17-06-2023, 10:36




Elşad M.Turan
_________________________________


Sakit,lal,dinməz,meh
qarışığ,
iyun gecəsi,səssiz-küysüz,
səmirsiz,
ustufca, kirmişcə,açılacaq
bir
səhərin alatoranına
sanki
hamilə qalmış; hər
kəsdən
xəbərsiz, həmdəki gizlicə;
qara,
qapqara qaralmış nəfəsi,

yaşanacaq daha bir günün
xəfifcə
sökülən dan yerinə dikilən
gözləriylə,
birdəki bu izdivacın həsrətini
hələ
çox çəkəcək baxışlarıyla,
şəhər
çoxdan yuxuya getsə də,
insanlar
hələ də əzgin və yorğun ruhları
ilə
baş- başadı;elə illər əvvəlki
kimi,
budur, küçə fanarlarının da
işığı
yatmış şəhərin yuxulu gözlərinə
düşüb,
sanki onu oyatmaqçün fürsət
axtarır;
itmiş xoşbəxtliyini bir ömür
boyu
axtaran adamlar kimi,axşamın
xəfif
mehi daha bərk əsməyə və
gecənin
qara köksünü gücü çatan qədər
yarmağa,
aydın bir səhərin söküləcək
dan
yerinə çığır açmağa çox
tələsir,
və beləcə qaranlq get-
gedə
çəkilib, yerini axşamdan həkk
düşmüş,
gözləri yarı yuxulu səhərə
verir,..
bu an, göy üzü necə də
tər-
təmiz, həmdəki masmavi
rəng
alır , hətta dənizin gözünə

düşür rəngi, günəşsə oğrun-
oğrun,
gizlincə boylanır dənizdən;
üfüqündə
apaydın görünən təzə-
tər,
həmdəki insan nəfəsinə
toxunmayan
bakirə şəfəqləriylə, və həmin
an
bir də, bir də sən, əlbəttə
ki,
sən varsan yanımda, başqa
heç
kim,təkcə sən;ruhumla
doğulan
qadın,bir də sevməyi bacaran,
içində
həqiqi eşq romanını daşıya-
daşıya
bir ömrü yaşayan o adamın
uzun
boylu silueti; əl-ayağını
yerdən
üzmüş, umudunu bircə göylərə
bağlamış
dərvişlər kimi, gözləyir, gözünü
belə
qırpmadan necə də, günəşlə
doğulcaq
nəhayətsiz bir sevgini...скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ