Azərbaycanın milli at cinsi olan Qarabağ atlarının tarixi çox qədimdi
Tarix: 1-09-2023, 16:11
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın milli at cinsi olan Qarabağ atlarının tarixi çox qədimdi

1-09-2023, 16:11

r. Bu atların yaxşı cins kimi təkmilləşdirilməsi və böyük şöhrət qazanmasında 18-19-cu əsrlərdə fəaliyyət göstərmiş Qarabağın Xan zavodlarının əvəzsiz rolu olub. O zaman təkcə Şuşa qəzasında Pənah, İbrahim, Mehdiqulu xana və Xan qızı Natəvana məxsus ümumilikdə yüzdən çox atçılıq zavodu olub. Hazırda bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Respublikamızda hazırda milli at cinslərimizin qorunmasında mühüm işlər görülür.

Qarabağ Atçılıq Kompleksinin böyük əməyi olsa da, həvəskar insanlar tərəfindən də Qarabağ atlarının saxlanılmasına, onların baş sayının artırılmasına maraq böyükdür. Lənkəranın Nərimanabad qəsəbəsində yaşayan Elşad Mehdiyev özünə məxsus fermer təsərrüfatında 18 baş Qarabağ atı saxlayır. Dediyinə görə, dədə-babadan atçılığa böyük həvəs göstəriblər: “Babam at minən olub. Nəvələrindən ən çox at sevən mən olmuşam. Arzum idi ki, haçansa Qarabağ atlarının nəslini artırmaqla məşğul olum. İstəmirdim ki, bu cinslərin nəsli kəsilsin”.

Azərbaycanda xanlıqlar dövründə Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək nəticələr göstərib. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafata layiq görülüb. Sonrakı dövrlərdə Qarabağ atları Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Şuşa, Хocalı, Хocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində geniş yayılıb. Müxtəlif məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. Belə ki, 1839-cu ildə Don Atçılıq Zavoduna gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi. Elşad Mehdiyevin bu atları saxlamaqda məqsədinin onların cins növünü təkmilləşdirmək və işğaldan azad olunmuş Qarabağ torpaqlarında daha da çox olmasına köməklik göstərmək olduğunu qeyd edib: “Arzum idi ki, torpaqlarımız azad olunsun. Mən də bu atları Qarabağ at zavodlarına hədiyyə edim. Şükürlər olsun ki, bu gün bizə qismət oldu”.

Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ