Azərbaycan həqiqətləri Balkan ölkələrinin media səhifələrində
Tarix: 10-10-2021, 03:10
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan həqiqətləri Balkan ölkələrinin media səhifələrində

10-10-2021, 03:10

Bu yaxınlarda paytaxt Bakıda və işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olan Balkan ölkələrinin jurnalistləri Azərbaycan həqiqətlərini geniş oxucu və tamaşaçı kütləsinə çatdırıblar.

Serbiyanın populyar onlayn xəbər portalı “Blic.rs”in xarici siyasət üzrə redaktoru Nataşa İvanovski çalışdığı qəzetdə Azərbaycana səfərinin təəssüratları ilə bağlı məqalə yayılmayıb. Bakıdan Şuşaya və Ağdama qədər gördüklərini qələmə alan müəllif hər addımda Qarabağın Azərbaycana məxsus olduğunu, “Qarabağ” sözünün Azərbaycan mənşəyini, müxtəlif kəndlərdə həmin yaşayış məntəqəsinin öz şəhidlərinin əbədiləşdirdiyini, azərbaycanlıların 1990-cı illərdə itirdikləri ərazilərə yenidən qayıtdıqlarına görə qürur duyduqlarını, təkcə bu il 20 Azərbaycan vətəndaşının minaların qurbanı olduğunu və ümumiyyətlə, Qarabağın minalardan təmizlənməsinin uzun vaxt aparacağını, yaşayış məntəqələrinin xarabalığa çevirdiyini, Cəbrayıl və Ağdamdakı dağıdılmış evləri və Azərbaycan qəbirlərini, azərbaycanlıların ötən il Şuşanı azad etdiklərini və bu əməliyyatın bir sıra hərbi akademiyaların dərsliklərinə düşəcəyini qeyd edib. Məqalədə müəllif Şuşada gördüyü obyektləri – Bülbülün, Qarabağ xanının qızı və şairə Natəvanın, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin büstlərini, şair Molla Pənah Vaqifin məqbərəsini müxtəlif fotolarla təsvir edib.

O, digər məqaləsində Gəncədə dağıdılmış mülki binaları, müəllifin “Qafqazın Xirosiması” adlandırılan Ağdam, həmçinin Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratları yer alıb. Yazıda, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun Ağdamın bərpasına dair planlara, məcburi köçkün Eldar Həmzənin qarabağlı köçkünlərin gələcəklə bağlı düşüncələrinə yer verilib.

Bosniya və Herseqovinanın İctimai Televiziyasının (BHRT) analitik proqramının aparıcısı Adis Delkoviç ölkəmizə səfəri çərçivəsində avqustun 30-da ADA Universitetində itkin düşmüş azərbaycanlılarla bağlı reportaj hazırlayıb. Televiziya kanalının axşam xəbərlərində yayımlanan süjetdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın və ailəsini itirmiş məcburi köçkün Müşfiq Əliyevin fikirlərinə yer verilib. Reportajın Azərbaycan dilindəki subtitrli versiyası yutub platformasında yerləşdirilib.

A.Delikoviç müəllifliyi və aparıcılığı ilə “Global” adlı siyasi analitik veriliş hər həftə BHRT-də efirə verilir. BHRT-nin praym-taymında Qarabağla bağlı 30 dəqiqəlik film təqdim edilib. Filmdə Qarabağ münaqişəsinin tarixindən, ötənilki müharibədən və Azərbaycan Ordusunun uğurlarından, həmçinin ermənilər tərəfindən törədilən vandalizm aktlarından, mülki əhaliyə hücumlarından geniş bəhs olunur. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda, həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin fikirlərinə də yer verilib.

Bosniya və Herseqovinanın İctimai Televiziyasının radioefirində “Ino magazin” proqramının qonağı olan A.Delikoviç Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycanda olduğu müddətdə göstərilən qonaqpərvərlikdən və hazırladığı videoreportajların əhəmiyyətindən danışıb.

Adisin sözlərinə görə, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq işğal altındakı torpaqlarını geri qaytarıb. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 1990-cı illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının məcburi köçkünə çevrildiyini bildirib. A.Delikoviç 2020-ci il savaşı zamanı Şuşanın azərbaycanlılar tərəfindən geri alınması əməliyyatına da toxunub.

Regionun tamamilə dağıdıldığını, Azərbaycanın hazırda böyük yenidənqurma işləri həyata keçirdiyini də qeyd edən A.Delikoviç səfər təəssüratlarını danışdıqdan sonra proqram “Azərbaycan” mahnısı ilə bitib.

Əsasən yerli, regional və beynəlxalq platformalar - “Makfax”, “Balkan Insight” və “Brussels Morning”, “ZDNet”, “Foreign Policy” üçün məqalələr hazırlayan Şimali Makedoniyadan olan jurnalist Boyan Stoykovskinin ölkəmizə səfəri ilə əlaqədar yunandilli “Energymag.gr” platformasında məqalə dərc etdirib. Məqalədə Azərbaycanın enerji resurslarından, xüsusilə təbii qaz ixracından bəhs olunur. Onun “Russia Business Today” platformasında dərc olunan məqaləsində isə azərbaycanlı ekspertlərin fikirlərinə də yer verilib.

B.Stoykovski ABŞ-ın innovasiya səhifəsi, feysbukda 280 minədək, tviterdə isə 460 mindən çox izləyicisi olan “Zdnet” üçün məqalədə Azərbaycandakı “ağıllı şəhərlər” konsepsiyasından bəhs edib. Müharibə zamanı dağıdılmış infrastrukturun rəsmi Bakı tərəfindən innovativ və yaşıl texnologiya ilə dirçəldilməsinin əhəmiyyətinin qeyd olunduğu yazıda Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər, ADA-nın professoru, şəhərsalma üzrə ekspert Anar Vəliyevin “ağıllı şəhərlər”in əhəmiyyəti, məcburi köçkün Eldar Həmzənin isə görülən işlər ilə fikirlərinə yer verilib.

Müəllif məqaləni özünün tviter hesabında da paylaşıb. Tvitə şərh yazanlar arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və ABŞ-da yaşayan azərbaycanlı fəal Arzu Caid də var.

Onun “ağıllı yaşayış məntəqələri” ilə bağlı məqaləsi “Zdnet” platformasının feysbukda 44 minə, tviterdə isə 60 minə yaxın izləyicisi olan fransızdilli versiyasında da yayımlanıb.

B.Stoykovskinin Qarabağla bağlı növbəti məqaləsi Şimali Makedoniyanın “MKD.mk” saytında dərc olunub. Otuz illik müharibədən sonra Qarabağın dirçəldilməsi, ərazilərin minalardan təmizlənməsi, köçkünlərin qaytarılması ilə bağlı planlardan bəhs edən müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalistin Balkan regionunda ən böyük mətbu orqanlardan sayılan “Balkan Insight”da dərc olunan məqaləsində isə Qarabağda və regionda görülən rekonstruksiya işlərindən bəhs edilib.

O “Russian Business Today”də dərc edilən “Nagorno-Karabakh Begins Its Long Process of Healing” sərlövhəli məqaləsində də işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinə geniş yer verib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ