"Ermənilərin Azərbaycana qarşı hazırladıqları “Fauna-1” toksikoloji terror proqramı“
Tarix: 30-10-2019, 17:06
Google+ Paylaş
Tumblr Paylaş

"Ermənilərin Azərbaycana qarşı hazırladıqları “Fauna-1” toksikoloji terror proqramı“

30-10-2019, 17:06

PROFESSOR AYVAZYAN QRUPUNUN TOKSİKOLOJİ TERROR MƏRKƏZİ, İŞĞAL EDİLMİŞ AZƏRBAYCAN TORPAQLARINDA RESPUBLİKAMIZA QARŞI LAYİHƏLƏŞDİRDİKLƏRİ ZƏHƏR PROQRAMINI ÜÇ İSTİQAMƏTDƏ QURUB

ERMƏNİLƏRİN HAVADAN, SUDAN, QURUDAN HƏYATA KEÇİRDİKLƏRİ BU ZƏHƏRLİ PROQRAM, AZƏRBAYCANIN DAHA ÇOX, YUXARI VƏ ARAN QARABAĞ ƏRAZİLƏRİNİ ƏHATƏ EDİR

Professor Ayvazyan qrupunun toksikoloji mərkəzi işğal olunmuş ərazilərimizdə - Qarabağ torpaqlarında sayca üçüncü tədqiqat obyektidir. 19 nəfərdən ibarət bu qrupun üzvləri 71 yaşlı professor A.Ayvazyanın rəhbərliyi ilə ekoloji durumu, eləcə də insanı zəhərləyib məhv edən toksinlərin kəşfi istiqamətində ciddi araşdırmalarını davam etdirirlər.
Aftandil Ayvazyan Azərbaycan istiqamətində layihələşdirdiyi zəhər proqramını üç istiqamətdə qurub: a) havada, b) suda, c) quruda. Əldə etdiyimiz sənədlərə görə, erməni tədqiqatçıları Azərbaycana ünvanlanmış bu «toksikoloji terror proqramı»ın 2002-ci ilin iyulun 2-dək mülki qaydada aparırdılar. 2003-cü ilin martın 19-dan bu proqram demək olar ki, mülki qaydada aparılırdı. 2003-cü ilin martın 19-dan bu proqram demək olar ki, hərbiləşdirilirdi. Xankəndinin şərqində və Qubadlının şimalında qurulmuş laboratoriyalar hərbi hissəyə verildi. İllik büdcəsi cəmi 2 milyon 114 min dollar olan və 2104 saylı hərbi birləşmənin sənədlərində «Fauna-l» kimi açıqlanan bu «toksikoloji proqram»ı Ermənistanın hərbi-sənaye kompleksi kimi də qəbul etmək maraqlı olardı.


Fakt budur ki, atəşkəs elan olunsa da, erməni terrorçularının təkcə Azərbaycan torpaqlarına deyil, həm də onun genefonduna qarşı elan olunmamış müharibəsi səngimir.
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin taleyi beynəlxalq ekoloji qrup olan «Ekomüdafiə»nin də nəzərindən yayınmayıb. Qurumun həmsədri Vladimir Slivyak (RF) qeyd edir ki, Rusiya İrana 70 ton nüvə yanacağı satacaq.
RF nüvə yanacağının İrana ötürərkən Azərbaycanın işğal olunmuş ərazilərindən - «nəzarətsiz zona» adı ilə ABŞ Dövlət Departamentinin sənədlərinə düşən (2003-cü il yanvar) Qarabağ ərazilərindən istifadə etməyi planlaşdırıb. Bu istiqamətdə Sankt-Peterburqda V.Putin - R.Köçəryan arasında keçirilən sohbətlərdə də (2003-cü il, noyabr) qeyd olunub. Şübhəsiz ki, bu da Ermənistanın RF ilə bağladığı «hərbi proqram»ın tərkib hissəsidir. ABŞ-ın «nüvə layihəsi»lə bağlı strateji proqramın başçısı professor Cek Ramzeyin «Vashinqton Post» qəzetinin 5 oktyabr tarixli nömrəsindəki açıqlamasına görə, Qarabağ ərazilərində nüvə tullantıları mənbələri qeydə alınıb. O, qeyd edir ki, bununla bağlı toplanmış son məlumatları Ağ Evə təqdim edəcəklər. XXI əsrin başlanğıcından Azərbaycana havadan, sudan, qurudan arzuolunmaz toksikoloji hücumlar edilir. Bizsə bu səssiz və lakin, ölümlə nəticələnən müharibəni qəbul edirik. Diplomatik korpuslarımızın başı saxta monitorinqlərə qarışdığından əsas məsələlərin araşdırılmasına bir o qədər vaxt da qalmır. Səhiyyə işçilərimizin, ekoloqlarımızın proqramlarında isə ermənilərin ola biləcək və yaxud başlanmış toksikoloji terroru ilə bağlı heç bir strateji xətt yoxdur. Professor A.Ayvazyan isə Kaliforniyada nəşr olunan həftəlik «Ermənistan xəbərləri»nə vcrdiyi açıqlamada iddia edir ki, onun bu istiqamətdə apardığı elmi araşdırmalarında ciddi nəticələr var.
A.Ayvazyanın üzərində tədqiqatlar apardığı bakteriyaların adicə çay, bulaq və göl sularında 4-25 temperaturda 4 həftə, su kəməri və yaxud kanal sularında 1 ildən çox yaşamaq imkanı var. Elə isə ermənilərin Xankəndinin şərqində qurduqları tədqiqat mərkəzinə nəzər salaq. A.Ayvazyanın Malibəyli yaşayış məntəqəsində qurduğu laboratoriyada əldə olunan nəticələrin bir hissəsi yaxınlıqdan keçən Qarqarçaya istiqamətlənir. Məlumata görə, bu çayın Yuxarı Qarabağ kanalı ilə Salmanbəyli istiqamətindən (Ağcabədi rayonu ərazisində) təmas xətti var. Yuxarı Qarabağ kanalı isə Bərdə, Ağcabədi, Beyləqan ərazilərini bütövlükdə əhatə edir. Kanala Bərdə ərazisində Tərtərçay qovuşur və o da Kür istiqamətində start götürür,
Şübhə etməyək ki, işğal olunmuş torpaqlarımıza yaxın olan ərazilərimizin bir hissəsi artıq, «Ayvazyanın toksinləri»nin altındadır (Almaniya hökumətinin investisiyası ilə qurulan Ağcabədi qoruğu isə ekoloji tarazlığın pozulması təhlükəsi ilə üz-üzə qalıb). Məlumata görə, Qubadlıdan keçən Həkəri və Bərgüşad çayları artıq öz rəngini itirib. Çayların ətəklərindəki yaşıl zolaqların böyük bir hissəsi (İran ekoloqlarının məlumatına görə), yəni 780 hektarı zəhərdən çat verib, «çürüyüb»... Yuxarı Qarabağ kanalı boyunca salınmış kəndlərdə adamların (xüsusən 12-14 yaş həddində olan uşaqlar) immunitet zəifliyindən xəstələnib tələf olmaları bizi artıq düşündürməyə bilməz. Çünki, A.Ayvazyanın elmi axtarışları «orqanizmdəki» immunitet zəifliyi»lə bağlıdır. Məsələn, Bərdə rayonunun Xanərəb, Xəsili, Kətəlparaq, Alpout yaşayış məntəqələrində (Yuxarı Qarabağ kanalı boyunca salınmış kəndlər ) 2003-cü ilin son iki ayı ərzində ölüm halları dəfələrlə artıb. Məsələn, 2002-ci ilin sentyabr-oktyabr aylarında:
Xandərədə - 11 nəfər.
Xəsilidə - 14 nəfər.
Kətəlparaqda - 17 nəfər.
2003-cü ilin sentyabr-oktyabr aylarında
Xanərəbdə - 23 nəfər.
Kətəlparaqda - 21 nəfər.
(Məlumatlar yerli polis bölmələrindən toplanılıb). Bu faktlar Ağcabədi və Bcyləqanda daha artıqdır.
Qarabağ ərazilərindən axıb gələn mikroorqanizmlərin yaydıqları infeksiyalara Səhiyyə nazirliyində «opportunist infeksiyalar» da deyirlər. Bunlar bütün iqlim şəraitində yayıla biləcək infeksiyalardır. Məlumata görə, 2003-cü il sentyabrın 18-də Ermənistan hərbi sənaye kompleksində belə bir infeksion bakteriyanın qeydə alınması məsələsi ölkənin Toksikoloji İnstitutunda keçirilən elmi müşavirədə də xatırlanıb.
Ancaq, bu xatırlanmada professor A.Ayvazyanın adı çəkilməyib. Artıq, tamam başqa bir qrupun (toksikoloq Emma Sitaryanın, Alo Sataryanın, mikrobioloq Azik Avakyanın, həkim Qarnik Çakoryanın) adı hallanırdı.
Araşdırmalarımıza görə, Ermənistan hərbi sənaye kompleksi ilə bağlı işlənmiş «Strateji proqram - 2004-2008» rəsmi sənəddə də belə tədqiqat nəzərdə tutulmuşdu. Bunun üçün ölkənin Nazirlər Kabinetində hazırlanmış (proqram 2003-cü il oktyabrın 25-də ölkənin Təhlükəsizlik Şurasında müzakirə olunub ) bu strateji hərbi proqram üçün 410 min dolların da ayrılması nəzərdə tutulub. Məlumata görə, Ermənistan özünün hərbi sənaye kompleksi üçün nəzərdə tutduğu «Toksikoloji proqram»ın reallaşması üçün (daha dəqiq desək, bakterioloji və kimyəvi silahların hazırlanması üçün ) Azərbaycandan zorla və işğal etdiyi ərazilərdən geniş istifadə cdir.
Araşdırmalarımıza görə, Yerevan hakimiyyət dairələrində böyük mübahisələr doğuran, tam mənada ölkənin MN-nin hərbi kəşfiyyat idarəsində nəzarətdə saxlanılan «Diaqnoz» (hərbi kəşfiyyatın nəzarəti ilə hissə-hissə öyrənilən və Azərbaycan istiqamətində tətbiqi nəzərdə tutulan səhiyyə sənədi) səhiyyə proqramı isə bilavasitə ev heyvanlarının tədqiqilə əlaqədardır.
Tədqiqatçı-həkim Aleksey Ambarsumyanın fikrincə: «... biz öz düşmənlərimizdən qorunmaq üçün hərbdə, səhiyyədə, təhsildə islahatlar aparmahyıq. Qorunmaq üçün islahat. Bu olmazsa, erməni millətinin taleyini düşünmək qeyri-mümkündür...».
A.D.Ambarsumyan Xankəndindəki tibb texnikumunda farmakologiyadan da dərs deyir, dərman preparatlarının hazırlanmasında çalışır. 49 yaşlı A.Ambarsumyan 1997-ci ildən 1999-cu ilədək Yerevan Toksikoloji Elmi-Tədqiqat Mərkəzində «Orqanizmin dəyişikliyində ətraf mühitin təsiri anlayışı» strateji proqram üzərində çalışıb. Məsələnin mahiyyətini anlasaq da, nəticələrdən xəbərsizik. Yəni, öz həmkarlarından islahatlar tələb edən... şəxsin elmi nəticələrinin hansı istiqamətdə tətbiq ediləcəyini bilmirik. Bildiyimiz isə budur ki, alimin tədqiqatı üçün maliyyə xərclərini «Arşavir» şirkəti çəkib. Öz elmi nəticələrini Azərbaycana yönəldən alim hazırda Ermənistanın və işğal olunmuş Qarabağın (Xankəndinin) hərbi proqramına qoşulub, bu proqramın «Bakterioloji və kimyəvi araşdırmaları»nda iştirak edir. Daha dəqiq desək, o, həmçinin, onun on üç nəfərlik laboratoriya yoldaşları Xankəndində «Qazanılmış immunitet çatışmazlığı sindromu»nu Azərbaycanda kütləvi yaymaq üzərində baş sındırırlar.
Erməni alimləri belə bir sindrom uğrunda araşdırmalarını ev heyvanları və quşları üzərində aparırlar. Məlumata görə, elmi laboratoriyalarda bu sindromla ölən pişik, at, it, qoyun, keçi... donuzların bir qismi basdırılırsa, digər qismi göl və çaylarımıza atılır. Nəticədə, qəsdən Ümumdünya Səhiyyə Təşkilatının qanunları , nizamnaməsi pozulmuş olur.
QİÇS-ə yoluxmanın viruslarının ev heyvanlarında axtarılması yeni məsələ deyil və A.Ambarsumyanın bu qrupu rəsmi sənədlərdə T-4 qrupu adlanır. T-4 təbabətdə limfositlərin bir qrupu kimi qeyd olunur. Yəni, orqanizmdə, qanda T-4 limfositlərindən başqa qanda T-8 limfositləri də var. Bu limfositlər T-4 limfositlərindən siqnal alan kimi, yoluxmuş hüceyrədən hücuma keçir, onları məhv edirlər (vitrusologiya üzrə elmi araşdırmalar aparan Rüstəm Rüstəmovun və Rəfael Şirinovun tədqiqatlarına nəzər salmaq kifayətdir ). Məlumata görə, hüceyrələr arasında əlaqələr əsasən limfa vəzilərində baş verir. Nəticədə, limfositlər (qan) QİÇS virusuna tutulurlar. Alimlərin fikrincə, bu sindromla ölən heyvanlarda QİÇS virusları təqribən doqquz gün yaşayır və suya, torpağa keçdikdən sonra isə daha uzun ömürlü olurlar.
(Məsələn, QİÇS-ə qarşı Respublika Milli Mərkəzinin açıqlamalarında qeyd olunur ki, ölkədə 573 nəfər bu sağalmaz dərdə tutulub. Xəstəlik daha çox Bakı, Şəki, Lənkəran zonalarını əhatə edir və bu bəlanın 48 faizi xaricdən «gətirilib». Tədqiqatçılar təəssüflər olsun ki, bu istiqamətdə araşdırmalarında təhlükə mənbəyi kimi ancaq, narkotikləri misal gətirir...». Xaricdən gətirilən at, pişik, it, müxtəlif növ Afrika quşları... üzərində isə bu istiqamətdə heç bir araşdırma aparılmır. Fikrimizcə, bu bəlanın yayılma səbəblərindən birini də elə bu təşkil edir).
Belə bir «Bakterioloji proqramları» reallaşdırmaq, əldə olunan nəticələri tutuşdurmaq məqsədi ilə Amerikanın virusologiya üzrə tədqiqat aparan alimlərinə tez-tez müraciət edirlər.Məsələn, bu istiqamətdə ilk tədqiqat aparan fransalı həkim, mikrobiologiya və immunologiya institutunun əməkdaşı (Milan) Corco Poli olub. C.Poli 1995-1996-cı illərdə Ermənistana ezam olunub. İşğala məruz qalmış ərazilərimizdən keçib...
Digər bir araşdırma materialında isə bildirilir ki, erməni A.Ambarsumyanın T-4 qrupu son illər amerikalı tədqiqatçı, professor Nilson Pcdersonunun materiallarına, «tədqiqat üsulları»na çox müraciət cdir. Çünki, N.Pederson ilk dəfə 1986-cı ildə belə bir nəticəyə gəlib ki, pişiklərdə QİÇS-in simptomaları var. Yəni, insanın bu bəlaya tutulması səbəblərindən biri bu virusu gəzdirən ev heyvanlarıdır. Alimin fikrincə, bu dəhşətlərə tutulmuş bir pişik 150 nəfərin yoluxmasına bəs edər. Onu da qeyd edək ki, bu fakt ABŞ-ın hərbi sənədlərində 2002-ci ilin iyulun 2-dək qapalı qalıb, «ciddi strateji fakt» kimi qorunub.
Alim N.Pedcrsonun fikrincə, bu xəstəlik insana keçərsə, insan öz çəkisini itirir, hərarəti qalxır, sürətlə qanının rəngi dəyişir, damarlar keyləşir, çürümə baş verir. Infeksiya isə iki həftədən sonra yayılır və 14 ay ərzində orqanizmi məhv edir. Mikrobioloq Flaviya Lilo (ABŞ) göstərir ki, bu virus ölən adamın yatağından və yaşadığı evdə həyat qabiliyyətini 10 il müddətində saxlayır. Erməni alimlərinin Azərbaycan istiqamətində həyata keçirməyə cəhd etdikləri bu proqram mahiyyətinə görə terrordur. Amerikalı alim bildirib ki, təcrübə və nəticələrin alınması üçün bir gündə 12 pişikdən istifadə edir. On iki pişikdən 9-u təcrübənin nəticələrinə davam gətirə bilməyib, ölür. Ölən pişiklər yüksək temperaturda yandırılır...
Ermənilər isə, araşdırmalarımıza görə, apardıqları təcrübə zamanı ölən pişikləri, itləri çaylara axıtmaqla işlərini bilmiş hesab edirlər. Xəstəliyə yoluxdurulmuş pişiklər isə (ümumiyyətlə, ev heyvanları) işğal olunmuş ərazilərimizdən özləri qovulur... Amerikalı mikrobioloq Metyu Qondoy göstərir ki, ev heyvanlarından keçən QİÇS virusları çox vaxt həkimləri çaşdırır, düzgün diaqnoz qoyulmasını ləngidir. Çünki, bu viruslar ilk öncə özünü qarın yatalağı, mədə pozuntusu kimi göstərərək, adamı aldadır, Buna isə təbabətdə NTLV-1 virusu deyilir. Vaşinqtonda bu istiqamətdə epidemioloji araşdırmalar aparan professor Mauro Bendinelli qeyd edir ki, pişiklər çox zaman bu virusları insana (əsasən qadınlara) toksoplazmoz formasında yoluxdurur. Faktiki olaraq , bu xəstəliyə tutulmuş qadınlar çox zaman övlad üzünə həsrət qalır. Bu istiqamətdə genefonda vurulan zərbələrin həcmi ağla gəlmir.
Araşdırdığımız çoxsaylı materialların nəticələrinə görə, ermənilərin T-4 qrupunun proqramının mahiyyətini də elə bunlar təşkil edir. Başqa bir məlumatda isə bildirilir ki, Azərbaycana qarşı ermənilərin «Bakterioloji və kimyəvi proqramları»nda «Fauna-9» adlı bir fəsil də var. Bu da sırf ekoloji mahiyyət daşıyır. Yerevanın «Təbii sərvətlərə nəzarət departamenti» bunun üçün, yəni, bu istiqamətdə işlərini qurmaq üçün hökumətdən 12 milyon dollar həcmində maliyyə vəsaiti istəyib. Hökumət belə bir vəsaiti verməkdən imtina etsə də, MN bu proqrama hərbi ekspertlərin təklif və rəyləri əsasında yanaşmağı üstün sayıb. Nəticədə bu proqramın 2000-ci illərin ortalarında alınacaq nəticələri üçün 441 min dollar ayırıb. Məlumata görə, proqramın Xankəndi variantı da artıq işlənilib. Proqramın dinc məqsədlər üçün nəzərdə tutulacağı haqqında «Azat-Artsax» (Xankəndi) qəzeti 2003-cü ilin mayın 24-də məlumat yayır.Ancaq, faktlar bir sıra olaylardan xəbər verir. Məsələn, mayın 14-də (2003-cü il) Xankəndində A.Qukasyanın iqamətgahı qarşısında ziyalıların və tələbələrin keçirdikləri piketdə Qarabağın təbiəti, ekoloji durumu ilə bağlı sərt bir qətnamə qəbul olunub. Professor R.D.Papazyanın, O.R.Rauşanbekyanın, Z.S.Saakyanın... imzaları ilə hazırlanmış qətnamədə vurğulanır: «... Müharibələr, qarşıdurmalar, yanğınlar və dağıntılar Qarabağın ekoloji mühitini viran qoyub. Cənab A.Qukasyanı... hərbiləşdirilmiş zəhərli proqramlardan, bizə bəla gətirən «Fauna-9» - proqramından əl çəkin...».
Ermənilərin «Bakterioloji və kimyəvi silahlar» istiqamətində apardıqları tədqiqatların təqribən 70 faizi işğal olunmuş Azərbaycan ərazilərində aparılır. Bu da ehtimal olunur ki, Azərbaycan ərazilərində geniş yayılmış və hələlik, qarşıya tam mənada alınması mümkün olmayan vərəm simptomlarının yayılması, artmasında Ermənistanın Qeqarkunikdəki -027 hərbi bölməsinə məxsus mikrobiologiya laboratoriyası xüsusi fəallıq göstərib. Digər bir faktı da nəzərinizə çatdırım ki, vərəm simptomlarının həm Azərbaycanda və həm də Ermənistanın Türkiyə ilə həmsərhəd rayonlarının ərazilərində eyni qayda ilə yayılması, kütləvi hala çevrilməsi arasında oxşar əlamətlər çoxdur. Məlumata görə, ermənilərin bu istiqamətdə yaratdıqları ekspedisiya qrupu Azərbaycanın sərhəd bölgələrində elmi araşdırmalar da aparıb. Məsələn, «Baqdasaryan qrupu»nun araşdırmalarına görə Naxçıvanın Babək rayonunda altı adda vərəm sindromu var. Ona yaxın olan Aravis (Ermənistan) ərazisində isə bu proses əvvəlki kimi qalıb. Yəni, bu zonada vərəm simptomlarının nəticələrini erməni alimlərinin bu istiqamətdə apardıqları tədqiqatların nəticələri kimi də qəbul etmək olar.
Araşdırdığımız digər materiallarda belə bir qənaətə də gəldik ki, Ermənistandan kənar ayrı bir «kölgə Ermənistanı» adlı bir qurum da fəaliyyət göstərir. Yəni, Ermənistan onun üçün kənarda qurulmuş dövlət və hökumət strukturları ilə idarə olunur. Ermənistan «dövlət daxilində dövlət» formulu ilə yaşayır. Ermənistan BMT, ATƏT, YUNESKO... və nəhayət, NATO-ya üzv ölkələrdəki, eləcə də, istənilən vaxt OPEK-ə üzv ölkələrdəki səlahiyyətli qruplar, şəxslər tərəfindən idarə olunur. Məhz bunun üçün biz işğal olunmuş ərazilərimizi azad edə bilmirik. Qeyd etdiyim beynəlxalq qurumlarda isə ermənilərin beynəlxalq humanitar yardım təşkilatı olan «Hayastan»a məxsus özəklər var. Baxın: BMT-də vaxtilə 1989-cu ildən Gəncədən gedən üç erməni çalışır (hər üçü «Hayastan»a üzv olan və «Böyük Ermənistan» adı ilə yardımlar ödəyən dəmiryol mühəndisləridir. Qarik Sardaryan, Mişa Asadov (yan), Rafıq Saakyan). Bu üç erməninin üçü də BMT-də Qarabağ istiqamətində tədqiqatlar aparır. Xankəndində nəşr olunan «Azat Artsax» qəzeti 2003-ci il dekabrın 29-da «Yeni il sorğuları»nda onların hər üçündən müsahibə götürüb. Yaxud qeyd etdiyimiz qurumların hər birində məlumata görə, «Hayastan»ın Qarabağla, Naxçıvanla bağlı öz «himayədarlar»ı var. «Hayastan» dövlət daxilində dövlət kimi formalaşıb. Azərbaycana gəlincə, onun arxasında ideoloji boşluq var. Məsələn, məlumata görə, «Hayastan» erməni fondu ABŞ-da «Telemarafon-2003» adlı tədbirdə (27 noyabr, 2009-cü il) 6 milyon dollardan çox, daha dəqiq desək, 6.072.555 dollar qazanıb. Bu da 2009-ci ildə keçirilən telemarafonda yığılan məbləğdən 18 faiz çoxdur. Digər tərəfdən, «Hayastan»a bir il 1 milyon dollar ümumerməni humanitar təşkilatı olan Luiz-Simon Manukyan və Albert Boyadcan, 500 min dollar «Kafescanyan» fondu və 100 min dollar isə RF-nin Erməni ittifaqı (Aqa Aramyan) köçürüb.
Bütün bu köçürmələr, Qarabağa göndərilib. Azərbaycan belə bir ianə fondundan, belə bir Beynəlxalq Strateji Araşdırma Mərkəzindən məhrumdur. Məlumata görə, öncə sadaladığımız və təhlil ctdiyimiz Ermənistanın (Xankəndinin) «Bakterioloji və kimyəvi proqramları»nı da maliyyələşdirən ən güclü mənbələrindən biri də elə «Hayastan» erməni fondudur (bu fond həm də hərbiləşdirilmiş bir fonddur ).
Türkiyənin beynəlxalq terrorizm üçün hədəf seçilməsinin də günahı Qərbdə axtarılmalıdır. Məlumata əsasən, Avropa dövlətlərinin böyük bir qisminin infrastrukturlarına, o cümlədən ABŞ-ın, İsrailin, məsələn, hərbi-sənaye komplekslərinə qoyulan investisiyaların 320 milyard dolları ərəb ölkələrinə aiddir ( «Ə1-Qaida», «Həmas», «Hizbullah», «Əsbat-əl-Ənsar», «Qüdsün gücü», «İslami Cihad», «Şərqin Böyük Islam Cəbhəsi» kimi terror təşkilatlarını, silahlı birləşmələri maliyyələşdirən dövlətlərə...).
Başqa bir məlumatda bildirilir ki, İsrailin «əkib-becərən» varlı şirkətlərinin bir qismi (Türkiyədəki kimi) Azərbaycanda torpaq alqı-satqısı ilə məşğul olur. Bu istəklə ayrı-ayrı varlı yəhudilərin Azərbaycanın İranla sərhəd bölgələrində «torpaq ovu»na çıxmalarının da kökündə ciddi maraqlar dayanır.

Fainaскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ