Yüksək emosional zəkası, zəngin erudisiyası ilə yadda qalan işgüzar, ziyalı insan
Tarix: 7-05-2025, 21:39
Google+ Paylaş
Tumblr Paylaş

Yüksək emosional zəkası, zəngin erudisiyası ilə yadda qalan işgüzar, ziyalı insan

7-05-2025, 21:39


Elşad Xanbudaqlı
________________________

Elə insanlar var ki, onların həyatı,işgüzar fəaliyyəti, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Belə insanların ömrü mənalı və şərəfli, başı həmişə ucalarda olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Vətən üçün yaşanan ömür əsl insan ömrüdür.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir.

Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur.

O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir.

Belə şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağiyev kimi...

Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən…Bu amal, bu istək, sanki bir ömür boyu Fuad müəllimin ruhuna, qəlbinə hopmuş, onunla addımlamış, hər anında onunla ilə yanaşı olmuş, insanların qayğılarına, ehtiyaclarına işığ tutmuşdur.

O, həmçinin bu günə kimi fəaliyyət göstərdiyi bütün sahələrdə qeyri -adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu da zəkası, Işgüzarlığı, əzmi, iradəsi ilə sübut edib.

Ən əsası odur ki, Fuad müəllim əsl ziyalı, gözəl insandır.

Hamının dərdinə şərik olan, halına yanan bir insan.

Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində bu keygiyyətlərə malik ziyalı şəxsin varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur.

Şərəf, ləyaqət, ailə dəyərləri kimi ali məhfumların aşındığı bu günki zamanda, öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun,adının, ailəsinin saflığının – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək
adama təsəlli olur.

Fuad müəllimin indiyə kimi işinə yaradıcı münasibəti, parlaq liderlik keyfiyyətləri,öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.


Ziyalı,işgüzar insan adının adının şərəfini daşımaq məsuliyyətlidir.

Azərbaycanda bu sözə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var.

Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ziyalı sözü, ziyalı xeyir-duası həmişə ali həyat məramı olub.

Ziyalı,xeyirxah insanlar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir.

Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ziyalılar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.

Ziyali məşğul olduğu sahə ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

Cəmiyyətin bir insanı ziyalı kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır.

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".

Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur.

Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Fuad müəllim ziyalı,mədəni,yüksək şəxsi keyfiyyətləri ilə seçilən insan olmaqla paralel,həmçinin ölkənin turizm kimi vacib sahələrindən birinə layiqincə rəhbərlik edən,turizmin inkişafında bir çox layihələrə imza atan, sözügedən sahədə sağlam mühitinin formalaşmasında müstəsna rolu olan şəxsdir.


Doğurdan da, bu günə kimi respublikada turizmin inkişaf və tərəqqisində, öz rolu və payı olan Fuad müəllim,rəhbətlik etdiyi agentliyin fəaliyyət dairəsini nəinki möhkəmləndirməyi bacarmış, həm də bu sistemdə yeni,daha dinamik və çoxşaxəli istiqamətlərdə zirvələrə çata bilməsi üçün düzgün, fundamental layihələrin baş tutması konsepsiyasının hazırlanmasının əsas fiqurlarından hesab edilənidir.

Bu üzdən,ölkənin turizm üzrə ekspertləri Dövlət Turizm Agentliyində hər bir detalın vacib olduğuna inanır, turizm hazırlğının keyfiyyətinə üstünlük verir, bu sahədə ki mühitin unikalllğından söz açmağı, təşkil edilən keyfiyyətli turizm proqramlarının başqa ölkələrdə də tətbiq olunmasından danışırlar.

Əlbəttə, bu tip müstəsna keyfiyyət və üsluba, çevik və yüksək peşəkarlıq ənənələrinə malik agentliyin fəaliyyəti, turizm sahəsində doğru-düzgün münasibətlər üçün inkişaf konsepsiyasının əsaslarını düşünən beyin adamı,- Fuad Nağıyevin sadəcə müstəsna intelekt və təxəyyülünün nəticəsi kimi diqqətçəkəndir.

Bu üzdən parlaq və zəngin erudisiyası, yüksək emosional zəkası ilə seçilən işgüzar insan Fuad Nağıyevin daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan, doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ