Elşad M. Turan
________________________________
Soyuq yağışlar yağır,
günlərdir,-
qara,qapqara gözlərindən,
kədərim,
sevincim, həmdəki,
sevdiyim
payızın,..şimal küləklərinin
ağzında
qovulmaqdan hək düşən
boz,
qara buludlar, indi şəhər
üzərində
dolaşır sərgərdan-sərgərdan,
yurdsuz
yuvasız,taleyindən küsmüş
adamlar
kimi, sanki qara çətir
tutublar
şəhərin başı üzərində,soyuq
yağışlarsa
yağır dayanmadan,
şəhərin
neft və qan qoxusu gələn
üstünə;
günlərdir, aramsız-aramsız,
insafsız,
navalçaları döyəcləyir damcıları
necə
də, bərk-bərk,acıqlı,
hikkəli,
yoxsul, ehtiyacın əsiri
kiçik
adamların kasıb, həmdəki
soyuq,
içi bumbuz, soyumuş
mənzillərinin
daman damlarını bir də,
şəhər
büs-bütün islanmış, göydələnlər
soyuqdan
üşüyən yuvasız quşcığazlar
kimi
necə də sığınmış bir-birinə,
heç
möhtəşəmliyindən belə
indi
əsər- əlamət də qalmamış,
günlərdir
yağan yağışın əlindən,..
sanki
ənlik-kirşanı yuyulub
getmiş,
əndamı yandırıb, yaxan,
forslu
qadınlar kimi çox cansıxıcı
olublar,
eləcə soyuq yağışlar yağır;
günlərdir,
aramsız, dayanmadan,qara,
qapqara
gözlərindən;kədərim,
sevincim,
həmdəki sevdiyim payızın,..
bir
də, bir də indi sevgisiylə
məndən
çox uzaqlarda qalan qadının
baxışlarında
düyünlənib,gizlənmiş bir
ovuc
qüssənin içindən boylanan,
əbədi
və ruhani duyğuların,..
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi