Qarabağ- Qara Zolağda : beynəlxalq terrorizmin "Qara Bazarı",- Azərbaycanın milli maraqları konteksində
Tarix: 21-03-2020, 22:16
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ- Qara Zolağda : beynəlxalq terrorizmin "Qara Bazarı",- Azərbaycanın milli maraqları konteksində

21-03-2020, 22:16

Müstəqil Dövlətlər Birliyi ölkələri ilə elmi-texniki tərəqqi üzrə İran
cəmiyyətinin (Tehran, ġəhid Əkbəri döngəsi, 1/6) «2001-ci ilin hesabat dəftəri»ndə
yazılır: «Son beş ildə İranın ġərəfxanə, Sefid-Qonbəd, Gəmiçi, Gəlmənxanə
limanları (şərqi Azərbaycan əyaləti) strateji baxımdan yenidən qurulur. Bu illər
ərzində Bakıdan bu limanlara yeddi müxtəlif gəmi gətirilib» («MDB - İran
cəmiyyəti». Tehran, 19 dekabr 2001-ci il. «Hesabat»).

Lakin Bakıdan yeddi deyil, doqquz gəmi hissə-hissə doğranılmış, 80 min
dollardan 95 min dollar qiymətləri ilə İranın hərbi-sənaye komplekslərinə
satılmıĢdı. Məsələn, ölkənin Gəmiçi limanında iqtisadi məsələlərə baxan Mahmud
Həsənzadə bildirir ki, 1993-cü ildə Azərbaycandan alınmış istifadəsiz qalmış bir
gəmiyə 115 min dollar ödənilib («İran» qəzeti, Tehran. «Gəmiçilik və
gəmiqayırma strateji məsələdir» yazısı.
9 aprel 1994-cü il). M.Həsənzadə bunu da
yazır ki, о gəmini «öz motoru ilə Ənzəli limanınadək sürüb gətirdik. Sonra bu gəmi
hissə-hissə doğranılıb hərbi-sənaye mərkəzlərinə daşındı». Əldə etdiyimiz digər
məlumata görə, təkcə Miyanədəki poladəritmə zavodu son beĢ ildə Azərbaycandan
4700 ton yüksək keyfiyyətli polad alıb. İranda son üç ildə istehsal olunan
«Zülfüqar» tanklarının materialı keyfiyyət və dəyərinə görə məhz Azərbaycan
ərazisindən göndərilən və satılan poladdan hazırlanır. Bu poladların bir qismindən
isə korroziyaya davamlı olduğu üçün İran Milli Qaz ġirkətinə məxsus boru-prokat
zavodları istifadə edib, ildə 500 ton brom istehsal edən Urmiya Brom Zavodundakı
dəzgah və qurğuların bir qismi Bakıdan göndərilib. Həmin dəzgah və qurğuların
üzərində «Azərbaycan-Bakı» sözləri yazılıb. Eləcə də Təbrizdə tikilən kimya
kombinatının texniki avadanlığı, strateji materialları Sumqayıt şəhərindəki sənaye
müəssisələrindən daşınır. Təbrizdəki kimya kombinatı istifadəyə verildikdən sonra
136 min ton etilen, 56 min ton propilen və digər sənaye məhsulları istehsal
ediləcək.

Araşdırmalarımıza görə, son beş ildə İranda Azərbaycan ərazisindən
daşınan strateji məhsulların hesabına Nəmqanda, Ərakda, Rəştdə üç zavod qurulub,
Urmiyada, Zəncanda, Kərəcdə, Tehranda dörd yüngül sənaye müəssisəsi tikilib,
Ərdəbildə, Əhərdə iki karamel fabriki quraĢdırılıb. 1992-1993-cü illərdə isə
Lerikdən İmişliyədək (Naxçıvan da daxil olmaqla) sərhəd kəndlərindəki məktəb və
klubların, inzibati binaların tikintisi üçün ayrılmış 275 ton tikinti materialları, 193
müxtəlif markalı yük və minik avtomobilləri, 223 ədəd motosiklet və 316 ədəd
velosiped İran ərazisində hərraca qoyuldu. 1994-cü ildən 2001-ci ilədək cənub
bölgəsinin şərabçılıqla məşğul olan rayonlarının ərazilərindən təkcə Tehran
ətrafındakı alüminium zavoduna 18 min ton alüminium ötürülüb.

TERROR YUVASI: ORBELĠ QARDAġLARI KÜÇƏSİ 22

2001-ci il noyabrın 14-də Yerevan vaxtilə saat 12:30 dəqiqədə Ermənistan
MEA-nın üçüncü mərtəbəsində (Orbeli qardaşları küçəsi 22) «Taliban»
hökumətinin Əfqanıstandan kənarda fəaliyyət göstərən qanunvericilik orqanı
üzvlərinin - deputatlarının bir qrupunun iştirakı ilə qeyri-leqal yığıncağı keçirildi.
Maliyyə xərclərini isə iş adamı, Yerevanda dərman fabriki tikən Məhəmməd
Nəbinin investisiya qoyduğu «Yerevan» Bankı çəkdi. «Taliban»çı deputatların 12-
si iclasda iştirak edirdi (İran, Məşhəd radiosu, 15 noyabr 2001-ci il).
Ermənistan Nazirlər Kabinetinin 2001-ci il martın 19-da rəsmi sənədlərində
«Taliban» kimi qeydə alman bu fabrikin adına «Əfqan fabriki» də deyirlər. Digər
bir məlumata görə, Məhəmməd Nəbi Tehrandakı «şəhi
d Bağıri» sənaye
kompleksinə də 420 milyon dollar yatırım qoyub.
Yerevanın şərqində salınmış bu fabrikə İranda iş adamlarının koordinasiya
mərkəzi kimi tanınan «Pirimyan qrupu»nun xəttilə Çin istehsalı olan 80 ton
pestisid daşınıb. Bu zəhərli materialdan dərman preparatlarının hazırlanmasında
Ermənistan Toksikoloji institutunun alimləri, mikrobioloqları yardımçı olublar.
Onların bir qismi ilə fabrikdə artıq müqavilə də imzalanıb. Əfqan taciklərindən
olan Məhəmməd Nəbi investisiyalarından bir qismini «Razdanmaş» Sənaye
Kompleksinə qoyub. Razdan şəhərində bununla bağlı saziş də imzalanıb (21
sentyabr 2001-ci il).
Ermənistanın dövlət büdcəsinə daxil olan gəlirin 23 faizi narkobiznes
qaçaqmalçılığından, 11 faizi isə işğal olunmuş Qarabağ ərazisində qeyri-qanuni
işlər aparan və nəzarətdən kənar yaşayış məntəqələrində təşkilatlanmış terrorçu
dəstələrin silah və nüvə texnologiyası alverindən gəlir. Bu məlumatı Rusiyanın
keçmiş baş prokuroru Yuri Sukratova silah alveri ilə məşğul olan və buna görə
vaxtilə sorğu-suala tutulan iş adamı Aleksandr Prokopenko yazıb (Y.Sukratovun
A.Prokopenkonun işi ilə bağlı verdiyi müsahibə: «Советская Россия» qəzeti, 11
dekabr 2000-ci il). Bilavasitə qaçaqmalçılıq məsələləri ilə məşğul olan «RRR» -
erməni-rus iş adamlarının birgə firması (A.Prokopenko+M.Risahyan) ilk mərkəz
idi ki, özünün strateji araşdırma bölməsi vardı və bu bölmədə bilavasitə nüvə
texnologiyası ilə, Kvant fizikası, riyazi hesablamalarla məşğul olan 13 alim
çalışırdı. Bu gün həmin bölmə öz BQ-nı Xankəndi ərazisindəki hərbi hissələrin
birində - motoatıcı alayın içərisində yerləşdirməyə müvəffəq olub.

Araşdırmalarımız zamanı Ermənistana, eləcə də erməni terrorçular
tərəfindən işğala məruz qalmış və nəticədə nəzarətdən çıxmış zonaya çevrilmiş
Qarabağa daşınan nüvə texnologiyasının, eləcə də raket sənayesində istifadəsi
zəruri sayılan materialların, hərbi sursatların marşrutlarını da əldə etdik:
- Kamenka (RF-Penza) - Gümrü (Ermənistan) - Xankəndi (DQ) («AN-124»
təyyarəsi. 23 iyun 2000-ci il);
- Mozdok (RF) - Yerevan (Ermənistan) - Xankəndi (DQ) («Ġl-76» təyyarəsi.
14 mart 2001-ci il);
- Novorossiysk - Batumi (General «Ryabikov» gəmisilə) («AN-12»
təyyarəsi. 1 iyul 2001-ci il);
- Aktubinsk (RF) («Jasmin» təyyarə meydanı) - Yerevan («Zvartnos»
təyyarə meydanı) («11-76» təyyarəsi, 3 fevral 2001-ci il).


CİNAYƏTKAR «VAHAN OVANESYAN+31» DƏSTƏSİ

«Vahan Ovanesyan + 31» qrupu isə 1995-ci ilin iyulunda ifşa olundu. О da
«Daşnaksütyun» Partiyasının üzvlərindən ibarət idi, hesabında iki milis
əməkdaşının qətlə yetirilməsi dayanır, gizli mənzillərində böyük silah anbarı aşkar
edilmişdir. Saxlanılmaya cəhd zamanı onun bəzi üzvləri müxtəlif atıcı silahlardan,
о cümlədən dəzgahlı pulemyotdan istifadə etməklə quduzcasına müqavimət
göstərdilər. Qrup üzvləri məhkəmə qarşısında dayandılar və məhkum edildilər.
Lakin dövlətin qəbul etdiyi tədbirlərin lazımi informasiya təminatı ucbatından bir
çox respublika vətəndaşları bunu siyasi rəqiblərin təqibi kimi qiymətləndirdilər.
Yeri gəlmişkən, baş naziri və parlament spikerini güllələyən beş terrorçudan dördü
(o cümlədən də Unanyan) elə həmin «Daşnaksütyun» Partiyasının müxtəlif illərdə
üzvləri olmuşdur.
Siyasi mübarizə sistemi kimi terror və zorakılıq Ermənistanda 1996-cı il 21
sentyabrda növbəti prezident seçkiləri zamanı qəti olaraq möhkəmləndi.
Ekstremizm və zorakılıq ölkənin siyasi həyatının ayrılmaz atributuna
çevrildi. «Məxməri inqilabdan» sonra prezident vəzifəsini icra edən (fevral 1998),
baş nazir Robet Koçaryanın ilk Fərmanı ilə «Daşnaksütyun»un lideri Qrant
Markarkyan («Dro» işi üzrə uzun müddətə həbs edilən) və Vahan Ovanesyan
(«Vahan Ovenasyan + 31» işi üzrə məhkum edilən) həbsxanadan azad edildilər.
Hər iki xadimin buraxılması barədəki Fərmanın xülasəsi ən təcrübəli
hüquqşünasları belə təəccübləndirdi: «siyasi şəraitin dəyişməsi ilə əlaqədar».
Bunun arxasınca hətta formal olaraq belə qətimkan tədbirlərinin dəyişdirilməsi,
vaxtından qabaq azad etmə və ya işin xətm edilməsi barədə məhkəmə qərarı
olmadı. İctimaiyyət bu biabırçı qanun pozuntunu və terrorçulara mane olmamanı
da «həzm etdi». Elə buna görə də bu terrorçular ölkənin siyasi isteblişmentinin
hissələrinə çevrildilər. Nə olsun? Ölkədə yenidən qətllər dalğası yüksəlməyə
başladı. Bir il ərzində respublikanın Baş prokuroru, müdafiə və daxili işlər
nazirlərinin müavinləri qətlə yetirildi. 27 oktyabr 1999-cu ildə parlamentdə qırğın
təĢkil edildi. 2000-ci ilin martında «Dağlıq Qarabağ Respublikasının» separatçı
lideri Arkadi Qukasyana sui-qəsd törədildi. Onun avtomobilini güllələrlə deşikdeşik etdilər, о özü yaralandı və möcüzə sayəsində sağ qaldı.

Nümunə yoluxucu oldu. Tələbə, həmçinin, ədalətsizliyə qarşı etiraz edərək
öz həmkurslarını girov götürür. Belə nümunələrin sayı çoxdur (Bax: Əlavə olaraq
«Центральная Азия и Кафказ». İsveç, 2002, № 23, səh. 177-179).
Araşdırmalarımıza görə, ermənilər tərəfindən işğal olunmuş və bu gün
nəzarətsiz qalan Dağlıq Qarabağın yaşayış məntəqələrində gedən ictimai-siyasi
proseslər sürətlə bir-birini əvəz edir. Heç bir diplomatik danıĢıq, diplomatik güc və
yaxud siyasi məsləhətləşmələr bu regionda tarazlıq yaratmaq iqtidarında deyil.
Çünki arzuolunan şans və məqamlardakı ümid, ümid olaraq qalır. 2002-ci il aprelin
19-dan 21-dək Xankəndidə «ġaumyansız on il» adlı bir konfrans keçirilir
(ġaumyan deyəndə, ermənilər indiki Goranboy ərazisini nəzərdə tuturlar). Bu
konfransa İrandan, Rusiyadan, Livandan, Suriyadan, ABŞ-dan, Fransadan «Böyük
Ermənistan» ideoloqları təşrif gətirir.
Araşdırma materiallarında bu da qeyd olunur ki, Liviyada, İordaniyada və
Suriyada Ermənistanı «şeytan dərəsi» kimi tanıyıblar. Məsələn, Suriyalı yazıçı,
diplomat Yusif Cəfər «Getdiyim, gördüyüm yerlər» kitabında qeyd edir ki,
Sovetlər Birliyindəki «şeytan dərəsi» haqqında eşitmişdim. «ġeytan dərəsi» -
Ermənistan ərazisi idi. Suriyaya qayıtdıqdan sonra «şeytan dərəsi» haqqında,
oradakı ermənilər haqqında istədim yazı hazırlayım. Amma qoymadılar. Dedilər ki,
bu, mümkün deyil. Onlar bizim qardaşlarımızdır. Mən isə onlara dedim: - Mən
Suriyalı Yusif Cəfər özümə belə qardaş istəmirəm. Bu mümkün olan məsələ deyil.
Məntiqə görə, Ermənistanın Azərbaycanla bağlı strateji-hərbi planı hələ
bitməyib. Çünki tərəflər arasında aparılan söhbət və görüşlər, diplomatik bağlaşma
və yazılışmalar millətin tədricən qəhrəmanlığı bir yana, sayıqlığını da əlindən alır.
Artıq adlarını qeyd etdiyimiz və bilavasitə Ermənistan ərazisində və
Qarabağın işğal olunmuş məntəqələrində nüvə texnologiyası sahəsində üçüncü
dövlət üçün bazar rolunu oynayan şirkətlərin təhlükəsizliklərini tam təmin etmək
üçün ayrı-ayrı terrorçu qrup və dəstələr görünməkdədir. Bu dəstələrin bir qismi
1992-1994-cü illər arasında Qarabağ ərazisində törədilmiş cinayətlərdə yerli
ermənilərlə əlbir olub. Məsələn, «Qayıdan qəhrəmanlar» terrorçu təşkilatına nəzər
salaq. 1993-cü il iyulun 23-də Ağdamın (1094 kv.km) işğalında iştirak edən bu
dəstəyə Beyrut ermənisi Orlik Andrianoviç Ter-Qriqoryants baĢçılıq edir.
Qısa arayış: 1962-ci ildə Beyrutda anadan olub. 1992-ci il mayın l-dən
Dağlıq Qarabağda terror aktlarında istirak edib. İxtisasca həkim olan Orlik 17
nəfərlik muzdlu dəstə ilə ġuşada vuruşub və Şuşa həbsxanasında olan dörd
azərbaycanlını qətlə yetirib. Digər bir məlumata görə, Orlikin başçılıq etdiyi bu
dəstə 1992-ci il sentyabrın 12-də Ermənistan Ədliyyə Nazirliyində qeydə alınıb,
özü də xeyriyyəçi təşkilat kimi.
Maliyyə mənbələri:
a) Narkotik maddələrin qaçaqmalçılıq yolu ilə alınıb daşınmasından əldə
olunan gəlir;
b) Qarabağ ərazisindən nüvə texnologiyasının üçüncü dövlətə
ötürülməsindən gələn gəlir.
Təşkilatın Baş Qərargahı Livandadır. 1993-cü il aprelin 9-dan etibarən
«Qayıdan qəhrəmanlar» təşkilatı Kəlbəcər rayonunun (1936 kv.km. ərazi). Başlıbel
yaşayış ərazisində fəaliyyət göstərirdi. 2002-ci il yanvarın 10-dan etibarən bu
təşkilat həm Başlıbeldə, həm də Şuşanın Xəlfəli kəndində öz ofisini açdı
(«Zartunk» qəzeti, 13 iyul 1994-cü il. Beyrut, «Ramqavar». Erməni partiyasının
qəzeti, səh. 2. «Orlikin dəstəsi qayıtdı», müəl. O.Allahverdiyan).
Ermənistan Ədliyyə Nazirliyində 2001-ci il iyunun 17-də qeydiyyatdan
keçmiş «Milli Dirçəliş Təşkilatı» da (Yunanıstan) 1992-1993-cü illərdə Laçın və
Kəlbəcərin işğalında fəal olub. Gerbi, himni və nizamnaməsi qanla yoğurulmuş bu
təĢkilatın rəhbəri milliyyətcə erməni olan, snayperçi Elvira Qalustyan adlı bir
qadındır. İxtisasca uşaq həkimi olan bu qadın Qarabağda ilk amputasiya otağının
təşkilatçısı olub (Kəlbəcər). Xocalı faciəsində altı nəfərlə iştirak etmiş «Elviranın
qrupu» uşaqların öldürülməsində və yandırılmasında iştirak edib. Bu qadının
vəzifələrindən biri də Qarabağ ərazisindən çəkdiyi kadrları ərəb ölkələrində, Kipr
və Yunanıstanda «erməni millətinin faciəsi» kimi yayıb, nümayiş etdirməkdir. Bu
təşkilatın özünəməxsus təlim-məşq zonası var. Onlar burada terror aktlarının yerinə
yetirilməsi, təşkili və bu istiqamətdə informasiyaların toplanması, «Həmzə»
deyilən dərs proqramlarının icrası qaydalarını öyrənirlər («Hücum» qəzeti, 8 aprel
2001-ci il, səh. 2).
Bu da aydın olub ki, Qarabağda zahirən sakitlikdir. Həqiqətdə bu nəzarətsiz
zonaya bəlkə də hər gün yeni-yeni şirkətlər, dəstə və qruplar ayaq açır. Daha dəqiq
desək, ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz artıq beynəlxalq terrorizmin
yuvalarından biridir.
Suriyada özəli qoyulmuş «Qaflan» kürd separatçı təşkilatının liderlərindən
olan Cəmil Bank (kapitan) və «ASALA» erməni terror təşkilatının bir qolu olan
«Qara qartalın Akopu» adlı dəstənin 9 nəfərlik üzvü mayın 12-də Yerevana, oradan
da Sisiyan rayonuna gəlir. Mayın 14-də isə onlar Laçın ərazisinə yaxın olan
Xnatsak erməni kəndində məşvərət keçirirlər. Məşvərətdə Rusiya tərəfindən Baş
Kəşfiyyat İdarəsinin altı nəfərlik qrupu (başçı polkovnik Aleksandr İvanoviç
Aleksandrov), Yerevan MN-nin məsul eksperti, 1980-86-cı illərdə Azərbaycanın
sərhəd qoĢunlarında xidmət etmiş Arkadi Aqayan iştirak edirdi. Həmin gecə
Xnatsakdan Malıbəyli və Caqazur (Laçın ərazisi) kəndlərinə ilk silahlı erməni
dəstəsi girdi. Mayın 15-də isə həm Laçında, həm də ġuĢada «Qaflan» kürd
separatçı təşkilatın özəyi yarandı. Bütün bu bir neçə günlük mənzərəni müşayiət
edən tarixçi Serj Orduyan (Ermənistan Tarix Ġnstitutu) «Köhnə tarixi təzələyənlər»
adlı 58 səhifəlik kitabçasında yazır: «Biz Şuşaya qayıtdıq. Şuşa da yenidən
doğuldu. Əsgərləri saxlamaq olmurdu. Onlar türklərdən qalma nə vardısa, sökübtökür, dağıdıb yandırırdılar. Bu, onların haqqı idi. Qızmış, vətən və torpaq həsrəti ilə sifətləri yanmış əsgərlərin qabağını almaq çətin idi. Amma mənim əsgər
qardaşlarım düz edirdilər. Türklərə Şuşanı unutdurmaq zamanı çatmışdı»
(S.Q.Orduyan: «Köhnə tarixi təzələyənlər» kitabı. 1996-cı il, səh. 19).
Məlumata görə, Şuşa həbsxanasında 1992-ci il mayın 11 -də 197 nəfər əsir
alınmış azərbaycanlı var idi. Bu rəqəm 1992-ci il mayın 14-də Tehran radiosunun
məlumatında 197 nəfərdən 83-ə enmişdi. Qalan 114 nəfər haqqında məlumat
verilmirdi.
1992-ci il mayın 13-də isə İsfahanda erməni icmasının iclas salonunda fars
mənşəli Yadigarinin Şuşadan çəkib gətirdiyi sənədli kadrlar nümayiş etdirildi.
Həmin kadrlarda müxtəlif üsullarla öldürülmüş 114 azərbaycanlının taleyindən
danışılırdı. Mayın 14-də Tehran rəsmiləri həmin kadrları göstərməyi qadağan edir.
Mayın 14-də Tehran vaxtı ilə saat 22:00-da rejissor Yadigari həmin sənədli (18
dəqiqəlik lenti) kadrları Rusiyanın İrandakı səfiri Vladimir Qudevə satır
(«Keyhan» qəzeti, «Müsahibə» yazısı. 1992, № 214, səh. 6).
Yadigari bunu da qeyd edir ki, Şuşanın qərbindəki Xəlfəli yaşayış
məntəqəsində «gördüklərimdən sarsıldım». Rejissor Yadigari yazır: «Mən bütün
bunlar haqqında, ermənilərin - Şuşada gəzib-dolaşan, öldürülmüş adamları təhqir
edən ermənilərin və rusların «Lur» İnformasiya Agentliyinə danışdım.
Onlar isə öz işlərində idilər. Ölüləri soymaqla, onlara işgəncələr verməklə
məşğul idilər. Mən qərara aldım ki, Şuşa haqqında çəkdiyimi heç olmazsa,
Türkiyəyə ötürə bilim».
1993-cü il aprelin 19-da «Keyhan» qəzetinin 8-ci səhifəsində belə bir
məlumat verilir ki, 37 yaş

lı Əhməd Baqir Yadigari adlı cavan rejissor avtomobil
qəzasında həlak olub. Rusiyanın Tehrandakı səfiri Vladimir Qudevun Yadigaridən
aldığı 18 dəqiqəlik sənədli lent isə XİN-nə, oradan da BaĢ Kəşfiyyat İdarəsinin
arxivinə verilir.
1992-ci il mayın 16-da «Keyhan» qəzetində və «Sinema» jurnalında erməni
icmasının liderlərindən olan Vartan Vartanyan mərhum Yadigari ilə bağlı elan
verir. Göstərilir ki, erməni icması Dağlıq Qarabağda «milli azadlıq hərəkatı» ilə
bağlı çəkilişlər aparan Yadigarinin bütün lentlərini almağı planlaşdırıb və
Qarabağla əlaqədar ən kiçik kadra belə istənilən qiyməti, məbləği verməyə
hazırdır.

Rövşən Cəlilabadlı
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ