Azərbaycanda informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işlər görülür.
Bunu açıqlamasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə daha geniş, əhatəli, müasir tələblərə uyğun standartlar hazırlanır: "Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir."
K. Məmmədova qeyd edib ki, beynəlxalq ISO və IEC standartları əsasında yerli şəraitə uyğunlaşdırılmış sənədlər hazırlanır və hüquqi uyğunluq baxımından da ekspertiza edilir: “Hazırladığımız standartlar beynəlxalq təcrübəyə əsaslanır. Biz onları milli qanunvericiliyə uyğunlaşdırırıq və yerli tərəflərin maraqlarını da nəzərə alırıq. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub”
O əlavə edib ki, hələlik internet provayderlərinin fəaliyyətinə dair konkret xidmət standartları mövcud olmasa da, bu sahədə də sənədlərin hazırlanması planlaşdırılır: “İT infrastrukturuna dair müəyyən standartlar artıq mövcuddur və tətbiq edilir. Bu standartlardan dövlət orqanları və bəzi özəl şirkətlər istifadə edir. Provayder xidmətlərinə dair standartların hazırlanması isə planlarımızdadır”
K. Məmmədova yaxın zamanda bu istiqamətdə geniş təqdimat ediləcəyini də bildirib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi