Mehrac Əliyev:Vətən üçün yaşanan əsl insan ömrünün sahibi  yaxud  xeyirxah, qədirbilən el ağsaqqalı
Tarix: 22-04-2025, 15:44
Google+ Paylaş
Tumblr Paylaş

Mehrac Əliyev:Vətən üçün yaşanan əsl insan ömrünün sahibi yaxud xeyirxah, qədirbilən el ağsaqqalı

22-04-2025, 15:44


Elşad Seyidzadə_____________________________
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.

O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

“ Tusi“ Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədr müavini Mehrac Əliyev kimi...

Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən…Bu amal, bu istək, sanki bir ömür boyu bu insanın ruhuna, qəlbinə hopmuş, onunla addımlamış, hər anında Mehrac müəllimlə yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işığ tutmuşdur.

O, həmçinin bu günə kimi fəaliyyət göstərdiyi bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, Işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.

Ən əsası odur ki, Mehrac müəllim əsl ağsaqqal, gözəl insandır.

Hamının dərdinə şərik olan, halına yanan bir insan.

Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üstolduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanın varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur.

Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı birtoplumun içində öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun,
adının, ailəsinin saflığının – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək
adama təsəlli olur.

Mehrac müəllimin indiyə kimi işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.


Ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var.
Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub.
Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir.

Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.
Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

Cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Mehrac müəllim kimi ağsaqqallara böyük ehtiyacı vardır.

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".

Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur.

Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Mehrac müəllim, həmçinin əsl şəxsiyyət, əsl ağsaqqal, əsl insan statusu qazanmış işıqlı el adamıdır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ