AZƏRBAYCANIN CƏNUB ZONASINDA  DEMOQRAFİK ÖLÜM DÜŞƏRGƏLƏRİ
Tarix: 30-10-2019, 15:46
Google+ Paylaş
Tumblr Paylaş

AZƏRBAYCANIN CƏNUB ZONASINDA DEMOQRAFİK ÖLÜM DÜŞƏRGƏLƏRİ

30-10-2019, 15:46

Mən ləyaqətli və vicdanli ölümün nə demək olduğunu anlatmaq üçün kəndimizdən, bir tərəfi yanıb büzüşmüş ağaclarla dövrələnmiş, bir tərəfi qurumuş və yataqları neçə yerdən çat vermiş çaylarla əhatə olunmuş, bir tərəfi də qəbrləri çökmiş dədə-baba yurdumdan başlamaq istəyirəm. Məsələn, üstündə həmişə sığırçın balalayan qədim bu qəbir Mustafa kişinin qəbridir. Mustafa kişi qəfil açılan bir gülədən ölüb. Heç bilinmədi kim vurdu, nə üçün vurdu. O, bir gün qan içində dərənin dibində can verdi... Bu da kəndimizin yaraşıqlı xanımı Gülnisə müəllimənin qəbridir. Onu da evində boğub öldürdülər. Döşlərini kəsib... Allah göstərməsin təhqir etdilər. Bir az irəlidə dəllək Əbdül Hüseyinin qəbridir. O, necə də gözəl bir kişi idi, övlad dərdinə tab gətirmədi... Özünü asıb, öldürdü. Hələ neçəsi vardı, dilimə gətirə bilmədim. Amma bir nəfər var. Məzahim kişi... Mən onu sizə nişan verirəm...möhtəşəm bir kişidi. O, hər şənbə günü çay qırağındakı qəbristanlığa gələr. Boyaboy cərgə ilə düzülmüş qəbrlərə üzünü tutub, lap bərkdən, ucadan deyirdi: "... Məcid kişi, mənəm Məzahimdir. Hər vaxt ki, bu yerlərdən keçirəm qulaqlarım sənin səsindən cingildəyir. Nə üçün zarıyırsan kişi? Bax,mənim bütün nəslimi qırdın. Arvadıma böhtan dedin... o gözəl , məsum qadına şər atdın... özünü yandırdı. Öyrədib, üstümüzə göndərdiyin adamlar,qızlarıma təcavüz etdilər. Hər iki bacı saç-saça bağlayıb, özlərini gedib Kürə(Kür çayı nəzərdə tutulur) atdılar... Oğlumu döyə-döyə öldürtdürdün. Anamı xəstəxanada zəhərləyib məhv etdin... Sən mənim nəslimi kəsdin. Indi ruhun zarıyır, and-aman edir. Qəbrin alovlanır, od tutub yanır... indi güc məndədir. Başıma gətirdiklərini bir-bir sənə qaytarmaq istəyirdim. Ancaq, dayandım, mən sənin kimi şərəfsiz və ləyaqətsiz olmaq istəmirəm, Məcid kişi. Mən ləyaqətlə, vicdanla ölmək istəyirəm... Sənin kimi qəbrdə zarımaq istəmirəm. Qəbrin çöküb. Baş daşın neçə yerdən çat verib. Heykəlinin ildırım vurub, heç dəyişən də yoxdur. Hanı sənin övladların ki, gəlib sənin qəbrinə baş çəksin? Hanı sənin qohum-əqrəban ki, qəbrinin dörd biryanını qanqaldan təmizləsinlər..."
Bu Məzahim kişinin monoloqu idi. Hər kəs hər zaman həm İlahi, həm də, cəmiyyət qanunları çərçivəsində ölə bilmir; çünki, insanın nəfs, yalan, hiylə, məkr, böhtan və şaiyə üzəruində qurulmuş çirkli məqsədi buna imkan vermir. Bu tarixən belə olub. Ancaq, bəzi insanlar var ki, onlar bioloji varlıq olaraq istəyir ki, həm mənsub olduğu dinin, həm yaşadığı mühitin və cəmiyyətin qanunları çərçivəsi pozulmasın. Heç bir şey əhatə dairəsindən çıxmasın, həddin hüdudunu aşmasın. Məsələn, bir az öncə Məzahim kişinin həmkəndlisi Məcid kişinin məzarı önündə dediyi sözləri, fikir və düşüncələri bio-etikanın prinsipləri çərçivəsində təhlil etmək mümkündürmü? Məzahim kişi istəmir həmkəndlisi Məcid kişi kimi ləyaqətsiz və vicdansız, şərəfsiz olsun.Bəs görəsən səbəb nə idi ki, Məcid kişi ləyaqətsiz, şərəfsiz və vicdansız ölümə tuş gəlmişdi? O, ölümlə həyat arasında hansı etik qaydaları pozub, dağıtmışdı?
Maraqlısı da budur ki, onun ləyaqətsiz ölümündə heç kəs bais deyildi. Sadəcə, təhlilərimiz göstərir ki, Məcid kişi kimi insanlar hər hansı etik normalardan kənar bir iş görürsə, o, bioloji varlığını yaddan çıxarır, kimliyini unudur, sonunda da, şüurlu, dərk edən varlıq olsa da,onu idarə edəcək düşüncələrinin əhatə dairəsindən çıxaraq, ən murdar addımları atcaq hərəkətlərinin törənməsinə vasitə olacaq hisslərinin təsiri altına düşür. Nəticədə, insanlıqdan çıxan Məcid kişi üçün insanlıq naminə yazılmış qanunlar dəyərsiz olur. Məntiqi sonluq, Məcid kişinin zorakılıqları, zorakı davranışları və ölümə səbəb ola biləcək iddiaları faciə kimi görüntü şəkilində fəlakətə çevrilir.
Araşdırdığımız materialların içərisində çox ciddi, məntiqi cəhətdən maraqlı və bioetika cəhətdən çox düşündürücü bir sənəd var. Məsələn, Şamaxı ərazisindəki çox qədim qəbristanlıqlardan birində hündür, eal daşdan yonulmuş baş daşının üstündəki ərəbcə yazılmış yazılar bizdə maraq doğurmya bilməzdi. Ola bilsin daş parçasının, başdaşının üstünə həkk olunmuş bu yazı edilmiş vəziyyətin bir parçasıdır. Fikrimcə hər hansı bir vəsiyyət həm diplomatik sənəddir, həm də ailənin, nəslin gələcək strategiyasıdır... Başdaşında oxuyuruq... "Mən bu dünyaya gəlmişdim yaşamağa, qoymadınız. Gəlmişdim bir tikə çörək qazanım, ailəmi dolandırım , qoymadınız... Mən kişi kimi yaşamağa qoymadınız. Ölmək istədim, ölməyə də qoymadınız... Ləyaqətlə, şərəflə ölmək arzuladım, imkan vermədiniz...".
Sonradan mənimçün aydın oldu ki, bu cümlələrin sahibi, adi bir saatsaz olub... Amma hər zaman başı haqsızlıqların yaratdığı qalmaqalla əzilib. Daha dəqiq ya onun saatı zamanla həmahəng işləməyib, ya da o, öz tale saatını yaşadığı cəmiyyətə uyğun qura bilməyib. Nəticə etibarı ilə nə qədər ağırda olsa o, ləyaqətlə, vicdan və şərəflə ölmək istəyib. Amma onu yaşatmaq mümkün idi. O, nə istəyirdi ki? Ya dövlət, ya hakimiyyətdən, ya da cəmiyyətdən...ona çatası bir qarın çörək... Bu saatsaz üçün qanun olmayıb, heç o vaxt bioloji varlığın insan resuslarının qorunması üçün, insan əzalarına hörmət və ehtiram üçün elə bir qanun və yaxud söz də olmayıb.
Onun dövründə ola bilsin ki, adət və ənənəmiz ən güclü qanunlar külliyatını əvəz edib. Bir az da irəli getsək deyə bilərik ki, bizim heç bir düzəlişə ehtiyacı olmayan və zaman keçdikcə, əsrlər, qərinələr ötüncə bizim sığındımız adət və ənənəmiz...elə bizim üçün ən güclü demokratiya olub.
Araşdırmalarımız bizi daha ciddi məsələlərlə üz-üzə qoyub və düşündürür. Biz qanunları işlərkən çox problemləri başlı-başına qoyduq. Fakt budur ki,biz insan talelərini formalasdıran, onu sistemləsdirən qanunların böyük bir qismini hazırlayarkən milli mentalitet dəyərlərini, adət və ənənə göstəricilərini bir yana qoyuruq. Daha sonra ayrı-ayrı dövlətlərin ratifikasiya olunmuş qanunlarını tərcümə etmək, özümüzünküləşdirmək istəyirik. Buna böyük maraq var. Lakin bu çıxış yolu olmadı. Insan talelərilə, nəsillərin dövlətin və hakimiyyətin tutduğu mövqeləri şərh etmək bizim üçün maraqlı olmadı. Bioetika cəhətdən tarix boyu ayrı-ayrı hökümdarların heyət və fəaliyyət dairələrini öyrənməyin bu günümüz üçün nə qədər əhəmiyyəti varmış? Məsələn, dünya tarixində bütün zamanlarda diqqətdə dayanmış Moskva knyazı İvan Kalitanını (1325-1340) ölüm səhnəsi çox maraqlıdı. Bu taledirmi, bilmirəm. Amma hər halda hakimiyyət və dövlət hərisliyi, bu hərisliyin tufanı... nəticədə knyazın eybəcər şəkildə ölməsi, uzun müddət rus tarixində təhlil mövzusunda çevrildi. İvan Kalitanın dövründə monqollar islamı qəbul etdilər. Həmin ərəfələrdə Moskvada xəbər yayıldı ki, monqol xanları ruslara zorla da olsa da İslam dinini qəbul etdirmək istəyirlər. Nəticədə, kütlənin İvan Kalitaya qarşı yürüşləri başlandı. Belə olanda İvan Kalita öz xalqına qarşı manqol xanları ilə birləşdi ki,əvəzində, hakimiyyətini qoruyub saxlamaqa gücü çatsın. Tiver şəhəri yandırıldı, əhalisinə divan tutuldu. Moskıvadakı Sofiya kilsəsinin zəngləri qoparılaraq, aparıldı. Tiver knyazi Aleksandr Tverskiy qaçmağa məcbur oldu. Sonra o, İvan Kalitanını satqınlığı sayəsində öldürüldü...Az müddətdən sonra İvan Kalita qazandığı nüfuz və şöhrətə baxmayaraq öldürülərək, meyidi yandırıldı... İvan Kalita İslamı qəbul etmiş ilk rus kinyazı, hakimi idi. Lakin, o, baxmayaraq rus tarixində islahatçı hakimlərdən biri kimi tanınsa da, öz adət-ənənəsinin, mövcud xristianlığın qayda -qanunları əleyhinə çıxdığı üçün idarə etdiyi xalq onu qəbul etmədi. Ölərkən, hakimiyyətə sahib olmuş oğlu Simeon Topdiya (1340-1353) belə bir sual vermişdi: "Simeon, mən nə üçün şərəfsiz oldum... Mən bu xalqa hansı pislikləri etdim. Çalış, mənim səhvlərimi düzəldəsən, mənim kimi ölməyini istəmirəm..." və yaxud Moskvanın başqa bir Knyazının da ölümünün təhlili, günümüz üçün maraqlıdır. Kıyaz Yurinin (1415-1462) oğlanları Kosoy və Şemyakla Moskvanı zəbt etməsi, özünü Moskvanın hakimi elan etməsi və zəhərlənərək ölməsi rus tarixində maraqlı səhifələrdən biridir. Onun ölümündən sonra oğlanları Kosoy və Şemyak arasında hakimiyyət uğrunda çəkişmələr bütün əsrlər

üçün təhlil ediləsidir. Hakimiyyət üstündə biri-birinin gözünü çıxaran bu adamların nəsilləri haqqında rusların qədim rəvayətlərində də bəhs olunur. Məsələn tarix göstərir ki qardaşlardan Kosoy II Vasili (Moskva kınyazı ) tərəfindən əsir alınır və Kosoyun dərhal gözləri çıxarılır. Bundan sonra onun qardaşı Şemyak qardaşının qisasını almaq üçün, Müqəddəs Sergey kilsəsində II Vasileyə hücum edib, onu məğlub edir, sonra da, tutaraq, gözlərini çıxarır, hakimiyyəti yenidən ələ alır. Sonra II Vasili, (Tyomnıy ləqəbi qazanmış) Şemyaka hücum edib hakimiyyətə yenidən hakimiyyətə sahib olur. Şemyak qaçmağa məcbur olur və az müddətdən sonra arvadı tərəfindən Novqorodda zəhərlənərək öldürülür. Təhlilərimizin yekunu üçün belə bir sual çıxır: rus tarixində və yaxud hakimiyyətin XIII -XIV əsrlərini əhatə edən bu eybəcər ölümlərin hansı şərəflidir, hansı şərəfsiz? Hansı ədalətlidir hansı ədalətsiz? Tarixçilər araşdırırlar ki, hər qarşı durmada ən azından ərazinin ekoloji cəhətdən 60-70faizi məhv edilib, sıradan çıxır, üst-üstə 20-30 nəsil kəsilir, təqribən min, belə adam ya ölür ya şikəst olur ya da qorxu və stress nəticəsində iflic olub, qalır.
İnsanların gözlərini çıxararaq öldürülməsi o dövrün qanunları çərçivəsində necə təhlil olunub. Ümumiyyətlə insanlıq naminə hansı məhkəmələr qurulub ? Fikrimizi aydınlaşdırmaq üçün təkcə, Moskva ilə məhdudlaşmayaq. Məsələn, Fransada tarixən bu məsələlər necə nəticələnib. 22 il hakimiyyətdə olan XI Lyudovikin (1461-1483) mövqeyinə nəzər salın; XI Lyudovik Fransa tarixində tabeliyində olan icmalara, etniklərə qarşı amansız olub. O, VII Parlın oğlu idi. VI Lyudovikin amansız qətlləri yerli əyanları onun atası VII Parla qarşı üsyana qaldırdı. XI Lyudovik isə etdikləri cinayətlərdə atasını günahkar bildi (güya atası VII Parl onu yoldan çıxarırmış) və hakimiyətdə qalmaq, xalqın gözündə yaşamaq üçün, atası VII Karlı zəhərləyərək öldürüb, sıradan çıxarır. Tarixdə qeyd olunur ki, VI Lyudovik, hakimiyəti müddəti ərzində “zəhərlənmə“ ənənəsini qoyan ilk şəxs olur. Bu məsələləri təhlil edərkən təqribən bəşər tarixinin təqribən ilk beş yüz il bundan qabaq İslam peyğəmbərinə qarşı edilən "Əbu Süfyan yürüşləri"ndə Peyğəmbərin əmisi iman cəngavəri Həmzəni xəyanətlə öldürülməsi və onu cəsədini qəzəblə əlləri, dırnaqları ilə eşib, ürəyini çıxaran Hindinin (Əbu Sufiyanın arvadı) təsviri tarix üçün hələ tam açılmayıb. Onun İslam tarixi qarşısında törətdiyi cinayətlərə görə hüquqi qiyməti verməyib. Onu bu gün yaralı, can verən insanın böyrəyini çıxararaq, qara bazarda satdığa çıxaran həkim Teyer (İtaliya) ilə eyniləşdirmək və onların müqayisəli təhlilini vermək olarmı? Ümumiyyətlə, məntiqi nəticəyə gəlmək üçün bu işi məfhumu həyatın (zaman müxtəlif olsa da) simmetriya qanunları çərçivəsində təhlil etmək mümkündürmü? Şübhəsiz ! Hər iki hadisədə təntənə var,ancaq, bu təntənə ləyaqətin və şərəfin təntənəsi deyil. Bu faktiki olaraq haqq və ədaləti ayaqlayan, sərhəd bilməyən vəhşi hisslərin və zorakılıqların təntənəsidir. Öldürücü təntənədir. Nəfsə güc verən, hiyləyə yol açan, hüquq və varlıq anlayışını dərk etmək qüdrəti olmayan təntənədir. Insan ikili varlıq çərçivəsində daha gözəl görünür. Bioloji,maddi varlıq və ictimai, mənəvi varlıq kimi . Bu istiqamətdə tədqiqatlar aparan H.Göyüşov yazır ki, insanlıq dəyəri məhz ikinci ünsürə bağlıdır. Bu aspektdən də,insanın bütün məqsəd baxımından etik davranış qaydaları, dəyərlər üzərində qurulmur. (Bax: Bakı, "Elm" nəşriyyatı. 2005. Məruzələr toplusu.s.249) Sadaladığımız fakt və hadisələrin heç birinin etik dəyəri olmadığından tarixin yaddaşında ləkəyə çevrilir.
Araşdırma materiallarında ötən əsrin 90-cı illərində baş verən, daha dəqiq desək, üstü açılan, dünya tarixi üçün xarakterik olan bir hadisənin həm bioloji, həm genetik, həm də etik, hüquq baxımından təhlilə ehtiyacı vardı. Məsələn o vaxt Azərbaycanın Cənub sərhədlərini qoruyan sərhəd qoşun kontingentinin komandanı, polkovnik H.G.Bezrukov Zaqafqaziya Sərhəd Qoşunları Komandanlığının rəhbəri, general mayor V.C.Kimkoya açıqlamasında çox mühüm və maraqlı bir məsələyə toxunur. O, 1991-ci ildə sərhədlərin dağıldılmasından danışarkən qeyd edir ki, Germi (İran) yaşayış məntəqəsi ilə Cəlilabad (Azərbaycan) yaşayış məntəqəsi ərazisində sayı 26 nəfər olan on yeni ailə qeydə alınıb. Onların kimliyi, haradan gəlməsi, hansı maqsəd, adlara məskunlaşmaları da bilinmir. Çox çətinliklə Azərbaycan dilində danışan bu ailələrin üzvləri zonada əsasən doğum evlərində abort olunan, qadınların döl rüşeymlərinin hüceyrələrini satın alır, xüsusi konteynlərdə onları qablaşdıraraq götürürlər. Polkovnik N.Bezrukov açıqlamasında göstərir ki, bu adamların Azərbaycan mentalitetinə və azərbaycanlılara heç bir aidiyyatları yoxdur. Milliliyyətləri təyin olunması bu ailələr SSRİ Baş Kəşfiyyat İdarəsinin sənədlərində çox təhlükəli və qorxulu hesab olunan 'TURAC" adlanır. Polkovnik qeyd edir ki, cərhəd zolaqlarında getdikcə bir kənd kimi formalaşmaya meylli olan "TURAC" nəsli nə yas bilir nədə toy. Bunlar ölülərini ayaq üstə basdırır, özü də ölülər arxaya, bir-birinə sıxılaraq basdırılır. Gecələr qəbristanlıqlara hücum edir, yeni dəfn olunmuş cəsədləri silib, aparırlar... (İzah etmək mümkün deyil) Cənub zonasının qəbristanlıqlarından onlarla meyitin yoxa çıxması açılmayan cinayət kimi hələ də qalır.
Bu ailələr təkcə cənub zonasında məskunlaşmadılar. Onlar Azərbaycanın bir sıra yaşayış məntəqələrinə kifayət qədər səpələnib, əhatə dairələrini genişləndirməyə fürsət qazandılar. Əvvəlcədən düşünülmüş və həyata keçirilməsi üçün zamana ehtiyacı olan bu çirkli genetik plan, Azərbaycanın genefonduna qarşı ən amansız və ən qəddar hücumlardan biri kimi qəbul olunandır. Ailələr, nəsillər haqlı olaraq düşünür: kimə qız verəsən, kimlərdən qız alasan, qohum olasan?.. Ümumiyyətlə, kimlərlə, hansı nəsillərlə dostluq və qohumluq əlaqələri quraraq, ləyaqətlə, şərəflə... yaşamaqda davam edəsən? Bu ailələr sürətlə artırlar və cavan ikən də ölüb sıradan çıxırlar. O cümlədən ata qızı ilə, oğlan anası ilə, qardaş qardaşla... və s. Bacı qardaşla... yaxınlıq edir. Heyvani hisslərlə yaşayırlar. (?) Polkovnik N.Bezrukov həmin vaxt - 1991-ci ildə general V.Kimkoya sual verir: "...Azərbaycanda hakimiyyətin bütün dayaqları sarsılıb. Nə edək? Gördüyümüz hadisələri başlı-başına buraxa bilmərik. Cənub zonasında bizim rus millətindən olan sərhədçi qızlarımızın bir neçəsi yeri sakinlərlə ailə qurublar. Bu ailələrin qarşısı alınmazsa, onlar bütöv cənub zonasının ən qiymətli milli -mənəvi dəyərlərinə hücum edəcək, ərazidə yaşayanlara böyüklü, kiçikli yeni, iyrənc həyat tərzin öyrədəcək və nəticədə güclü assimilasiyaya uğrayacaq. Cənub zonasında müsəlman, İslam, daha dəqiq desək, şiə anlayışı olmayacaq...
Nəticədə, 1991-ci ilin martın əvvəllərində general - mayor V.E. Kimko cənub zonasında görünür, vertolyot vasitəsilə "TURAC" ailələrinin məskunlaşdığı ərazilərə yenidən baxır, çəkilişlər aparılır... Arxiv sənədlərində general - mayor V.Kimkonun bütün bunlardan sonra dediyi sözlər, onun ciddi qənaətə gəldiyindən xəbər verirdi. O, yazırdı: "...Bunlar Azərbaycanın sabahına ölçülmüş bədbəxtçiliyin başlanğıcı idi". Bundan az sonra 1991-ci ilin martın 10-da "TURAC" ailələrinin məskunlaşdığı ərazidə iki sərhədçi vertolyotu göründü... hər şey bununla da bitdi. ”TURAC“ ailələrinin evləri yandırıldı, qəbristanlıqları dağıdıldı,yerlə-yeksan edildi.

(Ardı var)

R.Vəliyevскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ