Xarici xüsusi xidmət şəbəkələrinin cənubi Qafqaz və Xəzər regionu (Azərbaycan) üzrə hazırladıqları “Yerli emissarlar”
Tarix: 30-10-2019, 17:20
Google+ Paylaş
Tumblr Paylaş

Xarici xüsusi xidmət şəbəkələrinin cənubi Qafqaz və Xəzər regionu (Azərbaycan) üzrə hazırladıqları “Yerli emissarlar”

30-10-2019, 17:20

Onlar geriyə, yaşayış yerlərinə ciblərində xüsusi tapşırıq və “Qara siyahı” ilə qayıdırlar

...Norveç dini cəmiyyətinə mənsub bankdan pul götürüb, iki gün Gəncədə qaldıqdan sonra Bakıya üz tutur... Yerevanda ona üstündə qızıldan tökülmüş Qriqoryan xaçı olan bir əsa bağışlamışdılar. Əsanı ona erməni politoloqu, dünənə qədər Ermənistanın Prezident Aparatının işçisi olmuş Qaik Avakyan adlı birisi bağışlamışdı... Stefan Volter axşamüstü Şəhidlər Xiyabanına gəlir. “Üç gün Bakıda ...” publisistik qeydlərində yazır:
"...Axşamüstü Şəhidlər Xiyabanına girdim. Qəbirlərə tamaşa etdim. Əlimdəki əsa ilə qəbir daşlarını döyəclədim. Bir az aralıda dayanmış Bakı polisi də mənə baxır, xiyaban işıqlarında bərq vuran əsanın üstündəki qaşlı xaça heyranlıqla tamaşa edirdi... Mən isə üstündə xaçı olan dost hədiyyə ilə qəbirlərin başdaşını döyəcləyirdim. Bakı polisi soruşdu: "Sizin əsanız qızıldandı?" Dedim: "Yox. Qızıldan təkcə xaçdır. Mən keşişəm...”... O, məni çaya dəvət etdi. Mən isə tələsirdim...”.
Sonra cənab Stefan Volterin əyləşdiyi maşın bu dəfə "Azneft” deyilən meydanda dayandı. O, hələ 1993-cü il mart ayının 6-da bu meydanda mitinq keçirən "əlikramçı”lara qoşulmuşdu. Əslində Stefan Volter ingilis linqvisti kimi talış dil qrupunu araşdırmaq üçün 1993-cü il yanvar ayının 2-də Lənkəranda mənzil kirayə etmişdi... Əlikramçılar onu həmin vaxt sadəcə "dost" deyə çağırırdılar. Və işin maraqlı cəhətlərindən biri bu idi ki, "Dost” Stefan Volter tərəfindən mitinqə qoşulanlara içində müxtəlif məbləğ olan "buterbrodlar" paylanırdı. Dollara bükülmüş yavan çörək...(?) hamını iştaha gətirmişdi... Bir az ötmüş mitinqdə İran İslam Respublikasının bayrağı açıldı. Din xadimlərinin rəngli portretləri havaya qaldırıldı. Həmin portretlərdən birini də məhz, cənab Stefan Volter tutmuşdu.
Mitinqin sonuna yaxın cənab Stefan Volteri Prezident Aparatına "dəvət” edirlər (?). Və ona bildirirlər ki, polkovnik Əlikram Hümbətovla bağlı bir fərman hazırlanır. Bu fərmana əsasən, ona "Azərbaycanın Milli Qəhrəmanı” adı veriləcək... Öz missiyasını "şərəflə” yerinə yetirən cənab Stefan Volter yazır: ”... Azərbaycanın Prezident Aparatında məni xarici müşahidəçi kimi qəbul etdilər. Və bildirdilər ki, Əlikram Hümbətov milli qəhrəman olacaq. Bunun üçün mən nə az, nə çox - 17 min dollar pul xərcləmişdim...” (?)
...Bakıdan qayıtdıqdan sonra cənab Stefan Volter bir müddət Londonda yaşayır. Ötən ilin yazında isə Strasburqa köçür və oradakı insan hüquqları ilə məşğul olan cəmiyyətlərdən birinə başçılıq edir. O, həmçinin, Helsinki Vətəndaş Assambleyasında yardımçı olur... fevral ayının 18-dən başlayaraq Stefan Volterin missiyasını Zaqafqaziyada keşiş Miyent Yan Faber yerinə yetirir. Stefan Volterin yaxın dostu və silahdaşı olan, xüsusi kəşfiyyat təhsili keçən keşiş Yan Faber şəxsən Əlikram Hümbətovu görmək üçün Bakıya gəlir. Rəsmi sənədlərdə yazılır: "...Miyent Yan Faber. Helsinki Vətəndaş Assambleyasının həmsədri və Ümumdünya Kilsələrarası Şuranın direktoru...” Bu da keşiş Yan Faberin rəsmi vəzifəsi. Keşişin "qara siyahı "sında polkovnik üçüncü adam idi. Birinci və ikinci cərgədə isə, sadəcə, "Yerevan” və ”Laçın” sözləri yazılmışdı. Həqiqət bu idi ki, keşiş Faberin Yerevanda Pedaqoji Universitetin ərazisində, 7 nömrəli binanın 3-cü və 5-ci mərtəbələrində, eləcə də Laçın rayonunun mərkəzində ”Qrup-2” adlı emissar məktəbi fəaliyyət göstərir...
Ziddiyyətli və siyasi düyünlərlə zəngin olan məkan şəraitində yaşadığımızdan çox vaxt ətrafımızda nələrin baş verdiyini tam təsəvvür edə bilmirik. Üstəlik "dost” kimi gələn düşmənlərə yardımçı da oluruq. Bu, elə bir vaxt idi ki, Yerevandakı "Əməkdaşlıq və demokratiya” adlı Strateji Araşdırmalar Mərkəzinin Həmsədri Qaik Avakyanın mart ayının 14-də ABŞ Dövlət Departamentindəki ”Bablumyan-Sarkisyan-Manukyan" üçlüyünə ünvanladığı məktub müzakirə olunurdu.
Azərbaycana təşrif gətirən hər hansı bir emissarın özünəməxsus xüsusi tapşırığı və "qara siyahı”sı olur. Məsələn, Səudiyyə Ərəbistanın dövlət atributlarında özünə yer alan "Əlhərəmiyyə" dini-siyasi təşkilatının Bakıda, Şamaxıda, Lənkəranda, Gəncədə missiyasını yerinə yetirən Şeyx Qafur əl-Cəmaləddinin “qara siyahı”sında adamların psixoloji durumundan tutmuş neft kəmərlərinədək ciddi məsələlər var idi. Şeyx neft keçən ərazilərdə özünün özəklərini də yaratdı. Bu ilin may ayının 17-də isə Ryazan şəhərində o, "Araks” adlı erməni cəmiyyəti ilə işbirliyi qurur. 13 min dollarlıq “hədiyyə” - çeki cəmiyyətin hesabına köçürür. Cəmiyyətin Mahaçqaladakı özəyi isə Şeyxə Bakı neftinin ötüb keçdiyi yerlərdə əsl bələdçilik edir. ”Əl-hərəmiyyə”nin Ryazan şəhərindəki özəyi isə azərbaycanlılar yaşayan ərazilərdə əsl “verbovka" işini görürdü. Bu zaman onlara Ryazan şəhər 4 saylı məktəbin müəllimi Karina Avakyan və alim-politoloq Gülab Martirosyan yardımçı oldular... Ən acınacaqlısı da bu idi ki, RF-yə çörək pulu dalınca gedənlər... asanlıqla "verbovka” tələsinə düşür. Karina Avakyanın Qriqoryan xaçını boyunlarına keçirib, Şeyx Qafurun yardım payını alırdılar...32 Vaxtilə Bakıda orta məktəblərin birində fizikadan dərs deyən Fərrux Babayar oğlu Cəfərov, Şuşada sürücü işləmiş Emil Eynulla oğlu Kazımov, Lənkəranda kiçik fermer təsərrüfatında işləmiş Xanməmməd Əllatah oğlu Səmədov... erməni ilə ərəb şeyxinin "Qara siyahısından çıxa bilmədi. Bir neçə ixtiramın müəllifi olan, kimyaçıların Seyfulla Yarməmməd oğlu Əbdülzadə isə Səudiyyə Ərəbistanına dəvət aldı...
Bütün bunlardan sonra düşünürsən. Və özünə belə bir sual verirsən: nə üçün?.. Bəlkə bunu da verilən azadlığın və yaxud demokratiyanın ayağına yazaq?.. Mən bilmirəm, alim Əbdülzadə Vətənə (əgər onun üçün belə bir məfhum varsa) hansı sənədlə, hansı vəsiqəsilə, hansı adla, hansı ünvanla dönəcək. Bildiyim budur ki, o, ağır və əzablı yollarını keçən Vətənə "emissar" kimi dönəcək. Bu zaman onun da çibində özünəməxsus "xüsusi tapşırığı” və "qara siyahısı’’ olacaq.
Qırğızıstanın Bişkek şəhərində mart ayının 28-də (2000-ci il) Orta Asiyanı və Zaqafqaziyanı hörümçək toru kimi bürüyən məxfi bir təşkilat yarandı. Və bu təşkilatın yaranmasında 8 ölkənin qeyri-leqal narko-biznes qruplarının "əlaqələndirici müşavir”ləri iştirak edirdilər. Cəmiyyətin adı da qoyuldu: "Narkotik maddələri və silah alverini nizamlayan cəmiyyət”. Onun Bişkekdə bank hesabı da açıldı. Qərara alındı ki, cəmiyyətin və bankın Orta Asiyanın, Zaqafqaziyanın, xüsusən, Şimali Qafqazın və Azərbaycanın ayrı-ayrı bölgələrində qeyri-leqal özəkləri yaradılsın. İki aydan sonra isə cəmiyyətin İordaniyada (Əmmanda) "Çeçen, İnquş dostları” adı ilə böyük bir filialı təşkil olundu. Filialın Azərbaycan bölməsinə ixtisasca iqtisadçı olan Yadigar Sərdar oğlu Bayramov adlı keçmiş hərbçi başçı təyin olundu. Bu filial və özəklər İordaniyada öz işlərini leqal görürlər. Çünki bu filialın ilk xeyir-duasını da elə (nə qədər təəccüblü də olsa) İordaniya Krallığından vermişdilər.
Şimali Qafqaz və Azərbaycan istiqamətində emissarlar hazırlayan mərkəzə İordaniyanın ictimaiyyətlə keçmiş əlaqələr naziri Səid Beno başçı təyin edildi. Mərkəzi baza Mahaçqalada idi. Bu bazadan planlı surətdə Azərbaycana, onun infrastrukturlarına qarşı "yürüş” edilir. Həmin xətlər də narkobiznes əlaqələrinin gücləndirilməsi, ictimai-siyasi, dini əlaqələrin araşdırılması və bu yönümdə yeni mərkəzlərin təşkili, yeni "kadrların" seçilməsindən ibarət idi. Və bütün bunlara da - Azərbaycan istiqamətindəki "Emissarların hərəkət planlarına da başçılığı İordaniya Təhlükəsizlik Xidmətinin başçısı general Samih Beno edir (o da Səid Benonun əmisi oğludur).
Hər şey məxfi idarə olunurdu. Pərdə arxasındakı dayaqlar işlərin planlı şəkildə görülməsi üçün istənilən maddi yardımlardan da çəkinmirdilər... Göyçay, Gəncə, Lənkəran, Masallı, Kürdəmir, Cəlilabad, Şəmkir... yaşayış məntəqələrindəki narkobiznes özəkləri qeyd olunmuşdu. Bu yerlərin adları İordaniyanın təhlükəsizlik xidmətlərində hallanır (?)...
Az keçmiş Azərbaycanda narko-biznes "bazarını (?) nizamlayan yeni bir "emissar cəmiyyəti” də təşkil edildi. Bu emissarlar iki-iki, üç-üç sərhədi keçir, tapşırılan işi görür və dərhal da geri qayıdırlar.Tapşırıq belə idi. Emissar üçün nə millət, nə də din ayrılığı var... Onlar nəzərdə tutulan tapşırıqlardan artıq heç bir iş görmürdülər. Beləliklə, yeni cəmiyyətə başçı Bakını, ümumən Azərbaycanın giriş və çıxış yollarını, ərazisini, yaşayış məntəqələrini yaxşı tanıyan Şeyx Əbdül Biki Camo seçildi. Şeyx Əmman Təhlükəsizlik Xidmətinə yazdığı üç səhifəlik hesabatda göstərir:
...Mənim Azərbaycanda (22-ci paraleldə) yaxşı dostlarım var. Bu dostlarımın içində ali, tanınmış din xadimləri, rütbə sahibi olan məmurlar, Bakının müxtəlif ali məktəblərində təhsil alan cavanlar var, orduda, silahlı qüvvələrdə, daxili qoşun birləşmələrində tanıdığım adamlar da var. Bakı elə bir yerdir ki, vəzifəsindən, tutduğu mövqedən, xidmət etdiyi sahədən asılı olmayaraq... istədiyin adamla dost və yaxud qardaş olmaq mümkündür. Bunun üçün pul lazımdır...".
Şeyxin emissarları Azərbaycan hüdudlarında bilavasitə aşağıdakı vəzifələrin icrasını planlaşdırmışdılar:
a) “Emissar -2"yə tapşırıq:
- Azərbaycanda sərhəd qoşunları və silahlı qüvvələr tərkibində narko-biznes “əlaqələndiriciləri”nin təşkili.
b) ”Emissar-4’’ə tapşırıq:
- Azərbaycandan keçməklə yeni narkobiznes yollarınm açılması (xəritə və keçid məntəqələri).
c) Emissar-9”a tapşırıq:
- Azərbaycanla sərhəd bölgələrində (Dağıstan, Gürcüstan, İran, Türkiyə) narkobiznesə qarşı təşkil olunmuş mərkəzlərin, polis və təhlükəsizlik xidməti məntəqələrinin coğrafi ərazi planlarının hazırlanması.
Bu tapşırıqların yerinə yetirilməsi və nəzarəti üçün Bakıya axışan emissarlar Prezident Aparatı, Milli Məclis və güc nazirliklərinin, ayrı-ayrı şəhər, rayon polis və prokurorluq orqanlarının, təhlükəsizlik xidməti mərkəzlərinin ətrafında (bəzən on addımlığında) mənzillər alır, müvəqqəti və daimi yaşamaq üçün evlər kirayə edirlər.
ABŞ-ın "Milli Təhlükəsizlik və Strateji Proqramı"ndan: "...Geosiyasi baxımdan və həm də dünyanın neft siyasəti yönümündən təhlil edərkən Azərbaycanın ən əlverişli bir coğrafi paraleldə yerləşməsi qeyd olunur. ABŞ Azərbaycana bu prizmadan yanaşır və bu regionda öz siyasi və iqtisadi maraqlarını gizlətmir. Və bu maraqların gerçəkləşməsi ABŞ-ın Milli Təhlükəsizliyi ilə üst-üstə düşür...”.
Rusiya Federasiyasının "Hərbi Doktrinası"ndan: "...Xəzəryanı ölkələrdə, Orta Asiya və Zaqafqaziyada Rusiyanın maraqları tarixi maraqlar olduğu üçün bu gün də öz qüvvəsində qalır... Azərbaycana olan maraqlarına gəlincə, Rusiya bunlardan heç vaxt əl çəkməyəcək. Əksinə, bu maraqların reallaşması üçün məlum, tarixi metodlardan istifadə ediləcək...”
Nə edəsən ki, bütün bunlar gözümüzün qarşısında baş verir. "Gideon qardaşlığı”, “İxtus”... kimi dini təriqətlərin sayı artıq bilinmir. Bilinmir ona görə ki, bu təşkilatlardan olan “İxtus”un artıq Bakının Nizami, Xətai rayon ərazilərində evlərdə, ayrı-ayrı mənzillərdə ibadət ocaqları qurulub. Əslən ingilis olan Marqaretta və Yeva Cons bacılarının bu mənzillərdə, necə deyərlər, ”tas qurub” adamları, xüsusən qocalan, əlsiz-ayaqsızları, yetimləri, kimsəsizləri xaç suyundan keçirib xristianlaşdırmasına nə qədər acı da olsa, etinasız yanaşılır. Çünki xristian bacılar üçün fərqi yoxdur... qoca olsun, ya cavan... azərbaycanlıdır, vəssalam... Və bunu da yadınıza salım ki, 1975-ci ildə təməli Vaşinqtonda qoyulan bu təşkilatın başında vaxtilə İranda rezidenturada işləmiş Keyn Tayler adlı istefada olan kəşfiyyat polkovniki durur. ABŞ ərazisində də bu təşkilat İran mənşəli azərbaycanlıları xristianlaşdırır, Bakıdan Vaşinqtona, Nyu-Yorka axışan (təhsil və ya biznes dalınca) adamlara öz ”xeyriyyəçiliyini” səxavətlə göstərir. Nəticədə Bakıdan təhsil dalınca gedən Azərbaycanlı balası nəinki dilini, həm də dinini və əqidəsini dəyişmiş şəkildə, daha doğrusu, itirmiş şəkildə Bakıya - geriyə dönür... Məlumata görə, 2000-ci ilin mart ayının 18-dən iyul ayının 4-dək ABŞ-ın Texas və Virciniya ştatında yaşayan, əsli-nəcabəti islam üzərində "qurulan”, ilk tərbiyəsini islamın qayda-qanunları ilə alan azərbaycanlılardan 244 nəfəri xristianlığı qəbul etmişdir...
Təşkilatın isə məramnamələrində Azərbaycan strateji nöqteyi-nəzərdən diqqətdən yayınmayan məkan kimi qeyd olunur, “Əql və inam” adlı proqramda yazılır: “...Sənə tövsiyəm var. Bu tövsiyə İsanın... tövsiyəsidir. İrəli get. Qarşındakı müsəlman minbərinə sahib ol... Bu gün o müqəddəs minbər sahibsizdir... İsa köməyin olsun.
Bu, artıq təriqətçilərin həyasız və abırsız işlərinin məramnaməsidir. Daha dəqiq desək, insanların mənəviyyatına hücum taktikasının başlanğıcıdır. Cinayətdir... Təriqətin üzvləri Vaşinqton mərkəzlərinə verdikləri hesabatda yazırlar: ”...Proqram və məramnamədən kənara çıxmadıq. Biz dövlət və güc strukturlannda da öz nümayəndəliyimizi yaratdıq. Artıq Düşənbədə 2 general, Daşkənddə 16 nəfər polis zabiti, Dağıstanda 5 nəfər tələbə, 1 din xadimi, 1 general... bizim xaçı qəbul etdi... Bu təntənəyə əvəz olaraq, Düşənbənin və Bakının generallarına... ”Siti-bank”da hesab açdıq... Onlarla təmasdayıq...”.
Onu bilirəm ki, dinini və əqidəsini asanlıqla bank hesablarına dəyişənlər üçün vətən məfhumu və anlayışı çox dumanlıdır. İş o yerə çatıb ki, adamların mənəvi dünyaların satın alıb, onları iflic edib, şikəst qoyan təriqət başçıları sərbəst, rahat şəkildə ən nüfuzlu dövlət orqanlarına girir-çıxır, istənilən sənədlərə qol çəkdirir, istənilən adamlarla da görüşürlər. Bu, onlar üçün çox asan başa gəlir... "Həyat sözü” (İsveç) təşkilatının başçısı olan, əslində, regionla tamam başqa işlər görən cənab Matsyan Sedelberq İsveçdəki Baş Qərargahına tez-tez məlumat verir ki, mən Nazirlər Kabinetində, Prezident Aparatında... lazımi görüşlər keçirtdim. Hər şeyi sənədləşdirdim ... Və nəhayət, ötən ilin oktyabr ayında Bakının Səbail rayonu ərazisində təriqətçilərin abırsız ”kilsə oyunu” peyda oldu... Təriqətçi-”informasiya mənbəyinə" nəzarət edən cənab Pyer Yuxanson adlı birisi də bu abırsız "kilsə oyunu”nda... azərbaycanlıları təhqir etmiş, onların mənəviyyatını alçaltmış və sonra hər şey 25 dollarla bitmişdir... Onu da yadınıza salım ki, "həyat sözü” təriqətinin Azərbaycandakı icması ”Həyat sözü İnterneşnl) beynəlxalq təriqətçi kilsəsinin nümayəndələri tərəfindən yaradılıb...Və bu təşkilatın (Qərargah, İçərişəhər, Voyenni küçəsi, 21 nömrəli ev) üzvləri utanmadan öz təşkilatlarının nümayəndəliklərini Saatlı, Sabirabad və Biləsuvar... qaçqın şəhərciklərində yaratmaq üçün respublikanın Nazirlər Kabinetində də rəsmi müraciət etdilər. Və həmin rəsmi məktubda göstərilir ki, (1999-cu il, aprel) bizim təşkilat Azərbaycanda "xeyriyyəçi” məqsədləri üçün 102 min dollar xərcləyib... Azərbaycanın qanunlarına qarşı zidd mövqe tutan, yeri gələndə bu qanunları təhqir edən bu təriqətçi təşkilatların da, görünür, öz qanunları var.
Artıq, Azərbaycanda 8 min 368 nəfər azərbaycanlı xristianlığı təntənəli surətdə qəbul edib. Bakıdakı Bibliya İnstitutunun bu gün 1984 nəfər tələbəsi var. Artıq 193 nəfər azərbaycanlı ”papaz” ünvanına layiq görülüb... İngilis missioneri Baronessa Koksun Yerevandakı və Xankəndindəki (2000-ci fevralın 14-də açılıb) "Baronessa məktəbi” adlı məktəbdə azərbaycanlı əsirlərin zorla xristianlaşdırılması da acı faciələrimizdən biri olaraq qalır...Və deyim ki, bu dini təşkilatların iş üsulları açıq informasiya toplayan xəfiyyə mənbəyinin iş üsulları ilə eynilik təşkil edir. Təkcə xristianlaşma deyil, ən məxfi, dövlət əhəmiyyətli informasiyaların toplanması, əldə olunması və lazımi ünvanlara göndərilməsi də bu təşkilatların başlıca vəzifələrindəndir. Hər biri vaxtilə xarici xüsusi xidmət orqanlarrıda çalışan, müxtəlif rütbələrlə istefaya çıxan başçıların bir qrupu Azərbaycanda öz proqramlarını bir hissəsini ”SOS-1”, "SOS-2” adı ilə keçirirlər.
ABŞ-ın kəşfiyyat qovluğunda “Terror siyahısı”na düşmüş ölkələri lənətlənmiş ölkələr adlandırırlar. Bu, Qərb demokratiyasının həqiqətlərindən biridir. Dərk olunmayan həqiqət isə həmişə dərdə çevrilib. ABŞ Dövlət Departamenti 1999-cu dekabr ayının 16-da yaydığı "Beynəlxalq terror təşkilatları siyahısında Azərbaycanın adını hallandırırdı. Adıgedən dövlət yaymış olduğu siyahıda, Azərbaycanı gah Sudana, gah da Livana bənzədirdi. Erməni terror təşkilatlarının haqqında isə ("Haydad” və ”Asala”) susurdu. Ölkənin xarici siyasət idarəsinin antiterror üzrə koordinatoru Maykl Şihen bu ”qara siyahı” haqqında yazır. ”Əgər biz digər qanlı əməllərilə tanınmış terror təşkilatlarını bilsək, adlarını çəkəcəyik”.
ABŞ Dövlət Departamentini Azərbaycanla bağlı bu sərt qərara gətirib çıxaran mənbələri bilmək, təbii ki, hamımız üçün maraqlıdır. Bu bəyanatın “havadan götürüldüyünü” iddia etmək yanlışlıq olardı. Lakin nisbətən soyuq başla düşünüb, əldə olan faktları təhlil etməklı Azərbaycanla bağlı ABŞ-ın son gözlənilməz (əslində gözlənilən - R.N.) mövqeyini "əsaslandıran” amilləri aşağıdakı kimi qruplaşdırmaq olar.
1. ABŞ MKİ-lə, Federal Təhqiqat Bürosunun və İmmiqrasiya xidmətinin məxfi əlaqələri. Azərbaycan haqqında toplanılan gizli materialların ”Məxfi Strateji Araşdırma Mərkəzləri”ndə analitik təhlili.
2. Kəşfiyyat xarakterli informasiyaların mübadiləsi (Azərbaycanla bağlı).
a) Bakıda müxtəlif qurumlarda təmsil olunmuş NATO-ya üzv ölkələrin öz aralarında "Azərbaycan” qrifli informasiyaların mübadiləsi.
b) MKİ-lə RF-nın Baş Kəşfıyyat İdarəsi arasında terrorla bağlı informasiyaların mübadiləsi.
(Ardı var)

Rövşən Novruzoğlu,
Azərbaycanın genetik xəritəsi üzrə xüsusi mütəxəssis, siyasi elmlər doktoru, politoloq
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ