Samir Mollayev: Müstəsna intelekt və  təxəyyül sahibi   yaxud  yüksək emosional zəkası ilə seçilən işgüzar insan
Tarix: 3-05-2025, 00:14
Google+ Paylaş
Tumblr Paylaş

Samir Mollayev: Müstəsna intelekt və təxəyyül sahibi yaxud yüksək emosional zəkası ilə seçilən işgüzar insan

3-05-2025, 00:14


Elşad Xanbudaqlı
________________________

Elə insanlar var ki, onların həyatı,işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə ucalarda olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

Vətən üçün yaşanan ömür əsl insan ömrüdür.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir.

Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.

O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.
Belə şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.


Neft,qaz sənayesi və mühəndislik sahəsində beynəlxalq təcrübəyə malik,sadə, səmimi işgüzar insan, SOCAR AQŞ şirkətinin baş direktoru Samir Mollayev kimi...

Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən…Bu amal, bu istək, sanki bir ömür boyu bu insanın ruhuna, qəlbinə hopmuş, onunla addımlamış, hər anında Samir müəllim ilə yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işığ tutmuşdur.

O, həmçinin bu günə kimi fəaliyyət göstərdiyi bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, Işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.

Ən əsası odur ki, Samir müəllim əsl ziyalı, gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan.

Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keygiyyətlərə malik ziyalı şəxsin varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur.

Şərəf, ləyaqət, ailə dəyərləri kimi ali məhfumların aşındığı bu günki zamanda, öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun,adının, ailəsinin saflığının – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək
adama təsəlli olur.

Samir müəllimin indiyə kimi işinə yaradıcı münasibəti, parlaq liderlik keyfiyyətləri,öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.


Ziyalı,işgüzar insan adının adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda bu sözə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var.

Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ziyalı sözü, ziyalı xeyir-duası həmişə ali həyat məramı olub.

Ziyalı, xeyirxah insanlar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir.

Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ziyalılar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.

Ziyali məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

Cəmiyyətin bir insanı ziyalı kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır.

Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Samir müəllim kimi qədirbilən insanlara böyük ehtiyacı vardır.

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".

Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur.

Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Samir müəllim ziyalı,mədəni,yüksək şəxsi keyfiyyətləri ilə seçilən insan olmaqla paralel,həmçinin neft, qaz sənayesi üzrə ölkənin ən təcrübəli mühəndislərindən, bir çox layihələrə imza atan, sağlam iqtisadi mühitinin formalaşmasında müstəsna rolu olan kadrlardan, SOCAR AQS-in hazırki rəhbəridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Aerokosmik mühəndislik üzrə magistr dərəcəsi qazanan Samir Mollayev, 2006-2007-ci illər arası təhsilini Parisdə, Schlumberger Təhsil Mərkəzində Quyuların Tamamlanması və Məhsuldarlıq sahəsində davam etdirmiş, 2010-cu ildə isə ABŞ-da, Alyaskada İnkişaf Proqramını müvəffəqiyyətlə bitirmiş və Quyu Sahəsinin Rəhbəri qismində elastik borular sütunu üsulu ilə qazmanın planlaşdırılması, onlarınhəyata keçirilməsində liderlik, yüksək təcrübə nümayiş etdirməyi bacarmışdır.


SPE və ISEECE kimi müxtəlif beynəlxalq konfranslarda mühəndislik texnologiyalarının optmallaşdırılması,neft yataqlarındakı əməliyyatlarda innovativ həll üsulları və ekoloji nəzarət məsələlərini əhatə edən bir sıra tədqiqat işləri və məqalələr təqdim etməklə, neft, qaz sənayesində elmi baxışlarının praktikada uğurlu məntiqi sonluğa çatması üçün təkan rolunu oynmağı bacarmışdır..


Samir Mollayev,yuxarıda qeyd etiyimiz kimi mühəndislik sahəsində liderlik, texnoloji dəstək və mürəkkəb şəraitlərdə çoxfunksiyalı komanda əməliyyatlarının idarə olunması üzrə səriştəli mütəxəsis, neft və qaz sənayesində 15 ildən artıq beynəlxalq təcrübəyə malik aparıcə şəxslərdəndir.


Onun sözügedən sahələr üzrə karyera qazandığı illər, -çalışdığı J. Ray McDermott şirkəti,ardınca da Azəri-Çıraq-Günəşli platformalarının tikinti-inşaat işlərinə təsadüf edir.


Daha sonralar o, fəaliyyətini Schlumberger şirkətində Quyuların Sınağı üzrə mühəndis kimi davam etdirmiş və Böyük Britaniyada, Danimarkada yataqlar üzrə aparıcı mühəndis dərəcəsinə qədər pillə-pillə yüksəlmişdir.


Samir müəllimin neft-qaz sənayesində sonrakı10 illik fəaliyyəti BP şirkətində Quyulara Müdaxilə və Bütövlük üzrə Mühəndislik Qrupunun rəhbəri kimi aparıcı mütəxəsis olaraq yadda qalır.


Onun rəhbərliyi altında komanda quyularda axının stimullaşdırılması üzrə xüsusi gəmidən istifadə, qumlu layların təcrid edilməsi (qoruyucu kəmər üçün genişlənən mufta, saxsı filtrlər və qumun kipləşdirilməsi) və s. kimi yeni texnologiyaları pilot layihə qismində ilk dəfə tətbiq etmiş və boru kəmərinə gündə 40 milyon barel neft əlavə etməyə müvəffəq olmuşdur.


Bununla paralel,Nobel Energy şirkətlər qrupunda Qazma Biznesi üzrə baş əməliyyat direktoru vəzifəsini icra edən Samir Mollayev, layihələrə yüksək keyfiyyətli dəstək və nəzarət, eləcə də Əsas İcra Göstəricilərinin (ƏİG), büdcə, icra müqavilələrinin idarə olunmasında qazandığı bilik və təcrübəsini tətbiq edərək, özü ilə bu məsuliyyət tələb edən sahəyə güclü, işgüzar etika, diqqət və canlanma qatmışdır.


Bütün bunların uğurlu məntiqi nəticəsi kimi o, Nobel Energy və SOCAR arasında birgə müəssisə olan SOCAR AQŞ şirkətində baş direktor vəzifəsinə təyin edilmiş və hazırki günümüzə qədər bu məsuliyyətli vəzifəni bacarıqla icra etməkdədir.


Doğurdan da, bütün bu inkişaf və tərəqqidə, SOCAR AQS-nin uğurlarında böyük rolu olan Samir müəllim, sözügedən şirkətin fəaliyyət dairəsini nəinki nefr və qaz sənayesində möhkəmləndirməyi bacarmış, həm də şirkətin yeni,daha dinamik və çoxşaxəli istiqamətlərdə zirvələrə çata bilməsi üçün düzgün, fundamental layihələrin baş tutması konsepsiyasının hazırlanmasının əsas fiqurlarından hesab edilənidir.

Bu üzdən, partnyorlar SOCAR AQS -da hər bir detalın vacib olduğuna inanır, təqdim olunan məhsulların keyfiyyətinə üstünlük verir, unikal məhsul çeşidlərindəndən seçim etməkdən zövq alırlar.

Çünki doğurdan da SOCAR AQS neft, qaz sahəsində peşəkər komandanı təmsil edən, partnyorlrının daim zövqünü nəzərə alan aparıcı şirkətdir.

Əlbəttə, bu tip müstəsna keyfiyyət və üsluba, çevik və yüksək peşəkarlıq ənənələrinə malik brend şirkərin qurulması, iqtisadi münasibətləri üçün inkişaf konsepsiyasının ideoloji əsaslarını düşünən beyin adamı,- Samir Mollayevin sadəcə müstəsna intelekt və təxəyyülünün nəticəsi kimi diqqətçəkəndir.

Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən işgüzar insan Samir Mollayevin daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ