Oğurlanmış kod:  erməni kəşfiyyat orqanlarının elektron terrorizmi,- Azərbaycanın milli maraqları konteksində
Tarix: 21-03-2020, 21:18
Google+ Paylaş
Tumblr Paylaş

Oğurlanmış kod: erməni kəşfiyyat orqanlarının elektron terrorizmi,- Azərbaycanın milli maraqları konteksində

21-03-2020, 21:18

Almaniyada 12, Sloveniyada 8 faizibu sistem üzrə kodlaşdırılıb və bu sistemlə fəaliyyət göstərir. Bunun üçün xüsusi
qanunlar da hazırlanıb. Rusiya da özünün iqtisadi qanunları ilə elektron ticarətinə
qoşulub.



O da düzdür ki, bu ticarət növünün özünəməxsus üstün cəhətləri var.
Məsələn, vaxt itkisinə qənaət və maya dəyərinin aşağı düşməsi, operativ iqtisadi
əlaqələr. Lakin bütün bunlar o vaxt mümkün olur ki, güclü və hərtərəfli
informasiya təhlükəsizliyi konsepsiyası olsun. Bunsuz elektron ticarət sisteminə,
eləcə də elektron poçtuna qoşulmaq məcburiyyətdən başqa bir şey deyil.
Yerevan elektron ticarətinə qoşulmayıb, elektron poçtuna isə informasiya və
məlumat verən, yazışmalar təşkil edən tərəf kimi yox, əksinə informasiya və
məlumatlar qəbul edən tərəf kimi qatılıb. Erməni mütəxəssisləri Arustamyan və
Poqosyan San-Fransiskoda elektron terrorizmi mövzusunda keçirilmiş
simpoziumda iştirak ediblər. Bu simpoziumu da böyük İnternet Şəbəkəsi olan
məşhur «Ziff Devis» şirkəti təşkil edib.
Ermənilərin ciddi-cəhdlə öyrəndikləri və yaxud öyrənmək istədikləri
elektron terrorizminin törədə biləcəyi fəlakət bombaların törədə biləcəyi
dəhşətlərdən ağırdır. Çünki məhz bu yolla hər hansı ölkənin enerji sistemini pozub
dağıtmaq mümkündür. Eləcə də nəqliyyat sistemi sıradan çıxa bilər, özbaşınalıq,
xaos yaranar. Bank sistemi, elektron bazaları məhv olar. 11 sentyabr faciəsində
faktiki olaraq Amerikada fiziki terrorla elektron terrorizmi eyni anda icra olundu
və dünyanın bir-birilə bağlı olan infrastrukturlarına öldürücü zərbələr endirildi.
Erməni separatçılarının və işğalçılarının zəbt etdikləri Dağlıq Qarabağ
əraziləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyasının tərkib
hissəsidir.

Azərbaycan Respublikasının milli təhlükəsizliyi isə, dövlətin
müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun,
xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq
mənafelərinin daxili və xarici təhdidlərindən qorunmasının təmin edilməsidir.
ABŞ Federal Təhqiqatlar Bürosunun Xuantikadakı kompüter
laboratoriyasında məhz bu istiqamətdə maraqlı və ciddi araşdırmalar aparılır.
Elektron texnologiyası şöbəsinin başçısı, polkovnik Marius Tomasın fikrincə:
«Münaqişədə və müharibə ərəfəsində olan dövlətlərin kəşfiyyatının elektron
şəbəkəsinə, o cümlədən elektron poçtuna olan maraq daha genişdir. Elektron poçtu
«canlı agentura» şəbəkəsi ilə «elektron agentura» şəbəkəsinin əyani birləşməsidir».
Fransa kəşfiyyatı məlumatlarının 29 faizi, Suriya 41, Livan kəşfiyyatı
məlumatlarının 47 faizi (Beyrut-Yerevan hərbi bağlaşması da) bu məsələyə həsr
olundu (22 oktyabr 2001-ci il). Ermənistan müdafiə naziri Serj Sarkisyan və
Livanın müdafiə naziri Xəlil Əl Xraun arasında imzalanmış müqavilədə hərbi
kəşfiyyat əlaqələrində elektron texnologiyası, elektron poçt və yazıĢmaları
haqqında da ayrıca bənd var. Ermənistan müdafiə naziri belə bir müqaviləni 2001-
ci il oktyabrın 28-də Suriya ilə imzaladı. Almaniya kəşfiyyatı məlumatların 33%-
ni, ingilis kəşfiyyatı 35%-ni, Yaponiya kəşfiyyatı 37%-ni elektron poçtlarından
alır. Hərbi kəşfiyyata gəlincə, Rusiya elektron poçt vasitəsilə məxfi hərbi
məlumatların 46, İran İslam Respublikası 31, Türkiyə isə 48 faizini əldə edə bilir.
Bura bütün kommunikasiya, rabitə əlaqələri, mətbuat və yazışmalar da daxildir.
2000-ci ilin avqust-sentyabr aylarında Ermənistan kəşfiyyat mərkəzi,
Müstəqil Dövlətlər Birliyi ərazisində məskunlaşan ermənilər (birlik və
cəmiyyətlərlə, diaspor mərkəzləri ilə) birbaşa əlaqələrin zəruri olduğunu və bunun
üçün xüsusi proqramların hazırlanması məsələsini ölkənin Təhlükəsizlik ġurasında
qaldırdı. Məhz bundan sonra, avqustun 14-də Yerevandan Moskvaya, Xankəndinə,
Dağıstana, Düşənbəyə, Daşkəndə, Astanaya, Tbilisiyə və Aşqabada
«mütəxəssislər», «poçtalyonlar» və tədqiqatçılar ezam olundular. Məqsəd vaxtilə
münaqişələr, müharibələr, etnik ziddiyyətlər zamanı yaşadığı məkanı tərk etmiş
ermənilərlə əlaqələrin saxlanılması, onların müxtəlif işlərə cəlb olunması,
Yerevanla birbaşa biznes və işgüzar əlaqələrin qurulması idi. Erməni
«poçtalyon»ları Sumqayıtdan, Bakıdan, Gəncədən, Naxçıvandan köçüb getmiş
ermənilərlə xüsusi əlaqələr yaratmaqdan ötrü «Böyük Ermənistan» ideyası ilə bağlı
sorğu anketləri də paylamışdılar.
Yerevan elektron poçtları üçün Həştərxanda, Stavropolda, Saratovda,
Moskvada, Alma-Atıda, Aşqabad və Mahaçqalada bir neçə özəlləşdirilmiş binaları
da satın alıb və orada bilavasitə yerli erməni diasporlarının başçılığı ilə yeni
texniki, kompüter və elektron avadanlıqları quraşdırılır. Bütün elektron Ģəbəkəsinə
erməni zabiti Manvel Qriqoryan başçılıq edir. Erməni diasporunun Stavropolda,
Pyatiqorskda, Krasnodar və Soçidə, eləcə də ġimali Qafqazın digər regionlarında
«Siz Dağlıq Qarabağa getmək istəyirsinizmi» sualı ilə keçirdiyi sorğuya
ermənilərin 45 faizi «hə» cavabını verib. Sorğunu «Riçel» erməni şirkəti
maliyyələşdirib.
KƏŞFİYYAT PROQRAMI
Yerevan kəşfiyyat materiallarının toplanmasında, məxfi məlumatları
gələcəkdə elektron poçtlarına yönəltməkdə dini icmalardan, cərəyanlardan və din
pərdəsi altında fəaliyyət göstərən xeyriyyə təĢkilatlarından, beynəlxalq hüquq və
vicdan azadlığı ilə məşğul olan mərkəzlərdən də geniş istifadə edir. Bu məqsədlə
Ermənistan Apostol kilsəsi regionlarda və diasporların tərkibində iĢləmək
məqsədilə 2 min paster tələb olunduğunu bildirib.
Digər tərəfdən, müntəzəm olaraq, Bakıda yayılan və azad satışı təşkil
olunan «Bxaqavat gita» (krişnaçıların) kitabları Yerevanda «Mitk» nəşriyyatında
politoloq Stepan Danielyanın başçılığı ilə çap olunub (1999-cu ildə iki, 2000-ci
ildə üç, 2001-ci ilin birinci yarısında iki dəfə 10-20 min tirajla).
Araşdırmalarımızdan bu da aydın oldu ki, hələ 1995-ci il aprelin 24-də
Ermənistan MN-də Apostol kilsəsinə mənsub olmayanlar haqqında məxfi bir qərar
hazırlandı. Bu qərarın əsas maddələrindən birini başqa ad və soyad altında MDB
ölkələrində, o cümlədən Azərbaycanda yaĢayan ermənilərlə əlaqələrin bərpası
təşkil edirdi. 1999-cu il noyabrın 9-da bu maddə «Elektron kəşfiyyat proqramı»na
daxil edildi.
2000-ci ilin dekabr ayında isə Ermənistan hökuməti ilə Apostol kilsəsi
arasında memorandum imzalandı. Yerevanda fəaliyyət göstərən «İyeqova
şahidləri» adlı dini mərkəzin lideri Rüstəm Xaçaturyanla MN-nin kəşfiyyat xidməti
arasında informasiya mübadiləsi çərçivəsində bir sənəd də imzalandı. «Saxarov
fondu»nun sədri Ağası Arşanyan isə MN-nə könüllü olaraq informasiya yardımı
edəcəyini bildirdi. Artıq Qərbin bir sıra aparıcı dövlətlərinin xüsusi xidmət
orqanları, diplomatik korpuslar İnternetdən istifadəni məhdudlaşdırıb. Bu da
onların bu şəbəkəyə inamsızlıqları ilə bağlıdır. Hazırda ABŞ və İngiltərə məxfi
mərkəzləri «İnterlink» adlı ciddi elektron proqramına keçib. Elektron poçtlarına
gəlincə, bu istiqamətdə də tam məxfi proqramların işlənib hazırlanması məsələsi
hələlik diqqətdən yayınmır.

Elektron poçtu müasir kəşfiyyatın tərkib hissəsi olduğundan ABŞ
təhlükəsizlik xidməti, ümumiyyətlə, İnternet şəbəkəsində ciddi rejimə keçdi. Çünki
ölkədə baş verən son terror aktlarının törədilməsinin günahının 63 faizi, Harvard
Universitetinin Strateji Araşdırmalar və Tədqiqatlar Mərkəzinin məlumatına görə,
nəzarətdən çıxmış elektron poçtlarının üzərinə düşür.
Diplomat, Milli Təhlükəsizlik Agentliyinin analitiki Styuart Beykerə görə,
elektron poçtları və onun büroları ciddi nəzarətə götürülməlidir. Çünki elektron
poçtları terrorçuların fəaliyyət dairələrinin genişləndirilməsi, qaçaqmalçılıq, silah
və narkobiznes məsələlərində nüvə materiallarının çıxarılmasında və
oğurlanmasında ən etibarlı mənbədir, daha dəqiq desək, «elektron xəritə»dir.
Məhz bu baxımdan, Amerikanın Federal Təhqiqatlar Bürosu ölkənin əsasən
strateji mərkəzində fəaliyyət dairələrini genişləndirən informasiya mərkəzlərinə və
elektron poçtlarına nəzarət üçün «İarnivar» adlı kommunikasiya-nəzarət
sisteminin tətbiqinə keçib.
Elektron poçtlarının bürolan texniki sisteminə görə, regionun və yaxud
ərazinin strateji nöqtələrinin bütün qütblərində yerləşdirilir.
2000-ci il dekabrın 13-də («İravunk» qəzeti. Yerevan) Ermənistan MN-də
elektron və telekommunikasiya məsələləri ilə bağlı yığıncaqda nazirliyin kəşfiyyat
bölməsində aparıcı zabitlərdən olan polkovnik Artur Ağabekyan Azərbaycan və
Türkiyə istiqamətində qurulacaq kəşfiyyat kommunikasiya sistemindən geniş
danışır və bu ciddi məsələnin bir neçə mərhələdə həyata keçirilməsini təklif edir.
Kəşfiyyat polkovnikinə görə, bu nazirlik elektron poçt məsələsini üç mərhələdə
başa çatdırmalıdır.

Birinci mərhələ - 2001-2003-cü illər;
Ġkinci mərhələ - 2003-2005-ci illər;
Üçüncü mərhələ - 2005-2008-ci illər.

«AKOPYAN» FİRMASININ «MƏXFĠ BÜROSU»

Türkiyə və Azərbaycan, işğal olunmuş Qarabağ sərhədlərində hərbi
mövqelərini möhkəmləndirən beĢinci ordu korpusu komandanı, polkovnik Aykaz
Bəhmanyana, birinci ordu korpusu komandanı, polkovnik Levon Yeronosyana,
ikinci ordu korpusu komandiri, polkovnik Seyran Saroyana strateji
informasiyaların toplanmasında və işlənməsində komandanlığın tərkibindəki
elektron poçtlarının şəbəkəsinin genişləndirilməsi işi tapşırılır. Azərbaycan və
Türkiyə istiqamətində qurulan elektron mərkəzlərinə də nəzarəti bilavasitə müdafiə
naziri, general Serj Sarkisyan edir. Elektron kəşfiyyat məsələlərinə dərindən bələd
olmaq üçün 2002-ci ilin aprel-may aylarında Yerevandan və Xankəndidən ayrılmıĢ
56 nəfərlik zabit qrupu Rusiyaya, Çin Xalq Respublikasına, İrana, Livan və
Suriyaya gedib. 2001-ci il iyunun 19-da Amerika Erməni Demokratik ġurası
(Armenian-American Democratic Leadershin Council) tərəfindən (Maxdesyanın
qrupu) Dağlıq Qarabağın «özünümüdafiə dəstələri»nə 30 adda müxtəlif kompüter
və elektron avadanlığı «hədiyyə» edilib. Səkkiz nəfərlik mühəndis qrupu da
Ermənistanın Türkiyə və Azərbaycan sərhədləri istiqamətində həmin elektron
avadanlıqlarının quraşdırılmasında, elektron poçtlarının qurulmasında iştirak edib.
Ermənistanın Azərbaycan istiqamətində planlaşdırdığı elektron hücumunun
birinci mərhələsində (2001-2003-cü illər) qütblərdə strateji məntəqələrin
müəyyənləşdirilməsi və həmin dairələrdə elektron poçtlarının - büroların
yaradılması əsas məsələdir.

Bu məqsədin planlı və ardıcıl həyata keçirilməsi üçün
erməni kəşfiyyatı təkcə «daxili resurslar»dan deyil, eləcə də xaricdəki erməni
diaspor mərkəzlərindən ciddi istifadə edir və əlaqələri genişləndirir. Məsələn,
Fransa, Suriya, Yerevan və Xankəndi ilə güclü əlaqələri olan Tehranda kök salmış
«Akopyan» erməni firmasının nəzdindəki internet şəbəkəsinin, elektron poçtu və
rabitə-kommunikasiya mərkəzinin Təbrizdə, Ərdəbildə, Culfada, Biləsuvar və
Parsabadda yaradılmış bürolarını araşdıraq. Bilavasitə şrandakı erməni diasporu ilə
iş birliyi quran «Akopyan» firmasının geniş texniki imkanlara malik olması və bu
imkanların Azərbaycan istiqamətinə yönəlməsi araşdırılması vacib olan məsələ
kimi diqqətdən yayınmamalıdır. Bu bürolarda qurulan və Azərbaycanın sərhədləri
istiqamətinə «start» götürən güclü «Armenia» ötürücüləri, elektron poçtları AstaraLənkəran, Biləsuvar-İmişli bölgələrini asanlıqla əhatə edir. Dağıstan ərazisində fəaliyyət göstərən və eləcə də öz emissar-müxbirlərini «Araz» erməni
cəmiyyətində (Mahaçqala, ġamil küçəsi 14) təlimatlandırıb şimal rayonlarına -
ġəki, Zaqatala, Balakən, Qusar ərazilərinə istiqamətləndirən ermənilər elektron
poçtlarının bir qismini ayrı-ayrı şirkət və firmaların (neft şirkətləri həmçinin), insan
hüquqlarının müdafiəsini «təmin edən» cəmiyyətlərin, beynəlxalq xeyriyyə
təşkilatlarının, KİV-in nəzdində asanlıqla qura bilirlər. Ermənilərin kəşfiyyat
prinsipləri əsasında qurduqları «Azərbaycan ərazisindəki elektron poçtları»nın
vəzifələrindən biri də, əsasən müxalifət mətbuatı vasitəsilə böhtan, tələb və təkid
məzmunlu məktubların, xəbər və məlumatların göndərilməsi təşkil edir.
2001-ci il avqustun 9-da Xankəndidə ermənilərin qondarma lideri Arkadi
Qukasyanın yanında keçirilən hərbi müşavirədə Kaliforniya ştatının keçmiş
qubernatoru milyonçu erməni Edvard Cerecyanın məktubu oxunur. Edvard
Cerecyana görə, Kaliforniyada erməni diasporunun müstəqil «Artsax» (Xankəndi)
bölməsi yaradılıb və bu bölmənin də fəaliyyəti Xankəndinin ordu quruculuğuna
yardımdan ibarət olacaq (Bax: Ermənistan. «Asun» informasiya agentliyi. 2001-ci
il, 11 avqust).
Ermənistan 2001-ci il avqustun 2-də RF-nın FTX-nin nəzarətində olan
«Qafqaz informasiya əməliyyatları»na qoşulmaq üçün müraciət edib. 2001-ci il
avqustun 4-də Xankəndidən də belə bir müraciət eyni ünvana daxil olub. Rusiya
Təhlükəsizlik ġurasında müzakirəyə çıxarılmış və qəbul olunmuĢ (19 aprel 2001-ci
il) «İnformasiya Təhlükəsizliyi Konsepsiyası»ndan sonra onun xüsusi xidmət
orqanlarında güclü texnoloji proqram təminatı sistemi yaradılıb. Bunun vasitəsilə
ayrılmış kanalla «provayder»ə çıxış mümkündür.

QARABAĞIN İŞGALINDA XARİCİ KƏŞFİYYATIN PLANLARI

2002-ci il yanvarın 14-də Ermənistan Təhlükəsizlik Nazirliyi 1998-2000-ci
illər ərzində ABġ və İsraildə çalışan, hazırda istefada olan rus kəşfiyyatçılarından
dördünü Yerevana işləmək üçün dəvət edib. Yanvarın 19-da sabiq rus
kəşfiyyatçılarından polkovniklər Oleq İvanoviç Safanov, Yefim Boqdanoviç
Suvorov, Valeri Aleksandroviç Popov, Sergey Trofimoviç Antonov Yerevana
gəlmiş, müvəqqəti pasport qeydiyyatına salınmışlar. Yanvarın 24-də Sergey
Trofimoviç Antonov və Oleq İvanoviç Safanov Xankəndi kəşfiyyat departamentinə
yollanıblar.
Polkovnik Valeri Aleksandroviç Popov qeyd etdiyimiz illərdə İsrailin NesTsiana şəhərində çalışıb. ġəhər strateji əhəmiyyətlidir. Təl-Əvivin cənub-şərqindən
24 km aralı yerləşir. Ölkənin məxfi Biokimya institutu da bu ərazidədir. İnstitut
ölkənin kəşfiyyat xidmətləri üçün kimya-biologiya sahəsində strateji planlar işləyir
və bu planlar keçmiş baş nazir David Ben-Qurionun adı ilə bağlıdır.
Polkovnik Sergey Trofimoviç Antonov isə Livermorda çalışıb. Livermor
ABŞ-ın strateji əhəmiyyətli şəhərlərindəndir. Lourens adına radiasiya üzrə milli
laboratoriyalar bu şəhərdə yerləşir.
Yerevanın regionun «şahmat taxtası»ndakı bu siyasi gedişi ABŞ prezidenti
Corc BuĢun İran İslam Respublikasına göndərdiyi ultimatumundan sonra (2002-ci
il yanvarın 10-u, fevralın 9-u və 13-ü) daha da ciddiləşdi. 2002-ci il yanvarın 9-da
Corc Buşun Konqresdə «Ölkədəki vəziyyətə dair» çıxıĢı dinlənildi. Çıxışda
deyilirdi «İran nüvə silahlarının hazırlanmasında və yeni nüvə texnologiyasına
yiyələnməkdə strateji maraqlarını genişləndirib. Tarix bizi və bizim müttəfiqləri bu
istiqamətdə mübarizəyə çağırır (Azərbaycanın da müttəfiqlər cərgəsində olmasını
yadda saxlayaq - red.). İran ərazisində terrorizmi ixrac edən ölkədir. Biz bu
yönümdə mübarizə üçün ildə 1,5 milyard dollar xərcləyirik. Hər gün 30,2 milyon
dollar bu mübarizəyə sərf olunur».
Amerika XXI əsrdə «Azadlıq korpusu» deyilən yeni strateji Proqrama
keçib. Bu Proqram onun milli təhlükəsizliyinin təminatçısı olacaq. Çünki İran
rəsmiləri birinci olaraq Amerikanın onu hədəf seçərkən Ermənistana üz
çevirəcəklərini elan edirlər. Digər tərəfdən, bu, təbiidir. Ermənistanı bu ilin
yanvarından başlayaraq, NATO-ya üzv ölkələrin bir qismi, MDB-yə üzv ölkələrin
bir neçəsi və İraq, Əfqanıstan, Suriya, Livan, Liviya və İran güclü dövlətlər
sırasında təbliğ edir, Yerevanın timsalında «güclü dövlətin güclü paytaxtı» mifini
yaradırlar.
2002-ci il yanvarın 28-də Ermənistan Təhlükəsizlik ġurası ölkənin hərbi
kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin «inkişaf perspektivləri»ni nəzərə alaraq,
İranın hərbi kəşfiyyat və əks-kəşfiyyat mərkəzləri ilə quracaqları əlaqələrin
sənədlərini müzakirəyə çıxartdı. General S.Sarkisyanın fikrincə, bu əlaqələr
Ermənistan və Dağlıq Qarabağın hərbi kəşfiyyat işlərinin yenidən qurulmasında
önəmli rol oynayacaq.
Məsələnin mahiyyətində isə Amerika təhlükəsinə qarşı «Yerevan+Tehran»
sövdələşməsi dayanır. Digər tərəfdən, Yerevan-Tehran münasibətlərinin
böyüməsində öncə Moskvanın maraqları var. Burada Çin, Livan, Yunanıstanın
siyasi maraqları da mövcuddur.

Araşdırmalarımızın məntiqi və real nəticəsi onu deyir ki, Moskva özünün
kəşfiyyat və hərbi planlarında Tehranı tək buraxmayıb və bu istiqamətdə Yerevanı
ən etibarlı кörpü və region kimi mühüm mərkəz sayır. Faktiki olaraq, Tehran
istiqamətindən Vaşinqtona açılan «atəş»də Moskva da iştirak edir. Bu, onun strateji
məqamlarından biridir. Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl istiqamətindən
sərhədlərə (İranla), eləcə də Dağlıq Qarabağ istiqamətindən Azərbaycana nəzarət
ruslara məxsusdur.
Məsələn, Rusiyanın Xarici İqtisad Kəşfiyyatının tanınmış fiqurlarından olan
polkovnik İsay Lobov qeyd edir: «Rusların ermənilərə münasibəti həmişə yüksək
olub və tarix boyu bu münasibət pillə-pillə qalxıb. Rus siyasətçiləri nəinki MDB
çərçivəsində, eləcə də dünyada qərar tutan erməni diasporları ilə əlaqələr
yaratmaqda, birgə strateji tədbirlər hazırlamaqda maraqlıdırlar» (İ.O.Lobov.
«Üfüqi xətt» kitabı. M., 1999, səh. 61). İran İslam Respublikasının da mövqeyi
aydındır. 2001-ci il dekabrın 13-də ölkənin xarici işlər naziri Kamal Xərrazi
Tehrandakı erməni icmasının üzvlərinə açıqca bəyan edib: «Ermənilər bizim
dostumuz, qonşumuz yox, qardaşımızdır. Onlarla qan qohumluğumuz haqqında
çoxlu tarixi sənədlər var».
Afinada çıxan «Estiya» («Ocaq») qəzeti 2001-ci il noyabrın 10-dakı sayında
«Redaktor sütunu»nda yazır (səh. 1): «Ermənistanla bağladığımız hər hansı sənəd
tarixi sənəd kimi qiymətlidir. Dağlıq Qarabağ məsələsi isə onları tarixə yenidən
baxmağa və buraxılmış səhvləri düzəltməyə məcbur edəcək. Afina Yerevana hərbi
və təhlükəsizlik xidmətlərində yardımçı olacağını həmişə elan edir».
Yunanıstanın prezidenti Konstantinos Stefanopulos ABŞ-ın Yunanıstana
yönəlmişsiyasətinə işarə edərək deyib: «Bu, dost siyasəti deyil».
«Vaşinqton tayms» qəzeti isə bu fikirdədir: «Dövlətlər var ki, onu
terrorçular maliyyələşdirir və onlar həmin ərazidə azad, sərbəst dolanırlar. Bu
dövlət Yunanıstandır». Təqribən 18 faizini milliyyətcə ermənilər təşkil edən «17
noyabr» terror qrupunun isə ölkədə az qala toxunulmazlıq statusu var.
Pekində nəşr olunan «Çayna deyli» qəzeti («Çin gündəlik qəzeti») isə
ermənilərlə MDB məkanının, eləcə də dünyanın erməni diasporları ilə hər cür
əlaqələrin qurulmasını vacib sayır: «Ermənistan müstəqil ölkə kimi Çinlə
münasibət-lərini genişləndirməyə çalışır. Ermənilərin hərbi təlim dərslərini alması,
bu sahədə əməkdaşlığın genişləndirilməsi üçiln Çin real təkliflər irəli sürüb. Çin
investisiya məsələsində də ciddi təkliflər irəli sürməyə hazırdır».
Livan isə Azərbaycan torpaqlarının işğalında ermənilərə bilavasitə yardımçı
olub.
Sözügedən ölkələrin mətbuat səhifələrində, rəsmi dairələrində Azərbaycana
belə yanaşılmır, ölkəmiz haqqında belə düşünülmür. Halbuki Azərbaycan
geostrateji cəhətdən dünyanın həm siyasi, həm də iqtisadi maraqlarının
diqqətindədir. Bu da maraqlıdır ki, NATO-ya üzv ölkələrin bir qismində Bakı
Beyrut kimi səciyyələndiri
lir. Yəni, neft Bakısının Beyruta çevriləcəyi günün
yaxınlaşdığı deyilir.
Şuşadakı bilavasitə Tehranın təklifi ilə yaranmış «Amerika planlarına qarşı
kollektiv kəşfiyyat» blokunun təhlükəsizliyi Xankəndi Hərbi Əks-Kəşfiyyat
Departamentinə həvalə edilib.
Ərazidə radiasiyanın səviyyəsi yüksək olduğundan 2001-ci il noyabrın 22-
də yaradılmış bu strateji mərkəz işini ancaq bu il yanvarın 12-də gücləndirdi.
Dağlıq Qarabağ ərazisindəki radiasiya durumu haqqında Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Departamenti Avropa Ģöbəsinin
rəhbəri Məsud Səhmayi və agentliyin radiasiya və radioaktiv tullantıların
təhlükəsizliyi departamentinin əməkdaşı Aleksandro Bilbao-Alfonso öz
hesabatlarında (4 sentyabr 2001-ci il) məlumat verir. Göstərilir ki, regionda
radiasiya durumu normal deyil. Radiasiya araşdırmaları ilə məşğul olan Aleksey
Koltsov isə (RF) qeyd edir ki, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Çeçenistan
ərazilərində radiasiya həddini aşıb. Professor yazır: «Təkcə Dağlıq Qarabağ
ərazisində 29 radiasiya mənbəyi var. Buna səbəb olan amillərdən biri «Metsamor»
Atom Elektrik Stansiyasının (Ermənistan) radioaktiv tullantılarının bu əraziyə
daşınmasıdır» (A.Koltsov: «Beynəlxalq Agentliyə hesabat», 3 dekabr 2001 -ci il.
RF MEA).
Dağlıq Qarabağda nüvə tullantılarının basdırılması nəticəsində 80 min
hektar kənd təsərrüfatına yararlı torpaq, 150 min hektar meşə ərazisi, 22 min hektar
həyətyanı sahə, 2 qoruq məhv edilib. Məlumata görə, 2001-ci il oktyabrın 13-də
Xankəndidə şərti olaraq, «Hərbi dairə» adlandırılan alimlər qrupu ermənilər
tərəfindən işğal olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının coğrafi
xəritəsini Fransadakı «VIK Nuclears Lnc» ġirkətinin nümayəndələrinə təqdim
edib.
Şirkətin Paris ofisinin rəhbərliyi Avropanın beĢ ölkəsində yığılıb qalan
(Əfqanıstan, Fransa, Belçika, Rumıniya, Avstriya) radioaktiv tullantıların Qarabağ
ərazisində basdırılması üçün «Seyf-12» adlı məxfi planı reallaşdırıb. Nəticədə
şirkət 28,5 milyon dollar vəsaiti Xankəndinin büdcəsinə keçirib. Qondarma
«DQR»in «MN»-nin əməkdaşlarından olan polkovnik Artur Abramoviç
Mnasakanyan və mayor Vartan Aşotoviç Arustamyan A.Qukasyanın şəxsi göstərişi
ilə 2001-ci il iyulun 2-də Bernə yollanırlar (bu adamlar 1999-cu il avqustun 10-da
da Berndə olublar). Onlar Trak və Keykos adalarında qeydiyyatdan keçmş «CÜN
Energy YB» və Baham adalarında mərkəzi ofisi olan «Union Atomic Garbage Plc»
ġirkətlərinin inşaat qrupu ilə danışıqlar apararaq, Qarabağda xüsusi
«betonlaşdırılmış şaxtalar»ın tikintisi ilə bağlı razılıq alıblar («Eko» qəzeti.
Dekabr, 2001-ci il, Paris).
Baş Qərargahı ġuşada yerləşən «Kollektiv kəşfiyyat»ın ilk yığıncağı isə,
məlumata görə, 2002-ci il yanvarın 14-də qeyri-leqal keçirildi. Yığıncaqda
Yerevandan, Afinadan, Pekindən, Moskvadan, Beyrutdan və Tehrandan gəlmiĢ
nümayəndələr iştirak edirdilər («Artsax» qəzeti. 2002, №6, «Redaktor sütunu»).
Bunu Yerevan-Tehran əməkdaşlığının yeni səhifəsi hesab etmək olar.
Yerevanla Tehran arasındakı birinci ciddi sövdələşmədə Naxçıvan ərazisi
bölündü. Əslində, bu, hər iki ölkənin hərbi kəşfiyyat xidmətlərinin Ģərti bölgüsü
idi. Həm Yerevanda, həm də Tehranda aparılan bu bölgü (1998-ci il aprelin 19-da)
əsasında hərbi xəritələr də cızıldı. Məxfi bölünmə planlarını «Qriqoryan qrupu»nun
üzvləri ilə 1998-ci ilin yanvarında Yerevan təhlükəsizlik xidmətində yaradılmış
«Naxçıvan kəşfiyyat qrupu»nun (bölmə müdiri Aruşan (bek) Markaryan) üzvləri
birgə işləyiblər.
İranın münasibətini isə Tehran Universitetinin professoru Rza
İnayətullahinin 1998-ci il aprelin 29-da Yerevanda keçirilən simpoziumdakı
«Ermənistana və Azərbaycana münasibətdə İran siyasəti» çıxışından bilmək və
müəyyən etmək çətin deyil. Yaxud, Naxçıvanın bölünməsindən sonra onun işğal
olunmuş Qarabağla birləşdirilməsi, sərhədlərin dəyişdirilməsi strateji plan kimi,
«Böyük Ermənistan» ideyasının tərkib hissəsi kimi dayanır. İşğal planında ġahbuz
rayonunun «Naxçıvan» adlandırılması, Babək rayonunun ləğv edilməsi,
ümumilikdə «Artsax Muxtar Respublikası»nın yaradılması məntiqə sığmasa da, bu,
xüsusi xidmət orqanlarının bağlı qapılar arxasında müzakirə obyektidir.
Bu arada İranın təklifi ilə Cənubi Kaliforniyada yaşayan erməni
diasporunun nəzdində analitik qrupun yaradılması qərara alındı.


Rövşən Vəliyev,
siyasi elmlər doktoru, professor, milli təhlükəsizlik məsələləri üzrə ekspert



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ