E. Seyidzadə
_________________________________
O,mükəmməlliklə zərifliyin vəhdətindən doğulan sadəcə, xeyirxahlıq, mərhəmət, gözəllik kimi ali hisslərin təcəssümüdür.
Onun mənəvi dünyasının ziyasından süzülüb gələn işığ selinin qarşısında,- kamillik, bütövlük, tamlıqla cilalanan portret cizgilərini həqiqət fırçası ilə duymaq,sonra da mahiyyətinin mənası zənginliklərlə dolu qadın ömrünü bəzəyən möhtəşəmlik və mükəmməlliyin gerçək tablosunu yaratmaq, olduqca məsuliyyət tələb edən incə məqamdır.
Çünki,zəngin və dolğun ziyalı qadın ömrü yaşayan bu insanın yüksək kriteriya, meyarlarla müəyyənləşən həyatı, işgüzar imici, ictimai,ədəbi, mədəni, elmi sferada qazandığı nüfuzunun çəkisi, ziyasından doğulan işığın fonunda çox parlaq əks olunandır.
Bu üzdən,həmin vacib detalları incələmək, təhlil etmək, diqqətçəkən nüanslara iti baxış bucaqından nəzər yetirərək, onları xarakterizə edib, səciyyəvi xüsusiyyətləri ilə harmoniya şəklində əlaqələndirmək və adıçəkilən keyfiyyətlərin daşıyıcı olan bu ziyalı və işgüzar xanımı olduğu kimi təqdim etmək bir daha yerinə düşəndir.
Ictimai xadim, biznes ledi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, Gözəl Yaşam Mərkəzinin təsisçisi,müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri Arzu xanım Bağırovanın zəngin erudisiyası,parlaq şəxsiyyəti, fərqli estetik zövqü, işgüzar, ictimai imici, fəaliyyət dairəsinin geniş radiusunu incələmək,doğurdan da valehedicidir.
Bu incə, zərif, kübar qadının zəkasının məhsulu olan təkraredilməz işlərinin səliqə,sahmanı, həyata keçirdiyi uğurlu layihələrin dolğun və tutumluğu,məzmun səciyyəsi,aktuallığı,özünəməxsusluğu, avanqard və novatorluğu, biznes və sahibkarlıq sahəsində, həmçinin ictimai baxışlarındakı zənginliyin, fərqli çalarların parametrik xüsusiyyətləri, Arzu xanımın təxəyüllndən süzülüb gələn yaradıcı və qurucu ruhunun sanki kainatdan güc aldığını təzahür edən detallardandır.
Onun işgüzar və ictimai fəaliyyəti ilə tanış olduqca, bu incə və zərif xanımın nə qədər böyük və xeyirxah ürək sahibi olduğu həqiqəti,-qarşında gün kimi doğulur.
Bu günə kimi fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi qayğı, onlarla gənc yazarın ilk kitablarını nəşr etməsi, gənc rəssamların ilk sərgilərini,yaradıcılıq gecələrinin təşkil olunması, regionlarda yaşayan qadınların sahibkarlıq fəaliyyətinə başlaması üçün dəstəyi, Arzu xanımın bu qəbildən olan ictimai aktiv fəaliyyərinin yalnız bir qismidir.
Həmçinin, 2019-cu ildə RHİM sədri kimi Azru xanımın dəstəyi , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əmədaşlığı çərçivəsində görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi ilə həmin şəxslərin şeirlərindən ibarət "Zülməti dələn işıq" şeirlər antologiyası,"Vətən, Bayraq, Millət" kimi kitablar və kitab-albomları çap olunması yadda qalan detallardandır.
Həmin ildə Arzu Bağırovanın dəstəyi ilə solo-saz ifaçısı Azər Xanlaroğlunun anım gecəsinə həsr olunmuş "Sazın məcnunu Azər", Tovuz futbolunun 100 illiyi ilə bağlı "100 yaşlı Tovuz futbolu" kitabının təqdimatı və eyni adlı tədbir, Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında folklor izləri" kitabı,Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş "Sumqayıtda ədəbi həyat" kitabı, Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi, Özbəkistan sənətçilərinin "Azərbaycan, Qarabağ və sülh üçün oxu", İraqın mətbuat tarixinə həsr olunmuş "İraq mətbuat tarixi" kitabı və eyniadlı tədbir, "Azərbaycan-Özbəkistan münasibətlərinin və Türk dünyası birliyinin güclənməsində gənclərin rolu" adlı bir sıra mədəniyyət layihələrinə imza atması , onun yüksək yaradıcı ruhunu təsbit edən amil kimi,haqqında bu gün də söhbət açlır.
Daha sonra məktəblilərin maarifləndirilməsi üçün "Milli Dirçəliş Günü", "Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu" kimi layihələrin keçirilməsi,"Evdə qal, kitab oxu" layihəsi çərçivəsində məktəblilərə minlərlə kitab bağışlanması, onun təhsilə böyük önəm verməsinin bariz nümunəsi olaraq dəyərdən düşmür.
Arzu xanımın cəmiyyərdə qadın hüquqlarının müdafiəsi istiqamətində "Qadına qarşı zorakılığa, ailədaxili şiddətə YOX deyək" kimi layihələri isə hər zaman aktuallığını qoruyub saxlamağı bacaran fakrorlardandır.
Onun dəstəyi ilə təkrar nəşr olunan "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülməsini qeyd etmək , olduqca diqqətçəkən məqamlardandır.
2021-ci ilin sentyabrında Azərbaycan-Özbəkistan arasında ədəbi əlaqələrin inkişafı, Özbək ədəbiyyatının tədqiqi, təbliği istiqamətində fəaliyyətləri, habelə xalqlar arasında dostluq münasibətlərinin inkişafı üzrə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomu ,2021-ci ilin oktyabrında isə Abşeron rayonunda göstərdiyi fəaliyyətlərinə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən və Masallı rayonunda həyata keçirdiyi önəmli layihələrə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman ilə təltif edilməsi, Arzu xanımın göstərdiyi təşəbbüs və həyata keçirdiyi əhəmiyyətli layihələrin vacibliyindən xəbər verir.
İnsanlara və ümumilikdə cəmiyyətə fayda vermək və onu inkişaf etdirmək üçün hüquq və iqtisadi mövzular da daxil olmaqla müxtəlif sahələrdə maarifləndirmə işləri, gənc və müxtəlif yaş kateqoriyalı təşəbbüskarları biznes qurmaq və inkişaf etdirməklə bağlı bir sıra tədbirlər, seminarlar və təlim proqramları vasitəsilə uğur qazanması üçün lazım olan bilik, resurs və dəstəyin təmin edilməsi, Mehriban xanım Əliyevanın çağırışını rəhbər tutaraq fandreyzinq kampaniyaları, xeyriyyə tədbirləri və ehtiyacı olanlara birbaşa yardım kimi müxtəlif xeyriyyə təşəbbüsləri və fəaliyyətləri vasitəsilə ehtiyacı olan şəxslərə, qruplara yardım və dəstək göstərmək, bölgənin incəsənətini, mədəni irsini təbliğ etmək,mədəniyyət təcrübələrini yaymaq məqsədi ilə fərdləri bir araya gətirmək üçün mədəni tədbirlər, proqramlar və təşəbbüslərin təşkili, dəstəklənməsi isə Arzu Bağırovanın fəaliyyət proqramı kimi rəhbərlik etdiyi təşkilatın əsas baza prinsipidir.
Beləliklə,bəşərlik duyğusu, dərketmə instinkti, yenidən içinə qayıdıb mənəvi dünyasından maddi dünyaya göz qoyub, həqiqətin doğduğu anını kəşf etmək elmi baxışı,Arzu xanımda olduqca güclü detallarla müşahidə edildiyindən, onun özünəməxsus estetik zövqü,bəzən incə, bəzən də sakit, lal axan çay kimi bütün doğrulara rahatlıq gətirir,insanın ruhunu təzələyir.
Onun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində doğurdan da bu zərif incə qəlbli xanımın simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, bu duyğusal,yüksək zövq sahibi, kübar, mükəmməl qadının həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu ölkəyə olduğu kimi təqdim edir.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Arzu xanım, ömrün zaman adlı məhfumunun inkaasını dəyərli anlar ilə iqrar edən hər mərhələsində əsl insan,əsl qadın,əsl ziyalı ucalığının zirvəsinə qalxmağı və bu ucalığda dayanmağı bacarmışdır.
Bu ucalığın zirvəsi, onun vətəndaşlıq pasportu, ziyalılğ amalı, xalqına verdiyi dəyər, vətən haqqındakı ali düşüncələrinin təcəssümü, insanlıq nümunəsi kimi təzahür ediləndir.
Əsl insan,- ziyasının işığından başqalarına da pay verən ali kateqoriyanın mənsublarındandır .
Arzu Bağırova,- həmçinin ziyasının işığını daim bölüşməyi bacaran, incə duyğular sahibi, ölkənin tanınan ictimai xadimi,işgüzar xanım, müstəsna zövqə malik, təxəyyülündəki bəşəri