Meksikanın geniş oxucu kütləsinə malik nüfuzlu “El Universal” qəzetində “Qarabağla bağlı mövcud reallıqlar və fərziyyələr” sərlövhəli məqalə dərc edilib.
Tarix: 16-12-2023, 12:49
Google+ Paylaş
Tumblr Paylaş

Meksikanın geniş oxucu kütləsinə malik nüfuzlu “El Universal” qəzetində “Qarabağla bağlı mövcud reallıqlar və fərziyyələr” sərlövhəli məqalə dərc edilib.

16-12-2023, 12:49


Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə həssas və həll edilməsi mürəkkəb konfliktlərdə hüquqi və tarixi faktların təhrifinə yol verməmək üçün dərin və peşəkar təhlillərin aparılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu baxımdan beynəlxalq analitiklərin hadisələrə qərəzsiz yanaşması əsas vəzifələrdəndir, xüsusilə indiki dövrdə xarici siyasətdə fərziyyələrə deyil, faktlara əsaslanan məlumatlara istinad etmək daha doğru addımdır.

Müəllifin fikrincə, tarixçi Jan Meyerin “Mübahisəli bağ” adlı yazısı dəqiq faktlara əsaslanmayan dezinformasiyanın bariz nümunəsidir. Belə ki, tarixçinin qərəzli yazısında qeyd etdiyi məqamlar Qafqaz regionunun ən təcrübəli ekspertləri arasında belə çaşqınlıq yarada bilər. Beynəlxalq analitikə görə, istənilən ekspert beynəlxalq arenada bu qədər diqqət mərkəzində olan bir regiona dair fikir bildirməzdən öncə Jan Meyerdən fərqli olaraq mütləq fundamental hadisələri izləməli, bilməli və öz şərhində bunları düzgün qeyd etməlidir.

Məqalə bildirilir ki, tarixi, etimoloji və etnoqrafik baxımdan Azərbaycan ərazisi hesab edilən Qarabağ regionu təxminən otuz ilə yaxın erməni işğalı altında olub. Bununla yanaşı, bölgədə yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və Qarabağda onların mədəni irsinin məhv edilməsi məqsədilə barbarlıq aktları törədilib. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb ki, bu da Azərbaycan əhalisinin 15 faizini təşkil edir. 1993-cü ildə beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnaməyə istinadən bu regionu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb və Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etmək tələb olunub. Məsələnin bu qətnamələr vasitəsilə həllini tapmaması, beynəlxalq kollektiv təhlükəsizlik sisteminin öz acizliyini nümayiş etdirməsi bu münaqişəni elə bir həddə gətirib çıxardı ki, Azərbaycan öz ərazilərini güc yolu ilə azad etməli oldu.

Talya İşcan əlavə edib ki, Jan Meyerin iddialarının əksinə olaraq, BMT missiyalarının verdiyi rəsmi hesabatlara əsasən, sentyabrın 19-da başlayıb 23 saat davam edən antiterror tədbirləri zamanı mülki erməni əhali arasında heç bir itki qeydə alınmayıb, bu tədbirlərin əsas hədəfi Qarabağdakı revanşist hərbi ünsürlər və Ermənistan ordusunun Azərbaycan ərazisindəki qalıqları olub. Bundan başqa, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdiyi kimi, Qarabağdakı erməni separatçı rejim hələ 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon Sammitinin də nəticəsi olaraq artıq çoxdan iflasa məhkum idi.

“Bütün bunlarla yanaşı, regionda yaranmış vəziyyət Qafqazda davamlı sülhə nail olmaq üçün tarixi imkanlar açır. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatından sonra hərbi qulluqçuların mübadiləsi münasibətlərin normallaşdırılması və iki ölkə arasında etimad mühitinin yaradılması üçün uğurlu addım hesab edilir. Eyni zamanda, Ermənistan hökumətinin 2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyərək, öz namizədliyini geri götürməsi Avropa İttifaqı, ABŞ və Rusiya tərəfindən sülh sazişinin imzalanması yolunda böyük irəliləyiş kimi qiymətləndirilir.

Azərbaycan ərazilərinin işğaldan tam azad edilməsi və onun beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyin bərpa olunması, nəhayət, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün maneələrin aradan qalxmasına dair ümid verir. Bu hadisə, eyni zamanda, Cənubi Qafqaz ölkələri ilə Rusiya, İran və Türkiyə kimi böyük regional güclər arasında regional iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, - deyə müəllif qeyd edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ