Namiq Ağamalıyev : Dəniz fatehi   yaxud  yüksək mənəvi idealları ilə seçilən işgüzar, ziyalı insan
Tarix: 22-04-2024, 17:51
Google+ Paylaş
Tumblr Paylaş

Namiq Ağamalıyev : Dəniz fatehi yaxud yüksək mənəvi idealları ilə seçilən işgüzar, ziyalı insan

22-04-2024, 17:51



Ərtoğrul Mehdizadə
___________________________

Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.

Ziyalılıq bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol,yaşadığı həyat,başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.

Dənizçilik sahəsi üzrə tanınmış mütəxəsis, artlq illərdir bütün tərəfləri ilə bu çətin və şərəfli sahədə öz sözünü deməyi bacaran işgüzar insan, Dənizçilik Kollecinin direktoru Namiq Ağamalıyev də məhz bu ali kateqoriyadan olan ziyalılarımzdan,ölkədə əsl işgüzar mühitin formalaşmasında böyük və müstəsna xidmətləri ilə yadda qalan,insanların qayğılarına,düşüncələrinə yaxınlığı ilə seçilən hörmətli,bacarıqlı və təcrübəli,çəksinin sanbalı ağır gələn şəxslərdən biri kimi yadda qalandır.

Bu günə qədər həyatda qazandığı uğurlar,işgüzar, pedoqoji, əmək fəaliyyətində ona baş ucalığı gətirən naliyyətlərin çoxu,Namiq müəllimin elə bu prinsipial və doğru,düzgün sağlam mətiqi düşüncələrinin məhsulu kimi diqqətçəkən faktorlardandır.

Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Namiq Ağamalıyev, həmçinin həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

1960-cı ildə əsrlərin daş yaddaşının süzgəcindən dupduru göz yaşı kimi süzülüb üzü bəri gələn və əsrarəngiz dəniz suları,qumlu sahili, ləpədöyəni, ağ şanı, qara şanısı, şirin ənciri , comərd,mətin,cəsur,saf,təmiz,igid insanları ilə tarix yazan Bakıda dünyaya göz açan Namiq Ağamalıyev,doğurdan da elə ömrün gənclik illərində pərvazlanan arzu və istəklərindən çələng hörə-hörə, həyat yolunu həyat kredosu ilə büsbütün,tamlığı bütövlüyü,düz mütənasib çalarları ilə müəyyənləşdirməyi bacarmışdır.

O, həmçinin ömür yolununda gələcək məsafələrinin,sərt döngələrin,eniş, yoxuşların düzgün riyazi xətt, həndəsi silsilələrlə müşayət ediləcək bütün tərəflərini ölçüb-biçə bilən ictimai xadimlərdən,dəyərli ziyalılarımzdan,milli siması olan,əsl insan obrazını yaşayan sanballı vətəndaşlarımzdandır desək,səhv yanşama etmərik.

Beləki,şərəfli ömrün ilk cəsarətli addımlarını 1971-1977-ci illərdə Cəmşid Naxçıvanski adına orta ixtisaslaşdırılmış hərbi məktəbdə atan Namiq Ağamalıyev,daha sonralar,-1977-1982-ci illərdə Ali Hərbi Dənizçilik Məktəbində “Gəmi sürücülüyü” fakültəsində təhsil almaqla davam etdirməyə müfəffəq ola bilir. Adıgedən bu təhsil müəsissəsində o,mühəndis-gəmi sürücüsü peşəsinin sirlərini öyrənir.

Təhsilə hər zaman böyük önəm verən Namiq Ağamlıyev,2006-cı ildə həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul olunmağa fürsət tapır və 2010-cu ildə buradakı təhsilini uğurla başa vurur.

Namiq müəllimin ömrü dəniz sularında keçib desək daha doğru olar; yeddi il fasiləsiz gəmi kapitanı vəzifəsində çalışan Namiq Ağamalıyev,1999-cu ildən, 2006-cı ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışır.O,burada əvvəlcə Dəniz Xidməti rəisinin müavini,sonralar Dəniz qəzaları və hadisələri üzrə müfəttişlik şöbəsinin rəisi vəzifəsini icra edir.

2006-cı ildən -2011-ci ilər arası əmək fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında rəis müavini kimi davam etdirən Namiq Ağamalıyev,2011-2013-cü illərdə yenidən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləməyə başlayır. Əvvəlcə, Dəniz Ticarət Limanında Baş direktorunun müavini, ardınca da, Dəniz Xidmətinin rəisi vəzifəsini icra edir.

Bunu da qryd etmək yerinə düşəndir ki, Namiq müəllim həm də iki il (2013-2015) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində də xidmət göstərmişdir. Ehtiyatda olan zabitdir.

2016-ci ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də çalışmağa başlayan Namiq Ağamalıyev əvvəlcə,Azərbaycan Dövlət Dəniz Akademiyası rektorunun müşaviri,sonra isə Azərbaycan Dənizçilik Kollecinin direktoru təyin edilmişdir.

Namiq müəllim bu illər ərzində göstərdiyi fədakırlıqlara görə "Donanmanın Fəxri İşçisi" döş nişanı ilə də təltif edilmişdir .

O, işlədiyi bütün kollektivlərdə yüksək insani keyfiyyətlərlə tanınıb,qayğıkeşliyi, mehribanlığı, vətənpərvərliyi hər kəsə bəllidir. Hər zaman işinə məsuliyyətlə yanaşan Namiq müəllimin çalışdığı qurumların prinsip və ideallarına vicdanla əməl etməsinə isə şübhə yoxdur.

Hazırda fəaliyyətini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibindəki Dənizçilik Kollecinin direktoru kimi uğurla davam etdirir. Direktor kimi vəzifəsinin öhdəsindən bacarıqla gəlir və bu təhsil ocağının inkişafına böyük töhfələr verir.

Budur,illərdir bu səmimi və doğru-dürüst ziyalı insan,nüfuzlu ictimai xadim,bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,respublikada doğru,düzgün inkişafın,sağlam iqtisadi mühitinin qurulmasına, avanqard iqtisadi uğurların çiçəklənməsinə,vətənə,xalqa,dövlətə xidmətini həsr etməkdədir.

Bu amil,Namiq Ağamalıyevin ləyaqətli vətəndaş kimi tutduğu prinspial mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan müsbət,dinamik tendensiv xətt üzrə birbaşa istiqamətlənməsinə xidmət etməyə hesablanmışdır.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Dəyərli ziyalımız Namiq Ağamalıyev də belə insanlarımzdan,bütün səy və bacarığını yalnız vətən üçün müqəddəs işlərə həsr edən,cəmiyyətdə öz yeri,çəkisi və sözü olan sanballı,nəhəng,sayılan,sevilən layiqli,parlaq şəxsiyyətlərdəndir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ