Şahlar  Məmmədov: Uzaq səfərlər kapitanı  yaxud    mavi sularda yaşanan  şərəfli dənizçi ömrü
Tarix: 30-04-2024, 00:03
Google+ Paylaş
Tumblr Paylaş

Şahlar Məmmədov: Uzaq səfərlər kapitanı yaxud mavi sularda yaşanan şərəfli dənizçi ömrü

30-04-2024, 00:03



Elşad Mehdizadə
______________________________

Bir insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.


Söhbət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti rəisinin müavini vəzifəsində çalışmış uzaq səfərlər kapitanı Şahlar Məmmədovdan gedir. O həm də gənc dənizçi nəslinin yetişməsinə böyük töhfə verən, öz bilik və təcrübəsini Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ilə bölüşən vətənpərvər insan kimi olduqca yadda qalan fəaliyyəti ilə diqqətçəkəndir.

Onun daxili aləminin saflığı ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyü,tamlığı, bütün insani keyfiyyətlərinin məcmusu,həmçinin mənəvi-əxlaq dəyərlər kriteriyasının ən üst qatında da etalon kimi qorunub saxlanmağa da fürsət tapandır.

İnsan doğurdan da doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Şirvan elinin dəniz təbiətli, polad ürəkli oğlu Şahlar Məmmədovun su kimi saf,təmiz vətənpərvərlik düşüncələri ilə tanış olduqda,onun daxili aləminin daha alt qatındakı müsbət keyfiyyətlərinin zamanla çulğaşaraq,bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynadığının və həqiqi şəxsiyyət statusu aldığının şahidi olursan.

Ardınca da, sözün əsl mənasında ömrünün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşaydığı qənaətinə gəlirsən.

Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Şahlar Məmmədovun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahidinə çevrilirsən.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Həyatda qazandığı uğurlar, işgüzar,əmək fəaliyyətindəki diqqət çəkən məqamların çoxu,Şahlar müəllimin prinsipial və doğru,düzgün sağlam mətiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandırsa,daxili aləmindəki mənəvi əxlaqi dəyərlərə söykəncliyi vətənpərvərlik duyğularının bəşəri düşüncələrə kökləndiyi də, bu amilləri daha da bərk,monolit,bötöv halda vəhdətə gətirir.
Bu üzdən də, taleyini dənizlə bağlamaq qərarını hələ Ucar rayonunun Ramal kənd məktəbində oxuduğu ilk illərdə verən Şahlar müəllim,arzusu ilə maraqlananlara da iftixarla deyirdi:”Mən gəmi kapitanı olacağam!”

Əlbəttə, nəhəng gəmilərin sükanı ona həvalə edilənə kimi, neçə təhsil ocağının asan olmayan imtahanlarından,neçə dənizin çətin sınaqlarından uğurla keçmək sınağı ilə üzbəüz qalmalı olur.

Sular qoynunda ilk səfərinə 1978-ci ilin yanvarında matros kimi çıxan Şahlar Məmmədov, sonralar kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyəndə də öyrənməkdən heç vaxt yorulmayır,əksinə, nə qədər çox biliklərə sahib olsa da, fırtınalar qoynunda da özünü o qədər inamlı hiss edir.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Şahlar Məmmədov, doğurdan da həyatının hər bir anında məhz belə olmağa çalışıb.Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Hələ sovetlər zamanında həyatın keşməkeşli dolanbaclarını,düz,riyazi əyri,qırıq xətlərlə müşayət olunan məsafələrini əsl insan, əsl vətənpərvər, əsl vətəndaş kimi keçə-keçə, Azərbaycana,onun varlığına,müqəddəsliyinə,müstəqiliyyinə inam hissini içində yaşadırdı.

Bir gün doğurdan da dəniz sularında başı üzərində dalğalanan üç rəngli bayrağa baxa- baxa kapitanı olduğu gəminin sükanını qürurla, mətin, başı uca idarə edəcəyi xəylanın gerçəkliyinə varlığı qədər inanırdı.

Beləcə, 1991-ci ilin mayında kapitan Şahlar Məmmədov o vaxtkı “Bolşevik Əliyev” tankerinə təyinat alır.

Kapitan Şahlar Məmmədovun idarə etdiyi tankerin heyəti,yükü təyinat limanında təhvil verdikdən sonra təzədən yük götürmək üçün Odessa limanına növbəti səfər etmək tapşırığı alır.

İonik dənizindən Egey dənizinə təzəcə daxil olan tanker, bir müddət sonra Dardanel, daha sonra Bosfor boğazından keçməli idi.Bu zaman Bakıdan, Xəzər Dəniz Gəmiçiliyindən, Baş idarədən radioqram gəlir;radioqramı oxuyankapitan Şahlar Məmmədovu həyəcan, sevinc, qürur dolu hislərin ağuşuna düşürvə ixtiyarsız gözləri dolur.

Radioqramda deyilirdi ki, bu gündən Azərbaycan gəmiləri üçrəngli bayrağımız (təsviri və ölçülər verilmişdi) altında üzəcəklər. Bəli,onun arzuladığı gün nəhayət gəlmişdi. Azərbaycan xalqı tarixində ən unudulmaz müstəqilliyini bərpa etmişdi.Deməli, bundan sonra daxil olunacaq bütün limanlarda gəmilərimizi Azərbaycanın öz bayrağı ilə tanıyacaqdılar.

Həmin an türk dostlarına verdiyi söz yadına düşür. Çünki bir zaman onlara boğazlardan öz bayrağımızla keçəcəyini qürurla demişdi. İstiqamət isə Dardanel və Bosfora idi(!) Dənizin ortasında isə Azərbaycan bayrağını haradan tapmalı(?) sualı yaranır.

Bayraq tapılır(!)


Əvvəlcə tankerin tüstü borusunun üzərindəki oraq və çəkiçin üstündən qalın boya çəkib SSRİ-nin simvolları bir gecədə gözdən itirilir.


Bayrağa gəldikdə isə...


Həmin zaman gəmidə bir çox ölkələrin bayraqlarının olduğundan, gəmi heyəti hər bayraqdan lazım olan rəngləri kəsib ayırır. Tikiş maşını ilə bu parçaları səliqə ilə birləşdirib Azərbaycan bayrağı düzəldirlər. Səhər hər şey hazır olur.

Kapitan Şahlar Məmmədov, Dardanel boğazına yaxınlaşanda boğazın VTC (Gəmi Trafik Kontrolu) postu ilə əlaqəyə çıxır. Özünü “Bolşevik Əliyev” gəmisinin kapitanı Şahlar Məmmədov kimi təqdim edən bu vətənpərvər insan, əlaqə zamanı Dardanelin girişinə yaxınlaşdığını və həm də Gəmi Trafik Kontroluna söz verdiyi kimi, öz üçrəngli bayrağımızla(!) Daha sonra qrurla deyir ki, bundan sonra biz artıq hər zaman öz bayrağımız altında üzəcək, Dardanel və Bosforu da Azərbaycan bayrağı ilə keçəcəyik.(!)

Kapitan Şahlar Məmmədovun gəmisi Dardanel boğazını,Mərmərə dənizini və Bosfor boğazını böyük fəxr və sevinclə,öz üçrəngli,aypara-ulduzlu bayrağımızı dalğalandıra-dalğalandıra, günün işıqlı vaxtında Türkiyəyə,o cümlədən naviqasiyanın sıx,intensiv olduğu bu rayonlarda bütün gəmilərə,hər kəsə göstərməklə keçməyə nail ola bilir.

Doğurdan da, bütün insanlar kimi o müdhiş zamanlarda uzaq səfərlər kapitanı Şahlar Məmmədovun da ürəyindən çox arzular keçib. Gəmilərimizin müqəddəs üçrəngli bayrağımızla səfərlər etməsi arzusunun bir gün gerçəkləşəcəyinə isə o qədər inanıb ki, hətta sovet imperiyasının bütün dünyanı lərzədə saxladığı vaxtlarda da bu amalı dilə gətirməkdən çəkinməyib.

Bütün bu səciyyəvi cəhətlərin çoxu emosional zəka, zəngin təxəyyül, sağlam düşüncə tərzi ilə seçilən insanlarla birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik insanlar təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Həvəsində olduqları ilə daha çox təmasda olurlar. Bütün bunlarla paralel, bəşəri duyğulara xas xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır, qarşılğında da daha çox şəfqət alırlar.


Bu vacib amillərin daşıyıcıları olan insanlarda həmçinmin vətənpərvərlik düşüncəsinin zənginliyi, sonradan onlarda hiss və həyacanlarını daha çox daxili inamın qüdrətindən və vəhdətindən yaranan vətənpərvərliyə çevrilməsinə aparırb çıxarır.

Şahlar Məmmədovun həyatında dənizçi kimi detal və şrtixlərin çoxu,məhz onun bəşəriliyə, torpağa, vətən amilinə,yaşadığı ölkənin varlğına bağlılığı ilə daha çox müşahidə olunandır.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlarla Şahlar Məmmədov 2009-cu ildə Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar səmərəli fəaliyyətinə görə "Tərəqqi", 2018-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalları ilə də təltif edilib.


İnanırıq Şahlar Məmmədovun dənizçi ruhu,vətənpərvərlik dünyası, sağlam təxəyyülü hələ illər sonra da daha yeni nəfəslə,daha təzə,tər,təravətlə vətənimizin və dövlətimizin qüdrətindən ilhamlanıb,ən ülvi hiss və duyğuların doğulmasına can atacaq,bundan sonrakı həyat mərhələlərinin kamillik zirvəsinə çatmaq üçün müdrik yol yolçuluğuna şax,şux,dik,daim ayaqda çıxacaq!


P.S Yolun işığlı,açığ,vətən sevadlı olsun, dənizçi insan !!!скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ