10-01-2023, 14:43






Elşad M.Turan
---------------------------------


Səssiz ,səmirsiz, öıü sükuta hamilə
qalan
lal bir dekabr gecəsidi,.. payızın
son
vədəsi,qu quşunun oxuduğu vida
nəğməsi
təki .. soyuğ yağışlar da yağır,
ardarda,
hər gün,göyün də özü
üşüyür.
ulduzların gözünə soyuq damcılar
düşür,
yerə çatmır işığı da artığ, ay da küsüb
yerdən
deyəsən, çəkilib boz , bulanığ
buludların
arxasına, dəymə- düşər, sevdiyinə
hələ
də qovuşa bilməyib, sevgisiylə
xəyal
quran bakirə qızlar kimi,.. havada
bir
az ayaz var, bir də soyuqdan
üşüyən
və çılpaq qalmış ağaclar; son
düşən
yarpaqları necə də dinməzcə,lal
seyr
etməkdədirlər; uzaqlarda qalmış
ilk
baharın həsrətin çəkərək,..
şəhərin
gözü yarı yuxulu, küçələr boşalıb
gündüzün
hay-küylü insan izdahamından,
adamlar
yuvasına çəkilib,bu günün yorğunluğu
var həkk
düşmüş canınlarında, adda- budda
evinə
gec qalanlar necə də tələsir soyumuş
mənzilinə,..
beləcə bir azdan lap dərin yuxuya
gedəcək,-
qadın sinəsi əzilməkdən yorulmuş,
özgələr
qucağında yatmaqdan qısır düşmüş

indi gözlərindən hələki yuxu yerinə
əbləhlik
tökülən şəhər; səhərin insan selinin
qorxusu
hələ də canında,.. lampaları gur
yansa
da, gecə kəpənəkləri ətrafında
uçuşsa
da, açılacaq sabahın qorxusunu
canına
çəkərək,səhərin alatoranına
hamilə
qalmış. gözləri beləcə yuxulu olsa
da,
şəhərin o başındasa bir qadın,-
duyğularına
bürünmüş, və bu soyuğ dekabr
gecəsinin
gözlərinə bir cüt qara gözlərini dikib
də,
ruhunda gəzdirdiyi sevgisiylə tək -
tənha,
baş- başa qalaraq, gecənin bu
lal,
səssiz hənirtisinə qulaq kəsilmiş,
sevgi
dolu qəlbiylə, nigaran
gözləriylə;
qadın baxışlarında illərin yükün
daşıyaraq,
hələ də gözləyir ruhunda gəzdirdiyi
sevgisinin
sahibini, ona qaytarmaq. ona halal
etmək
istəyir qadın ürəyində qoruyub
saxladığı
bu sevgisini,sonra rahat olub da,
təzədən
tənha qadın həyatını yaşamaq, bir
sevginin
intizarını ruhu göylərə qayıdanacan,
çəkmək,
onun əzabının şirin vüsalıyla,
gözlərini
əbədi yummaq istəyir bir gün,
sakit,
səssiz ,səmirsiz, dinməzcə
soyuq
və beləcə lal dekabr gecəsində,..............скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ