"Bədəlyanın yetimləri ": yaxud  "Erməni ayparası " təşkilatı,..əli, ayağı kəsilmiş azərbaycanlı uşaqlar, ermənilərin " dilənçilik imperiyası "
Tarix: 21-03-2020, 19:05
Google+ Paylaş
Tumblr Paylaş

"Bədəlyanın yetimləri ": yaxud "Erməni ayparası " təşkilatı,..əli, ayağı kəsilmiş azərbaycanlı uşaqlar, ermənilərin " dilənçilik imperiyası "

21-03-2020, 19:05

ERMƏNĠ «AYPARASI»
1999-cu il dekabrın 24-də, saat 16-00 da İrana məxsus «Peykan» avtobusu
Cəbrayıl sərhəd məntəqəsini asanlıqla keçərək Xankəndidə qərar tutdu. Nə qədər
qəribə də olsa, avtobusu qarşılayanlar içində qondarma «respublika»nın qondarma
diplomatı, «Hayastan» erməni xeyriyyə təşkilatının Ermənistan təmsilçisi Naira
Melkumyan da var idi.

Ertəsi gün Xankəndidə ermənilərin xeyriyyə təşkilatı kimi ad qazanmış,
«Advantis»in liderlərindən olan Serqo Ovanesyana qondarma «respublika»nın
«XİN»-də çalışan fransız müşaviri Jirak Albertyan adlı politoloq «xeyriyyə
cəmiyyəti»nin yardımı adı ilə 28 min ABŞ dollarını «hədiyyə» edir və «yük»ün
Yerevana yola salınmasında iştirak edən qrupa qoşulur (Yerevan. «Advantis»
xeyriyyə təşkilatının icmalı. 29 dekabr 1999, səh. 14. İcmal dörd dildə çıxır).
2000-ci il fevralın 21-də Ermənistan prezidenti Robert Köçəryan ölkənin
milli təhlükəsizlik, müdafiə, daxili işlər nazirlərinə, Hərbi Xüsusi İdarənin
başçısına xarici işlər nazirinə və Yerevan şəhər merinə göstəriş verdi ki,
«Advantis» beynəlxalq mədəni və xeyriyyə cəmiyyətinə və cəmiyyətin
nümayəndəsi S.Ovanesyana ciddi yanaşsınlar, istənilən yardımı etsinlər
(«Армянский вестник», 2000-ci il, 3 mart, səh. 9).
Bu işlərə nəzarət etmək üçün səlahiyyət Ermənistan Müdafiə Nazirliyinin
generallarından olan Avik Xaçaturyan adlı bir rütbə sahibinə verildi. Uşaqlara
nazirlik xətti ilə ərzaq, maşın, isti geyim-yatacaq ayrıldı. Bu, zahirən belə idi.
Çünki bütün işlərə nəzarəti S.Ovanesyan özü edirdi, maliyyə məsələlərindən
tutmuş danışıqlaradək hər şeyi özü müəyyənləşdirirdi. Əlil və Şikəst uşaqlar üçün
Yerevan hərbi hospitalından dörd nəfər də ayrıldı. Lella Baqdasarovna adlı orta
yaşlı bir həkim-cərrah bu dayələrə başçı təyin edildi. Ona maaş ayrıldı. Gündə 75
ABŞ dolları (A.Xaçaturyan. «Erməni xeyirxahlığı», 26 mart 2000-ci il, Moskva.
«Советская Россия» qəzeti, səh. 2).
Normal həyata qayıdıb insan kimi yaşamaq hüquqlarını itirmiş bu uşaqları
irəlidə Lella Baqdasarovnanın «Amputasiya otaqları» gözləyirdi. «Amputasiya»
latın sözüdür. Cərrahiyyə əməliyyatının bir qolunu təşkil edir. Barmaqların, əlin,
qolun, qıçın, qulağın kəsilib atılması bədənin istənilən hissəsində lüzumsuz və
gərəksiz, lakin məqsədli cərrahiyyə işlərinin görülməsi əməliyyatlarını əhatə edir.
Lella Baqdasarovna üçün «mədəni proqramlar» da hazırlandı. Martın 4-də
hərbi hospitalm ikinci mərtəbəsində işlər dayandırıldı. Şikəst və əlil uşaqlar növbə
ilə «Amputasiya otaqları»ndan keçirildi. Bu prosesdə özünü Ermənistanın «Vətən»
cəmiyyətinin üzvü kimi təqdim edən 55 yaşlı Alik Mansyeviç Arsenyan, Fransa və
Suriyadan gəlmiş «emissar»lar, «doktor» ləqəbli, 1948-ci il təvəllüdlü Jan Franses
Klod, şəhərsalma işləri ilə məşğul olan (biznes sahəsi üzrə) 63 yaşlı Saleh Qasim
Abdullah da iştirak edirdi. Yenidən sənədləĢmə aparılırdı. Çünki uşaqların sayı 22-
dən 38-ə çatmışdı. Yerevanda о qrupa qoşulan 16 nəfərin də yaş həddi 9 yaşından
12 yaş arasında idi. Bu uşaqlar isə «Ararat» və «Erməni ayparası» qeyri-leqal
təşkilatları ilə bir neçə il bundan əvvəl Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam
istiqamətindən valideynlərinə qoşulub müharibədən, erməni gülləsindən xilas
olmaq üçün İranın Kəleybər yaşayış məntəqəsinə gedən uşaqlar idi. Bu uşaqların
bir qismi qorxudan nitqini və ağlını itirmişdi. Bir qismi sərhədi keçərkən
döyülməkdən, bir qismi ac və susuzluqdan, soyuqdan yarımcan olmuşdu. Bəziləri
valideynlərinə qoşulub dilənir, ġərbi Azərbaycanın (İran) Hurənd, Xumarlı,
Təzəkənd, Vərzəcan, Əhər, Germi yaşayış məntəqələrini gəzir, çörək pulu
qazanırdılar. Yetim uşaqlar isə ərazi məscidlərinə pənah aparır, ölməmək üçün bu
şikəstlərə sığınırdılar. Həmin uşaqların 16 nəfəri Yerevana gətirilmişdi. (Tehran.
«İran» qəzeti, 4 mart 2000-ci il, səh. 3.)
Maraqlı faktlardan biri də budur ki, ermənilərin Azərbaycanın şikəst və əlil
övladlarına olan bu qəribə və «humanist maraqları» haqqında 2000-ci il martın 26-
da Azərbaycandakı müxtəlif ünvanlara məktub yazıldı. Məktubları İranda xırda
ticarət işləri ilə məşğul olan Əyyub Xatımecat, Firdovsi Mərəndi imzalamışdılar.
Bundan sonra, İranda hər iki iş adamına Yerevan və Bakı ilə ticarət əlaqələrinə
qadağalar qoyuldu.

AMPUTASĠYA OTAQLARI
Araşdırmalarımızın nəticəsi olaraq, Yerevanda «Amputasiya otaqları»ndan
keçirilən əlil və şikəst edilən övladlarımızdan bəzilərinin adlarını əldə etdik:
l. Zəhra Mürşid qızı Həsənova (Qubadlı)
2. Elçin Babayar oğlu Qəhrəmanov (Qubadlı)
3. Həsən Almurad oğlu Zehniyev (Zəngilan)
4. --------------- Səfərova Aytəkin (Qubadlı)
5. Xurşid Əflatun oğlu Nağıyev (Cəbrayıl)
6. Canişin Əhmədağa oğlu Balabəyov (Zəngilan)
7. Zərintac Sakitağa qızı Məmmədova (Zəngilan) Bu uşaqların
toplanmasında, bir yerə yığılmasında qeyri-leqal «Erməni ayparası», onun lideri,
keçmiş hərbçi Yeqo Saaktyan xüsusi canfəşanlıq göstərib (İsfahan. Erməni
icmasının «Ararat» qəzeti, 3 aprel 2000-ci il). «Amputasiya otaqları»ndan
keçirilən, sifətləri və bədənləri tanınmaz hala düşmüş, nitq və görmə, eşitmə
qabiliyyətlərini itirmiş, ölənədək əlil arabalarında sürünməyə məhkum edilmiĢ bu
uşaqların taleyi hələlik qeyri-müəyyəndir.
Əldə etdiyimiz digər məlumatlara görə, Ermənistanın Nairi rayonunun
(təqribən 1,5 km şimal istiqamətində) Lusoker qəsəbəsində (Sevan gölü
yaxınlığında), Dilican ərazisində 1992-1993-cü illərdə əsir alınmış qadın və
qızlarımızın, şikəst edilmiş, əlil arabalarına «qoşulmuş» uşaqlarımızın xarici iş
adamlarına satılması, bağışlanması üçün xüsusi qul bazarları var.
Hər şey hələ ki, diqqətdən yayınmışdı, sakitliklə ötüb keçirdi. Rəsmi
Azərbaycan qalan əsirləri tələb edirdi. Ermənilər isə heç bir əsir olmadığı,
hamısının qaytarıldığı iddiasında israrla dayanırdılar. Erməni eksperti Afik
AĢotyan 2000-ci il fevralın 16-da Artsax (Xankəndi) radiosuna belə bir müsahibə
verir ki, Azərbaycanın iddialarında heç bir sənəd və sübut yoxdur. MN-nin mətbuat
katibi, polkovnik Seyran ġahsuvaryan isə «Mond» (Fransa) qəzetində yazır:
78
«Azərbaycanlı əsir» mövzusunu unutmaq lazımdır» (24 sentyabr 2000-ci il, səh.
3).
2000-ci il martın 19-da Novruz bayramı gecəsi general Avik Xaçaturyan
Serqo Avanesyanla birgə Yerevanın ruhi xəstələrin müalicə mərkəzində
yerləşdirilmiş əlil və şikəst uşaqlara bayramlıq aparır. Dünyanı unudan, adlarını
belə xatırlamayan, yaddaşlarına min cür iynə vurulmuş, gündə üç dəfə lazımsız və
zərərli preparatları, dava-dərmanları qəbul edən bu uşaqlar üçün «Novruz, bahar
bayramı» anlayşĢı çoxdan ölmüşdü.
Martın 23-də Yerevan-Paris axĢam reysi ilə Fransaya uçan general Avik
Xaçaturyan, həkim-cərrah Lella Baqdasarovna «Advantis»in Yerevan şöbəsinin
işçiləri, «Erməni ayparası», «Ararat» qeyri-leqal «xeyriyyə cəmiyyətləri»nin
nümayəndələri Paris yığıncağında iştirak edirlər.
Araşdırmalarımıza görə, uşaqları Parisə buraxmırlar. Onları elə hava
limanındaca əvvəlcədən nəzərdə tutulmuş (bu işləri Parisdə qeyri-leqal fəaliyyət
göstərən «Eçmiədzin» qrupu görürdü) qaydalar əsasında dörd qrupa ayırırlar.
Həmin axşam uşaqların 23-ü Paris-Dəməşq reysilə iş adamı Saleh Qasim
Abdullahın başçılığı ilə Suriya istiqamətinə aparılır. Dəməşqdə isə uşaqlar Türkiyə
və Almaniya qruplarına bölünürlər.
Hələ fevral ayında Moskvada çap olunan «Kriminal xronika» qəzeti yazırdı:
«...Milli münaqişələr zamanı yüz minlərlə uşaq ata-anasını, ev-eşiklərini, isti
ocaqlarını itirdi. Onlar kimsəsiz və tənha qaldılar. MDB məkanında bu faciənin
əlamətlərinə Azərbaycanda, Tacikistanda, Moldovada, Gürcüstanda, Qazaxıstanda,
Özbəkistanda, Qırğızıstanda daha çox rast gəlinir. Atılmış və yaxud əsir alınmış
uşaqlar müxtəlif qrup və birləşmələr tərəfindən satın alınır, amputasiya edilir,
«dilənçilik biznesimdə və yaxud üzv orqanlarının kəsilib satılması sahəsində
fəaliyyət göstərən cərrah otaqlarında əsl gəlir mənbəyinə çevrilir.
Moskvada və Krasnodarda «dilənçilik biznesində «işləyən», milliyyəti
bilinməyən şikəst və əlil uşaqların hər biri «xozeyn»ə gündə 200 ABŞ dolları və
yaxud 400-450 min əlavə rubl verir. Onların «Amputasiya otaqları» isə Çexov
rayonunun sanatoriyalarındadır...» («Kriminal xronika» qəzeti. 4 fevral 2000-ci il,
səh. 2).

«CƏNAB SƏFİR!... ƏFƏNDİM, QARDAŞIM...»

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) 2000-ci il noyabrın 16-da ölkə
başçısına altı səhifəlik hesabat göndərir. «Həyəcan təbili» çalan bu hesabatda
göstərilir: «...Almaniya ərazisində Rusiya və digər MDB ölkələrinə məxsus
«həkim-cani» qrupları haqqında məlumatlar, sənədlər əldə etmişik. Bu qruplar
qadağan olunmuş yollarla uşaqların və yaşlı adamların sağlam orqanlarının alqı-satqısı ilə məşğuldur. Bu uşaqların bir qismini Almaniya ərazisinə erməni, gürcü
və çeçen «iş adamları» gətirir. Onlar müharibə şəraitində itkin düşən və əsir
alınmış şəxslərdi. RF-nın, eləcə də digər MDB ölkələrinin kəşfiyyat xidmətləri bu
işdə acizlik və gücsüzlük göstərirlər». (Berlin. «Morqen» qəzeti, 16 noyabr 2000,
səh. 4).
Bu materialdan sonra Qazaxıstan, Moldova və Qırğızıstanda 2000-ci il
dekabrın 13-də «Müştərək operativ qrup» yaradıldı. Milli təhlükəsizlik məsələləri
ilə məşğul olan parlament komissiyaları xüsusi qanunlar hazırladılar. Özbəkistan
Təhlükəsizlik şurası bununla bağlı xüsusi müşavirəsində qərar qəbul etdi.
Qeyri-leqal «Erməni ayparası» təşkilatının fəaliyyətini araşdırarkən qəribə
bir mənzərə ilə rastlaşdıq. Livanda, Dəməşqdə, ġuşada, Ankarada, İsfahanda,
Kölndə, Marseldə fəaliyyət göstərən «Erməni ayparası» daimi «əməkdaşı» hələbli
Abdullaha ayırdığı hər oğlan uşağı üçün 470, hər qız uşağı üçün isə 530 ABŞ
dolları alır. Abdullah isə hər uşaqdan gündə 75-90 ABŞ dolları götürür. Onun
qruplarına gəlincə, bu qruplardan ikisi Beyrutda, biri Bakıda, biri də Diyarbəkirdə
«Abdullahın uşaqları» kimi fəaliyyət göstərir, yerli köməkçilər vasitəsilə «biznes»
işlərini qururdular. Hər köməkçisinə Abdullahın «naibləri» 110-120 ABŞ dolları
ayırırdı.
Hələbdə ərəb dilində nəşr olunan gündəlik «Ə1-Cəmahir-Əl-Ərəbiyyə»
qəzetində «Hələbli Abdullahın uşaqları» adlı redaksiya yazısı çap olunur. Yazıda
qeyd edilir: «...şeyx Abdullahın övladı yoxdur. Amma Dəməşqin rəngli
bazarlarından tutmuş, Hələb küçələrinədək xeyli şikəst və əlil uşaq səpələnib,
onların bir adı var: «Abdullahın uşaqları». Kimisi əl arabasında yatır, şikəst,
barmaqları kəsilmiş əlini gələn-gedənə açıb dilənir, kimisi kəsik qolunu, topal
ayaqlarını göstərib, imdad diləyir. Bunların yanından rahat ötüb keçmək olmur.
İstər-istəməz könlündən yardım etmək keçir...» (Hələb. «Ə1-Cəmahir-ƏlƏrəbiyyə» qəzeti. 20 dekabr 1994-cü il, səh. 4).
Feliks Türkiyədə nadir adlardandır. Bu adın sahibini axtarmaq üçün elə də
böyük zəhmət tələb olunmur. Atatürk limanından azca aralı (təqribən 100-150
metr cənub tərəf) 16 nömrəli ikimərtəbəli binanın bir küncünə qısılıb çəkmə silən
«usta» ləqəbli Əşrəf İpəkçidən soruşsan, başını qaldırmadan pıçıldayar: «...O, çox
qəddar adamdır. Mən bütün polislərə (usta günün çoxunu limanın ətrafında gəzişən
polislərə xidmətdə keçirir - red.) deyəndə ki, onu tutub aparır, heç kəs məni
eşitmir. Hamı üzümə baxıb gülür. Mən gülmək üçün söz demirəm, əfəndim. O,
mənim qardaşımı döyüb öldürdü».
Bu sözləri çəkməçi 2001-ci il fevralın 11-də saat 13-də (Bakı vaxtilə saat
15-də) hava limanı keĢikçilərinin başçısına verdiyi məktubda da yazıb və həmin
məktublardan birini Azərbaycanın Türkiyədəki səfiri cənab M.Novruzovun da
adına ünvanlayıb: «...Cənab səfir! Əfəndim... qardaĢım (məktubdakı ifadələri
dəyişmirik), Feliks Ağayan adlı bir erməni uşaq alveri ilə məşğul olur. O uşaqların
bir qismi şikəst edilib küçələrdə, yollarda dilənməyə məhkum olunub. Siz heç
soruşmursunuz ki, o uşaqlar kimdir? Onlar bir erməninin - türk polisinin gözlərini
bağlayan bir zalımın Azərbaycandan girov etdiyi, satın alıb gətirdiyi uşaqlardır,
Şikəst və əlil övladlardır...»
Vaxtilə babasının öyüd-nəsihətlərini, «Millətim... vicdanım...» kitabını
vərəqləyən (Dəməşqdə 1908-ci ilin noyabrında çap olunub. Ermənilərdən bəhs
edir) nəvə Feliks Ağayanın həyat yolu da maraqlı olub. Məsələn, nəvə Feliksin
babası Feliks Ağayan 70-ci illərdə Ġrandakı erməni icmasının nümayəndəsi kimi
ölkə parlamentinə seçilib. Azərbaycan əleyhinə ilk söyüş və ittihamı parlament
kürsüsündən o deyib.
Feliks Ağayan (nəvə) 1946-cı ildə İsfahanda anadan olub. 1974-cü ildə
ermənilərin «Qardaşlıq» cəmiyyətinə başçılıq edib. Təşkilat qeyri-leqal fəaliyyət
göstərdiyindən (Tehran təhlükəsizlik xidmətinin köməyilə) Ġsfahanda Baş
Qərargahı dağıdılıb, fəaliyyəti qadağan edilib. 1983-cü ildə F.Ağayan «Babayan və
onun kompaniyası» tikinti şirkətinin İstanbul filialında işləmək üçün göndərilib. Bu
zaman o, artıq dünyanın səkkiz ölkəsində qeyri-leqal fəaliyyət göstərən və
müntəzəm maliyyə yardımlan alan «Erməni ayparası» təşkilatının həmsədrlərindən
biri idi.


Bu təşkilat isə, öz növbəsində, 1992-ci ildən «Advantis» erməni mərkəzilə
müştərək proqram haqqında müqavilə imzalayır. Ağayan-Ovanesyan
münasibətlərinin əsas məqsədi aydın idi: «Azərbaycan və azərbaycanlılar».
Məlumata görə, nəvə Ağayan az müddət ərzində Ankaradakı erməni icmasının
fəallarından olan ġahi Danisyanın köməyilə Türkiyənin hökumət və dövlət
strukturlarında ermənipərəst məmurlarla iĢgüzar əlaqələr qurur, bu yolla həm də
təhlükəsizliyini təmin edir.
1999-cu il iyulun 26-da Ağayan Diyarbəkirdə, İstanbulda, Adanada
«Erməni ayparası» adlı separatçı, əsl məqsəd və məramı gizli qalan təşkilatlar
yaratdı.
Diyarbəkirdəki mərkəzə 1983-cü ildən 1986-cı ilədək Yerevanda milis
idarəsində azyaşlı və yeniyetmələrlə iş şöbəsinin istefada olan mayoru Qleb
Daniloviç Bədəlyan başçılıhq edirdi. Keçmiş zabit 1984-cü ildə Bakıda keçirilən
(DİN-nin xətti ilə) elmi-nəzəri konfranslarda iştirak edib. Azərbaycan dilini bilən
bu şəxs, təşkilatın həm də «Böyük Ermənistan» ideoloqudur. Hazırda «Erməni
ayparası»nın «Bədəlyan qolu»ndan geniş istifadə olunur. 1999-cu il noyabrın 2-də
Q.Bədəlyan Diyarbəkirdə məskunlaĢan, 1989-cu ildən Bakıdan köçüb gedən, iş
üçün orada «ilişib qalan» Fazilə Sadıqova adlı bir qadınla tanış olur. Həmin vaxt
Fazilənin qeyri-qanuni bir uşağı da doğulmuşdu. Maddi çətinlik, mənəvi sıxıntı
Fazilənin bütün ümidlərini qırmış, onu dilənməyə məcbur etmişdi. Yollarda
döyülüb, təhqir olunan, sifətinə, boyun-boğazına bıçaq çəkilmiş, hörükləri
qayçılanmış bu qadını Türkiyənin döngələri, keçilməz dalanları tanınmaz etmişdi.
1999-cu il noyabrın 19-da Qleb Bədəlyan «xeyirxah adam kimi» Fazilənin
uşağını (iki yaşlı Nigarı) satın alır. Bu zaman Bədəlyan ona cəmi 20 ABŞ dolları
verir və deyir ki, yenə doğsa, yenə uşağı almağa hazırdır (Diyarbəkir. 1999-2000-ci
illərdə gəlmələrlə bağlı ayrılmış «Polis qovluğu», səh. 114).
O gündən Nigar erməni Bədəlyanın yetimlərinə qoşulur. «Bədəlyanın
yetimləri»nə (əslində içərisində bir nəfər erməninin də olmadığı bu təşkilatın
üzvlərinə) İstanbulun, Ankaranın küçələrində bu gün də tez-tez rast gəlmək olur.
Onları axtarmaq lazım deyil. Çünki özləri adamın qarşısına çıxır. Kimisi əl
arabasında, kimisi sürünə-sürünə, kimisi də əl ağacına söykənib, pul üçün ağlayır,
yaşamaq üçün dilənir.
İstanbul Bələdiyyə idarəsi məmurlarından birinin 2001-ci il iyunun 14-nə
olan məlumatına görə, «Erməni ayparası»na başçılıq edən Qleb Bədəlyanın
«yetimləri» təkcə şəhərin cənubunda 19 yerdə dilənir. Onların 12-si azərbaycanlı,
5-i çeçen, 2-si isə rusdur (2001-ci il mayın 2-də iş adamı Yavuz Yapıncının
İstanbul Bələdiyyə idarəsinə yazdığı şikayət məktubuna əsasən hazırlanmış
məlumatdan). Satın alınmış bu uşaqların əksəriyyəti Ermənistanın özəl
«Amputasiya otaqları»ndan keçirilib. Şikəst və əlil olan, danışmağa, söz deməyə
taqəti qalmayan diri gözlü ölülər - «Bədəlyanın yetimləri» haqqında İstanbuldakı
diplomatik korpusların da xəbəri var. Bu barədə Rusiya səfirliyindən 3 (2001-ci il),
Almaniya səfirliyindən 2 (2001-ci il), Qazaxıstan səfirliyindən 4 dəfə (2001-ci il)
Türkiyə Xarici İşlər Nazirliyinə sorğu edilib.
«Dilənçilik biznesi» erməni zabiti Qleb Bədəlyanın Türkiyənin
«İmpaş»dakı bank hesabında məbləği xeyli artırdı. Məlumata görə, 2000-ci il
yanvarın 5-də Qleb Bədəlyan «Erməni ayparası»nın xətti ilə 13 min 680 ABŞ
dolları, 2001-ci ilin dekabrında isə 17 min ABŞ dolları «Adventis» erməni
xeyriyyə təşkilatmın Tehran və Artsax (Xankəndi) şöbələrinə köçürür.
Üç ay ərzində (noyabr, dekabr 1994-cü, yanvar 2001-ci il) Qleb Bədəlyan
Türkiyədə alverə, çörək pulu üçün axışıb gedən və sonradan vətənə qayıtmağa
üzləri olmayan, xırda oğurluqlara cəlb olunmuş və bununla da polis idarələrində
qeydiyyata düşən Əsmət Süleyman qızı Cavadovanm (Şəmkir) iki yaşlı oğlunu,
Zemfira Qulammirzə qızı Abuşovanın 6 yaşlı qızını (Tovuz), Əfsanə Dadaş qızı
Dadaşovanın qüsurlu doğulan üç yaşlı qızını (Lənkəran), Arif Sabutay qızı
Şiriyevanın beş yaşlı şikəst oğlunu (İmişli) «Erməni ayparası»na - bələdiyyə və
mətbuat sənədlərində «xeyriyyəçi» kimi tanınan təşkilata cəlb etmişdi. Bu vaxt o,
bütün bunlar üçün 1.890 ABŞ dolları xərclədiyini də «Advantis» təşkilatına yazır.
Məlumata görə, 2000-ci il yanvarın 21-də Qleb Bədəlyana əslən türk olan,
1986-89-cu illərdə Türkiyənin Dəniz Donanmasında xidmət etmiş və sonradan
istefaya çıxan zabit Dəmir Osmanoğlu qoşulur. O, uşaqları bir yerdən başqa yerə
köçürmədə, daxili qayda-qanunların nizamlanmasında iştirak edirdi. Qleb
Bədəlyan isə ayrı-ayrı məhəllə və döngələrdən, vağzal və bazarlardan şikəst, lal və
kar olan, əl arabalarına pərçimlənmiş uşaqların topladıqları, yalvarıb, ağlayıbsızlayıb yığdıqları ianələri toplamaqla məşğul idi. Hər uşaq gündə 80 ABŞ dollarıdan 90 ABŞ dollarına qədər haqq verməli idi. Bu, onların yaşamaq haqqı idi.
Bu haqqı verməyən təhqir, kötək yeyirdi.
Fevralın 24-də Türkiyədə erməni dilində çıxan «Jamanak» qəzetində
yarıçılpaq bir qadın meyitinin şəkli dərc edilir. Meyit 2000-ci il fevralın 22-də
məhəlləarası avtobus dayanacaqlardan birinin yanından tapılmışdı. Qəzet məlumat
verirdi ki, şəkildə gördüyünüz bu qadın Bakıdan öz qardaşlarının yanına çörək və
iş üçün gəlmiş Fazilə Əmircan qızı Sadıqovadır. Sonra bu şəkil Yerevan
mətbuatında göründü. Martın 20-də isə həmin şəkil Beyrutda - «Azq» qəzetində
verildi. Bir ömrə də beləcə son qoyuldu.
Ardı var

Rövşən Novruzoğlu,
Genetik məsələlər üzrə mütəxəsis, araşdırmaçı- jurnalist
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ