Bu il Lənkəranda 832 hektar sahədə çəltik əkilib. Bu da ötən ildəkindən 30 hektar çoxdur. Rayonda əsasən yerli şəraitə uyğunlaşdırılmış sort çəltik yetişdirilir.
Tarix: 10-11-2023, 07:25
Google+ Paylaş
Tumblr Paylaş

Bu il Lənkəranda 832 hektar sahədə çəltik əkilib. Bu da ötən ildəkindən 30 hektar çoxdur. Rayonda əsasən yerli şəraitə uyğunlaşdırılmış sort çəltik yetişdirilir.

10-11-2023, 07:25



Viravul kəndində 100 hektardan çox çəltik sahəsi olan təsərrüfatda biçin aparılır. Havaların qeyri-sabit keçməsi prosesi 15-20 gün gecikdirib Təsərrüfatda “Apola” sortu, eləcə də ilk dəfə olaraq Türkiyədən gətirilmiş “Keşan” çəltik sortu əkilib. Məhsuldarlığı orta hesabla 7-9 ton olan bu sortların düyüsü qiymət baxımından da sərfəlidir, 2 manat – 2 manat 50 qəpiyə satılır. Mütəxəssislər yağıntılardan maksimum sığortalanmaq üçün bölgənin iqliminə uyğun çəltik sortları əkməyi məqsədəuyğun hesab edirlər.



Əslən türkiyəli olan aqronom Abdulla Gəzgin deyir ki, “Keşan” sortu həm dadına, həm də məhsuldarlığına görə digərlərindən fərqlənir. “Bu yerlərdə əkilməyən çox sahələr var. Həmin əraziləri də dəyərləndirmək lazımdır. Əgər belə olarsa, xaricə məhsul çıxarılması da gerçəkləşəcək”, -deyə o əlavə edib.

Onun sözlərinə görə, çəltik sahələrində əsasən də ot-alağa qarşı herbisitlərdən geniş istifadə olunarsa, məhsuldarlığı daha da artırmaq olar. Bunun üçün də yerində araşdırma aparılmalı, bu torpaqlarda hansı herbisitin daha faydalı olduğunu öyrənmək lazımdır.

350 hektar sahədə çəltik əkilən digər təsərrüfatda isə mənzərə daha fərqlidir. Məhsulun bir qismi çoxdan yetişib biçilsə də, digər sort çəltiyin yetişməsinə hələ bir aydan çox qalıb. O da yağışlı günlərə - noyabrın ortalarına təsadüf edəcək.

Təsərrüfatçı Hüseyn Kazımov bildirir ki, ərazi bataqlıq olduğuna görə sahəyə iki mini kombayn cəlb olunub. Gün ərzində 2-2,5 hektar sahə biçilir.

Sahədə əsasən Pakistan sortu olan çəltik əkilib, vegetasiya müddəti 135 gündür. Briqadir Mehdir Mehdiyevin sözlərinə görə, biçin yaxşı olarsa və yağışlı havaya düşməsə, məhsuldarlıq da yaxşı olacaq.



Mütəxəssislər isə deyirlər ki, bölgədə əkilən çəltiklərin vegetasiya müddəti qısa olmalı, payız yağışlarına düşməməlidir. Bu baxımdan hər bir yeni toxumun vegetasiya dövrü öyrənilməli, əlverişli olmayan sortların kütləvi əkini aparılmamalıdır. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Lənkəran dayaq məntəqəsi tərəfindən aparılan tədqiqat işlərinin nəticəsi olaraq, fermerlər növbəti illərdə rayonlaşdırılmış çəltik toxumları ilə təmin olunacaqlar.



Lənkəran dayaq məntəqəsinin müdiri Teyyub Rzayevlə söhbət zamanı bildirdi ki, bu il may ayı soyuq keçdi, ona görə əkin gecikdi. Bunun da nəticəsində biçin yağışlı aylara düşdü. “110-120 gün tamam olmasa, çəltik yetişmir. Bir də ki, suyun da təsiri var. Pakistan sortları keyfiyyətli düyüdü, yaxşı dadı var. Amma bizim zonada yoxlanılmamış əkilib. Ona görə də risklidir. Bizim tərəfdən 22 sort arasında 6-7-si əkin üçün seçilib. Aparılan tədqiqatlardan məlum olacaq ki, bunun hansı məhsuldardır, daha tez yetişir. Sortlar rayonlaşmazsa, onu əkmək düzgün deyil. Bu il biz yeni, “Zəfər” sortunu sınaqdan keçiririk. Fermerlər də çox razıdırlar. Həm tez yetişir, həm çox hündür deyil, məhsuldarlıq da təxminən 7-8 tondur. Fermerlərə tövsiyəm odur ki, sortu yoxlamamış, sınaqdan keçirməmiş geniş sahədə əkməsinlər”.

Qeyd edək ki, ötən il Lənkəranda əkilmiş 800 hektarlıq çəltik sahələrindən 2828 ton məhsul götürülüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ