ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ideyasından əl çəkməsi şərti ilə Amerika administrasiyasının Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya almasına kömək etmək planları barədə mediada yayılan məlumatları təkzib edib.
Amerika lideri "Truth Sosial" sosial şəbəkəsində yazıb.
"Yalançı mediadan hansısa deyir ki, "Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir"? Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın məni alçaltmaq üçün uydurduğu növbəti cəfəngiyyatdır. Bu insanlar xəstədir!", - Tramp bildirib.
CNN-in məlumatına görə, oxşar ideya son həftələr Yaxın Şərq və ABŞ-nin əsas oyunçuları tərəfindən müzakirə olunub. Xüsusən təkliflərdən birində İranın nüvə proqramına 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur və vəsait ABŞ-dan deyil, ərəb ölkələrindən gələcək.
Qeyd olunur ki, investisiyalar məsələsi İran-Amerika danışıqlarının bir neçə raundunda müzakirə olunub. Bundan əlavə, mövzu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Fars körfəzi ölkələrinin nümayəndələri ilə gizli görüşündə qaldırılıb. CNN digər təkliflər arasında İrana qarşı sanksiyaların qismən yumşaldılması, eləcə də Tehranın xaricdəki dondurulmuş aktivlərinə çıxışının geri qaytarılmasının mümkünlüyünə diqqət çəkir. Bundan əlavə, Fordodakı nüvə obyektinin uranın zənginləşdirilməsini nəzərdə tutmayan nüvə proqramı ilə əvəz edilməsi ideyası nəzərdən keçirilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi