A.Məmmədov
________________________________________
Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi Birliyi (AİB) Baş nazirlərinin görüşü üçün Ermənistana səfər etməzdən öncə İranda oldu və orada İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşdü.
Məlumata görə, Aref həmin görüşdə Zəngəzur dəhlizi məsələsi ilə bağlı Rusiya ilə müzakirə etdiyi müxtəlif fikirlər haqqında danışıb və İranın bu məsələlərdə də Rusiya ilə işləməyə hazır olduğunu bildirib. İranın birinci vitse-prezidenti təkrarlayıcı bəyanatla çıxış edib. “Biz vurğulayırıq ki, sərhəddəki hər hansı dəyişiklik qeyri-sabitliyə gətirib çıxaracaq və qeyri-regional güclərin sui-istifadəsinə yol açacaq”, - deyə o qeyd edib.
Niyə İranın birinci birinci vitse-prezidenti Rusiya və İranın Təhlükəsizlik Şurası katiblərinin səfərləri səviyyəsində məsələləri müzakirə etməsindən, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bir neçə gün öncə Tehrana səfər etməsindən və Rusiyanın Qafqaz kommunikasiyaları məsələsində İranla razılaşmalara sadiq olduğunu bəyan etməsindən sonra belə xırdalıqla mövzuya toxunub?
Məgər Mixail Mişustin AİB Baş nazirlərinin Ermənistanda keçirilən iclasından əvvəl Tehrana gedərək, kommunikasiyalarla bağlı İrana hər hansı bir təklif aparıb? Buna görəmi İranın birinci vitse-prezidenti Rusiya ilə fikir ayrılıqlarını müzakirə etməyə hazır olmaqdan danışır? Bu o deməkdirmi ki, əgər “fikir ayrılıqları ətrafında işləmək istəyi” varsa, Moskvanın təklifi İranın, belə demək mümkündürsə, “qırmızı xətləri”ni pozmur?
Eyni zamanda, Arefin “Sərhəddəki hər hansı dəyişiklik qeyri-sabitliyə gətirib çıxaracaq və qeyri-regional güclərin sui-istifadəsinə yol açacaq” ifadəsi maraqlıdır. İran “regiondandənkənar” təsirlərə icazə verməmək öhdəliyi olaraq kommunikasiyaların blokdan çıxarılmasının hər hansı bir rejimi halında özünün iştirakını istəyirmi? Ancaq mümkündür ki, bu hal sözügedən məsələdə İran üçün başqa bir vacib və incə aspektdə həm də vasitədir.
Əgər Zəngəzur dəhlizi açılmasa, bu, qeyd olunan əlaqəni təmin etmək üçün İrana hakim mövqe verir. Təbii ki, Tehran həm Azərbaycan, həm də Türkiyəyə qarşı oyun kartı olan bu mövqeyindən könüllü imtina etməkdə qətiyyən maraqlı deyil. Eyni zamanda, Tehran bəlkə bu gün kommunikasiyaların blokdan çıxarılmasına uzun müddət tam şəkildə mane ola biləcək vəziyyətdə olmadığını düşünür və buna görə də blokdan çıxarma rejimində özünün hər hansı bir iştirakı, yaxud zəmanəti məsələsini müzakirə etməyə hazırdır?
Hər halda Rusiya Baş naziri ilə görüşdə İranın birinci vitse-prezidentinin vurğuları maraqlıdır. Bu, xüsusilə Rusiyanın Baş nazirinin Ermənistana səfərindən əvvəl Tehrana getməsi, İran prezidenti Məsud Pezeşkianın isə bir neçə gün əvvəl özünün birinci müavininin Ermənistana səfər edəcəyini açıqlaması fonunda baş verib.