Possovet məkanında Rusiya ənənəvi klassik  faktoru  və ya   bu coğrafiyalarda iri geosiyasi doğuşlara hamilə qalan Qərbin nigahsız planlarının transplantasiyası
Tarix: 9-01-2022, 17:15
Google+ Paylaş
Tumblr Paylaş

Possovet məkanında Rusiya ənənəvi klassik faktoru və ya bu coğrafiyalarda iri geosiyasi doğuşlara hamilə qalan Qərbin nigahsız planlarının transplantasiyası

9-01-2022, 17:15



Elşad M.Turan
---------------------------

Rusiya,- ABŞ və Qərblə geosiyasi geostrateji gərgin münasibətlər fonunda Ukraynadan çox da narahat görünmür; çünki 2014-cü ildə bütün dünyanın gözü qarşısında Qara dənizdə alınmaz qala kimi olduqca strateji əhəmiyyətə malik Krımı qazandı və demək olar, bu hövzədə ABŞ və Qərbin NATO konteksində bütün yollarını Bağlaya bildi.Üstəlik Ukraynanın şərq vilayətlərində onun sərhədləri boyunca Donbas-Luqansk adlı münaqişəli Zona yaradıb. həm Ukraynanı. həm də Qərbin Ukrayadakı bütün maraqlarını təhdid təzyiq təhlükə altında saxlamaqa da nail oldu(!)

Bu gün Rusiyanı ən narahat edən geosiyasi amillərdən Mərkəzi Asiyada möhkəmlənmək, Uzaq Şərqlə Orta Doğunu özündən keçirən Qazaxıstan Dəhlizinin geosiyasi geostrateji seqmentlerini təsir dairəsində saxlamaq və bu coğrafiyada daha rahat daha əlverişli maneəsiz koridora sahiblik etmək maraqını gerçəkləşdirmək idi. Rusiya bunu bacardı və tarixi imperiya maraqlarının bir daha bərpasına indiki qlobal prosseslərin tüğyan etdiyi zamanında, revanş götürdü. bu planı reallışdırması qayğısına qaldı.

Artığ Rusiya Qazaxıstandadır və bütün baş verənləri öz maraqları və planları çərçivəsində idarəolunan şəkilə salınmasının qayğısına qalır. ABŞ və Qərb hələki seyriçi mövqe tutur və qismən də olsa yenə də Türkiyəni bu prosseslərin yanan alovuna tərəf itələyib. Rusiyanın göstərəcəyi dirənişin ölçü predmetini əhatə dairəsinin paremetrini sınaqdan keçirmək istəyir. Ancaq artıq gecdir; bundan sonra bu coğrafiyada Rusiya köhnə təzə imperiyanın Kreml Planlarından bol- bol. eninə- uzununa işə salacaq. davamlı oyununu oynayacaq. proseslərə nəzarət mexanizmini daim işlək. start vəziyytində saxlayacaq.

Yaxın saatlarda Rusiyanın artığ Qazaxıstana ən müasir modern hərbi elektron sistemlərini də daşıyıb gətirməsi məlumatı nəhəng media çarxlarında fırlatılmaqdadır. Bu gərgin tendesiya. bir daha göstərir ki,Kremlin hərbi-siyasi dairələri Qərbin mümkün atacaqı addımlara adekvat cavabı kimi. bütün qabaqlayıcı tədbirlərə əl atması, PərdəArxası məqsədlərininhələki görünən tərəflərindir.


Üstəlik,bu amilin Rusiyanın bu coğrafiyalarda tamam dominantlığını diktə etməsi faktoru fərqli ampuladan diqqətçəkəndir; beləki,Şərq-Qərb paralelləri müstəvisində Böyük Siyasi oyunçuların geosiyasi. geostrateji maraqları konteksində,dünyanın ən vacib coğrafiyalarını özündə birləşdirən kommunikasiya. naviqasiya səciyyəli dəhlizlər uğrunda gedən savaşlarda Rusiyanın istənilən ekstremal gərgin hərbi vəziyyət yaratması, iri maraqları olan dövlətləri bütün zamanlarda çıxılmaz vəziyyətə salıb.


Bu gün də Mərkəzi Asiyadan keçən vacib Qazaxıstan dəhlizinə sahib çıxmaq planları istiqamətində , Rusiyanın olduqca gərgin dağıdıcı ekstrmal situasiya formalaşdırmaq istəyi. ABŞ və Qərb dövlətlərinin yanan zolaq ətrafından bir az kənar durmasına zorlanmasını bir daha göstərdi. ,
Bütün bu prosseslər bir daha onu özündə ehtiva edir ki. geosiyasi və geostrateji olaraq dəfələrlə bölünmüş dünyanın təzədən bölünməsi planları, bu gün Rusiya kimi ölkələrin maraqlarından uzaq xəyalların məhsulu kimi görünəndir.


Çünki Rusiya yeganə dövlətdir ki. imperiativ maraqlarını bərqərar etdiyi zaman periodundan bu günə kimi, heç bir oyunçuya onun geosiyasi təsir dairəsində olan coğrafiyaları güzəştə getməyib.

Qazaxıstan hadisələri də bu qəbildən hesab ediləndir(!); çox güman ki. Rusiya bu geosiyasi planı çoxdan hazırlamışdı və ABŞ-da demokratların hakimiyyətə gəlişindən sonra daha çox Rusiya və Çinlə geosiyasi və geostrateji əndişələnməsi. qabaqlayıcı tədbirlərin hazırlanması fonunda olduqca diqqətçəkən detallardandır(!)


Rusiya həm də Qazaxıstan hadisələri ilə ABŞ və Qərbin siyasi nəzərlərini bir müddət Ukrayna və Krımdan uzaqlaşdırmaqa da hesabladığı ehtimal oluna bilər.


Brüssel görüşündən sonra possovet məkanına Qərbin uzanan geosiyasi əlini Sem Dayının zolaqlı şalvarının cibindən çıxarmamasına imkan verməmək təcrübəsi hələ sovetlər dönəmindən işlənən planlar seriyasındandır.


Bu aspektdən də ABŞ və Qərbin NATO-nun Şərq Tərəfdaşlığı Çərçivəsində keçmiş possovet məkanında Rusiyanı Zəif Bənd Şəklinə Salmaqa cəhd etməsi məqsədləri. görünür Rusiyanın bütün zamanlar üçün xüsusi xidmət portfelindəki planlarını bir daha işə salmağa sövq etdi və nəticəsi də Qazaxıstan hadisələri ilə sonuclandı. Bu da onu göstərir ki. Qərbin keçmiş possovet məkanında Rusiya ilə oyun oynmaq planları hər zaman fiaskoya uğrayandır.

Çünki sovetlər dağılsa da, varisi Rusiyanın imperiya maraqları hər zaman bu coğrafiyalarda qalandır. Baltikyanı ölkələri çıxmaq şərti ilə qalan regionlarda Rusiyanın təsir və nüfuz dairəsi qurması və həmin ərazilərdəki rejimlərin siyasi idarəçilərinin leqal qeyri-leal Kremlə bağlantılarının olması faktoru da bunu özündə ehtiva edən detallardandır.


Qərb sovetlər dönəmindən sonra bu coğrafiyalara geostrateji planları müstəvisində gəlsə də. ancaq Rusiyanın geosiyasi dominantlığı hələ də öz güclü təsirlərini göstərməkdədir.


Bu üzdən də Rusiyanın dünyanın gözü qarşısında keçmiş possovet məkanında istənilən manevr etmə imkanlarını genişləndirməsi heç də qeyri-adi məsələlərdən deyil.


Unutmayaq. formasiyalrdan və quruluşlardan, siyasi hakimiyyətlərin dəyişilməsindən asılı olmayaraq hər imperiativ maraqın öz tarixi dominantlığ hikkəsi və iddiası itməyəndir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ