəsi ilə dünyanı daim gərginlikdə saxlamağa müvəffəq olurlar.
Hazırkı dünyanın dizaynını bu şəkildə,bu ampulada idarə etmək üçün,pərdəarxası həmən güc mərkəzləri,bu proqramın hər gün, anbaan daha da zənginləşdirilməsinə,yüksək, son modern rabitə texnologiyalarına uyğun parametirik mahiyyət kəsb etməsinə,indviduallığına, həmçinin, bu proqramları sürətlə, dəyişən (dəyişdirilən)( dəyişdirdikləri) (dünyanın) davamlı və mərhələli müstəvilərə keçirib, gündəmdə qalmasına iri pullar xərcləməkdən belə çəkinmirlər.
Bu Proqramların gerçəkləşdirilməsində( daim aktiv poza almasında )onların cox yüksək hazırlığa malik və adıçəkilən proqramları sürətlə yayan,Yer kürəsinin müxtəlif coğrafiyalarına uyğun tətbiq etməyi bacaran,beynəlxalq etiketli, dünya miqyasına hesablanmış,tam standartlara yönəlik,master- klass kastinqlər keçmış yerli və xarici nümayəndələri(emissarları) (onlar müxtəlif assosasiyalar,cəmiyyətlər, təşkilatlar, icmalarda birləşib bu missiyanın daşıyıcısı rolunu özlərində ehtiva edirlər-Elşad M.Turan)vardır.
Bu qlobal proqramın icraaçıları dünyanın istənilən ölkəsinə göndərilib və onlar fəaliyyətlərini bu gün də olduqca peşəkarcasına davam etdirirlər.
Maraqlısı da budur ki,qlobal maraqlara hesablanmış bu tipli idarəetmə proqramları, dünyanın hazırki düşdüyü bu vəziyyətindən çıxmasını və nəzarətdən qaçmasının şansını artıq sıfra endirmişdir.
Çünki,hazırda böyük insan toplumları elə bir qlobal şəbəkə toruna salınıb ki,artıq bu toru yırtıb çıxmaq,insanın iradəsinin,onun fiziki və psixoloji gücünün əhatə dairəsi xaricindədir.
ABŞ və Qərb ölkələrinin beyin mərkəzlərində insanın üst və alt şüur qatına təsir edən xüsusi xidmət texnologiyaları
Beləki, ABŞ-ın və digər qərb ölkələrinin bir sıra Beyin Mərkəzlərində insanın üst və alt şüur qatını,həmçinin onun idrakını,daxili aləminin bütün spesifik xüsusiyyətlərini,əlamətlərini öyrənən xüsusi təsisatlara malik,təyinatlar üzrə aktiv fəaliyyət göstərən institutlar tam gücü ilə işləyirlər.
Adıçəkilən bu tip xüsusi təsisata malik mərkəzlər,sözügedən pərdəarxası maraqların qlobal sifarişlərinin icraatında tam fəaliyyət göstərir,davamlı analiz,araşdırmalarını aparırlar.
Elə yuxarıda adını çəkdiyimiz Ümumdünya Bahid İdarəetmə Proqramının xüsusi ilə hazırlanmasında,üstəlıik,bu proqramı tətbiqetmə idarəçiliyinin hüquqi status almasında,əsas iqamətgahları ABŞ və aparıcı qərb ölkələrində yerləşən həmən mərkəzlərin ən kiçik ölçülərə belə hesablanmış yüksək,hətta üzərində məxfi qriflə işarələnmiş rəyləri ilk növbədə əsas götürülərək,xüsusi xidmət və işlək mexanizm şəklində icraata ötrülür.
Daha sonra uzun müddətə tətbiq edilməsi üçün yüksək yarlıqla qəbul edilir,ardınca da ixracat üçün dünyanın istənilən yerinə“eksport” olunur.
Beləliklə,məntiqi düşüncəmizin,sağlam siyasi təfəkkürümüzün ən incə detalları belə təhlil edəcək əhatə dairəsinə söykənsək,bu zaman yaşadığımız dünyanın vahid nöqtədən idarə etmək məqsədi güdən pərdəarxası güclərin bəşəriyyətin çiyninə Atalant ağırlığna bərabər qorxunc,hətta dağıdıcı yük qoyduğunun şahidi olarıq.
Çünki,bu gün sözügedən pərdəarxası güc mərkəzləri,dünyanın coğrafi-siyasi, iqtisadi-coğrafi,sosial-iqtisadi, hərbi-siyasi, mənəvi-psixolji vəziyyətinə qatmaqarışıq siyasi rənglərin dağıdıcı təsir vasitələri ilə çox güclü nüfuz etməyi bacarıblar.
PərdəArxası güc mərkəzlərinin dünyanı qorxu altında saxlayan avantüra maşınları
Təhlili düşüncələrimiz bunu da deməyə əsas verir ki,adıgedən güc mərkəzləri öz gizlinlərini daha çox avantüra şəklində planlaşdırmaqla, daha çox məqsədlərinə çatmaqa çalışırlar.
Bu da Yer kürəsinin siyasi mənzərələrlə dolu həyatını qlobal şəbəkələr toruna salınmasından,gələcəkdə isə nəticəsi daha çox fəlakətlərlə dopdolu olan hadisələrin yaşanacağından xəbər verən amillərdəndir.
Onlar ABŞ və bir sıra qərb dövlətlərinin maraqları konteksində, həmçinin bu ölkələrin xüsusu xidmət şəbəkələrinin arxasında əlverişli mövqe seçərək, bəşəriyyəti daim qorxu və təhlükələrlə təhdid edib,onu gərginləkdə saxlayaraq,siyasi-iqtisadi,coğrafi-siyasi idarəçilik məqsədlərini gerçəkləşdirməyə hər vəchlə maraqlıdırlar.
Bu üzdən də, gərək hazırki günümüzdə,dünyanın düşünər insanları, bəşəriyyətin bu mənfi tendensiyalar fonunda girova çevrilməsini görə bilisinlər və bu mənfi yüklərdən dünyanın xilas olmasına maraq göstərsinlər.
Ardınca da,yalnız ümumbşəri maraqlara xidmət edən söz sahibləri, bu açıq və gizli planların ən incə tərəflərini aşkara çıxardıqdan sonra,bəşəriyyəti gözləyən təhlükələrdən,həmçinin böyük insan toplumlarının ətrafında baş verən çirkili və məkrli siyasi oyunlardan xəbərdar etsinlər.
Yoxsa hər şey hər an nəzarətdən çıxar,fəlakət qopar,insanın Yer kürəsinin üzərində yaşamaq üçün qurmuş olduğu dünya bir andaca uçar (!)