Azərbaycanda yeni terrorizm dalğası - Aqroterrorizm
Tarix: 30-10-2019, 16:59
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda yeni terrorizm dalğası - Aqroterrorizm

30-10-2019, 16:59

BU DA ACLIQ, SƏFALƏT ÖLÜM, XƏSTƏLİK ... ƏN NƏHAYƏT, MİLLİ GENEFONDUN ÇÜRÜMƏSİ, GEN KODLARININ SIRADAN ÇIXMASI DEMƏKDİR


İQTİSADİ İSLAHATLARIN KEŞİRİLMƏSİ MEXANİZMİNİN OLMAMASI, KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ, TORPAQIN ZƏHƏRLƏNMƏSİ, YOXSULLUQ, QİDASIZLIQ... AQROTERRORİZMİN ƏSAS FAKTORLARINDAN HESAB EDİLƏNDİR


YAXUD TORPAQ VƏ ÇÖRƏKLƏ İMTAHANA SÜRÜKLƏNƏN MİLLƏTİN ƏXLAQI, QEYRƏTİ, QÜRURU OLMAZ!!!

HƏR GÜN İNSANLAR, BAKININ ZİBİL QUTULARINA ORTA STATİSTİK HESABLA 8 TON ÇÖRƏK TULLAYIR!!!

1999-cu il iyunun 4-də Madrid konfransında bu məsələ birmənalı şəkildə qəbul edildi. Orta Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi inkişaf nazirlikləri, bank və maliyyə qurumları tənqid olundu. Tacikistanda, Qırğızıstanda, Ermənistanda, Azərbaycanda, Ukraynada... «aqroterrorizm» termininə yenidən nəzər salındı. Qeyd olundu ki, aqroterrorizm artıq bu regionlarda təşkilat, cəmiyyət və dəstə kimi formalaşır.
- Əkin sahələrinin ayn-ayrı şəxslərə ev, bağ və həyatyanı kimi satılması. Əkin sahələrinin sıradan çıxarılması (aqroterrorizmdə bu, dövləti cinayətə bərabər götürülür, məsələn, Şamaxıda üzümlüklərin, Cəlilabadda taxıl sahələrinin, Zaqatalada gül, Balakənddə tütün, Biləsuvar və Goranboyda pambıq, Quba və Xaçmazda meyvə bağlarının... villa və yaxud bağ evi, yaşayış sahəsi kimi satılması, ya məhv edilməsi cinayətdir. İslahatların vəhşi icraçıları yerli məmurlar özləridir. Yəni, aqromühitdə bu talançılığı özümüz edirik.Astara və Lənkərandan, Masallıdan 1998-2000-ci illərdə 470 nəfər, 2001-2003-cü illərdə isə 387 nəfər çay plantasiyalarının salınmasında, əkilib-becərilməsində ad çıxarmış mütəxəssis RF-yə, İrana gedib. Şamaxıdan son beş ildə 1763 nəfər üzümçü, Cəlilabaddan 2347 nəfər taxılçı, Biləsuvardan 642 nəfər pambıqçı, Qubadan 343 nəfər meyvə bağları salanlar, Balakən və Zaqataladan 3217 nəfər tütünçü... ölkəni tərk edib.
Araşdırmalarımıza görə, 2003-cü ildə Azərbaycanda 2001-ci ilə nisbətən taxıl istehsalı 15,9 faiz az olub. Yəni, həmən mövsümdə 2 milyon 50 min ton taxıl kənardan gətirilib. Məlumata görə, sözügedən taxıl mövsümündə, ölkədə 900 min ton taxıl ehtiyatı var idi. Olsun. Lakin, ölkənin taxıla olan ehtiyacı 3,2 milyon ton idi. Deməli, Azərbaycanın normal həyatı üçün hələ 1,2 milyon ton taxıla ehtiyacı ödənilməmiş qalırdı..
2003-cü ildə məlumat verildi ki, Azərbaycana taxıl ehtiyatı lazım deyil. Çünki, hər kəndlinin anbarında 10 tondan 20 tona qədər taxıl məhsulu var. Sahibkarlara yeni bir şans da verildi. Onlar əlavə dəyər vergisindən də azad oldular.Ancaq, fakt faktlığında qaldı. Bəziləri fikirləşir ki, taxıl yoxdursa, onu Qazaxıstandan və yaxud RF-dən almaq mümkündür.
Artıq RF-nin və Qazaxıstanın Təhlükəsizlik Şuraları qəti qərara gəliblər ki, heç bir regiona taxıl satılmasın. Moskvada nəşr olunan «Известия» qəzeti 21 yanvar 2004-cü tarixli sayında yazır: «Начало 2004 года, как и начало прошлого, ознаменовалось ростом стоимости хлеба по всей стране. За прошлый год цены выросли на 30-50 процентов, а за последний месяц они поднялись более чем на К) процентов. Правительство решило применить крайнюю меру ввести ограничения на вывоз зерновых... В середине сезо¬на, аналитики высказывали мнения, что нехватка зернов будет компенсирована им¬портом. Но сейчас их позиция изменилась... Сейчас мировые цены на пшеницу высо¬кие и движения вниз не предвидится, а это усложняет импорт зерна в Россию... Даже с Казахстаном, откуда, как ожидалось будет идти основной объем ввозимого зерна, ситуация не простая. Сейчас за тонну продовольственной пшеницу,3-го класса на границе с Казахыстанов просят 170-180 дол...». Amerikalı tədqiqatçı, ölkənin strateji proqramlarının hazırlanmasında iştirak edən professor Kristofor Mann «Çevrilişin yeddinci səbəbi...» əsərində yazır: «Mən ev üçün proqramlar tərtib edəndə (hesabatlar nəzərdə tutulur) tez-tez deyir ki, çörəyə hörmət və ehtiram bəsləyən prezident... ilk növbədə Amerika xalqına hörmət bəsləyir... Nə edirsiz, edin... ancaq, çörəyi və taxılı bahalaşdırmayın. Bu, sizin devrilməyinizin (prezident nəzərdə tutulur) birinci pilləsidir... Baxın, görün Sizə kim və nə üçün xəyanət edir... Vaxtilə cənab Reyqan bu fikrə düşmək istəyirdi. Onun ətrafındakı bəzi başıpozuqlar ondan narazı olanlar taxılı süni surətdə bahalaşdırmaq təklifini irəli sürəndə, mən ona məktub yazdım və dedim: «... Onları həbs edin. Onlar üçün ölüm hökmü icra edin. Ölkəni dağıtmaq üçün, insanlardakı qüruru sındırmaq üçün, onlarda inamsızlıq yaratmaq üçün çörəyin qiymətini qaldırmaq... növbələr yaratmaq kifayətdir. Bu, aqroterrorizmdir... Cənab Reyqan məni eşitdi. Buna baxmayaraq, mən fikirlərimə görə əziyyət çəkməli oldum...».
IX əsrdə yaşamış ərəb filosofu Lamiyyə İbn Sacəddi «Çörək... su və Peyğəmbər (C)...» əsərində belə bir fikrə toxunur: «Peyğəmbərin (S) və imam Əli (ə) nin dövründə ən bərabər bölünən və ədalətli paylanan çörək olub. Həzrəti Əli iddia edirdi ki, çörəyi düzgün və bərabər bölünməyən vilayət, hakimiyyət viran olur, dağılır. Kim bilə-bilə çörəyi bahalaşdırıb insanları aclıqla imtahana çəkərsə, onun ölümü tamam başqa olar. Məsələn, əvvəl görər ki, oğlu, qızı öldü... sonra bacısı, qardaşı məhv oldu... sonra arvad öldü... nəhayət, özü ölüb məhv oldu. Allah belələrinə imkan verməz ki, nəsil artsın. Çünki, bəladan bəla doğar... Çörəklə imtahana sürüklənən millətin, xalqın əxlaqı, insafı, qeyrət və qüruru olmaz...».
«Çörək və insan...» proqramı əsasında «Bank-informasiya» Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin apardığı iqtisadi-strateji nəticələrə görə Yasamal rayonu ərazisindəki 100 zibil qutusuna atılmış taxıl və taxıl məhsullarının ümumi həcmi (hər zibil qutusunda) 300 kiloqramdan 370 kiloqramadəkdir.
Deməli, gündə orta hesabla Yasamal rayon ərazisinin 100 zibil qutusuna 300-370 kq çörək atılır.
Bu rəqəm və göstərici Nəsimi rayonunda (yenə 100 zibil qutusuna atılan çörək nəzərdə tutulur) bir gündə 420, Səbayel rayonunda 480, Xətai rayonunda 350, Nizami rayonunda 310 kiloqramadəkdir. Orta hesablamalara görə, gün ərzində Bakının zibil qutularına 8 ton çörək (taxıl və taxıl məhsulları) atılır (biz hələ keçidlərə, bloklara atılmış və yaxud qoyulmuş çörək tikələrini nəzərə almırıq). Bəzi nəticələri isə hələlik açıqlamaq istəmədik.
Aqroterrorizm bakterioloji və kimyəvi silahların tərkib hissəsi kimi də xarakterizə olunur. Bu «silah» bilavasitə kənd təsərrüfatı sahələrinə, iri obyektlərə, istehsal və sənaye müəssisələrinə tuşlanmış... ən amansız silah növüdür və vurduğu maddi, mənəvi ziyanı hesablamaq mümkün olmur. «Bank-informasiya» mərkəzinin məlumatında bildirilir ki, ABŞ Konqresinin Araşdırma və Tədqiqat Mərkəzinin məlumatına görə, aqroterrorizm ildə ABŞ-a 10 milyard dollardan 30 milyard dollaradək ziyan vurur. ABŞ-da, Ingiltərədə, Fransada, Isveçrədə... aqroterrorizm kütləvi qırğın silahlarına bərabər tutulur. Məsələn, İngiltərədə adicə bir mal xəstəliyi epidemiyasmdan ölkəyə 5 milyard dollar ziyan dəyib. 2003-cü ildə bu rəqəm 7,6 milyard dollar olub. Azərbaycanda 2000-2002-ci illərdə mal-qaraya düşən qara yaradan ölkəyə milyonlarla dollar ziyan dəyib. Cənubi Qafqazda iqtisadi məsələlər üzrə araşdırmalar aparan S.Q.Lavrcntyev «Trud» (Moskva) qəzetinə əlavədə, Cənubi Qafqaz regionlarındakı «iqtisadi panoram»ı təhlil edir. O göstərir ki, 2001-2002-ci illər ərzində Azərbaycanın «iqtisadi iqlimi», «iqtisadi balansı», «iqtisadi simmetriya»sı 26 dəfə pozulub. Nəticədə, Azərbaycanda 17 min hektarlıq meyvə bağları yanıb tələf olub.
Səbəb: Ukraynadan, Qazaxıstandan, Özbəkistandan gətirilən gübrə və dərmanların keyfiyyətsiz, zəhərli olmasıdır. 2000-ci ilin birinci altı ayı ərzində Azərbaycana özəl sektorlar tərəfindən 460 zəhərli dərman preparatı daşınıb.
Fəsadları: ağaclarm kütləvi surətdə yanıb məhv olması, insanların mədə-bağırsaq və bronxit yollarının sıradan çıxması. Məsələn, Xaçmaz zonasında təsərrüfatla məşğul olanlar arasında mədə-bağırsaq xorası 3,7 dəfə artıb.
S.Lavrentyev daha sonra qeyd edir ki, müxtəlif illərdə Azərbaycana gətirilən (əsasən Kanadadan üçüncü dövlət - məsələn, Qazaxıstan vasitəsi ilə) taxılda «Summatra» və «Kopa-4» adlı torpaq qurdları aşkar edilib. Lakin, bunun nə olduğunu anlamayan mütəxəssislər həmin taxıldan, buğda növündən istifadə etdilər. Nə qədər ki, həmin buğda torpağa səpilməmişdi, qurdlar «ölü» və hərəkətsiz qalırdı. Torpağa düşdükdə qurdlar dirilir, saniyədə 63 dəfə artıb çoxalırdı... «Summatra» nəinki taxılı, hətta torpağın da şirəli, münbit qatını yeyib məhv edir. İlk dəfə Cənubi Amerikada aşkar edilmiş bu taxıl qurdlarından bir sıra dövlətlər - «Aqroterrorizm proqramları»nda başqa dövlətlərə qarşı istifadə ediblər. Məsələn, 1980-ci ildə Almaniya ABŞ-ı onun ərazisinə taxıl qurdlarının və Kolorado böcəklərinin ötürülməsinə görə ittiham edib Beynəlxalq İqtisad Məhkəməsinə vermişdi.
Azərbaycanda əhalinin 61 faizi normal qidalanmadan məhrumdur. Normal qidalanmamaq isə vərəm üçün ilkin mənbələrdən biridir. İqtisadi islahatların keçirilmə mexanizminin olmaması, kənd təsərrüfatı məhsullarının və torpağın zəhərlənməsi, yoxsulluq və qidasızlıq... aqroterrorizmin faktorlarıdır. Bütün bu faktorlar vərəmin yayılma mənbələri kimi qeyd olunur.
Azərbaycanı aqrotcrrorizmin bəlalarından: yoxsulluq və aclıqdan xilas edib, vərəmə qarşı mübarizə aparmaq üçün dünyanın bir sıra maliyyə qurumları da yardımlarını əsirgəmir. Məsələn, aqroterrorizmin vərəminə tutulmuş ölkəni xilas etmək üçün Almaniyanın KFW bankı 3 milyon avro kredit ayırdı (2003-cü ilin noyabrın 5-də)... Vərəm isə epidemiya kimi yayılmaqda davam edir.
Bakı şəhər İstehlak Bazarı və Xidməti Departamentinin əməkdaşı müsahibələrinin birində qeyd edir: «... Bu günlərdə alış-veriş vaxtı piştaxtada (Keşlə bazarı) qiyməti 14 manata olan Almaniya kolbasasına rast gəldim. Sahibkar mənə dedi ki, bu, heyvanlar üçün nəzərdə tutulub. Həmin mal hər gün istifadə etdiyimiz ət məhsulları ilə bir sırada satılırdı. Sonradan öyrənmişik ki, kiçik sahibkarlıqla məşğul olan adamlar artıq paytaxtın əksər hissələrində bu cür məhsulu satışa çıxarıblar...».
Ərazidə iqtisadi iqlim pozularsa, həmin ərazidə ölüm halları 4,1 dəfə artmış olur. Ümumi məhsuldarlıq 11 dəfə aşağı düşür. İqtisadi iqlim torpaqla onu əkib-becərən arasında münasibətin pozulması, torpağın tədricən «ölüb» sıradan çıxması deməkdir. Nəticədə «ölü» torpağın qarşısında gücünü və həvəsini itirən insanın depressiyaya uğraması dəlilik məqamlarının yaranması, ağıl və düşüncənin itməsi, sinir sisteminin iflic olması... deməkdir. Araşdırmalarımıza görə, Azərbaycanda iqtisadi iqlimi pozulan çox ərazilər var. Lənkəran, Cəlilabad, İmişli, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Qazax, Gədəbəy «iqtisadi iqlim»in pozulmasmdan əziyyət çəkir.
Araşdırmalarımızda maraqlı rəqəmlər var. Məsələn, Salyan rayonunda kəndlinin torpağa olan həvəs və marağı 29,7 faizdir. Ucar ərazisində isə bu rəqəm 13,6 faiz təşkil edir. Lənkəranda adamların 89,4 faizi öz ruzisini, çörəyini dənizdən gözləyir...
Cəlilabadın ƏliQasımlı kəndində kəndlinin torpağa olan rəğbəti vur-tut 8 faiz qalıb.
(«Bank-İnformasiya» Beynəlxalq Strateji Araşdırma Mərkəzinin 2002-ci il araşdırması).
Fikrimizcə, Azərbaycanın iqtisadiyyatla məşğul olan elmi-tədqiqat mərkəzləri, nazirlik və institutları... bütün bu faktlara aydmlıq gətirməli, «nə üçün» sualına cavab vcrməlidir.
Aqroterrorizmdəki «iqtisadi balans» anlayışı isə, ilk dəfə 2001-ci ilin sentyabrın 12-də Vaşinqtonda keçirilən iqtisadçıların regional konfransında işlədilib. Miçiqan universitetinin professoru Con Taren göstərib ki, «iqtisadi balansı» pozulan ərazilərdə aqroterrorizm daha tez başlayır.
Alimin fikrincə, «iqtisadi balans» bir qayda olaraq məhsul verən torpağın, ərazinin özü ilə bağlıdır. Yəni, əgər torpaq taxıl və yaxud üzüm yetirirsə... bundan gələn gəlir həmin ərazidə yaşayanları təmin edirsə, bu «iqtisadi balans» ən azı onun faktorlarından biridir.
Azərbaycanda obyektiv və subyektiv səbəblərdən iqtisadi balansları pozulan ərazilər var , bu da kəndlinin torpağı əkib,becərmə qabiliyyətini 17 dəfə azaldır. Məsələn, Tovuzda, onun sərhəd yaşayış məntəqələrində 11 hektar torpaqdan bu il məhsul gözlənilmir. Səbəb: kəndlinin əmək qabiliyyətinin itməsi,müharibə qorxusu, əməyin dəyəri, daha doğrusu, dəyərsizliyidir.
Ərazidə bütün bu faktorlar bir-birini tamamladığından əsas götürülür. Başqa faktorlar subyektiv faktorlardır. Məlumata görə, Ağdaşda ümumilikdə, kəndlinin əkib-becərdiyi torpağa olan qayğısı, aktiv münasibəti 6,5 faiz təşkil edib (Bu da 2002-ci ilin məlumatlarıdır). Şirəli, münbit torpaqların bölünməsi düzgün aparılmadığından kəndlinin «torpaq eşqi» sürətlə azalmaqdadır. Məsələn, əkib-becərmək üçün alınan və yaxııd verilən torpaqdan kəndli bu gün ev sahəsi kimi istifadə edir. Rəqəmlərə, yəni araşdırmalarımızın 2002-ci il və 2003-cü ilin birinci altı ayının nəticələrinə nəzər salaq:
Şəmkirdə il ərzində pay şəklində əkin üçün torpaq alan 281 ailənin 214-ü həmin torpaq sahələrini ev yeri kimi istifadə edib.
Göyçayda 2003-cü ilin altı ayı ərzində 93 nəfər kəndli aldığı torpağı «yararsız sahə» kimi saxlayır. 53 ailə həmin torpaq sahələrində yeni evlərin özülünü qoyub.
Araşdırmaların başqa bir aspektinə fikir verin: 2002-ci ildə, məsələn, Lənkərandan 195 ailə Astaraya, Biləsuvardan 87 ailə Imişliyə, 291 ailə Lerik və Yardımlıdan Cəlilabada, 81 ailə Masallıdan Sumqayıta, 93 ailə Cəlilabaddan Lənkərana, 168 ailə Salyandan Şirvana, 47 ailə Saatlıdan Qarabağa... daimi yaşamaq üçün köçüb. Bu da regionda «iqtisadi balans»ın pozulması, aqroterrorizm üçün ən böyük faktorlardan və təhlükə mənbələrindən biridir.
Azərbaycanda «iqtisadi simmetriya», faktiki olaraq 1992-ci ildən pozulub.
«İqtisadi simmetriya» respublikanın iqtisadi zonaları arasındakı simmetrik əlaqə, rabitə deməkdir. Rayonların, kəndlərin, ayn-ayn sahibkarların, cəmiyyət və təşkilatların (iqtisadi sahədə) belə əlaqələri yoxdur. Yəni qonşu rayonlar, kəndlər, ərazilər... baş verən fəlakət, terror hadisələri zamanı bir-birlərinə yardım etməkdə aciz qalırlar. Məsələn, məlumata görə, 2004-cü ilin ilk ayları cənub zonasındakı ən böyük fəlakətlərindən biri Lənkəranda beşmərtəbəli yaşayış binasının çökməsi, torpaq sürüşmələri... ilə yadda qaldı. Eyni zamanda, Masallı, Astara, Cəlilabad... qonşu Lənkəranı fəlakətlə, dağıntılarla üz-üzə qoydu. Bu rayonların icra strukturları Lənkərana yardım edə bilmədi. Səbəb «İqtisadi simmetriya»nın pozulması,əhalinin yoxsulluğu,iqtisadi göstəricilərin aşağı olmasıdır. Yaxud 2003-cü ildə Salyan rayonu ərazisindəki təbii fəlakəti götürək. Ərazidəki zərərçəkənlərə nə Biləsuvar, nə Saatlı, nə Sabirabad, nə də Şirvan icra strukturları kömək edə bilmədilər (Hamı gözünü mərkəzə - Bakıya dikmişdi. Məlumata görə, Azərbaycanın dövlət büdcəsinin 93,7 faizini Bakı şəhəri verir. Bu isə aqroterrorizm üçün kifayətdir ~ müəllif).
Azərbaycan yeni bir terrorizm dalğası ilə, - aqroterrorizmlə üz-üzə dayanıb. Bu isə aclıq, səfalət, ölüm, xəstəlik... və nəhayət, genefondun çürüməsi, gen kodlarının sıradan çıxması deməkdir.

Fəridbəy Hacıoğulları
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ