Mərakeş: Kralın Səhra Yürüşü   və yaxud    Yüksələn Regional Güc Mərkəzindən Strateji Tərəfdaşlığa aparan  Doğru Yolun Siyasi Preambulası
Tarix: 20-06-2025, 14:38
Google+ Paylaş
Tumblr Paylaş

Mərakeş: Kralın Səhra Yürüşü və yaxud Yüksələn Regional Güc Mərkəzindən Strateji Tərəfdaşlığa aparan Doğru Yolun Siyasi Preambulası

20-06-2025, 14:38


Elşad M.Turan
[email protected]
_______________________________________

İyunun 2-də Böyük Britanita Şimali Afrikada onun maraqlarının hesablanmış və strateji şəkildə yenidən tənzimlənməsini əks etdirən Qərbi Sahara üçün Mərakeşin Muxtariyyət Planını açıq şəkildə bəyan etdi.

Bu da Böyük Britaniyanın illərlə susqunluq və neytrallığ mövqeyi nümayişindən sonra, indi artıq yüksələn regional güc mərkəzinə çevrilən Mərakeşlə siyasi əlaqələri dərinləşdirmək,iqtisadi maraqları üçün bazarlara və resurslara çıxış imkanlarını qazanmağa meyillənməsini bir daha ortaya qoymuş olur.

Bu yaxınlarda Böyük Britaniyanın xarici işlər naziri David Lammy-nin paytaxt Rabata dörd mühüm və ikitərəfli sazişin imzalanmas üçün səfəri təkcə diplomatik irəliləyiş kimi deyil, həm də bütün qitədə Britaniya şirkətləri üçün təsir, investisiya və uzunmüddətli artımı təmin etmək üçün praqmatik addım kimi qiymətləndirilməlidir.

Mərakeşin xarici işlər naziri Nasser Bouritanın qeyd etdiyi,-“Lamminin səfəri 2011-ci ildən bəri Böyük Britaniyanın xarici işlər nazirinin ilk səfəri idi və London indi öz inkişafını müttəfiqi Mərakeşlə və Afrikanın törəmələri ilə uyğunlaşdırmaq üçün fəal addımlar atması” frazası,iki tərəfdaş ölkə arasında bir daha artan müsbət dinamik inkişaf tendensiyasının görünən tərəflərinə işıq salmağa imkan da tapır.

Burada bir siyasi haşiyəni önə çəkmək olduqca diqqət tələb edən və Şimali Afrika, eləcə də dünyanın Qlobal Güc Mərkəzlərinin gündəmindən düşməyən, həmçinin aktuallığını bu gün də özündə qoruyub saxlayan mübahisəli Qərbi Sahara əyalətinin taleyi məsələsi mühüm geosiyasi və gestrateji detallardandır;beləki, 2007-ci ildə mübahisəli Qərbi Sahara əyaləti üçün Mərakeş tərəfindən Muxtariyyət Planı təklif edilərkən, əyalətin özünüidarəetmə elementlərinin Mərakeşin suverenliyi altında qalmasını nəzərdə tuturdu.

Bu gün Böyük Britaniyanın da bu məslənin Mərakeşin maraqları konreksində təsdiqi, artıq ABŞ (2020-ci ildə), Fransa (2022) və İspaniya (2022) tərəfindən qəbul edilmiş oxşar mövqelərlə ekvivalent təşkil edir və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi fərqli diplomatik çəkisini bir daha artırmağa hesablanmış siyasi jesti kimi qiymətləndirilməlidir.

Bu üzdən nazir Lamminin mətbuata açıqlamasında bildirib ki, Böyük Britaniya,Mərakeşin Muxtariyyət Planını “Qərbi Sahara mübahisəsinin qarşılıqlı razılaşdırılmış və davamlı həlli üçün ən etibarlı, həyati qabiliyyətli və praqmatik əsas kimi” təsdiqləyir.

Mərakeşin Muxtariyyət Planının tanınması,-Böyük Britaniya üçün regionda öz mövqelərini yenidən qiymətləndirmək, proseslərə təsir rıçaqlarını artırmağa meyilli digər oyunçulara da təzyiq mexanizmi baxımından faydalı iş əmsalı fürsəti qazandırır.

Beynəlxalq müstəvidə Böyük Britaniyanın Mərakeşə Qərbi Sahara məsələsi ilə dəstəyi,hazırkı mübahisənin nəticəsini müəyyən etməyə çalışmasa da, ancaq belə bir tarixi addımın həqiqətən də gələcək danışıqların davam edəcəyi şərtlərini dəyişdirməyə stimul verir.

Bütün bunların müqabilində Mərakeş, qarşılqlı strateji tərəfdaş olaraq Böyük Britaniyanı Avropa, Amerika və Çinin maraqlarının getdikcə daha çox kəsişdiyi regionda əsas oyunçu kimi yerləşdirməsi üçün sanki təkan vermiş olur.

2025-ci il həmçinin,Yaşıl Yürüşün əlli illiyi kimi Mərakeşin tarixinə düşən və yadda qalan frazalardandır.

1975-ci ildə Kral II Həsən Qərbi Saharanı ispanlardan almaq üçün həmin torpaqlara yürüşü etməsi, Mərakeşin tarixində dərin kök atmış hadisə və milli qrur mənbəyi kimi hər il qeyd olunur.

Məhz bu gün Böyük Britaniyanın göstərdiyi siyasi jesti ilə, Mərakeşin tarixində unudulmayan, xalqın yaddaşında dərin iz buraxan bu hadisənin uzlaşması, iki dövlətin bundan sonrakı strateji tərəfdaşlıq imkanlarını daha geniş tarixi və regional konteksdən gücləndirməyə doğu dartır.
Böyük Britaniya Qərbi Sahara mübahisəsinin dərhal həllinin strateji tərəfədən diplomatik qazancdan kənar təsirlər daşıdığını bildirir.

Doğurdan da illərdir bu münaqişəli zona, indinin özündə də regional sabitliyə mane olmağa davam edir, Avropa ilə Şimali Afrika arasında miqrasiya, ticarət və təhlükəsizliyə təsirsiz ötüşmür.

Bütün bunların fonunda Mərakeşin Muxtariyyət Planı ilə razılaşan Böyük Britaniya, təkcə Qərbə deyil, həm də Avropa və onun Aİ-dəki tərəfdaşlarına fayda verən əməkdaşlığa yol açılmasına sadiq olduğunu bildirir.

Bu da diqqətçəkən detallardandır ki, xarici işlər nazirinin səfəri zamanı Böyük Britaniya və Mərakeş, Portuqaliya və İspaniyanın birgə ev sahibliyi edəcəyi 2030-cu il Dünya Kuboku da daxil olmaqla, illik 4 milyard funt sterlinqdən çox ikitərəfli sazişlər imzalamağa müvəffəq oldular.

Davamlı infrastrukturun və tərəfdaşlığın inkişaf etdirilməsi, limanların və hava limanlarının inkişafı, o cümlədən satınalma və səhiyyə sahəsində növbəti sazişlər imzalanıb.

Mərakeşin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının birgə ev sahibi kimi qarşıdakı rolu xüsusilə maraqlıdır.

Növbəti üç il ərzində təxminən 33 milyard funt-sterlinq dəyərində təxmin edilən Mərakeşdə dövlət satınalma imkanları ilə Britaniya firmaları indi kritik infrastrukturun maliyyələşdirilməsini və inkişafı təmin etmək üçün mövqe tutublar.

Böyük Britaniya-Mərakeş Birgə Komünikesinin bəzi məqamlarına Kasablanka Hava Limanını genişləndirən 1,2 milyard funt sterlinq dəyərində əlamətdar layihə, 2 milyard funt sterlinqdən çox dəyərində Mərakeşin milli səhiyyə transformasiyası islahatlarını dəstəkləmək üçün sazişlər və Böyük Britaniyanın maliyyə və klinik ekspertizasının köməklik göstərəcəyi Kasablankada 150 milyon funt sterlinqlik yeni xəstəxana layihəsi daxildir.
Maraqlıdır ki, bu tip inkişaf layihələri həm Mərakeş, həm də Böyük Britaniya firmalarına uzunmüddətli qazanc potensialı təklif edir.

Qərbi Sahara məsələsində kritik faktorlardan biri regionun bütün dünyada gübrələr üçün vacib olan zəngin təbii fosfat ehtiyatlarıdır.

Tarixən geosiyasi qeyri-müəyyənlik, kapitalın və resurs inkişafının geniş şəkildə geri çəkilməsinə səbəb olub, əsasən də etik və təhlükəsizliklə bağlı narahatlıqlar, bu konteksdən maraq kəsb edən amillərdəndir.

Böyük Britaniyanın qlobal geosiyasi və geostrayeji müstəvidə artan maraq dairəsinin seqmentlərini filtrizasiya edərəkən, onun bu gün məhz Şimali Afrika çoğrafiyasına yenidən meyillənməsi və Qərbi Sahara məsələsində Mərakeşin regional və dövlət maraqlarına göstərdiyi siyasi jestinin yeni mövqe baxımından görünən tərəfləri, bu məsələnin həlli vacibliyini dolayısı ilə etiraf etməsi, iqtisadi reallıqları yerli əhalinin hüquq və maraqlarına hörmət edən danışıqlar yolu ilə muxtariyyət çağırışları ilə balanslaşdırlması kimi diqqət çəkir.

Beləliklə,Mərakeşin Muxtariyyət Planının dəstəkləməsi, bu çoğrafiyalarda bir çox kəsişən, toqquşan, çarpazlanmğa əyilən maraqlı tərəflərin qlobal inkişaf, sülh və sabitlik, iqtisadi təhlükəsizlik, həyati əhəmiyyət kəsb edən təbii sərvətlərə investisiyaların rahat yatırılması üçün qapılar açacağı mesajının ötürülməsi kimi də başa düşüləndir .

Əlbəttə, Böyük Britaniyanın Mərakeşin Muxtariyyət Planını tanıması, onilliklər boyu davam edən münaqişənin həllində bu ölkənin strateji marağının bariz ifadəsini göstərən incə şrtix və detallar kimi yadda qalır, ardınca gələcək siyasi, iqtisadi prespektivlər üçün iki ölkə arasında müttəfiqlik qapılar açmağa fürsət qazanır.

Səhraya Yürüşün 50-ci ildönümü yaxınlaşdıqca isə,siyasi düşüncələr durulmağa can atır,sabit stabil,təhlükəsiz strateji tərəfdaşlığ üçün verilən mesajlar artıq aydın oxunmağa başlayır: Brexit-dən sonra Böyük Britaniyanın Şimali Afrika coğrafiyasında yüksələn güc mərkəzinə çevrilən Mərakeşlə regional sabitliyi və iqtisadi inteqrasiyanı təşviq etmək üçün yeni gündəliklər düzənlənir, hər iki ölkənin xarici siyasət strategiyasının uzunmüddətli perspektivlərə hesablanan konsepsiyası öz bəhrəsini verməyə sürətlə meyillənir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ