Pərdəarxası planların London-Paris qarşıdurması; yaxud Azərbaycan üzərindən Böyük Qafqaz uğrunda( Cənubi Qafqaz və Xəzər  regionu konteksində) 44 günlük geosiyasi və geostrateji savaşın bitməyən(bitməyəcək)tərəflərinin qaranlıqları
Tarix: 8-10-2021, 12:39
Google+ Paylaş
Tumblr Paylaş

Pərdəarxası planların London-Paris qarşıdurması; yaxud Azərbaycan üzərindən Böyük Qafqaz uğrunda( Cənubi Qafqaz və Xəzər regionu konteksində) 44 günlük geosiyasi və geostrateji savaşın bitməyən(bitməyəcək)tərəflərinin qaranlıqları

8-10-2021, 12:39

Elşad M.Turan
-----------------------



II Cahan savaşından sonra dünyanın geosiyasi xəritəsi bir çox dəyişiklərə məruz qalır. Beləki, bölünmüş dünyanı təzədən öz aralarında bölməyə( bölüşdürməyə) macal tapan ABŞ. İngiltərə, SSRİ və Fransa müharibədən sonrakı sərhədlərindən kənar coğrafiyalarda öz nüfuz həlqələrini qurmağa başlayırlar.Həmən coğrafiyalardan biri və ən önəmlisi böyük və qüdrətli imperiyaların
tarixin bütün zamanlarında fəth etməyə can atdığı Hindistan olur.

1948- ci ildə 300 illik ingilis müstəmləkəçiliyin sonu olaraq, ABŞ- İngiltərə və SSRİ- Fransa Hindistanı iki yerə parçalamağa razılaşırlar; nəticədə bölünmüş böyük torpaqda iki dövlət yaranır( yaradılır):Hindistan və Pakistan. Bir çox maddi-mənəvi, mədəni dəyərləriylə yadda qalan, ancaq zəngin yeraltı sərvətləri, xüsusiylə qızıl yataqlarıyla daha məşhur olan Hindistan, SSRİ- Fransanın, gələcəkdə dini radikalizm, terror aktlarıyla regional və qlobal narahatçılğlar doğuran(doğuracaq) Pakistan isə ABŞ- İngiltərənin payına düşür. Acınacaqlı və təəssüf edicidir ki, Hindistan
təbii sərvətləri ilə zəngin olsa da. ancaq ölkə insanı bu qədər böyük və zəngin sərvətin qarşılığında çox kasıb güzaranıyla seçiləndir. Kasıblıq o həddə çatır ki, hətta hindli qadınlar bədənlərini bir rupiyə(hind valyutası) belə satmağa məcburdurlar.
Pakistan isə təbii sərvətlərinə görə çox kasıb olsa da, ancaq ölkə daha çox dini aspektdən güclüdür, üstəlik radikalizm və terrorçuluğa meyillik, hərbi doktirinlar təşkil etmək və həyata keçirməkdə çox maraqlıdır. Təbii ki, bu da arxasında dayanan böyük PərdəArxası Güclərin maraqlarından doğan amillərdəndir.
44 günlük savaşda Pakistanın bu doktrinaya qoşulması(cəlb edilməsi) də həmin detallar kateqoriysından hesab ediləndir. Talibanın Əfqanıstandakı proseslərə birbaşa nəzarət etməsi də, dolayısı ilə İngiltərənin bu regionda PərdəArxası dominatlığı kimi qiymətləndirilən detallardandır. Bu üzdən də ABŞ. əbədi müttəfiqi İngiltərə ilə yerdəyişmə edərək, oyun qaydalarını saxlamaqla, növbəti hədəflərə doğru istiqamətlib, daha uzaq regiona üz tutmaq siyasətini özünün milli maraqlarına uyğun olduğu qənaətini ortaya qoyaraq, növbəti addımını atdı; beləki ABŞ-ın son zamanlar Avstraliya və Okeaniya hövzəsində iri qlobal hədəflərə köklənmiş hərbi doktirina( hədəf əlbəttə ki, Çindir) siyasəti yürütməsi, qoşunlarını Əfqanıstandan çıxararaq. yerini Talibana verməsi,yəni dolayısı ilə İngiltərə-Pakistan,( üstəgəl hər zaman kölgə siyasətinə önəm verən İsrailin də iştirakı bu faktorlar silsiləsindəndir) tondemindən doğan növbəti planları konteksində proseslərə nəzarəti adıgedən tərəflərə ötürməklə, daha qlobal oyuna başlamağın revanşını götürməyin qayğısına qalmağı daha məqbul hesab etdi və bunun messajını vermiş oldu.
Cənubi Qafqaz, xüsusilə Qarabağ məsələsində Pakistanın aktiv rol və yer alması isə Böyük Britaniyanın ( İsrail yenə də Kölgə Siyasəti ilə bu doktrinada iştirak edən maraqlı tərəflərdəndir) növbəti və tarixi Qafqaz missiyasının davamı kimi qiymətləndiriləndir. Bu əlbəttə PərdəArxası gizli planların hələki görünən tərəflərindən də hesab ediləndir.. Rusiya və İranın həlqəyə alınması faktoru da bura da işə yarayan kimi diqqət çəkəndir. Bölgəyə yeni oyunçunun (oyunçuların) gətirilməsi, əlbəttə ki, adəgedən əraziyə tarixən birbaşa nəzarət edən köhnə dominat oyunçuları(Rusiya-İran) əsla narahat etməyə bilməzdi. Bu üzdən də Azərbaycan-Türkiyə-Pakistan üç qardaş hərbi təlimlərinin qarşılğında İran və Rusiyanın siyasi-hərbi poza alması. bu doktirinlara əndişələnməsi başa düşüləndir. Çox təhlükəli oyunlar üçün revanş götürülmüş, ancaq arada kimin qalacağı və üzüm suyu kimi sıxılaraq kimin kim(lər) üçün bir piyalə şəraba çevriləcəyi növbəti prosseslərin gözləntilərindəndir. Prosesləri izləyək
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ