Vladimir Vsotskibin mahnı və şerləri "Əyri güzgülər "də
Tarix: 23-02-2024, 01:48
Google+ Paylaş
Tumblr Paylaş

Vladimir Vsotskibin mahnı və şerləri "Əyri güzgülər "də

23-02-2024, 01:48

Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət “Əyri güzgülər” adlı konsert proqramı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində uğurla başa çatıb.

P

oeziya axşamı Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus evi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə keçirilib. Vladimir Vısotski, dövrünün görkəmli şəxsiyyəti, şair, aktyor və lirik mahnılar müəllifidir. O, milyonlarla insanın kumiri olub, onun mahnılarını təkcə Rusiyada deyil, həm də bu ölkənin hüdudlarından kənarda tanınır və sevilir.

Əfsanəvi nəğməkar şairin, müəllif mahnısı janrının banilərindən birinin doğum günü hər il Bakıda böyük konsert proqramı ilə qeyd olunur. Bu il də istisna olmadı. Kamera atmosferində Vladimir Vısotskinin şeirləri və mahnıları qeyri-adi formatda səsləndirilib.

Auditoriya aralarında Azərbaycanın əməkdar artistləri Boris Qrafkin və Maqsud Məmmədovun, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İqor Yadrovun, O2 Teatrının aktyoru Yevgeni Maksimovun, estrada müğənniləri Alina Litvinova və Cəlal Eminlinin, yazıçı, dramaturq Anara Axundovanın, beynəlxalq festivalların laureatları, istedadlı gənc musiqiçilər Lalə Bağırzadə, Xəyal Əliyev, Cavid Nəsiblinin, xoreoqraf, “Gülüstan” rəqs ansamblının və Baku Tango Therapy məktəbinin rəhbəri Lenay Seydalizadənin, rəqqasələr Aylin Bayramova, Kamilla Tsurkan, Çiçək Abbaszadə, Nadin Bayramovanın, gənc artist Boris Qavrilovun, o cümlədən “StolitsA.rt” şirkətinin direktoru və Bakıdakı Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Məmmədova-Qavrilovanın da olduğu tədbir iştirakçılarını ayaq üstdə alqışlayıb.

Tədbirin təşkilatçısı Vəfa Məmmədova-Qavrilovanın sözlərinə görə, Vısotskinin fenomenliyi və dahiliyi ondan ibarətdir ki, onun poeziyası bütün janrlarda gözəldir və hətta “bəzək-düzəksiz” də güclü olaraq qalır. “Poeziya tədbirində Vladimir Semyonoviçin sevimli mahnıları şeir şəklində səsləndi. Onlar hətta musiqisiz də dinləyicini yenidən valeh etdilər. Bəzi bard mahnıları isə opera müğənniləri tərəfindən klassik formatda səsləndirildi və elə təəssürat yaranmışdı ki, onlar məhz bu janrda yaradılıb”,- deyə Vəfa Məmmədova-Qavrilova açıqlamasında bildirib.

Təşkilatçı qeyd edir ki, layihənin əsas məqsədlərindən biri gənc nəsli cəlb etmək, onlara əfsanəvi nəğməkar şairin yaratdığı janra maraq və hörmət aşılamaqdan ibarət idi.

“Məhz buna görə, Vısotskinin yaradıcılığının təqdimat formatında belə bir eksperimentin keçirilməsinə qərar verildi. Nəticə isə hamının – həm tamaşaçıların, həm də iştirakçıların ürəyincə oldu”, – deyə Vəfa Məmmədova-Qavrilova qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ