ElşadM.Turan
------------------------------------
Qaldır başını üzü göylərə,
bax
gör necə də yağış yağır; sakit,
dinməzcə,
asta,yavaş, sənin kimi,..yaz
yağışıdır,-
bu yağış; göylərin yerə ilahi
payıdır
sanki,həm də insanlığın dirilişi,
sevgilərin
oyanışı, duyğuların ruhu
pərvazlandırdığı
misali tək, lap elə sənin kimi..,
oyan
və bax, düz üzü göylərə,
duy
ilahinin mərhəmətini,
aç
gözlərini, bir daha qəlbini
göylərə
bağla,sən göyün mavi gözlərindən
yağan
və dupduru,bakirə damıcılara
çevrilən
yaz yağmurum,uzaq məchulluğlardan
uçub
müjdə gətirən,qanadları incə
və
zərif may kəpənəyim,özün
kimi
lal,dinməz, sonra təzədən uçub,
həmin
məchulluğlara qanad çalan
sevgim,
gözlərində sonsuz, ölümsüz
bir
məhəbbəti illərdir gəzdirən,ürəyi
ağ,
könlü gözəl, özü kimi, qaldır
başını,
aç o qara məsum, içində dərin
bir
sevgisin qoruyan gözlərini,
bax
göylərə, bu bizim yağışımızdır;
yağır
göydən,damcıları naxış- naxış,
incə-
incə,sanki ilahidən bir
nəvaziş,
bir mərhəmət, dünyamıza yağır
belə,
yağır yağış; asta-asta, sakit, yavaş,
lal,
dinməz,sevgimizin gözünə yağan
bir
yağış, bizi ilahi bağlarla bir-birimzə
bağlayan
və yaşadan, ölümsüz sevgiləri
aləmlərə
səs salan sevgi yağışı, sevdiyimiz
yağış,
bahar yağışı, yaz yağmuru,
bizim
eşq havamızın,dipdiri ruhumuzun,
həm
də sevgimizin,göylərdən heç zaman
silinməyəcək,
əbədi sönməyəcək parlaq üzü,.........................
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi