Azər  Əsgərov:Nəcib, işgüzar, xeyirxah insan yaxud biznesdə uğur formulunun qurucusu
Tarix: 3-05-2025, 07:10
Google+ Paylaş
Tumblr Paylaş

Azər Əsgərov:Nəcib, işgüzar, xeyirxah insan yaxud biznesdə uğur formulunun qurucusu

3-05-2025, 07:10


Ərtoğrul Mehdizadə_____________________________
Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur.
Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini,mənasını bu məqamdan açmağa başlayır.

Ziyalılıq bir vəzifə deyil, taledir.Bu taleyi heç kəs özü seçmir.Tutduğu yol,yaşadığı həyat,başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir.


Tanınmış və nüfuzlu iş adamı,ictimai xadim, cüdo üzrə idman ustası,Azərbaycanda bir sıra biznes layihələrinin rəhbəri,xeyirxah və nəcib əməlləri ilə yadda qalan,sadə, səmimi, gülərüz şəxiyyət,”Azman “ holdinqin həmtəsisçisi Azad Əsgərov,məhz bu qəbildən olan və layiqli vətəndaş taleyi yaşayan,insanların qayğılarına,düşüncələrinə yaxınlığı ilə seçilən,milli və dövlətçilik maraqlarımızın inanılmış və sınanılmış ön sıralarında gedən simalarındandır.

Bu günə qədər həyatda qazandığı uğurlar,işgüzar fəaliyyətində ona baş ucalığı gətirən naliyyətlərin çoxu, Azər müəllimin elə bu prinsipial və doğru,düzgün sağlam məntiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandır.
Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.

Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Azər müəllimin həmçinin, həyatının hər bir anında məhz belə olmağa çalışıb.
Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Onun ömür yolu,- Bakıda,doğulduğu ziyalı ailəsindən,elm,mərifət ocağından güc alır.

Bütün bu müsbət səciyyəvi xüsusiyyətlər,onun istedadından və işıqlı gələcəyindən xəbər verən detallardan olmuşdur.
Bu üzdən də, Azər müəllimin daxili aləmindəki yaradıcı və qurucu ruhu,gələcəkdə çin olacaq arzularının arxasınca onu pərvazlandırmışdır .
Bütün bu xoş istəklər,bir gün bu ziyalı,yaradıcı və qurucu insanın,vətən,xalq,dövlət qarşısında əsl vətəndaş,əsl insan kimi əvəzssiz xidmətlərə layiq olduğunu doğurdan da təsdiq edə biləcəkdi.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.

Budur,illərdir bu səmimi və doğru-dürüst,əsl azərbaycanlı, dəyərli və layiqli vətəndaş, bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,respublikada doğru,düzgün,sağlam sahibkarlıq, biznes mühitinin qurulmasına,ölkə idmanın inkişafına, atdığı xeyriyyəçilik addımlarına həsr etməkdədir.

Bu amil,Azər Əsgərovun ləyaqətli vətəndaş kimi tutduğu prinspial mövqeyi,çıxdığı yolun da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan müsbət,dinamik tendensiv xətt üzrə birbaşa istiqamətlənməsinə xidmət etməyə hesablanmışdır.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Hörmətli Azər Əsgərov,həmçinin belə insanlarımzdan,bütün səy və bacarığını yalnız ölkədə iqtisadi potensialın inkişafı üçün işlərə həsr edən,cəmiyyətdə öz yeri,çəkisi və sözü olan
sanballı,sevilən layiqli ziyalılarımzdandır .

O, bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan, onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən, milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ