Ərtoğrul Mehdizadə,
BDU-nun filologiya fakültəsinin məzunu
____________________________________
(Bu yazını sevimli və hörmət etdiyim pedoqoq,elm xadimi,Filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevaya həsr edirəm)
O,mükəmməlliklə zərifliyin vəhdətindən doğulan sadəcə, xeyirxahlıq, mərhəmət, gözəllik kimi ali hisslərin təcəssümüdür.
Onun mənəvi dünyasının ziyasından süzülüb gələn işığ selinin qarşısında,- kamillik, bütövlük, tamlıqla cilalanan portret cizgilərini həqiqət fırçası ilə duymaq,sonra da mahiyyərinin mənası zənginliklərlə dolu qadın ömrünü bəzəyən möhtəşəmlik və mükəmməlliyin gerçək tablosunu yaratmaq, olduqca məsuliyyətlidir.
Çünki,zəngin və dolğun ziyalı qadın ömrü yaşayan bu insanın yüksək kriteriya, meyarlarla müəyyənləşən həyatı, işgüzar imici, ictimai,ədəbi, mədəni, elmi sferada qazandığı nüfuzunun çəkisi, ziyasından doğulan işığın fonunda çox parlaq əks olunandır.
Bu üzdən, həmin vacib detalları incələmək, təhlil etmək, diqqətçəkən nüanslara iti baxış bucaqından nəzər yetirərək, onları xarakterizə edib, səciyyəvi xüsusiyyətləri ilə harmoniya şəklində əlaqələndirmək və adıçəkilən keyfiyyətlərin daşıyıcı olan bu ziyalı xanımı olduğu kimi təqdim etmək bir daha yerinə düşəndir.
AMEA-nın vitse-prezidenti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmlər doktoru, professor Nərgiz xanım Paşayevanın zəngin elmi, pedoqoji, ədəbi-bədii erudisiyası, parlaq şəxsiyyəti, fərqli estetik zövqü, işgüzar, ictimai imici, fəaliyyət dairəsinin geniş radiusunu incələmək,doğurdan da valehedicidir.
Bu incə, zərif, kübar xanımın zəkasının məhsulu olan təkraredilməz işlərinin səliqə, sahmanı,dolğun və tutumluğu,məzmun səciyyəsi,aktuallığı,özünəməxsusluğu, avanqard və novatorluğu, elmi, ədəbi,ictimai baxışlarındakı zənginliyin, fərqli çalarların parametrik xüsusiyyətləri, Nərgiz xanımın təxəyüllündən süzülüb gələn yaradıcı və qurucu ruhunun sanki kainatdan güc aldığını təzahür edən detallardandır.
Onun elmi, ədəbi, bədii əsərləri ilə tanış olduqca, bu incə və zərif qadının nə qədər böyük və xeyirxah ürək sahibi olduğu həqiqəti,-qarşında gün kimi doğulur.
Bəşərilik duyğusu, dərketmə intuisyası, yenidən içinə qayıdıb mənəvi dünyasından maddi dünyaya göz qoyub, həqiqətin doğduğu anını kəşf etmək elmi baxışı, Nərgiz xanımda olduqca güclü detallarla müşahidə edildiyindən, onun özünəməxsus estetik zövqü,bəzən incə, bəzən də sakit, lal axan çay kimi bütün doğrulara rahatlıq gətirir,insanın ruhunu təzələyir.
Nərgiz xanımın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində doğurdan da onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, bu duyğusal,yüksək zövq sahibi, kübar, mükəmməl xanımın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu ölkəyə olduğu kimi təqdim edir.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Nərgiz xanım, ömrün zaman adlı məhfumunun inkaasını dəyərli anlar ilə iqrar edən hər mərhələsində əsl insan,əsl qadın,əsl ziyalı ucalığının zirvəsinə qalxmağı və bu ucalığda dayanmağı bacarmışdır.
Bu ucalığın zirvəsi, onun vətəndaşlıq pasportu, ziyalılığ amalı, xalqına verdiyi dəyər, vətən haqqındakı ali düşüncələrinin təcəssümü, insanlıq nümunəsi kimi təzahür ediləndir.
Əsl insan,- ziyasının işığından başqalarına da pay verən ali kateqoriyanın mənsublarındandır .
Professor Nərgiz Paşayeva,- həmçinin ziyasının işığını daim bölüşməyi bacaran, incə duyğular sahibi, ölkənin tanınan elm xadimi,pedoqoq, müstəsna zövqə malik, təxəyyülündəki bəşəri düşüncələri yalnız insanlıq üçün qoruyub saxlayan ziyalı qadın kimi, hər zaman diqqət mərkəzində, seviləndir !