8-02-2021, 20:59

Elşad M.Turan
------------------------------------

Qarşımdakı
sıldırım qayalar,- üstündə əlimin
çatmadığı
xoşbəxtlik; Şuşa adlı uzaq məchulluğ,
baş-
başa verdiyi xarı bülbüllə, boynu
bükük,
arxamdakı dibsiz uçrumlar,- acı həyatın
bitməyən
sonu, bakirəliyi zorlanmış dünənimizin
nəinki bu
gün, heç sabah da, əbədi qanla
yuyulmayan
ləkəsi, itmiş ləyaqət, sabaha açılan
bağlı
qapıların önündə höküm sürür
ölü
bir səssizlik, umudsuzluğdan
həkk
düşmüş son umudlar da, üfüqündə
görünməyən
günəşin solğun üzü ,sanki bir daha
üzümüzə
doğmayacağını söyləyir heysiz- heysiz,
səssiz-
səssiz, sustalmış, yorğun düşmüş, qol- qanadı
qırılmış
şəfəqləriylə, sükülməyəcək dan
yerinin
zahılıq sancısı nə qədər vahiməli, qorxulu,
zülmət
qaranlığlara hamilə qalmaq artığ çoxdankı adəti,
solumdasa
ən ağrıyan yerim,- viranə qalmış torpaq,
uçmuş
vətən, geriyə qayıdışın itmiş zamanı da ,
acı
nişanəsi taleyimə yazılan və bir daha
silinməyəcək
əbədi yazım , sağımda illərdir çaqallar
ulayır
yırtıcı- yırtıcı ,-haqqıma sahib çıxmağı ən
böyük
günahım sayır, sən demə haqqıma sahib
çıxmağım
ən böyük günah, ən böyük cəzam, ən
böyük
acım, bir də zindan divarlarıdır; köhnə,
nimdaş,
nəm iyi verən tanış mənzilim, hardadır, -
vətən
dediyimiz qısır anamız, üstü şəhid qanı
qoxuyur
mağmın canıyla, yarası hələ də sızlıdayan
məzar
daşları, içinə qan damır, damır, Tanrının
göz
yaşlarıdır elə bil, yağır, hey yağır göy
üzündən
dünən, bu gün , hələki səsimizə səs
verən
də yox; nə göydən, nədəki yerdən, Tanrı
hələki
yerdəki şeytanların nazıyla oynayır, o gün,
bu
gün, çölündə yarası qan daman məzarlar,
yanında
üsyan edir onların dul qalan qadınları;
yarımçıq
ömürlərə bir daha güc verməyəcək saralmış,
solmuş
sevgi qarışığ duyğularıyla, bir də yarımçıq
xatırələri
könülsüz, güclə vərəqləyən könülsüz
könülləriylə,
geriyə, məzar daşlarına boylanır, hələ də
bir
cüt nakam qadın baxışları, onların dərd
cücərdən
göz yaşları ,soyumuş qucaqlarına sığınmış şəhid
rəsmləri,
bir də yetim qalmış körpələriylə..........................................................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ