17-01-2021, 20:55

Elşad M.Turan

----------------------------------





... və bir gün də beləcə ötüb
keçdi,
necə də üzücü, cansıxıcı,
necə
də umudsuz, necə də sənsiz,
budur
axşamın da gözünə qaranlıq çökməmiş,
tənhalıq
qapımı gücü çatan qədər döyməyə
başladı,
sanki canı aqzından çıxmağa
az
qalmış, beləcə bu soyuq
payız
axşamında indi necə də qalmışıq,
bir-
birmizdən aralı, uzaqlarda,
çox
uzaqlarda, xəbərsiz - ətərsiz,
qapına
gəlməyə, qapını döyməyə
inan
nə əlim gəlir, nə ayaqım yeriyir,
ayrılıqsa,
uzun, çox uzun,boyu boyumdan da
uzun,
bəlkə də bu ilahi hikmət, ilahi
sirrdir,
bəlkə də sən mənim növbəti
imtahanım,
bəlkə də mən sənin günahlarının
cəzasıyam,
bir də unutma, heç unutma,
qara
buludların arxasından parlaq
günəşi,
təzədən doğmağa hökm edən,
əlbəttə
tək Allahdır(!!!), bəlkə də, bəlkə

bu belədir, bəlkə də tərsinədir,
bəlkə
də tamam əksinədir , bəlkə

sən mənim günahlarımın cəzası,
bəlkə
də mən
sənin növbəti imtahanınam, bəlkə də,
düzünü
Allah Bilir, bircə bunu bilirəm,
biz
bu sevgini indi, necə də yaşamağa
məhkumuq,
ya bir yerdə, ya da ayrı- ayrı,
bu
yükü daşımaq, ya əzabımız, ya da
vüsalımızdır,
bəlkə də tale yazımızdır, ya qoşalaşıb
bu
yolu getməli, ya da ayrılaraq
bu
sevginin yükünü bir - birimizdən
xəbərsiz,
xəlvətcə, sakit, ustufca, çəkə- çəkə,
ölməliyik,
ancaq, ancaq, bir də unutma,
biz
bu sevgini yaşatmalıyıq,
nəyi
var yaşatmalıyıq, ölümünə yaşatmalıyıq,
ölümsüz
sevgilərin
sırasına qatmalıyıq, illər
ötsə
də, zamanın çarxı çevrilsə də,
qiyamət
belə qopsa da, inan bu şəhərdə
heç
rastlaşmasaq,üz -üzə gəlməsək də,
mən
səndən xəbərsiz, sən
məndən
xəbərsiz, ayrı- ayrı qütüblərə
atılsaq,
ayrı- ayrı şəhərlərə qovulsaq,
külək
kimi sovrulsaq da, ancaq, ancaq
biz
bu sevgini yaşatmalıyıq,..
bir
gün ölüb getsək belə ,
mən
səndən xəbərsiz, sən məndən
xəbərsiz,..
... və beləcə hələ daha neçə günlər
ötüb
keçəcək, necə də üzücü,
cansıxıcı,
umudsuz –umudsuz, bir azdan
qış
düşəcək, qarlar yağacaq; ruhumuza
kədər
gətirən uzun qış,.. soyuq küləklər əsəcək
üstümüzə,
uzaqlardan qara, boz buludları
qovacaq,
hey qovacaq, ruhumuz üşüyəcək,
həmən
soyuq küləklərdən, küçələrdən əl-ayq
çəkiləcək,
insanlar yuvalarına dönəcək,
olan
- qalan, budaqladan düşmək istəməyən

soyuqdan tir- tir
əsən
yarpaqlarsa , köhnə xatirələri
nostalji
yaşatmağa hələ bir macal da tapacaq,
quşlar
uçub isti yerlərə köç edəcək,
beləcə,
sadəcə, heç nə olmamış
kimi,
bir - birimizdən xəbərsiz, umudsuz, tək-tənha,
mən
səndən xəbərsiz, sən məndən xəbərsiz,
sənsiz
. sənsiz, yenə də sənsiz................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ