Xarici kəşfiyyat orqanlarının Azərbaycana qarşı həyata keçirmək istədikləri gizli planlarının mahiyyəti nədən ibarətdir?
Tarix: 30-10-2019, 17:12
Google+ Paylaş
Tumblr Paylaş

Xarici kəşfiyyat orqanlarının Azərbaycana qarşı həyata keçirmək istədikləri gizli planlarının mahiyyəti nədən ibarətdir?

30-10-2019, 17:12

MARAQLIDIR, “SEZİUM-137“ RADİOKTİV KONTEYRİNİ AZƏRBAYCANA GƏTİRİLMƏSİNİN ARXASINDA HANSI GİZLİ MƏQSƏDLƏR DAYANIRDI?!


YAXUD AZƏRBAYCANDA “ÖLÜMƏ MƏHKUM OLUNMUŞ “ TORPAQLQAR, XALQIMIZIN MİLLİ VƏ DÖVLƏTÇİLİK MARAQLARINI GƏLƏCƏKDƏ TƏHLÜKƏLƏRİN AĞZINDA QOYMAĞA NƏ QƏDƏR DAHA YAXINDIR !!!


BİZ ARTIQ, MƏĞLUB OLURUQ... TƏBİƏT QARŞISINDA TÖRƏTDİYİMİZ CİNAYƏTLƏRİN CƏZASINI ÇƏKMƏK İSƏ SADƏCƏ, QİSMƏTİMİZDİR!


Araşdırmalarımıza görə, xüsusən neft ölkələrində əhalinin adambaşına müdafiəsinə sərf olunan və ayrılan məbləğ var. Bu rəqəm Səudiyyə Ərəbistanında 1156 dollardır. Birləşmiş Ərəb Əminliklərində bu məbləğin həcmi 1137 dollar, Omanda 1089 dollar, Küveytdə 1025 dollar, Bəhreyndə 1020 dollar, Misirdə 62 dollar, Tiflisdə 39 dollar, Yəməndə 28 dollar, Mavritaniyada isə 9 dollar... edir. Məlumata görə, Xəzərin neft regionlarında isə əhalinin adambaşına müdafiəsinə ayrılan məbləğ belədir:
a) İran İslam Respublikası - 6 dollar;
b) Rusiya Federasiyası - 19 dollar;
c) Türkmənistan - (ayrılmayıb); ç) Qazaxıstan - (ayrılmayıb).
Dünyada ekoloji tarazlığın pozulmasından sonra dağılmış yaşayış məntəqələrində, təhsil və səhiyyə sistemində... baş verən fəlakətlərlə bağlı Mərakeşdə keçirilən simpoziumda (4 fevral 2003-cü il) zərərçəkənlərlə iş üzrə komitənin eksperti Nezqa Şekruni belə bir xəbərdarlıq edir: «...Qitələr ildə bir mm həcmində bir-birinə yaxınlaşır. Bu tendensiv tektonik müstəvidə, qitələr bir-birinə meyl etdikcə, iqlim dəyişir, məcralar sıxılır, isti küləklər çoxalır, tufanlar, qasırğalar artır. Gözlənilmədən gah gün çıxır, gah qar yağır, gah da dağıntılar törədən dolu... Təbiətin bu hücumlarına qarşı, dünyanın hansı proqramı var? {«Dünya» deyəndə ekspert aparıcı ölkələri nəzərdə tutur - R.N.).
Biz məğlub oluruq... Təbiət qarşısında törətdiyimiz cinayətlərin cəzasını çəkirik...». Araşdırmalarımıza görə, Azərbaycanda bataqlıqların, ölü torpaq zonalarının əlamətləri müşahidə olunmaqdadır.
Daşqınlar, güclü sellər torpaq sahələrinin dağıdılmasında, münbit torpaqların erroziyaya uğramasında aktiv rol oynayır. Məsələn,- Salyan, Sabirabad, Saatlı, Şirvan, Cəlilabad, Lənkəran... torpaqlarının böyük bir qismi artıq qum dənəcikləri ilə örtülür, sıradan çıxaraq ölü zonaya çevrilir. Məsələn, 2002-ci ildə:
a) Salyan rayonunda - 700 hektar torpaq...
b) Sabirabad rayonunda - 620 hektar...
c) Saatlı rayonunda - 802 hektar...
ç) Şirvanda rayonunda - 310 hektar...
d) Cəlilabad rayonunda - 970 hektar...
e) Lənkəran rayonunda - 540 hektar... «ölü zona»ya çevrildi. 2003-cü ilin altı ayı ərzində:
a) Salyan rayonunda - 440 hektar; .
b) Sabirabad rayonunda - 397 hektar...
c) Saatlı rayonunda - 542 hektar...
ç) Şirvan rayonunda - 205 hektar...
d) Cəlilabad rayonunda - 475 hektar...
e) Lənkəran rayonunda - 386 hektar... «ölü zona»ya çevrildi.
Məlumata görə, bu ərazilərdə səhranın əlamətləri görünür. Çin Xalq Respublikasının da müəyyən ərazi sahələrində baş verən hadisələr Azərbaycandakı «ölümə məhkum olunmuş» torpaq sahələrinin təkrarıdır. Ekspertlərin fikrincə, Çinin 2,7 min kv km torpaq sahəsində getdikcə çətinlik artır. Bıı məsələ 1994-cü ilin yayından etibarən davam edir. Artıq, Çində 1995-1999-cu illərdə 52 min kv km ərazi məhsul vermir, «ölü zona»ya çevrilib. Regionun Tibet, Xebey, Qansu, Çinxay Şensi...ərazilərinin bütövlükdə 21 faizi qumla örtülür. Tədricən baş verən bu hadisənin qarşısını almaq hələ ki, mümkün deyil. Eyni hadisə Azərbaycanda da baş verir. Məsələn, Xəzərin sahillərindən qalxan qum dənəcikləri Kür ovalıqları istiqamətində və adlarını qeyd etdiyimiz yaşayış məntəqələri istiqamətində sovulmaqdadır. Məlumata görə, həmin ərazilərdə 1 kubmetr havadakı zəhərli maddələrin həcmi 10 mikroqramdır. Bu da normadan iki dəfə artıqdır. Nəticədə isə həmin regionlarda havanın çirklənməsi 2000-ci ilə nisbətdə 7 dəfə artıb.
2010-cu ilin may ayının 4-dən 9-dək Romadakı «İnsan fıziopatologiya və reproduksiyası üzrə Araşdırma Mərkəzi»nin alimləri, - Scviniro Antironin qrupu, Lənkəran-Astara zonasında, regionda sonsuzluqla bağlı tədqiqat işləri aparıblar. Onların qənaətinə görə, Lənkəranda iki, Astarada bir, Cəlilabadda dörd, Masallıda iki, Biləsuvarda iki... kənd 2020-cu ilədək yaşayış həddini itirəcək. Daha doğrusu, həmin ərazilərdə həyat səviyyəsi sıfıra enəcək. Səbəb? Səbəb elektromaqnit dalğalarının ərazilərdə sürətlə artması, torpağın bitki örtüyünün məhv olması, ərazilərin qumla örtülməsidir...
Baş Kəşfiyyat İdarəsi tərəfindən Kreml üçün 2008-ci ildə hazırlanmış kəşfiyyat sənədlərində (UT.S.K.005) qeyd olunur ki, Qafqazda Azərbaycan yeganə strateji ərazidir ki, 67 faizi arxeoloji zona hesabındadır. Heç bir kəşfiyyat təyyarəsi, süni peyk... bu ərazilərdə işləyə bilmir və ya iş funksiyasını itirir (Dağlıq Qarabağ ərazilərində süni peyklərin aktivliyi, məsələn, Ermənistan ərazisindən 6 dəfə artıqdır).
Fikrimizcə, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri həm mənfəət baxımından, həm də geostrateji cəhətdən çox gərəkdir. Bütün bunlara şübhə etmək olmaz. Lakin, məsələnin mahiyyəti tamam başqadır...
Kəmərin böyük Kəsiyə qədər olan 443 km-i qədim yeraltı qalaların, şəhər və qəsəbələrin, qəbiristanlıqların, daha dəqiq desək, bütün əsrləri əhatə edən arxeoloji abidələrin üstündən və yaxud yanından keçir. BTC Azərbaycanın qədim arxeoloji qalasını vurub dağıdır. Ekspertlərin rəyinə görə, bütün bunlar ekspertlərin fikrindən çıxan komponentlərdəndir. Halbuki, qanuna görə, BTC kəməri arxeoloji mərkəzlərdən təqribən iki və 2,5 km aralı olmalı idi. Akademik O.D.Pastuxovun fikrincə, bir qram, bir damcı neft təbiət üçün əsl fəlakətə çevrilə bilər.
Hər qazılan neft quyusunun və çəkilən kəmərin ətraf mühitə təsiri haqda ekspertlərin imzaladıqları rəsmi sənəd olmalıdır. Məsələn, «Ekson» neft şirkətinin Xəzərin «Zəfər məşəli» yatağında apardığı tədqiqat-qazma işləri maraqlıdır. Şirkət qazma zamanı çıxan tullantıları, zəhərli kimyəvi maddələri yenidən dənizə axıdıb. Bu proses indi də davam edir.
Halbuki, tərkibində toksik maddələr olan tullantılar qablaşdırılmalı, sahilə gətirilərək zərərsizləşdirilməli idi. Toksik maddələr isə bir yerdə qalmır, su səthində 30-35 km məsafəyədək yayılır. Nəticədə, həmin ərazidə olan bitki və hcyvanlar aləmi məhv olub sıradan çıxır. Digər tərəfdən, toksik maddələr dəniz suyunda vərəm çöplərinin, eləcə də digər infeksion xəstəliklərin yayılmasına və artmasına gətirib çıxarır. Artıq 2003-cü il iyulun 24-də rəsmi qeyd olundu ki, dəniz çimərliklərində vərəm çöpləri yayılıb.
Hər hansı neft şirkətinin kəşfiyyat qazması zamanı «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» adlı ekspert və mütəxəssislərin imzaladıqları rəsmi sənədlər olmalıdır. 1993-cü ilin beynəlxalq neft müqavilələrində, «Əsrin kontraktı»nda iştirak edən xarici neft şirkətlərinin heç birində belə bir ekspert sənədi yox idi. Bu günədək Azərbaycanda bunlara nəzarət edən qurum da yaradılmayıb. Məsələn, «BP» şirkəti məşhur «İnam» perspektiv strukturunda 115 milyon tona yaxın neft ehtiyatı olduğunu güman etdi və qazma işlərinə başladı. Hətta, Azərbaycan qanunvericiliyi və standartları əsasında 14 maddədən ibarət hesabat da hazırlandı. Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət üzrə Dövlət Komitəsinin (hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi) mütəxəssisləri 4 may 2001-ci ildə belə bir rəy də verilər ki, «İnam» strukturunda həssas ekoloji zonalar yoxdur... Halbuki, neft yatağı Bakının 130 km cənubunda, sahildən 35 km aralıda yerləşir. Xəzərdəki 124 balıq növün-dən 80-i həmin ərazinin payına düşür. Bura yaxın olan Qızılağac qoruğunda isə 50 quş, 95 bitki və kol növü var... «İnam» strukturu isə həssas ekoloji zona kimi 1982-ci ildən rəsmi sənədlərdə qeyd olunub...
Fikrimizin müqayisəsi üçün, «Ekson Mobil korporeyşn»in «Ncft bülleteni»ndə, şirkətin icraçı vitse-prezidenti Lonqullinin açıqlamasına fıkir verək: «...Amerikanın neftə böyük ehtiyacı var. Lakin ölkədə bu məsələnin həllində çox böyük həssaslıq var. Amerikalılar sərhədlərindən kənar istədikləri ərazilərdə neft çıxarırlar. Amerika ərazilərində isə bu məsələ başqa cür qoyulub. Məsələn, ekspertlərin fıkrincə, Arktika Milli qoruğunda - vəhşi təbiətdə (Qızılağac qoruğunu xatırlayın - R.N.) 6 milyard bareldən 16 milyard barelədək neft var. Alyaskada isə 4 milyard barel neft var. Amerikalılar işıqsız və neftsiz qalsalar da, o yerlərdə neft çıxarmazlar. Bu, Milli təhlükəsizlik problemidir. Hətta,dünyanın en böyük neft maqnatları sayılan Corc Buşlar da, quru zonada neft çıxarılmasının əleyhinədir. Çünki, bütün bunlar ABŞ-ın ekoloji mühitinə zərbə vurur, genefonda təsir edir...
Azərbaycanda isə buna adi məsələ kimi baxırlar. «Salyan Oil LTD» neft şirkəti Şirvan Dövlət Qoruğunun ərazisində neft istehsalını bərpa etmək və genişləndirmək məqsədilə «Xüsusi Proqram» işləyib. Bu proqrama əsasən, 25 il üçün nəzərdə tutulan strateji layihəyə görə xarici neft şirkətləri qoruğun ərazisindən 220 milyon barel neft çıxaracaq. Halbuki, Azərbaycanın «Ətraf mühitin mühafizəsi haqqında» qanunu var və bu qanunun da 61-ci maddəsində göstərilir ki, qoruqda hər hansı təsərrüfat fəaliyyətinin aparılması qadağan olunur. Digər tərəfdən, qoruqdakı neft qazıntısı, ətrafda böyük iqlim dəyişiklərinə, iri bataqlıqların və zəhərli gölməçələrin yaranmasına səbəb olacaq. Artıq, bu istiqamətdə ciddi görüntülər qeydə alınmaqdadır. Layihəyə əməl edilərsə, ekspertlərin fikrincə, qoruğa məxsus torpaqların 35 faizi sıradan çıxacaq. Yəni, 7395 hektar torpaq sahəsi «ölü zona»ya çevriləcək. Bu işlərin görülməsi üçün Avropa Yenidənqurma və Inkişaf Bankı 60 milyon dollarlıq kredit ayırıb. Məlumata görə, «Salyan Oil» indiyədək 20 milyon dollar investisiya qoyub (60 milyon dollardan). «Fronterg Resoures» şirkətinin nümayəndəsi bildirib ki, artıq 800-dən çox quyudan artıq 300-ü hazırdır. Bütövlükdə isə 150 yeni quyu da qazılacaq.
Tarixə bir nəzər: 2000-ci il iyulun 21-də “BP-PRESS” agentliyi Gürcüstan Ətraf Mühiti Mühafizə Nazirliyi yanında radiasiya və nüvə təhlükəsizliyi xidməti rəhbərinin müavini Soso Kakuşadzeyə istinadən belə bir xəbər yaydı ki, Azərbaycana iki konteyner «Sezium-137» keçirilib. Bu konteynerlər Türkiyədən göndərilib, sonra Poti terminalı ərazisindən Azərbaycana ötürülüb. Məlumata görə, bu radioaktiv maddələrin «Çıraq» platformasında istifadə olunması nəzərdə tutulmuşdu. Onun da daşıyıcısı «Bluvator» şirkəti idi. Xatırladım ki, bu günədək «Sezium-137» - radioaktiv konteynerlərindən xəbər tutan yox idi. 2003-cü il mayın 26-da Salyan ərazisində baş verən (Kür çayının daşması) daşqınlar zamanı həmin konteynerlərdəki maddələr suyun üzərində göründü... Fikrimizcə, Kür sahili rayonlarının və Astara-Lənkəran zonasının yaşayış məntəqələrinin sıradan çıxması, oralarda həyatın tədricən sönməsi üçün bu konteynerlərdəki radioaktiv maddələr bəs edirdi. Bu günədək ictimaiyyət «Sezium-137» radioaktiv konteynerlərinin taleyindən xəbərsizdir. Bunu da deyək ki, radioaktiv konteynerlərin törədə biləcəyi fəsadlar hələ irəlidədir...
Ekoloji tarazlığın pozulması nəticəsində əhalinin orta yaş həddi 16 faiz azalır. Neft və kimyəvi maddələrlə çirkləndirilmiş ərazilərdə xərçəng xəstəliyi 3,5 dəfə artır, ölüm halları isə 9,1 dəfə çoxalır (BMT-nin məlumatına görə, 2003-cü ilin birinci yarım ilində Azərbaycanda doğulan hər 1000 uşağın 75-i ölüb).
Azərbaycanda Dübəndi terminalı strateji cəhətdən ən lazımlı, gərəkli ərazilərdən biridir. Neft bilavasitə burada boşaldılır və tərkibində 59 faiz kükürd olan neft «Kaspian trans ko ing» şirkəti tərəfindən Dübəndi terminalında boşaldılır və ortadan da xüsusi çənlərə vurularaq müxtəlif istiqamətlərə göndərilir.
Dübəndi ərazisinin psixoloji durumu, adamların səhhəti haqqında ilkin məlumatlar ürəkaçan deyil. Kükürdlülük faizi normadan 5 dəfə artıq olduğundan neftin boşaldılması vaxtı fəhlələr müxtəlif dərəcədə zəhərlənmələrə məruz qalırlar. Məlumata görə kükürd faizi çox olan ərazilərdə çalışanların təqribən hər on nəfərdən yeddisinin genetik kodları şikəst olub, sıradan çıxır. Dübəndi terminalında ikinci bəla isə ərazidəki Yeni Suraxanı yod zavodunda qazma zamanı çıxarılan «neft suları»ndakı yodun ayrılmasından ötrü ildə 1000 ton kömürdən istifadə olunmasıdır. İstifadədən sonra yararsız hala salınmış və atılmış kömür qalağı dərhal oksigenlə reaksiyaya girərək radiasiyaya səbəb olur.
Azərbaycan neftinin qızılı da məlumdur, zəhəri də. Fikrimizcə, hər iki istiqamətdə gedən çarpışmanın ağrılı-acılı nəticələri də sonra bilinəcək.
Azərbaycanda hələlik «Bank və şirkətlərin strategiyası» anlayışı qəbul olunmur. Regionda fəaliyyət dairəsi geniş olan şirkət və bankların strateji xətti həm dövlət və həm də bu məsələlərə nəzarəti boynuna götürmüş iqtisadi kəşfiyyat məsələləri üçün məlum deyil. Halbuki, Fransada bu istiqamətdə Milli təhlükəsizlik məsələlərini və millətin genefondunu qoruyan dövlətin «İqtisadi kəşfiyyat və şirkətlərin strateji xətti» proqramı var. Rusiyada bilavasitə bu məsələlərə həm də xaricdə nəzarət edən Xarici İqtisadi Kəşfiyyat İdarəsi fəaliyyət göstərir.
ABŞ-da isə bu məsələlərə Senatda 1996-cı il sentyabrın 30-da və 2000-ci il yanvarın 15-də qəbul edilmiş qanunlarla nəzarət edilir. Senatda Milli Şuranın kəşfiyyat üzrə şöbəsinin rəhbəri Con Maklaflin qeyd edir ki, buna baxmayaraq, Vaşinqtonda hələ də iqtisadi kəşfiyyat istənilən səviyyədə qurulmayıb. Məsələn, iqtisadi kəşfiyyatın zəifliyi nəticəsində ABŞ sərmayəsi ildə 63 milyard dollar itirir.
İngilis psixoloqu, həkim Robert Pasristin müsəlmanlarla, xüsusən azərbaycanlılarla müqayisəsində qəribə və maraqlı məqamlar var. Psixoloq-həkimin fikrincə, ingilislərin dili, beyni, gözü, qulağı əlləri və ayaqları azərbaycanlı olan şəxsdən fərqlidir. Məsələn, Avropanın (ingilisin) dili müsəlmanın (azərbaycanlının) dilindən 10 mm gödəkdir. Gözlərinə gəlincə isə daha işıqlı və dərindir. Beyin hüceyrələri iki dəfə müsəlmanın beyin hüceyrəsindən qüvvətlidir, qulaqları həssas və itidir. Yəni, 100 cür xışıltının içərisindən öz millətini ayırd edə bilir. Əlləri 17 mm müsəlmanın əllərindən qısadır. Ayaqları isə 9 mm uzundur. İngilis iddia edir ki, Allah gözləri verib ki, həqiqəti görəsən. Həqiqəti görməyən göz ingilisə gərək deyil. Müsəlman da bunu inkar etmir.Ancaq, müsəlmanın fıkrincə, göz onundur, istəsə həqiqəti görər, istəməsə yox.
İngilis iddia edir ki, qulaqları Allah ona görə verib ki, həqiqəti eşitsin. Müsəlman da elə bu fikirdədir. Lakin, müsəlmanın fikrincə, qulaq ona məxsus olduğundan, istəsə həqiqəti eşidər, istəməsə yox. Dilə gəlincə, dil məsələsində ingilis qeyd edir ki, Allah dili verib ki, ancaq həqiqəti desin. Müsəlman da bunu deyir. Lakin, müsəlmanın fikrincə, dil onun olduğundan istəsə həqiqəti deyər, istəməsə yox. Fikrimizcə, Azərbaycanın geosiyasi və geoiqtisadi durumu haqqında danışan dillər, düşünən beyinlər, görən gözlər, eşidən qulaqlar arasında fərq var. Məsələn, görürük ki, Azərbaycan ekoloji baxımdan fəlakət zonasına çevrilir. London Strateji Araşdırmalar Mərkəzi mütəxəssislərinin qənaətincə, daşan Kür çayı ram edilməzsə, regionda fövqəladə vəziyyət elan oluna bilər. Nəticədə, bütün siyasi partiyalar, cəmiyyətlər öz işlərini müvəqqəti də olsa, dayandırar. Prezident seçkiləri təxirə salina bilər. Fövqəladə Hallar üzrə Komissiyadan işə açıqlama verilir ki, xeyr. Kür çayı Şəmkirdəki gəmini gətirəndən sonra ram ediləcək. Bu da 45 gün çəkər (45 dəqiqə yox). Londondakı ingilis elə görür Kür çayını, Bakıdakı Abid Şərifov belə...
Məlumata görə, Azərbaycan ərazisinin böyük bir hissəsi (Samur-Pirsaat və Bolqarçay-Astara çaylarının ərazi dairələrindən başqa) Kür hövzəsinin payına düşür. Daha dəqiq desək, bütün ərazinin üçdə iki hissəsi Kür hövzəsi suları ilə əhatə olunur. Azərbaycanda, məlumata görə, su ehtiyatlarının 87 faizi Kür hövzəsinə aiddir. Araşdırmalarımıza görə, «Azərbaycan Respublikasının Konstruktiv Coğrafıyası»nda qeyd olunur: «...Azərbaycan çaylarının (xüsusən Kür və Arazın) qida mənbəyini əsasən mövsümü qar, qismən daimi qar və buzlaq suları, yaz və yay fəsillərində düşən yağışlar,yeraltı sular təşkil edir...».
Belə bir araşdırmaya nəzər salaq. Məsələn, nəticəyə görə, Kürə və Araza tökülən qar sularının zamanı, vaxtı var. Adətən 800 metr yüksəklikdə olan qar mart ayında əriyir və yaxud 800-1600 metr yüksəklikdə olan qar apreldə, 1600-2400 metr yüksəklikdə olan qar isə may ayında əriyir. Bu ölçülər və məsafələr regionda su balansını tənzimləyirdi. Lakin, indi bu balans və tarazlıq pozulub. Daha dəqiq desək, 800 metr yüksəklikdə olan qar səthi ilə yanaşı 1600 metr və 2400 metr yüksəklikdə olan qar da əriməyə başlayıb. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi və yaxud «Ekoloji Təhlükəsizlik Proqramı» olmadığından bütün bu məsələlər araşdırılmayıb. Nəticədə, strateji fövqəladə hallar proqramı olmadığından heç bir irəli sürülən təklif nəticə vermir.
Faktiki olaraq, Kür çayından ikinci bir Kür çayının axması, onun daşmasına, məcrasına sığmamasına gətirib çıxarır. Yəni, Kür ətrafından keçən yeraltı çaylar artıq çayın məcrasına doğru start götürüb. Yeraltı suların gətirdiyi qum, gil, daş və palçıq Kürün Xəzərə tökülən Yenikənd ərazisində sədd yaradıb. Həmçinin, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdən keçib Kürə tökülən çaylar var. Məsələn, məlumata görə, nüvə tullantıları, digər radiasiya və bakterioloji maddələrin axıdıldığı Tər-tər çay, Xaçın çay, Tovuz çay, Qar-qar çay, Dzeqam çay birbaşa Kürə tökülür. Yəni, Kür çayının ram edilməsindən sonra (hələlik bu istiqamətdə kompleks proqram yoxdur) scl basmış ərazilər demək olar ki, «Kimyəvi-bakterioloji bataqlığa» çevriləcək. Regionda vərəmin yeni sindromlarının yaranma ehtimalı çoxdur. Vaxtilə, yəni 1970-ci ildə məhv edilmiş vəba, qara yara, yatalaq, sinir iflici kimi xəstəliklərin viruslarının yenidən peyda olması şansı çoxalır. İndidən başlayaraq fəlakət zonasının sakinləri peyvənd edilməlidir.
Kür çayının Kürəksay-Ağcaqoşun (sağ qolu), Əlincəçay-Ağsu (sol qolu) qolları məcralarını itirib. Məlumata görə, Kürün ətrafından 93 yeraltı çay keçir. Bu xırda çaylar öz süxurlarını dağıdaraq, yer altında vahid bir məcraya yönəlib. Yəni, Kür çayı ətrafında ikinci bir yeraltı Kür çayının axması ehtimalı var. Məlumata görə, Kürətrafı ərazilərdə 2009-cu ildə 450, 2010-cu ildə isə 383 irili-xırdalı bulaq quruyub, öz axarını itirib. Ikinci ehtimal da budur ki, quruyan bulaqlar öz axarını yeraltı çaylara istiqamətləndirib. Lakin, amerikalı ekoloq Mariens Ceffersonun tədqiqatının nəticələri ilə tanış olanda hiss edirsən ki, irəli sürdüyümüz məsələlər chtimal deyil, həqiqətdir. Ekoloq, professor M.Cefferson «Çaylar, dənizlər» yazısında qeyd edir: «...Çayların və dənizlərin «vaksinləri» yoxdur. Daşan və fəlakətlər gətirən, insanlann cv-eşiklərini dağıdan çayları ram etmək üçün ətrafa nəzər salın. Çayı coşduran, onu məcrasından çıxaran səbəbləri axtarın... Mən Missuri çayının daşma səbəbləri ilə uzun illər məşğul olmuşam. Nəticə etibarilə mənə aydın olub ki, onun daşıb əndazədən çıxmasına səbəb (bəlkə də birinci səbəb) yeraltı çayların ona qovuşmasıdır.
Tədqiqatıma görə, 216 yeraltı çay Missuri çayının məcrasına tökülür. Baş verən meşə yanğınları, qırılan meşə zolaqları, quruyan bulaqlar və tez-tez dəyişən iqlim şəraiti Missuridə daşqınlar yaratdı.
Biz Kür çayına da bu aspektdən yanaşaq. Məlumata görə, Azərbaycanda 1194,5 min hektar meşə sahəsi, o cümlədən 943,5 min hektar meşə ilə örtülü sahə var. Meşələrdə təbii halda 107 növ ağac, 328 növ kol bitib. 2009-ci ilin məlumatında isə meşələrdə 84 növ ağac, 284 növ kol bitir (?). İki il ərzində meşə zolaqlarının beş faizi məhv olub. Məsələn, Naxçıvanda mövcud 3 min hektar meşə sahəsinin min hektarı viran edilib. Kür-Araz ovalığındakı yaşıl zolaqların həcmi 2,5 faizdən 1,5 faizə enib (Araşdırmalarımıza görə, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız da ekoloji fəlakətin girdabındadır. Qarabağda 350 min hektar kənd təsərrüfatına yararlı torpaq sıradan çıxıb, eroziyaya uğrayıb. 210 min hektar meşə ərazisi, 22 min hektar həyətyanı sahə, iki qoruq, dörd yataq məhv edilib).
Məsələn, Azərbaycan istehsal olunan pambığın 100 faizi, taxılın 48 faizi, üzümün 32,3 faizi, meyvənin 7 faizi, ətin 28,4 faizi, südün 95,1 faizi, yunun 34,8 faizi və kənd təsərrüfatı ümumi məhsulunun 30 faizi bu ərazinin - Kür-Araz ərazisinin payına düşürdü. Ancaq, ötən il bu göstəricilər iki dəfə azalıb. Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Kür-Araz ərazisi üç strateji hissədə artır:
- Şirvan
- Muğan-Salyan
- Mil-Qarabağ.
Şirvan ərazisi 702,6 min hektara malikdir. Muğan-Salyan 815,8 min hektar. Mil-Qarabağ isə 562,7 min hektar sahəyə malikdir. Maraqlı faktlardan biri budur ki, bir ərazi dairəsində yerləşməsinə baxmayaraq, hər bir ərazinin öz iqlim sahəsi var. Halbuki, 2001-ci ilədək bu zonalarda eyni iqlim şəraiti olub. Torpaq-iqlim xüsusiyyətləri və meliorasiya şəraiti dəyişməz qalıb. Məlumata görə, 2002-ci il mart ayından başlayaraq ərazilərdə iqlim şəraiti dəyişməyə başlayıb. Bclə iqlim yerdəyişməsi halları 2002-ci ilin aprelin son on günlüyündə Araz çayının cənub zolağında, İran ərazisində geniş müşahidə olunub. Araz çayının sahillərindəki Parsabad, Dəşte-Muğan, Xumarlı, Kəleybər, Hadi şəhər, Culfa yaşayış ərazilərində çayların gözlənilmədən daşması, sarımtıl yağışların yağması, ağac və gül, bitki kollarının məhv olması... birbaşa genefonda təsiri ölkənin mikrobiologiya və toksikologiya mərkəzlərində qeyd edilib (Maraqlıdır ki, bu hal ancaq azərbaycanlılar yaşayan ərazilərdə baş verib). Nəticədə, məsələn. 1950-ci ildə rəsmi sənədlərdə kökü kəsilmiş xəstəliklərin virusları yenidən dirildi. Araz ovalığında yarı it, yarı çaqqala oxşar vəhşi heyvanlar, iti, uzun dimdikli caynaqh vəhşi quşlar, qoxusu birbaşa əsəb sisteminə təsir edən bitki və otlar meydana gəldi. Böyük əkin sahələri sıradan çıxdı. İnsanlar arasında səbəbləri bu günədək bilinməyən xəstəliklərdən ölənlərin sayı 3,5 dəfə artdı.
Bu gün Kür-Araz sahil yaşayış zolaqlarında baş verən, həm canlılar arasında, həm də təbiətdə böyük dəyişikliklərə səbəb olan hadisələr arasında ciddi oxşarlıqlar müşahidə edilir.
Şirvan ərazisində Cənubi Azərbaycanın Parsabad ərazisi arasında təbii fəlakətdən sonra hadisələrin bir-birini təkrarlaması müşahidə edilir.
Məsələn, 2005-ci ilin son yarım ilıində Parsabad yaşayış məntəqəsində bəd xassəli şişlərə məruz qalmış yaşı 15-18 olan uşaqların sayı 1999-cu ilə nisbətdə 1,5 dəfə artıb. Ürək xəstəlikləri artıq sərhəd tanımır. Görmə qabiliyyətini heç nədən itirənlərin, şikəst olanların sayı iki dəfə artıb... Regionu bürüyən bu və ya başqa ölümcül səbəblər yaradan hadisələrlə bağlı Tehrandan, Təbrizdən xüsusi həkim briqadaları Parsabad yaşayış məntəqəsində səbəbləri bilinməyən xəstəliklərdən həlak olanların ölüm səbəblərini araşdırmağa səy etsələr də, hələlik, heç bir nəticə yoxdur. Məsələnin ən sarsıdıcı cəhətlərindən biri budur ki, ölənlərin əksəriyyətini cavanlar (yaş həddi 25-30 olan) təşkil edir. Məlumata görə, belə bir analoji hadisə Şirvan zonasında da artıq müşahidə edilir, yaxud 2008-CI ilin aprel selindən sonra Dəşte-Muğanla (Cənubi Azərbaycan), Muğan-Salyan əraziləri arasında demək olar ki, hadisələr bir-birini təkrar edir. Dəştc-Muğanın təbiətində baş verən hadisələr insan orqanizmində özünün əks-təsirini göstərdi. Yəni, zonanın iqlimi Həbəşistan çölünün səhra iqlimilə üst-üstə düşdü. Dəşte-Muğanın ətraf kəndlərində, digər yaşayış mərkəzlərində vəhşi itlərin, insana oxşar çöl heyvanlarının, yırtıcıların (?) sayı sürətlə artmağa başladı. Nəticədə, 2002-ci ilin iyun ayının 19-da ölkə polisinə və sərhədçilərinə qapalı göstəriş verildi ki, yaranmış, təbiətə, insan yaşayışına təhlükə olan vəhşi heyvanlara qarşı silah işlətsinlər. Hadisələri müşahidə edən, Təbrizdən Araz vadisinə ezam olunmuş bioloq, professor Davud Ziyadi «Iran» qəzetinə verdiyi açıqlamada qeyd edir: «...Bizim gördüyümüz hadisələrin... kökü, mənbəyi var. Bu süni şəkildə insanlara və təbiətə yönəlmiş qəsd də ola bilər. Bütün bunlar Allahın biz insanlara bəlası da, xəbərdarhğı da ola bilər. Çünki, bizim bir qismimiz bizi yaradanın üzünə ağ olmuşuq... Biz alimlər sellərin, daşqınların məcrasını aşan çayların törətdikləri fəsadların yaratdığı çox məsələlərin qarşısında hələ ki, acizik. Ölənlərin ölüm səbəblərini araşdıra bilmirik. Xəstəliklərə qarşı vaksinlərimiz yoxdur... Görünür, biz baş verən fəlakətlərə tam hazır deyilik...».
Azərbaycanda Kür-Araz ovalığı boyunca baş verən təbii saydığımız hadisələri bir neçə istiqamətdə araşdırmaq və adekvat tədbirlərə keçmək lazımdır:
- «İnsan və təbiət» anlayışına yönəlmiş, süni şəkildə yaradılmış qəsd.
- Böyük dövlətlərin, eləcə də qonşu dövlətlərin Azərbaycan millətinə qarşı, onun genefonduna qarşı yönəlmiş strateji proqramlarının nəticəsi.
- «İlahi xəbərdarlıq» fəlsəfi araşdırmaları.
Əldə etdiyimiz nəticələrə görə biz baş verən, getdikcə böyük auditoriyanı, ərazini əhatə edən fəlakətin səbəblərini irəli sürdüyümüz istiqamətlərdə araşdırmaqda acizik. Çünki, əlimizdə heç bir, deyək ki, dövlət və yaxud elmi-tədqiqat proqramı yoxdur. İnsanlara yardım üçün əlimizdə ərəb çadırlarından və türkün, farsın şəkər tozundan, quru südündən savayı heç nəyimiz yoxdur. Əslində fəlakəət zonaları mərkəzləşdirilmiş qaydada idarə olunmur. Ola bilsin ki, bu gün hansısa suyun, selin qabağına bənd ata bilərsən. Lakin, sabahkı fəsadların qabağına bənd atmaq mümkün olmayacaq. Fikrimizcə, Şirvan, Muğan-Salyan, Mil-Qarabağ yaşayış ərazilərində (əsasən Kür-Araz ovalığında yaşayan əhali) yaşayan insanlar ciddi həkim nəzarətinə salınmalı, təbiətdə və insan orqanizmində baş verən dəyişikliklər müşahidə edilərək xüsusi cədvəllərə salınmalı, mövcud və yaxud baş qaldıran xəstəliklər qeydə alınmalı, operativ tədbirlərin proqramı hazırlanmalıdır. Həm Respublikanın Səhiyyə Nazirliyinin, həm Ekologiya və təbii sərvətlərə cavabdeh olan nazirliyin, Su təsərrüfatı və Meliorasiya Nazirliyinin hər birinin ayrı-ayrılıqda fəlakət zonası ilə bağlı strateji proqramı olmalıdır. Bu isə yoxdur. Fəlakət zonası açıqdır. Xarici ölkə vətəndaşlarının həmin zonalarda yaşaması, qalması, hətta keçib,getməsi müvəqqəti olaraq qadağan edilməli idi. Həmin zonalarda təbiətə və canlı orqanizmə, insanlara ciddi zərbə vuran, «Pnevmaniya qorxusu»ndan amansız olan, həmişə daşqınlardan və sellərdən sonra müşahidə edilən, hələlik, adı, mikrobları, sadəcə, «Pnev-A», «Pnev-V» kimi qeyd olunan xəstəliklərin meydana çıxmamasına heç kəs zəmanət verə bilməz. Məlumata görə, dünyanın «Pnevmaniya» qorxusu Çində, Honkonqda, Tayvanda, əsasən, daşqınlardan, sel fəlakətlərindən sonra baş verib. Məsələn, Pekindəki Toksikoloji mərkəzin professoru Lu Tszen etiraf edir ki, «Pnevmaniya» o yerdə çox müşahidə edilib ki, oralarda bir-birinin ardınca daşqınlar, meşə yanğınları, təbii fəlakətlər baş verib. Bu ərazilər Çin strategiyasında artıq, «həssas nöqtələr» kimi qeydə alınıb. Görünür, həmin ərazilərdə ciddi «Səhiyyə və ərzaq proqramı» işlənilməmiş qalıb. Çin hökuməti yenidən bu məsələyə qayıdıb, bu işdə səhlənkarlıq edənlərə ciddi cəzalar verib.
Avropanı bürüyən daşqınlara cavab olaraq, Çexiyada, Yuqoslaviyada, Almaniyada, Fransada, İsveçrədə, ABŞ-da, RF-də bir-birindən fərqli fəlakət zonaları üçün üç əməli iş proqramı hazırlandı.
- Səhiyyə və ərzaq proqramı,
- Strateji obyektlərin qorunması proqramı,
- İnsanların fəlakət zonalarından müvəqqəti çıxarılması,
- Ətraf regionların yardım üçün səfərbər edilməsi. Nəticədə sərf edilən məbləğə uyğun olaraq, ərazidə bütün strateji proqramlar yerinə yetirildi:
- kütləvi insan tələfatının qarşısı alındı;
- baş verə biləcək xəstəliklərə «sədd çəkildi»;
- strateji obyektlərin təhlükəsi aradan qaldırıldı;
- əhalinin ərzağa, suya, geyinmə və yataq dəstinə olan tələbatı ödənildi. Evakuasiya məsələləri planlı şəkildə icra edildi.
Bütün bunlar ona görə qaydasınca gedirdi ki, işlənilmiş, məbləğinə və mayasına haram qatılmayan «Dövlət proqramı» var idi. Digər tərəfdən, fəlakət zonalarında bu proqramların yerinə yetirilməsi üçün daha ciddi olan ikinci proqram işlənilmişdi. Bu da «Nəzarət proqramı» adlanırdı.




ABŞ tarixçisi Corc Vernadskinin fikrincə isə, Rusiyanı idarə edən Çar Pavel (1976-1801) «Əsəb sarsıntıları ilə ölkənin mənəviyyatını dağıtdı... Yaxşı adamlar məhv edildi. Onun ölümündən sonra isə I Aleksandr sənədlərə, fərmanlara imza atanda, xarici diplomatları qəbul edəndə... özünü dəli kimi aparır, gözünə dəyən ağıllı adamların qətlinə fərman verirdi...».
Maraqlıdır ki, Rusiya tarixində bu ənənə bir müddət davam edib. Nəhayət, 1932-ci ildə məşhur rus fizioloqıı İvan Pavlov bclə bir qənaətə gəlir: «...Gəldiyim nəticələr Rusiya üçün acı bir həqiqətdir. Onun (Rusiyanın) əsəb sistemi zəifdir. O isə bu həqiqəti dərk etmək istəmir...». Fizioloq bunun əsas köklərindən birini təbii sərvətlərin insanlar arasında düzgün böliinməməsində, mənəvi əxlaqında, nizamı pozulmuş yaşayış və aşağı həyat səviyyəsində görürdü.
Məşhur «Standard oil» neft şirkətinin yaradıcılarından olan Con Arçbold isə öz həmkarlarına xatırladırdı: «...Gedin. Sərsəm və dəlilik məqamlarını yaşayan ölkələrin neftinə sahib olmaqdan asan heç nə yoxdur...» O, daha sonra yazır: «...Ölkənin qaçqın və səfil həyat keçirən dəstəsinə ümid verin. Qoy, onlar sizə ümid yeri kimi baxsınlar. Ümid isə insanı ən çox məşğul edən şeydir. Qoy, onlar ümidlə yaşasınlar. Siz isə neft yataqları ilə məşğul olun. Gələcək amerikalının taleyini həll edən və onu əsrdən əsrə sağlam ötürən neftlə məşğul olun. Tarix üzümüzə elə ölkələrin qapılarını açacaq ki, onun zəngin xəzinəsi ümidləri kimi bitib, tükənməyəcək...».
Cənab Con Arçbold artıq, həyatda yoxdur, ancaq, onun tövsiyələri ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin, Pentaqonun «hərbi neft komitə»sinin məxfi sənədlərində dönə-dönə təkrarlanır. Nəticədə, ABŞ Dövlət Departamenti bu tarixi tövsiyələri yada salaraq iyun ayının 14-də (2000-ci il) Azərbaycanda olan neft şirkətlərində iqtisadi kəşfiyyatla məşğul olanlara belə bir teleqram göndərir: «... Regionda, onun iqtidar və müxalif cəbhəsində neft işinə özünün təsir dairəsi olan hər hansı bir xəbəri, hadisə və analitik təhlili öyrənin, araşdırın, sonra, dərhal da sizi gözləyən ünvanlara göndərin. Amerikanın maraqlarını yaddan çıxartmayın. Xüsusən, Amerikanın neft maraqlarının qorunmasında və genişləndirilməsində səy göstərin. Sizə maneə törədən hər şeyi məhv edin.»
Azərbaycana, neft Bakısına qarşı bir sıra dövlətlərin maraqlarında regionun psixoloji durumu geniş təhlil olunur. Sonra göstərilir ki, Azərbaycanda ümumi psixoloji durum, ilk növbədə onun hüquq və mülkiyyət bazasında pozulur. Vətəndaş nəyə sahib olduğunu bilmir və yaxud dərk etmir. Təbəqənin böyük bir hissəsi isə öz ağlına, idrak və düşüncəsinə olan sahiblik hüququnu artıq, itirmiş olur.
Vaxtilə (1977-1981) ABŞ Prezidentinin milli məsələlər üzrə köməkçisi işləmiş, Beynəlxalq Strateji Araşdırmalar mərkəzinin məsləhətçisi, Cons Hopkins Universitetinin professor-politoloqu Zbiqnev Bjezinski «Böyük Şahmat taxtası» kitabında («The grand messboard») göstərir ki, dünyanın enerji ehtiyatlarına sahib olmaq istəyini gizlətməyən, ağalıq və hökmranlıq iddiasını ən məxfi sənədlərdə belə, açıqlayan ABŞ yer kürəsinin «idrak və düşüncəsinə» sahib olmaq üçün dörd strateji məsələni həll etməlidir. a) hərbi, b) iqtisadi, c) texnoloji, ç) mədəni. Cənab Z.Bjezinskiyə görə, əvvəlcədən tərtib edilmiş proqram əsasında hazırlanmış strateji hücumları dörd istiqamətdə: - hərbi, iqtisadi, texnoloji və mədəni istiqamətlərdə, eyni anda, eyni saatda, eyni taktiki çərçivədə etmək vacibdir. Politoloq neft şirkətlərinə tövsiyə edir ki, Bakıda işlərini təkcə neft çıxarmaqla bitmiş hesab etməsinlər. Onlar ilk növbədə regionun hərbi təhlükəsizliyini təmin edən strateji mərkəzlərə nüfuz etməli, geniş auditoriyası olan İnternet şəbəkəsini iflic vəziyyətinə salmağı bacarmalıdırlar. Məxfilik prinsipi bu proqramın əsasını təşkil etməlidir.
Pentaqonun nəzdindəki Milli Müdafiə Universitetinin professoru Daniel Kuel isə iyun ayının 4-də (2000-ci il) ABŞ SQ Baş Qərargahına yazır:
«...Kompüter və internet şəbəkələrinin sıradan çıxarılması, yaxud kəşfiyyat tərəfindən nəzarətə götürülməsi işin başlanğıcıdır. Azərbaycanda bütövlükdə telekommunikasiya xidmətlərinə nəzarətin olunması mövcud hakimiyyətin zəbt olunması kimi bir işdir. Prokurorluq orqanlarında və təhlükəsizlik sistemindəki kompüter disketlərinin asanlıqla oxunmasında süni peyk və elektron rabitə sistemindən istifadə edin...». Bu, sadəcə olaraq Azərbaycanı beynəlxalq informasiyalardan təcrid etmək, onun auditoriyalarını məhəlli informasiyalarla, dezinformasiyalarla doldurmağa aparıb çıxarır. Nəticə etibarı ilə bu da kütlənin informasiyadan təcrid olunması, onun fikirlərinin beynəlxalq aləmə çatmaması, təmas xətlərinin pozulmasına gətirib çıxarır.
Bu tip menfi yüklü tendensiv amil,, yaxın gələcəkdə (informasiyalardan təcrid olunarsa) Azərbaycanı gücsüz və perspektivsiz, sabahı olmayan şəxslərin idarə etməsi ilə reallaşar. Çünki, heç bir xarici politoloq və heç bir neft şirkətinə, torpağımıza, sərvətimizə marağı olan hər hansı bir dövlətə güclü, zəngin informasiyası olan Azərbaycan gərək deyil. Azərbaycan primitiv ağlı və düşüncəsi ilə sivil dövlətlərə öz sərvətini, xəzinəsini daha tez «satar»... (informasiya isə hakimiyyət deməkdir).
ABŞ MKİ-nin, Pentaqona məxsus «MNKİ»nin (hərbi kəşfiyyat) Bakıda fəaliyyət dairəsi geniş olan ilk məxfi informasiya bazası «Meqa oil» neft şirkətidir. Bu neft şirkəti 1993 və 1995-ci illərdə Bakıda dövlət çevrilişlərinə cəhddə fəal mövqe tutub. MKİ-nin məsul işçisi, mayor Tomas Qolons ABŞ Dövlət Departamentinə» Böyük Azərbaycan neftinin yalanları» (1999-cu il 5 aprel) adlı hesabat məruzəsində ABŞ-ın «Meqa oil» neft şirkəti və onun inzibati idarəsinə başçılıq edən Harri Best haqqında yazır:
«...Harri Bestin gördüyü işlərdə bir plansızlıq və qanunauyğunsuzluq vardı. Ancaq, Bakıda onun qəlbinə dəyən yox idi. O, regiondan istənilən strateji informasiyanı çıxara bilir,Bakıda məxfi informasiyaların biznesi ilə məşğul olur...».
Əslində, Harri Bestə Bakıda qəribə bir güc mərkəzi yaratmışdılar. Bakıdan təqribən 120 km aralı olan Şirvan şəhəri ərazisinclə, keçmiş pioner düşərgəsində Harri Best üçün təlim düşərgəsi yaratdılar. Bu təlim düşərgəsində Vaşinqtondan, - Kapitoliyadan gələn hərbi müşavirlər peyda oldular. Müşavir Harri Bestin başçılıq etdiyi dəstə iki qrupa ayrılmışdı: a) Azərbaycanın Silahlı Qüvvələrində strateji informasiyaların toplanmasına yardımçı qrup (Tərkibi 12 nəfərdən ibarət idi) b) Dağlıq Qarabağ ərazisində yaradılmış «Best» kəşfiyyat qrupu (Bu qrupun tərkibində 9 nəfər var idi. Bu qrup özü «Şimal» və «Cənub» istiqamətlərində iş görürdü) Harri Bestin vəzifələrindən biri də bu idi ki, o, İran İslam Respublikasından sərhəd bölgələrinə ticarət üçün, biznes fəaliyyəti üçün gələnlərlə əlaqələr yaradır, onları «İnformasiya biznesi» deyilən bir biznesə cəlb edirdi. Nəticədə, Harri Best Azərbaycan ərazisindən İran istiqamətində fəaliyyət göstərən «Təbriz-l» və «Göy qurşağı-2» adlı kəşfiyyat informasiyaları toplayan məxfi qrupları yaratmağa nail oldu. Harri Bestin «Meqa Oil»dakı fəaliyyət dairəsi gündən-günə genişlənirdi. O, həmçinin, Lerik-Astara, Cəlilabad,İmişli istiqamətində strateji mərkəzlərin, sərhəd zastavalarının mövqelərini də asanlıqla xəritələrdə cızır, keçid məntəqələrində video çəkilişlər aparırdı. Azərbaycanın bütün qanunlarını «Meqa Oil» pozmuşdu. Digər bir müşavir, - uzun müddət Pentaqonun hərbi kəşfıyyatında işləmiş istefada olan (?) polkovnik Maykl Ccfferson da Harri Bestin «İşçi qrupu»nda Şirvan ərazisində məxfi işlər görən «Göy Qurşağı-2» kodlu məxfı iranlı qrupu ilə aktiv işbirliyi qurmuşdu. İran haqqında, ölkənin ictimai-siyasi mühiti, sərhəd məntəqələrində hərbi mərkəzlərin ərazi dairəsi, İslam partiyasının fəaliyyəti, ordu quruculuğu, təhlükəsizlik sistemi... ilə bağlı ən adi informasiyaları belə Harri Best və Maykl Cefferson nəzərdən qaçırmırdı.
Bu, elə bir vaxt idi ki, Dağlıq Qarabağ hissə-hissə işğal edilib, əlimizdən çıxırdı. Harri Bestin özünə məxsus «Snayperçilər» dəstəsi var idi. O, bu «Snayperçiləri»n əksəriyyətini Latın Amerikasından gətirmişdi. Bu dəstənin üzvləri istənilən hədəfi sıradan çıxara bilirdilər. Həmin ərəfədə respublikanın strateji mərkəzlərinin, istehkam və hərbi sursat anbarlarının... əsgər və zabit kazarmalarının sxemləri Harri Bestin əlində idi. «Snayperçilər» vasitəsilə bu məxfi planlar asanlıqla erməni tərəfə daşınır, döyüş zonasının sirləri satılırdı. Çünki, o vaxt Şuşada, Laçın və Kəlbəcərdə, Ağdam və Cəbrayılda... Qubadlı və Zəngilanda Fransadan gəlmiş «Kevorkçular» dəstəsi və ABŞ-dan gəlmiş «Karoçular» dəstəsi ilə məxfı əlaqələr yaradaraq, informasiya mübadiləsi edirdilər. Qarabağda Fransadan gəlmiş erməni diasporuna məxsus dəstənin başçısı Livi Kevorkov «Meqa Oil» neft şirkətinin liderlərindən olan Harri Bestə yazır: «...Döyüş zonasında çəkiliş aparan operatorları, informasiya toplayan jurnalistləri aradan götürün. Onlar bizə mane olurlar».
Az keçmiş Azərbaycan hökuməti Salyan rayonundan azca aralı olan Çuxanlı yaşayış ərazisində köhnə, hərbi cnmə və uçuş zolağı olan aerodromu amerikalı müşavir Harri Best üçün ayırdı. Bu vaxt Vaşinqtondakı dəstədə El Kleyn adlı bir müşavir göründü. O, təlim düşərgəsindəki əsgərlərlə, guya, düşmən tərəfdə təxribatların törədilməsi, körpülərin partladılması, hərbi istehkamların məhv edilməsi... yönümündə iş görməli idi. Əslində isə, El Kleyn döyüş zonalarında çəkiliş aparan operatorları izləyir, jurnalistlərin hərəkətinə mane olurdu. İpə,sapa yatmayanlar aradan götürülürdü.

Azərbaycanda neft şirkəti kimi fəaliyyət göstərən «Meqa oil»ın bu məxfi planlarının mərkəzində Harri Bestin şəxsi maraqlarından öncə, vətəndaşı olduğu ölkənin milli maraqları dayanırdı. Məsələnin digər tərəfində isə «Meqa oil» (ABŞ) ncft şirkətinin torpaqlarımızın satılmasında, döyüş sirlərinin ermənilərə verilməsində xüsusi rol oynaması da yaddan çıxmamalıdır. Bu, Z.Bjezinskinin tövsiyəsindən irəli gələrək, Azərbaycanda fəaliyyət göstərən digər neft şirkətlərinə şamil edilmiş regionun, «hərbi təhlükəsizliyinə» nəzarətin başlanğıcı olaraq qalır.
Araşdırmalarımızın nəlicələrindən biri də budur ki, Azərbaycanın SQ cərgəsində cənab Harri Bestin, El Kleynin bu gün də «dostları» var (?). Halbuki zahirən bizim əsgərlərə yardımçı olan, əslində ordumuzun məxfılik prinsiplərini pozan, SQ-nin Baş Qərargahına sərbəst gediş-gəlişi olan cənab Harri Best və El Kleynin Vaşinqtondakı «Qriqoryan» erməni diasporunda qeydiyyatda olmaları artıq bəllidir... Özünün neft yalanları ilə Azərbaycanın ictimai-siyasi həyatına nüfuz edən «Meqa-oil» neft şirkətinin tutduğu mövqe heç də bütün bunlarla tamamlanmadı... Cənab Harri Bestin cib dəftərində: «Azərbaycan operatoru üçün ölüm hökmünün qiyməti 20 min dollar, jurnalistin ölüm hökmünə isə 15 min dollar ayrılmışdı...».
Ordumuza, cəbhə bölgələrinə soxulmuş, hərbi və kəşfiyyat müşaviri kimi təşrif gətirmiş cənab Harri Best və El Kleynin «snayperçi»lərin qarşılarına qoyduqları bu vəzifəsinin arxasında isə başqa bir məsələ də dayanırdı. O da əsgərlər arasında süni surətdə yayılmış «Sibir yazvası» virusuna qarşı antibiotiklərin sınaqdan çıxarılması idi. Çünki Rusiyanın elmi-tədqiqat laboratoriyalarında hazırlanmış, ölümsaçan, adı kütləvi qırğın silahları cərgəsində gedən bakterioloji silah, - «Sibir yazvası» bu gün başda ABŞ olmaqla, NATO ölkələrini ciddi narahat edir. Sibir yazvası isə Rusiya Federasiyasının «Vektor» bioloji hərbi laboratoriyasında (Sverdlovsk ərazisində) hazırlanıb. Xatırladım ki, rusların bu mərkəzində dördüncü dərəcəli bioloji zəhərli mikroblar öyrənilir, yeniləri hazırlanır. Burada hazırlanan mikroblarla lazım olan ərazinin əlli faizini məhv etmək olar. Bunun qabağını ala bilən vaksinlərin tapılmaması isə Pentaqonu həmişə narahat edən ciddi məsələ kimi dayanır.
Burada yadınıza salım ki, «EboIa» virusu haqqında yeni nəticələr əldə edilib. Zəhərli və iki saniyə ərzində insanın əsəb sistemini iflic edə biləcək gücə malik «Elqafılit» virusunun yeni növləri hazırlanır. Qeyd edim ki, «Vektor»un soyuducularında (1 N°-li binada) Sibir yazvasının dörd növü var. ABŞ-ın bioloji silahlar üzrə mütəxəssisi, Vaşinqtondakı Beynəlxalq Tədqiqatlar və Stratcji Mərkəzin eksperti Entoni Kordesman deyir: «Ora girmək mümkün deyil. Sibir yazvasının vaksinlərini nəyin bahasına olursa-olsun tapmaq lazımdır...» (2009-ci il 16 yanvar) Pentaqonun hərbi kəşfiyyatının polkovniki Dennis Deplanter isə həyəcanını gizlətmir və yazır: «Biz hələ ki, öyrənməyə çalışırıq...». Hazırda bu yönümdə ölkənin Los-Alamose şəhərindəki (Nyu-Meksika ştatı) milli laboratoriyada ciddi işlər gedir. Amma hər şey nəticəsizdir».
Cənab H.Bestin bu milli laboratoriyanın, məxfi hərbi tədqiqat mərkəzinin «planlarının yerinə yetirilməsində vasitəçi və təşkilatçı olduğuna da şübhə etməyək. Çünki, kəşfiyyatın sərhəddi bilinmir. Digər tərəfdən, kəşfiyyatçı müşavir Harri Bcstin Azərbaycan ərazisindəki Sibir yazvası ilə bağlı «elmi nəticələri», kəşfiyyat nəticələri ABŞ-ın (Merilend ştatı) Fort-Detriks elmi-tədqiqat mərkəzinə verir.

Oğuzxan скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ