1-12-2023, 12:54





Elşad M.Turan
________________________

Soyuq payız küləkləri
əsir
şəhərin üstünə,- dəlisov,
dəlisov,
hirsli,acıqlı, ağacları
silkələyir
sərsəri, sərsəri,vecsiz –
vecsiz,
dibindən; budaqlar
əyilimiş,
pərən-pərən düşmüş
sanki
hərəsi bir yana;donqarı
çıxmış
qarılara oxşayırlar,-
deyingən
olmuşlar elə bil,
yarpaqlar
necə də uçuşur havada;
düşkün
və yüngül,həmdəki
sərxoş
qadınlar sayağı,rəqs
edirlər
arsız, arsız, bayağı,..
lənətə
hamilə qalmış şəhər,
ləyaqəti
çoxdan itmiş, bakirəliyi
çox
ucuz satılmış,yatağına
qor
tökülən qadın
kimi
indi yuxusu da ərşə
çəkilmiş,..
axşamın qaranlığı, küləyin
vıyıltısı
da bir yandan,artığ
küçələr
də getdigcə boşalır,
təkcə
maşınlardır şütüyən
prospekt
boyunca, işıqforun
rəngləri
sürətlə dəyişir,
dəyişməyən təkcə
bu
şəhərin itmiş, bir də
üstündəki
adı, köhnə saat
əqrəblərinin
yeri və həmdəki nimdaş
rəngidi,
adamlar məəttəl,
fikirli,
düşüncələri qarışığ,
kasıb
mənzillərinə tələsirlər,
əlləri
ətəklərindən uzun yenə
də,
addımları büdrəmiş, bəzən

yeyin- yeyin yeriyirlər,

arxada qalan günün
sabahkı
umudsuzluğuna sürüyürlər
ayaqlarını
təzədən,gündüzün yorğunluğu
var,
həkk düşmüş çiyinlərində
necə
də, həyatın onları
sıxan
ruzigarı, alınlarına yazılmış

bir də heç zaman
silinməyəcək
tale yazısıdır eləcə,küləksə
gecənin
köksünü yararaq,dəlisov,
dəlisov,
hirsli, hirsli, hikkəli,bumbuz,
soyuq
nəfəsində fırtınlar gizlənmiş,
sanki
ona çatacaq qisməti əlindən
alınmış
kimi,əsir düz üzü dənizə
sarı,
dəniz təlatümlü,üsyankar
fırtına
quşları hələki çox
uzaqlarda,..
qanadlarını çalırlar,
biz
istəyən bayraqların
qalxmasını
illərdir gözləyə- gözləyə,
barıt
qoxusuna tamarzı qalmış
nəfəslərini
çəkərək,.. təzadlarla
dolu
bir mənzərə yaranmış,
küləyin
ağzında əsir-yesir qalan
dəniz
boyunca;insan nəfəsinə
möhtac,
bomboş qalan sahil,boz,
qara
buludların gözlərindən
yağan
aramsız payız yağışı,
hətta
bir-biri ilə gizlicə izdivaca
girməyə
macal da tapmış,..və bir
də,
bir də sevdiyim, məndən
uzaqlarda
qalan qadının, coşan
dalğalara
əksi
düşmüş bənzərsiz,
həmdəki
mükəmməl, nostalji
silueti,-
bu möhtəşəm unudulmaz
peyzaj,
bu unudulmaz an, hələ

mənə xatırladır səni,
əlbəttə
ki, tək səni,.. dəniz sularında
yaşanan
və ruhumla birgə doğulan,
bir
qadının obrazıdır, səndən
mənə
qalacaq,ruhumla bir
gün
göylərə qayıdacaq, hələki
bu
dünyada tək sevincim,tək
qazancım
olan,- dəniz sualarına
əksin
düşən xatirən!!!




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ