Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti, COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Univ
Tarix: 30-11-2023, 14:38
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, İtaliyanın Milli Nüvə İnstitutu, ABŞ-ın Delavare Universiteti, Pakistanın Lahore Universiteti, COMSATS İslamabad Universiteti, Türkiyənin Ankara Universiteti, Orta Doğu Texniki Universiteti, Qazi Univ

30-11-2023, 14:38

.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanda elmin böyük hamisi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi “Heydər Əliyev İli”nə təsadüf edir. Konfransın suverenliyimizin tam bərpa olunduğu ildə keçirilməsi onu daha da yaddaqalan edir. Rektor qeyd edib ki, 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən konfransın materiallar toplusu 2017-ci ildən “Web of Science” bazasında indekslənir. Builki konfransda Azərbaycan, Türkiyə, İsrail, Pakistan, İtaliya, Almaniya, Çin, Makedoniya, Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Argentina, Rumıniya, Kanada, Macarıstan, Albaniya, Portuqaliya, Sudan, İspaniya, ABŞ, Rusiya, Belçika, Özbəkistan, Ukrayna və Gürcüstan da daxil olmaqla 25 ölkə təmsil olunur. Təşkilat komitəsinin hesabatına əsasən, konfransın proqramına 149 məruzə daxil edilib: “Konfransın əvvəlki illərdə olduğu kimi, gənc tədqiqatçı və alimlər üçün yeni platformalar formalaşdıracağına, mühüm elmi prioritetlər müəyyən edəcəyinə inanırıq. Bugünkü konfransda fizikanın ən aktual problemlərinə toxunulacaq, innovasiya və istehsalatla bağlı mövzular müəyyənləşdiriləcək, məruzələrlə çıxış edəcək tələbə, magistrant, doktorantlar içərisindən konvergens düşüncəli gənclər tədqiqatlara cəlb olunacaqlar”.

Rektor Elçin Babayev diqqətə çatdırıb ki, BDU dünyanın elm və təhsil təşkilatları, mərkəzləri ilə əməkdaşlıq əlaqələrini ardıcıl şəkildə inkişaf etdirir. Təkcə 2022-ci ildə dünyanın 289 təhsil və elm müəssisəsi ilə kollaborativ məqalə dərc olunub. BDU dünya universitetləri ilə bakalavriatura, magistratura və doktorantura səviyyələrində 11 ikili diplom proqramı həyata keçirir. Son illərdə BDU-nun strukturu tamamilə yenidən formalaşdırılıb, yeni inzibati-idarəetmə sistemi qurulub, elm və təhsil üzrə yeni mərkəzlər, şöbələr, laboratoriyalar fəaliyyətə başlayıb. Hazırda BDU-da 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 21 elmi-tədqiqat və 55 tədris laboratoriyası, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 elmi kitabxana, 1 filial, 1 kollec, 1 lisey, 11 inzibati-idarəetmə mərkəzi fəaliyyət göstərir. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Excellence Center) artıq formalaşır. Mərkəz BDU-da olan bütün elmi fəaliyyəti koordinasiya və təhsil-elm-istehsalat üçlüyünü sinergetik formada inkişaf etdirməklə BDU-nun “Tədqiqat universiteti” statusunu əldə etməsinə tam imkan verəcək. BDU-da yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tələbələrin iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət 2 komandası “TEKNOFEST 2023” müsabiqəsində 24 min layihə içərisində qalib olub. BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 3 ildə 50-yə yaxın milli, beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 500-dən çox tələbə, doktorant, gənc tədqiqatçı təhsil alaraq bu layihələrdə təmsil olunub. BDU-da mövcud olan elektron kitabxana sisteminin yenilənməsi işləri başa çatmaq üzrədir.

2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə 264, 2023-cü ilin indiki dövrünə qədər isə 187 məqalə dərc olunub. “Clarivate Analytics” şirkətinin “InCites” qiymətləndirmə sisteminin nəticələrinə əsasən, 2016-2023-cü illər ərzində bütövlükdə Azərbaycan üzrə dərc olunmuş elmi əsərlər içərisində BDU-nun payı 19 faiz, Azərbaycan Respublikasındakı bütün universitetlər üzrə dərc olunmuş elmi əsərlərdə isə 43 faiz təşkil edir. BDU-nun Hirş indeksi artıq 59-dur, hər bir əsərə edilən istinadların orta sayı isə 7,35-ə qədər yüksəlib. BDU əməkdaşlarının 2022-ci ildə Q1 və Q2 kvartil kateqoriyalı jurnallarda dərc etdirdiyi elmi məqalələrin sayı 2016-cı illə müqayisədə 1.8 dəfə artıb. BDU beynəlxalq reytinqlərdə də öz mövqeyini möhkəmləndirir. BDU Azərbaycandan “Times Higher Education” beynəlxalq reytinqinə daxil edilmiş ilk və yeganə universitetdir.

Ayrı-ayrı ölkələrdən olan alimlər çıxış edərək müasir dünyada elmin, təsilin mühüm rolundan danışıb, konfransın əhəmiyyətini vurğulayıblar.

Sonra məruzələr dinlənilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ