Şeyx Şamil: Qafqazın  Qartalı yoxsa ingilis kəşfiyyatının casusu !!!
Tarix: 18-03-2020, 11:22
Google+ Paylaş
Tumblr Paylaş

Şeyx Şamil: Qafqazın Qartalı yoxsa ingilis kəşfiyyatının casusu !!!

18-03-2020, 11:22

Dünyada qəhrəman kimi tanınmış, azadlıq mücadiləsi simvoluna çevrilmiş Şeyx Şamilin adı çəkiləndə istər-istəməz cəsurluq, mərdlik, dözümlülük məfhumları yada düşür. Qafqazın bu məşhur qəhrəmanı təxminən 35 il çar Rusiyasına qarşı mübarizə aparıb və onun haqqında saysız-hesabsız kitablar, yazılar, fikirlər söylənilib.

Bu gün nəinki Qafqazda, Türkiyədən tutmuş Orta Asiyayadək hər yerdə Şeyx Şamilin igidliyindən, mərdliyindən danışılır.Bu yazıda biz Şeyx Şamilin başqa keyfiyyətlərinin üzə çıxarılmasına çalışacayıq. Amma bu yazı o Şeyx Şamilin müsbət keyfiyyətlərinə kölgə salmaq məqsədi daşımır. Tarixi faktlar göstərir ki, Şamil dövrünün siyası fiquru, qurduğu, qoruyub saxlamaq istədiyi sistemin rəhbəri olmaqla yanaşı həm də müridizm hərəkatının rəhbəri olub. Nə qədər Şamilin müsbət xüsusiyyətləri öndə olsa da, onun yuxarıda göstərdiyimiz sahələrlə bağlı fəaliyyətində meydana çıxan cəhətlərinə o qədər fikir verilməyib, bunlar isə bir sirr olaraq qalıb.Öncə hərəkatın ideyası, məhək daşı olan müridizm haqqında məlumat verək. Müridizmin yaşı çox cavandır. Düzdü, bu cərəyan sufizimin bir istiqəməti hesab olunsa və belə tanınsa da, ancaq Qafqazda populyarlıq qazanıb və yayılıb.
Rəsmi mənbələrə görə, ilk dəfə müridizmi Qafqaza buxaralı Xass-Məhəmməd 1823-cü ildə sufi elmi formasında gətirib. Əslində bu heç də müridizm olmayıb. Müridizmin islam dini ilə o qədərdə yaxınlığı yoxdur. Hətta bəzi alimlər hesab edirlər ki, o, islamda bir təriqət belə deyil. O, tək Qafqazda formalaşıb və elə orada da tədricən yoxa çıxıb. Nədən Qafqazda?19-cu əsr Qafqazı nə qədərdə sirli qalsa da, nə qədər az öyrənilsə də, Alban Həvari Kilsəsi (Alban Katolikosluğu) mövcudluğu xeyli araşdırılıb. Təbii ki, Qafqazda dini mərkəz vardısa, idarə etmə və bu dinə inanan insanlar da var idi.
Maraqlı fakt odur ki, müridizmin Qafqazda yayılması ilə Alban Həvari Kilsəsinin ləğvi ust-üstə düşür. 1836-cı ildə Rusiya bu kilsəni ləgv edib Erməni Qriqorian Kilsənin tərkibinə verdi. Bu kilsə Çar Rusiyası üçün Qafqazda yayılan müridizmin, eyni zamanda İslamın qarşısını kəsmək üçün ən böyük qüvvə idi. Amma bağlanıldı. Səbəb? Səbəb kimlərəsə inandırıcı görünməyə bilər. Amma bu belə idi: bu regionda alban-türk mövcudluğunun kökünü kəsmək. Bu tip gedişlər zatən hər dövrdə olub və indi də var. Məsələn:Vəhhabilik. Hər kəsə məlumdur ki, bu cərəyanın arxasında kimlər durur və hansı maraqlara xidmət edir. Digər bir maraqlı məqama diqqət yetirsək aydın olur ki, Qafqazda islamın yayılmasında gözə çarpan fiqurlardan biri Şeyx Mənsur adlı şəxsdir.
Bəs bu adam kimdir? Mənbələr onun əslində Teofil Lapinskiy olduğunu deyir. Mənşəcə polyak və katolik olan Teofilin xəfiyyə adı Tefik bəy olub. Onun haqqında Litvinov N.D öz yazılarında geniş məlumat verib.Yenidən qayıdaq Şamilə. Qafqazın bütünlüklə işğal olunması rusların apardığı açıq siyasətin tərkib hissəsi idi, amma bu siyasətin görünməyən hissəsi ondan ibarət idi ki, ruslar Qafqazda mövcud olan türk məfhumunu tamamilə silmək istəyib. Əslində Qafqaz müharibəsi işğal müharibəsi deyildi, bu sırf ideloji müharibə idi. İlk baxışdan xristianlıq kimi görsən də, türklərin inandığı, inanc gətirdiyi Səma Tanrısı (Tenqriçilik) dinini bir dəfəlik silmək üçün müridizm və Şamil hərakatı ən əlverişli vasitə idi.
Ona görə də ruslar Alban kilsəsini "uf" demədən ləğv etdilər və islamda dərin kökləri olmayan müridizmin geniş vüsət almasına göz yumdular. Şamilin bu dövrlərdə hakimiyyətə gəlişindən tutmuş öz naibləri, silahdaşları ilə münasibətinə nəzər salsaq görərik ki, çoxlu qaranlıq məqamlar var. Qafqazda Şeyx Şamil qədər tanınan ikinci qəhraman Hacı Murad şeyxin tərəfinə keçənə qədər ruslarla yaxın münasibətdə olub, sonrdan Şamilin naibi olub. Ancaq sonradan bu iki şəxsiyyət arasında münasibətlərin pisləşməsi Hacı Muradın mövqeyinin təzədən dəyişməsi ilə nəticələnib. Bir məqamı da önə çəkmək lazımdır ki, dahi rus yazıçısı Lev Tolstoy nədənsə Qafqazın birinci qəhrəmanına - Şeyx Şamilə deyil, ikinciyə - Hacı Murada bədii əsər həsr edib. Və bu qəhrəman ruslar tərəfindən ələ keçirilən kimi öldürülüb, başı bədənindən ayrılıb. Əsərdə Hacı Muradın rus generalı Klyuqenə yazdığı bu sözlər maraq doğurur: "Mən çalmanı Şamilə görə daşımıram, ruhumu, qəlbimi xilas etmək üçün daşıyıram...Və mən Şamil tərəfə keçə bilmərəm.
Çünki onun əli ilə mənim atam, qardaşlarım, yaxınlarım öldürülüb. Mən ruslar tərəfə də keçə bilmərəm.Onlar isə mənim şərəfimi alçaldıblar".Hacı Muraddan fərqli olaraq Şeyx Şamil son döyüşdə nədənsə ölənə qədər döyüşməyib və təslim olub. Adətən, əsl qəhrəmanlıq etalonu belədir: sona qədər döyüşmək. Nədənsə, bu qədər qəhrəmanlığından bəhs etdiyimiz adam, eyni zamanda azadlıq mücadiləsi aparan şəxs sonda əsirlik həyatı yaşamağa razı olub. Şamilin əsirlik həyatı da maraqlıdır. Bu qədər təhlükəli düşmənə ruslar həddindən çox mülayimlik göstərib. Bu faktlardan biri çarın Şeyx Şamilə təyin etdiyi yüksək pensiyadır.
Bu fakt niyə maraq doğurur? Amma digər faktlar da var. Uşaqlarına xüsusi imtiyaz və imperator sarayında xidmət təklif olunub. Kaluqda Şamilin yaşadığı ev üç mərtəbəli, çay kənarında yerləşən gözəl bir saray olub. Qonşusu isə Şamili əsir alan knyaz Aleksandr İvanoviç Baryatinski idi. Maraqlıdır ki, Qafqazı fəth edən genaral Yermolovun evi Şamilin evindən fərqli olaraq kiçik daxmaya bənzəyib və ona çar cüzü pensiya təyin edib. Bundan belə nəticə çıxır ki, Qafqazı Yermolov yox, Şamil fəth edib?! Qeyri-rəsmi olsa da belə bir məlumat var ki, ingilis xəfiyyəsi arxivində Şamilin şəxsi işi var. Orda onun ”verbovka”olunması və müsəlmanlaşdırılması təsvir olunub.Şamil hərəkatından ən çox zərər görən Azərbaycanın şimal-qərb zonası olub. Həm maddı, həm mənəvi baxımdan. İlisu sultanlığının süqutu ilə yanaşı həm də 300 illik tarixə malik sultanlığın bütün arxivi yandırılıb, heç bir tarixi sənəd qalmayıb. Səbəb sonuncu sultan Danyal bəyin Şamil tərəfə keçməsi olub. Bu da ruslara əsas verib ki, İlisuda talan törədilsin. Baxmayaraq ki, Danyal sultan sonda yenidən rusların şərtlərinə razılaşıb və təslim olub. Ancaq artıq gec idi. Hazırda bu zonanın tarixini rəsmən rus, gürcü, erməni mənbələrindən öyrənmək mümkündür. Amma bu heç də həmişə həqiqətə uyğun faktların ortaya çıxmasına əsas olmur.Sonda onu qeyd edim ki, Şeyx Şamil və müridizm hərəkatının nəticəsində bizlər - türklər növbəti dəfə qazandıqlarımızı itirdik. Həm də məsələnin çətin tərəfi odur ki, indi bunları öyrənmək, araşdırmaq çox çətindir.

Namiq Man-taş

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ