Haqqımızda

ForPost,- bu bir analitik portaldır!!! 

Bu portalı təsis etməkdə əsas hədəfimiz, kəskin siyasi boyalar və rəng kontrastları ilə zəngin hazırki dünyanın siyasi müstəvisi üzərində baş verən prosseslərin, nəhəng media maşınınlarının çarxında(fırladılıb) (fırlatdıqları) (PərdəArxası Qlobal Söz və Güc Sahiblərinin əlbəttə sifarişləri əsasında) informasiya şəklində xəbərə çevrilib, həmən xəbər formatında da sürətlə ötürülməsi qarşılığı olaraq,  ölkəmizin milli və dövlətçilik maraqlarına yönəlik informasiya təhlükələrinə cavab verə biləcək bank informasiyası formalaşdırmaqdır!!! Üstəlik, bu təhlükələrin qarışıq qabarıq fonunda informasiya təhlükəsizliyimizi qorumaqdır.Çünki hazırki zaman çevrəsində informasiyanın tək iri siyasi maraqları ifadə etməsi ilə deyil, həm də  faydalı iş əmsalına çevrilən biznes növü  kimi də diqqət çəkən olması düşündürəndir!!! 

Bu üzdən də bizi oxuyacaq və izləyəcək Azərbaycan insanına dünyanın hazırki siyasi dizaynı  üzərində   sürətlə dəyişən prosseslərin  xəbər şəklində nizama salınıb, arxasınca  həmən xəbərin doğru, həm də tərəfsiz informasiya şəklində zamanında çatdırmasına müvəffəq olmaqla paralel, üstəlik, həmin informasiyanın milli maraqlarımzla üst- üstə düşməsini də təmin etməyə auditoriyanı inandırmaqı, əsas  məqsədimizdən biri kimi  vəzifə borcumuz hesab edirik.

Bunu dademək yerinə düşəndir ki, bu gün hadisəni xəbərə çevirmək nə qədər asandırsa,  lakin həmən hadisənin alt qatdakı mahiyyətini üst qata çılpaqlığı ilətəhlili müstəvidə çıxarmaq, bir o qədər çətin və məsuliyyətli işidir.Əlbəttə,  hadisənin , həm də sürətlə baş verən prosseslərə  media mənsubunun  yanaşma tərzi peşəkarlıq tələb etdiyindən, burada  sağlam təfəkkürə, iti məntiqi düşüncəyə sahib çıxmaq vacib amillərdən hesab ediləndir.Bu aspektən də,  biz ForPost komandası, publikaya peşəkar bir medianı  informasiya müstəvisi üzərində təqdim etməyə çalışacağıq. Həmçinin,  hər gün, hər saat sürətlə dəyişən ( dəyişdirilən) ( idarə edilən) prossesləri zamanında görüb təhlil etmək, həmən prossesi  tərəfsiz informasiya kimi  diqqətli və tələbkar auditoriyaya  ötürməyin  həm məsuliyyətli, həm də risk sevən olduğunu da yaddan çıxarmayacağıq.

Xəbərə çevrilən hadisələrin  dinamik inkişaf mərhələsinin, çox zaman  dünyanın geosiyasi və geostrateji dizaynını cizan iri dövlətlərinuzun müddətli maraqları müstəvisində özünü ehtiva etdiyini nəzərə alsaq,  hazırki  paradokslarla yaşanan  dünyanınsiyasi, Iqtisadi, strateji və s. rəng palitrasını da düzgün seçməyin dəqiqlik tələb etdiyini  qiymətləndirmək  diqqətçəkən detallardandır.

Beləcə ForPost,- komandası olaraq  başladığımız bu işi vicdanla, jurnalist peşəkarlığına söykənərək, Azərbaycanın milli maraqlarınatam cavab verən media müstəvisində sərgiləməyi qarşımıza məqsəd kimi qoyuruq. Bizi izləyin, oxuyun və daha peşəkar çalışmağımıza dəstək olun !!!

  Elşad M.Turan 

ForPost-un qurucusu və rəhbəri


фильмы бесплатно