Elşad M.Turan
____________________________________
Ruhumda sevdiyim
Qafqazın
havası var;bəzən göylərə,
göy
tanrıma aparır savaş
ruhumu,
bəzən də yer altından
axan
çayların sakit,lal
sularının
dərinliyinə baş vurmağa
hey
dartır məni,torpaqdan
ucalan
möhtəşəm,başı qarlı
dağları,
insanları çox vüqarlı,
əyilməz,
göy sevdalı,göy tanrımın
zəfər
əsgərləri;o zaman
şərin
buralarda nə işi var,
təzə-
tər, hələ əl dəyməmiş,
bakirə
qızların sinəsi kimi
dimdik
yamacları,sanki dağlarının
nazlı
yarı,al,qırmızı çiçəklər
əsrarəngiz,
füsunkar, gözəllikdən bir
mənzərə
yaranmış,..barıt qoxulu
havası
ciyərlərimə hopmuş,
doğmalaşmış,
həmdəki daşlaşmış,..bir
bax,
özünü necə də sevdirməyə
nazlanır
indi,bahar küləkləri
hər
əsdigcə,yaz yağışları hər
yağdıqca,
damcılar yam-yaşıl
ağaclarının
bakirə yarpaqlarını
yuyub,
daradıqca,..bu mənzərə
müqəddəs
savaşların,al bayraqların,
zəfər
bayraqlarının, biz istəyən
bayraqların
bir gün sinəsindən
qalxacağının
və əbədi,nəhayətsiz,
yer
üzündə dalğalanacağının
xəbərini
verir mənə;ruhumu saran,
sevdiyim
Qafqazın bu günki havası
sanki,
bu hava, barıt qoxulu
ətriylə,
ruhumu daim oyaq,ayaqda
saxlayan
göy sevdalı,hər zamankı
savaş
havasıdır, doğurdan
da
elə bil;əbədi,nəhayətsiz,
tükənməz,.....................