Elşad M.Turan
___________________________
![]()
Göy adamıyam,- göydən
gələn,..
yerdə qəribəm,- yerlə işim
yox,
yerdə kimsəm də yox,
göydədi
dostum, qardaşım, ulduzlardı
yaxın
sirdaşım, yorulmuşam artıq,
yerdən
də, həmdəki azğın insan
kütləsindən,
yorulmuşam, çox yorulmuşam,
üstümdə
insan yükünü daşımaqdan,
bu
yükün ağırlığından artıq həkk
düşmüş
ayaqlarım da, bu yükü
sürümək
arxamca, nə qədər ağrılı, acılı,
bu
yükün ağrıları boy vermiş
içimdə
eləcə, nə bilmək olar, bəlkə
də
göy tanrımın boynuma qoyduğu
haqdır
bu; bəlkə də göyə qayıdacağım
günün
haqqıdır bu, bəlkə də,.. beləcə
imtahan
edir, yerlə, insan kütləsinin
ağrılarıyla,
sizifin çiynində dağa qaldırmağa
məhkum
edildiyi ağır daş parçası kimi;
bəlkə
də,.. bu yük, bu yükün
ağırlığı,
bu yükün hekayəsi, bəlkə də mənim
taleyimlə
bir oxşarlığı var; ancaq, yalnız
bunu
bilirəm,- göy adamına yerdə
yaşayıb,
göylə nəfəs alması, özü bir
əzab,
daşınası yük, söyləniləsi həqiqət
deyil,..
çünki göy adamları özləri bir
həqiqət,
yerə, insanlara göy tanrısı
tərəfindən
göndərilmiş haqqın ən
doğru
üzü, ən doğru özüdü;
onları
hər kəs görməz ,bilməz ,
dərk
etməz, bir gün göydən yerə
gəldikləri
kimi də, eləcə geriyə, göyə
qayıdarlar;
çirklənməmiş, aıçalmamış,
əyilməmiş,
sınmamış, sındırılmamış, dik,
dipdiri;Adəmdən insana,
insandan
Adəmə qədərki yolun yol
yolçusu
kimi,yerin kirli üzünə, insanın
qan
iyi gələn nəfəsinə bulaşmamış,
insanla
qaynayıb,qarışmamış,
bakir,
saf, tər- təmiz.....................................................
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi