Tatlar və ya Azərbaycanda yaşayan etnikləri necə tanıyırıq((!!!)
Tarix: 10-02-2020, 21:59
Google+ Paylaş
Tumblr Paylaş

Tatlar və ya Azərbaycanda yaşayan etnikləri necə tanıyırıq((!!!)

10-02-2020, 21:59

Tatlar — İran dilli etnoslardan biridir. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar.[5]

Azərbaycan tatları arasında başlıca fərq onların dillərində özünü göstərir. Yəni Abşeron, Şamaxı tatları ilə Quba, Xızı tatlarının dillərində müəyyən dialekt və ləhcə fərqləri var. Dilçilər ləhcə fərqlərinə görə tat dilini üç qrupa bölürlər:

Quba, Dəvəçi, Qonaqkənd ərazisində yaşayan tat əhalisi – tat dilinin şimal ləhcəsi adlandırılır.
Mərkəz ləhcəsi adlanır ki, bura Xızı rayonu ərazisində yaşayan tatlar aid edilir.
Cənub ləhcəsi adlanır, buraya Abşeron, Lahıc və Şamaxının tat əhalisi daxildir.
Azərbaycan tatlarının bir qolu da «dağ yəhudiləridir» onlar özlərini «cuhud» (yəni başqa dindən olanlar, «tat cuhudları») adlandıran azsaylı etnosdur. Dinlərinə görə bu etnos yəhudi sayılır. Dağ yəhudiləri başlıca olaraq Quba rayonundakı Qırmızı qəsəbədə və qismən də Oğuz rayon mərkəzində yaşayırlar.

Bəzi tədqiqatcıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.[6] Qədim mədəniyyətə sahib olan bu xalq Qubanın və ətraf rayonların inkişafında çox mühüm rol oynamışdır.


Tarixi

Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.

Azərbaycanda Tatlar

Azərbaycan ərazisində yaşayan etnik qruplardan biri olan tatlar, təkcə Şimali Azərbaycanda deyil, həmçinin Cənubi Azərbaycanın bir sıra vilayətlərində, Dağıstan və Şimali Qafqazda yaşayırlar.Şimali Azərbaycanda tatlar əsasən şimal-şərq bölgələrində məskən salmışlar. Şimali Azərbaycanda yaşayan tatların əsas hissəsinin bu ərazilərdə yaşaması onlarm bu ərazilərə gəldikləri vaxtlardan başlamışdır və bu üstünlük sonrakı əsrlərdə də davam etmişdir. X-XI əsrlərdə Şirvan və Dərbəndin tarixi inkişafından yazarkən, V.F.Minorski göstərirdi ki, bəhs olunan dövrdə buranın əsas əhalisindən biri də tatlar olmuşdur. Akademik Z.M.Bünya- dov isə qeyd edir ki, XIII əsrin əvvəllərində Şirvan əhalisinin xeyli hissəsini tatlar təşkil etmişdir. Məskunlaşdıqları gündən tatların əsas etibari ilə bu bölgədə yaşamasmı A.Baıxanovun verdiyi məlumatlardan da görə bilərik.

Beləliklə, Azərbaycan ərazisində tatlar əsasən şimal-şərq bölgəsində yaşayırlar. Burada onlar kompakt şəkildə Quba, Dəvəçi, Siyəzən, Xızı rayonları ərazisində və Bakının ətraf kəndlərində məskunlaşmışlar. Şamaxı, Qobustan və İsmayıllı rayonlarının bir neçə kəndində də tatlar yaşayırlar. Bundan başqa tatlar Oğuz, Qəbələ, Qusar, Xaçmaz, Abşeron və başqa yerlərdə pərakəndə halda yaşamaqdadırlar.

Qeyd etdiyimiz kimi tatlar dini görüşlər baxımmdan üç qrupa bölünürlər. Bu qrupların ayrı-ayrılıqda hansı bölgələrdə yaşamasını nəzərdən keçirmək lazmıdır.

Azərbaycan yaşayan müsəlman tatlar, bütün tatların əksəriyyətini təşkil edirlər.

Quba rayonu üzrə müsəlman tatlar, Afiırca, Atuc, Bad, Baş Talabı, Qam-qam, Qənidərə, Dərk, Zıxır, Zərqəva, İsnov, Kələnov, Kunxırt, Yerfi, Güləzizi, Mücü, Növdün, Nütəh, Ördüc, Ruçuq, Rük, Orta Talabı, Səbətlər, Sirt Çiçi, Rəziyələr, Rəngidar, Püstə- qasım, Rustov, Təngəaltı, Utuq, Firiq, Xanəgah, Xaşı, Xaltan, Xırt, Çiçi, Cimi, Çartəpə, Şuduq və başqa kəndlərdə, Dəvəçi rayonu üzrə, Saadan, Saçloucun, Dərə-zarat, Dağ Bilici, Düz Bilici, Zarat, Qalagah, Quşçu, Gəndob, Girsənq, Ləcədi, Nohurlar, Zağlı, Kun- çal, Zeyvə, Ugah, Çaraq və başqa kəndlərdə, Xızı rayonu üzrə, Ağdərə, Almakolu, Bağ Əhmədyurd, Bahal, Verdah, Dizavar, Ərüs- küş, Əmbizlər, Kars, Köhnə qışlaq, Köhnə quşçu, Kunüşə, Gilənəva, Gülah, Giləzi, Yarımca, Mustafaxanlı, Nəsirli, Yuxarı quşçu, Qəriblik, Qızıl-qazma, Pimçi, Tıxlı, Yəkyalı, Tüdar, Fındıqan, Xorkou, Xızı, Xalac, Çarməzar və başqa kəndlərdə, İsmayıllı rayonu üzrə, Lahıc qəsəbəsi, Əhən, Buynuz, Zarat, Cülyan, Dahar və başqa kəndlərdə, Şamaxı rayonu üzrə, Məlhəm, Müdri, Tullar, Himran və başqa kəndlərdə yaşayırlar.

Bundan başqa müsəlman tatlar Bakı şəhəri Yasamal rayonu Musabəyov yaşayış sahəsində, Bakının ətraf kəndləri: Balaxanı. Suraxanı, Novxanı, Kürdəxam, Binəqədi, Biləcəri, Sabunçu, Zabrat, Qala, Əmircan, Bilgəh, Bülbülə, Hökməli, Şağan, Corat, Qobu və başqa yerlərdə yaşayırlar.Müsəlman tatlar Qəbələ, Oğuz, Xaçmaz və Qobustan rayonları ərazisində də pərakəndə halda yaşamaqdadırlar.Vaxtilə müsəlman tatların yaşadığı kəndlərin bir çoxu indi artıq mövcud deyildir. Şəhərə güclü axmla əlaqədar və uzun illər bütün Azərbaycan ərazisindəki kəndlərə baxımsızlıqla bağlı neçə-neçə kəndlərimizin sırasında tatların yaşadıqları bir sıra kəndlər dağılıb yox olmuşlar. Bakı və onun ətraf kəndlərində isə əsasən ancaq yaşlı nəsil tat dilində danışa bilir. Əsrin əvvəllərində mövcud olmuş bir sıra kəndlər isə Bakı şəhəri böyüdükcə onun ərazisinə daxil olmuşdur.

Yəhudi tatlar yığcam şəkildə Azərbaycanda Quba rayonunun Qırmızı Qəsəbə adlanan yaşayış məntəqəsində, İsmayıllı rayonunun Mücü kəndində və Vartaşen (indiki Oğuz) qəsəbəsində yaşayırlar. Bundan başqa onlar Azərbaycanın Qusar, Xaçmaz, Şamaxı, Qəbələ və başqa rayonlarında da pərakəndə halda yaşamaqdadırlar.

Qeyd etmək lazımdır ki, yəhudi tatların əsas hissəsi Dağıstan və Şimali Qafqazda yaşayırlar. Dağıstanda yəhudi tatlar Mahaçqala, Buynaksk, Dərbənd şəhərlərində, Qızlar, Xasavyurt qəsəbələrində, Tabasaran rayonunda, Qaziyurtda və başqa yerlərdə (Bu barədə daha ətraflı məlumat axırdakı Əlavədə verilmişdir), Şimali Qafqazda isə Qroznı, Nalçik, Mozdok və başqa yerlərdə yaşayırlar.

Xristian tatlar, tatların ən kiçik qrupu olub yığcam halda Azərbaycanın Şamaxı rayonunun Mədrəsə, Kərkənc, Dərə Kərkənc, Kələxan, Meseri, Saqiyan kəndlərində, Dəvəçi rayonunun isə Kil- var kəndində yaşayırdılar. Bundan başqa onlar Azərbaycanın bir sıra yerlərində, o cümlədən Bakı şəhərində də yaşayırdılar.

Din cəhətdən bir-birindən tamamilə fərqlənən, dil ləhcələri arasında mühüm fərqlər əmələ gələn tatların bu üç qrupu təxminən eyni bir ərazidə məskunlaşmışlar.

Tatların bu ərazilərdə kütlə halmda yaşamasmm, onlarm müxtəlif dini qəbul etməsinin, tarixi inkişaf prosesi nəticəsində dillərində müəyyən fərqlərin əmələ gəlməsinin maraqlı bir tarixi yolu vardır ki, bunu biz bir qədər sonra aydınlaşdıracağıq.

Tatların sayı haqqında ilk materiallar XIX əsrin ikinci yarısından məlumdur. Hələ N.Zeydlits 1859 və 1864-cü il materiallarına əsaslanaraq 1870-ci ildə tatların sayını müəyyənləşdirməyə çalışmışdır31.1873-cü ildə kameral siyahılara görə tatların sayı Bakı quberniyasında 74040 nəfər, Yelizavetpol qubemiyasmda isə 3123 nəfər olmuşdur. İki quberniyada onların sayı cəmi 77163 nəfər olmuşdur. 1884-85-ci illərdə aparılan tədqiqatlar nəticəsində tatların sayı Bakı qubemiyasmda 84126 nəfər, Yelizavetpol quberniyasında isə 4726 nəfər, cəmi 88852 nəfər tat qeydə alınmışdı.

1892-93-cü illərdə Zaqafqaziya əhalisi haqqında verilən məlumatlarda Bakı qəzasmda 44989, Quba qəzasında 58621, Göyçay qəzasmda 14555, min nəfər Bakı qubemiyasmda, Yelizavetapol qubemiyasmm Zəngəzur qəzasmda 1585, Qazax qəzasmda isə 1384 nəfər, Dağıstan vilayətində 3609 nəfər tat qeydə alınmışdır ki, bu da cəmi götürüldükdə (ancaq müsəlman tatların sayı göstərilir.), 124683 nəfər təşkil edir . Bəzi materiallarda isə həmin dövrdə tatların ümumi sayı 118165 nəfər göstərilmişdir.1897-ci il siyahıya almmasmdan sonra təkcə Bakı quberniyasında 102913 nəfər müsəlman tat qeydə alınmışdır. Həmin siyahıya alınmadan sonra Dağıstan vilayətində müsəlman tatlar 4370 nəfər olub əhalinin bir faizini təşkil edirdilər.Yəhudi tatların sayı haqqmda demək olar ki, ilk məlumatı İ.Çemıy vermişdir. O, Bak' quberniyası və Dağıstan vilayəti və ümumiyyətlə Qafqazda yaşayan dağ yəhudilərinin yaşadıqları əraziləri gəzmiş və dağ yəhudilərin yaşadığı evləri siyahıya almışdır. İ.Çemıy Qafqaz ölkəsində 2780 dağ yəhudisi ailəsi (ümumi sayı təqribən 13900 nəfər) qeydə almışdı. İ.Ş.Anisimov isə 1886-cı ildə apardığı müşahidələr nəticəsində dağ yəhudilərin sayınm 26000 nəfər olduğunu göstərmiş və qeyd etmişdir ki, bunlardan 13500 nəfəri Dağıstan vilayətində yaşayırlar. Maraqlıdır ki, ondan on il sonrakı mənbələrdə də Dağıstan vilayətində 12 min nəfər (bütün əhalinin 2%-i) dağ yohudisj olduğu göstərilmişdir. V.F.Miller isə öz tədqiqatlarında dağ yəhudilərin sayının 21000 nəfər olduğunu göstərmişdir.

Xristian tatlar barəsində demək olar ki, heç yerdə dəqiq məlumat yoxdur. Çünki, tatların bu qrupunu daha tez-tez erməni kimi qələmə vermişlər. Hətta siyahıya alınmalar zamanı xristian tatlar yaşayan kəndlər erməni kəndləri kimi qələmə verilmişdir. Ona görə xristian tatların sayım müəyyənləşdirmək nisbətən çətinlik yaradır. Adətən xristian tatların sayım ancaq Mədrəsə və Kilvar kəndlərinin əhalisi ilə müəyyən edirlər. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində bu iki kənddən başqa istər Bakı və istərsə də Gəncə quberniyasında bir-neçə kənd də mövcud olmuşdur. Lakin qeyd etdiyimiz kimi bu kəndlərin əhalisi erməni kimi qələmə verilmiş və tat olduqları unudulmuşdur.

XIX əsrin sonu üçün olan statistik materiallamdan aydm olur ki, Mədrəsə kəndində 2774, Kilvar kəndində isə 483 nəfər əhali yaşamışdır42. 1897-ci il siyahıya alınmasından sonra bu rəqəmlər müvafiq olaraq 3494 və 591 nəfər olmuşdur. (İkisi bir yerdə 4085 nəfər).

Xristian tatlar sonrakı siyahıya alınmalar zamanı demək olar ki, tamamilə unudulmuşlar.

Beləliklə, XX əsrin əvvəllərində bəzi materiallara inansaq Qafqazda ümumiyyətlə 135000 nəfər tat yaşamışdır. Bu isə o dövrü götürdükdə, o qədər də kiçik rəqəm deyildir.

Tatların sayı barədə sonrakı Ümumittifaq siyahıya alınmalarında nisbətən bəsit məlumat vardır. 1926-cı ildə keçirilmiş Ümumittifaq sayımı nəticəsində Azərbaycan SSR ərazisində 61578 nəfər müsəlman tat, 8469 nəfər isə dağ-yəhudisi qeydə alınmışdır.

1959-cu il sayımı əsasmda İttifaq ərazisində 11463 nəfər tat qeydə alınmışdı. Lakin tat dilində danışan əhali 46316 nəfər göstərilmişdir. Deməli, qalan 34853 nəfər dağ-yəhudisi ola bilərdi. Qeydə alınan 11463 nəfər müsəlman tatından 2954 nəfəri Dağıstan MSSR-də47, 5887 nəfəri Azərbaycanda, qalanı isə digər rayonlarda yaşamışlar.1970-ci il sayımmda tatların sayı 17109 nəfər göstərilmişdir.Həmin tatların 7769 nəfəri Azərbaycan ərazisində, 6440 nəfəri isə Dağıstan MSSR-də qeydə alınmışdılar. Lakin bir sıra məlumatlarda 1970-ci ildə SSRİ-də yaşayan tatların sayı 72600 nəfər göstərilmişdir. Bu sayımda dağ-yəhudilərinin sayım təyin etmək mümkün olmamışdır. Çünki onlar ümumi yəhudi xalqı ilə qarışdırılmışdır.

1979-cu il sayımı nəticəsində İttifaq ərazisində tatların sayı 22441 nəfər olmuşdur ki, bunlardan 12748 nəfəri RSFSR ərazisində (o cümlədən Dağıstanda 7437 nəfər), 8848 nəfəri isə Azərbaycanda qeydə alınmışlar. Bu siyahıya alma zamanı da dağ-yəhudiləri ayrılıqda qeydə alınmamış və yəhudilərlə qarışdırılmışlar.

Tatların sayı haqqında ən son məlumat 1989-cu il sayımma aiddir. Nəhayət, bu sayımda dağ-yəhudiləri ayrıca bir etnos kimi qeydə alınmışlar. 1989-cu il siyahıya alınmasına əsasən 31000 nə fər tat, 19000 nəfər dağ-yəhudisi qeydə alınmışdır. Deməli, say ma əsasən İttifaq ərazisində tatların ümumi sayı 50000 nəfər olmuşdur. Bunlardan 12000 nəfər tat və 5500 nəfər dağ yəhudisi Azərbaycan Respublikası ərazisində yaşayırlar.

Beləliklə, müxtəlif mənbə və materiallarda tatların sayı haqqında az da olsa məlumat almaq mümkündür.

Əsrlər boyu tatların təsərrüfat həyatı, məişəti, adət və ənənələri bütün Azərbaycan xalqı ilə eyni səviyyədə və vəhdətdə inkişaf etmişdir. Tatlar Azərbaycan ərazisində yaşadıqları ük vaxtlardan burada yaşayan yerli əhali ilə sıx qarşılıqlı təmasda olmuş və onların etnoqrafik ənənələri də bu qarşılıqlı təsirə məruz qalmışdır. Ona görə də tatların etnoqrafik ənənələrini ümumi Azərbaycan xalqının etnoqrafiyası baxımından öyrənmək lazımdır. Azərbaycan xalqının etnoqrafiyasını öyrənmək isə tamamilə geniş bir sahəni əhatə edir və bizim işin mövzusuna uyğun deyildir. Ona görə də burada tatların etnoqrafik ənənələrinin qısa xronikasını verəcəyik.

Yaşadıqları əraziyə görə tatlarda təsərrüfat həyatı müxtəlif sahələr üzrə inkişaf etmişdir. Quba-Xaçmaz zonasında yaşayan tatlarda bağçılıq, Dəvəçi-Abşeron zonasında yaşayan tatlarda isə üzümçülük xüsusilə daha çox yayılmışdır.

Məlumdur ki, Azərbaycanda Quba, Qusar, Xaçmaz rayonları meyvəçilikdə xüsusi yer tuturlar. Bu təsərrüfat sahəsinin geniş yayılması, uzun əsrlər boyu meyvəçilikdə müxtəlif el adətlərinin yaranıb inkişaf etməsinə təsir göstərmişdir. Meyvənin yetişdirilməsi, yığılması və emalı sahəsində müxtəlif üsullardan tatlar da istifadə edirlər.

Dəvəçi-Abşeron zonası Azərbaycan üzümçülüyünün tarixən inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Əlbəttə, bu işdə tatların xidmətini də qeyd etmək lazımdır.

Uzun müddət əsasən kəndlərdə yaşamaqla əlaqədar tatların təsərrüfat həyatmda maldarlıq və əkinçilik xüsusi yer tutmuşdur. Təsərrüfatın bu sahələri üzrə tatlar daha çox təcrübə qazanmış və bu təsərrüfat sahələri üçün lazım olan bütün işləri vaxtmda görə bilmişlər.

Dəniz sahilində yaşayan tatlarda (əsasən Dəvəçi-Abşeron zonasında) balıqçılıq, şimal-dağ kəndlərində (əsasən Quba-Xaçmaz zonasmda) yaşayan tatların təsərrüfat həyatmda isə bir məşğuliyyət kimi ovçuluq və arıçılıq da mühüm yer tutmuşdur.

Tatlar Azərbaycan ərazisində yüksək sənətkarlıq mədəniyyətinə malik olmuşlar. İstər daşişləmə, metalişləmə, misgərlik, dulusçuluq, dəmirçilik, zərgərlik və istərsə də toxuculuq və tikmə sənəti sahəsində tatlar mühüm nailiyyətlər əldə etmişlər. Hal-hazırda da İsmayıllı rayonunun tatlar yaşayan Lahıc kəndində misgərlik sənəti öz yüksək inkişaf səviyyəsini saxlamaqdadır. Sənətkarlığın başqa sahələri də hal-hazırda tatlar arasmda yaşayır.

Tatlarda sənətkarlığın spesifik növlərindən biri olan xalçaçılıq müəyyən xüsusiyyətlərlə inkişaf etmişdir.

Xovlu və xovsuz xalça növlərini tatlar xüsusi ustalıqla toxumuş və onlarm əl işləri Azərbaycanm xalça sənətinə böyük şöhrət gətirmişdir.

Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinin orijinallığına, rəng koloritinə görə digər Şərq xalçalarından fərqləndiyi kimi, tatların toxuduqları xalçalar da bütün əlamətlərə görə Azərbaycan xalçaları içərisində xüsusi yer tutur. Xalça növlərində xalı, gəbə, palaz, sumax, kilim, cccim və s. toxunması tatlar arasında geniş yayılmışdır.

Tatların bütünlüklə adət və ənənələri bütün Azərbaycanda mövcud olan ənənələrin tərkib hissəsidir və heç bir cəhətdən ondan fərqlənmir. Bu adət və ənənələr sırasmda geyim və bəzək adətləri, qonaqpərvərlik, ailə münasibətləri, toy və ölüm adətləri, müxtəlif dini mərasimlər və s. göstərmək olar.

Geyim və bəzək adətlərində Şərq elementlərinə üstünlük, qonaqpərvərlikdə qonağa xüsusi hörmət və məhəbbət, ailə münasibətlərində yüksək əxlaqi keyfiyyətlər, toy adətlərində Şərqə xas olan bəzi cəhətlər tatların məişət adətlərinin əsasım təşkil edir.

Dini mərasimlərdə islam (müsəlman tatlarda), xristianlıq (xristian tatlarda), yəhudi (dağ yəhudilərində) dinlərinin müxtəlif mərasimləri üstünlük təşkil edir. Lakin tatların hər üç qrupu arasında zərdüştilik dininin bir çox ayinləri, adətləri yaşamaqdadır.

Beləliklə, tatların təsərrüfat və məişət adətləri haqqında bu qısa qeydlərlə çoxlu təsəvvürlər əldə etmək mümkündür. Çünki bu adətlər bütün Azərbaycan xalqının ənənələri ilə üst-üstə düşür.

Tatların təsərrüfat həyatı.

Əsrlər boyu tatların təsərrüfat həyatı və ümumiyyətlə etnoqrafiyası bütün Azərbaycan xalqı ilə bərabər və vəhdətdə inkişaf etmişdi.

Yaşadıqları əraziyə görə tatlarda təsərrüfat həyatı müxtəlif səpkilərdə inkişaf etmişdi. Quba-Xaçmaz zonasında yaşayan tatlarda bağçılıq, Dəvəçi-Abşeron zonasında yaşayan tatlarda isə üzümçülük inkişaf etmişdi.

Quba-Xaçmaz zonasında yaşayan tatların təsərrüfat həyatında əsasən bağçılığm meyvəçilik variantı inkişaf etmişdir. Meyvə bağları yaşayış məntəqələrindən adətən aralı yerləşir. Ona görə də meyvənin yetişmə və yığılma, yay-payız vaxtı meyvəçiliklə məşğul olan əhali özlərinə bağda yaşamaq üçün müvəqqəti yaşayış yerləri düzəldirlər. Meyvəçilikdə alma, armud, gilas, albalı, alça, ərik, heyva yetişdirilməsi xüsusi yer tutur. Yetişən meyvəni istehsal etmək üçün həmin yaşayış yerlərinin yaxınlığında, meyvə qurutmaq üçün adətən 1,5x3,5 m ölçüdə xüsusi qurğu düzəldilir.

Bağçılıqda ən mühüm dövr payız fəslidir. Bu zaman ağacların dibi bellənir, qol-budağı kəsilib formaya salınır, qurumuş ağaclar kəsilir, yeniləri əkilir. Bu iş yaz ağzı - martın əvvəllərində də təkrarlanır.

Meyvəçilikdə əsas işlərdən biri məhsulun toplanması və saxlanmasıdır. Tatlarda meyvənin qurudulmasmda müxtəlif üsullardan istifadə edilir. Meyvələrin qurudulmasmın ən sadə və qədim üsulu günün altmda qurutmaqdır. Bu üsuldan Azərbaycanın həryerində istifadə olunmuşdur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, yığılmış meyvə adi qayda ilə Evin damına sərilir. Alma, armud və digər meyvələr doğranmış, çəyirdəkli meyvələr isə bütöv halda günün altma sərilir. Hər bir meyvənin qurudulması üsulunda müəyyən fərqlər olur. Belə ki, əncirin qurudulması üçün onu qum otun və ya samanın üstə töküb 3-5 gün günəş altmda saxlayırlar. Abşeronda əncirin qurudulmasmın başqa bir üsulu onun qabığın; soyub, sonra günə verməkdən ibarətdir. Bu üsulla alınmış əncir qu- rusuna “puskəndə” (tat dilində “qabığı soyulmuş”) deyilir. Bu daha keyfiyyətli çərəz hesab olunardı. Heyvanın, almanın qurudulma müddəti 5-10 gün, əriyin - 20-25 gün, gilənarın - 10 gün hesab edilir.

Tatlar arasında meyvə qurudulmasmda təndir və meyvəqu- mdan kürələrdən də geniş istifadə olunmuşdur. Meyvə qurutmaq üçün istifadə edilən təndirlər adi çörək bişirmə təndirlərindən ibarət olub, ancaq böyüklüyü ilə fərqlənmişlər.

Belə ki, meyvə qurutmaq üçün düzəldilmiş təndir, çörək təndirlərində iki dəfə böyük olardı. Belə təndirlər xüsusi ustalıq).: düzəldilər, tez soyumaması üçün yanları qızıl kərpicdən çəkilərdi.

Təndirin qızınası üçün onun içərisində ocaq qalanır, odun yanıb qurtardıqdan sonra közü təndirin ortasına yığıb qalayırlar. Burada közlənməmiş odun qalmamalı idi. Əks təqdirdə alışıb tən dirdəki bütün meyvəni yandıra bilərdi. Köz taylandıqdan sonra, təndirə meyvənin qoyulması üçün gil və xüsusi palçıqdan hazırlanmış gillə adlanan qablar düzülür.

Gillənin uzunluğu adətən 40-50 sm, yan divarlarının hüı, dürlüyü isə 3-5 sm olur. Hər gilləyə 1,5-2 kq meyvə doldurulur Gillələr təndirə xüsusi qayda ilə düzülür. Dörd-beş gillə üst-üstə qoyulduqdan sonra, təndirə çarbənd qoyulur. Bu dörd və ya beş ədəd ağac çubuqdan ibarət olur. Bundan sonra meyvə ilə dolu gülələr çarbənd ağacların üstünə düzülür, təndir gillə ilə doldurulduq dan sonra ağzı bağlanır. Ancaq iki gündən sonra təndiri açıb məcvənin quruması yoxlanılardı. Bundan ötrü çarbəndin üstündən gillələr götürülür, daha sonra təndirin yerinə yığılanlar nəzərdən keçirilir. Əgər meyvə tam qurumayıbsa, bu halda köz qarışdırılır. Qurumuş meyvə gülələri götürülür, digərləri yenidən təndirə düzülür. Hər təndirdə adətən yüzə qədər gillə yerləşdirmək mümkündür.

Meyvənin qurudulmasmda meyvə qurudan kürələrdən də istifadə olunur. Meyvə qurudan kürələr (tat dilində - guryənkə) adətən yay-payız vaxtı meyvə bağlarmda düzəldilmiş müvəqqəti yaşayış yerlərinin (qazmaların) ətrafında hazırlanmışdır.

Meyvə qurudan kürə və ya tat dilində desək - “guryənkə” bir-birinə paralel olan iki iri diametrli kanaldan ibarətdir. Bu kanalların ön hissəsində gildən hörülmüş dairəvi kürələrdə ocaq qalanır. İsti kanalların digər ucuna tərəf yayılır. Kanalların üst hissəsinə kiçik diametrli ağaclar döşənir. Döşəmənin üzərinə meyvə tökülür və aşağıdan qalxan isti meyvələri qurudur.

Bir şeyi qeyd etmək lazımdır ki, qurudulan meyvələrin bir hissəsi qışda çərəz üçün istifadə edilməkdən ötrü saxlanılır. Çox hissəsi isə satılmaq üçün bazara çıxarılır.

Tatlar meyvənin istehsalmda başqa üsullardan da istifadə edirlər. Müxtəlif növlü armudları tam yetişənə kimi gözləyir, sonra onu sıxaraq şirəsini çıxarırlar və alman qatı kütləni su ilə qaynadırlar, bundan sonra şirin qatı kütlə alınır.

Tatlar arasında “düşo” (Azərb. dilində “doşab”) adlanan bu kütlənin eynilə tutdan da hazırlamaq mümkündür. Qeyd etmək lazımdır ki, son vaxtlar ancaq tutdan alınan doşabdan istifadə olunur.

Alçanı tatlar qurutmaqla və sıxmaqla ondan müxtəlif məhsullar alırlar. Qurutmaq üsulları ilə tanış olmuşuq. İndi isə sıxmaq üsulu ilə tanış olaq. Belə ki, əriyi yaxud alçanı sıxıb onun suyun və “ətini” su ilə qaynadırlar, ondan turş qatı maye almırdı. Tatların “rub” adlandırdıqları bu məhsuldan müxtəlif yeməklərdə istifadə olunur. Alçanı sıxıb onun “ətini” günün altında qurutmaq da geniş yayılmışdır. Belə ki, alçanın tumunu və qabığını atıb, qalan hissəni nazik təbəqə şəklində bir qaba yayıb günün altında qurudurlar. “Lavaşna” adlanan bu məhsuldan qışda çərəz kimi istifadə etmək mümkündür.

Bağçılığm tatlar arasında geniş yayılmasına baxmayaraq burada, xüsusilə Dəvəçi-Abşeron zonasmda yaşayan tatlar arasında üzümçülük də geniş yayılmışdır.

Abşeron tarixən Azərbaycan üzümçülüyünün inkişaf etdiyi ərazilərdən biri olmuşdur. XIX əsrin əvvəllərində isə bu ərazi, demək olar ki, üzümlüklərlə əhatə olunmuşdu. Bu ərazidə 50-yə qədər üzüm növü yetişdirilirdi ki, bunların içərisində ən geniş yayılanı ağ şanı, qara şanı idi.Abşeronda tatların yaşadığı Maştağa, Pirşağı, Şağan, Qala, Fatmayı, Kürdəxanı, Novxanı, Saray və başqa kəndləri öz dadlı üzümü ilə məşhur idi.

Abşeronda əsasən süfrə üzümü növləri becərilirdi. Torpaqların qumsallığı və iqlimin daha isti olması bu ərazidə üzümün dəmyə şəraitində yetişməsinə, onun keyfiyyətinə böyük təsir göstərmişdir.Tatların yaşadığı Dəvəçi rayonu ərazisində də üzümçülük ən mühüm təsərrüfat sahələrindən biridir.Üzümçülükdə tənəklərin becərilməsi baxımından tatlar arasında “xiyabani” və “kələsər” üsulları geniş yayılmışdır.

Tənəklərin müxtəlif ziyanvericilərdən qorunması üçün, tənəklərin gövdəsinə və yarpaqlarına bir neçə dəfə göy daş suyu səpilir.

Üzümün dərilməsi və daşınmasında müxtəlif həcm və quruluşlu hörmə çubuq səbətlərdən geniş istifadə olunmuşdur.

Üzümdən şərab, turşaşirin, sirkə, abqora, kişmiş hazırlanır. Bu, bütün Azərbaycan xalqı üçün xarakterikdir. Üzümdən mürəbbə, mövüc, sucuq da hazırlanır. Üzümçülər hər üzüm növünün hansı məhsul üçün daha səciyyəvi olduğunu çox yaxşı müəyyən edirlər.

Tatların təsərrüfat həyatında maldarlıq və əkinçilik də mühüm rol oynamışdır. Hələ son vaxtlara qədər, XIX əsr, XX əsrin əvvəlləri və hətta sovet dövrünün kolxoz təsərrüfatı vaxtında hər bir kənd özünü taxılla təmin etmiş və hətta satılmaq üçün də taxıl istehsal etmişlər.

Əkinçiliyin mühüm sahələrindən olan bostançılıq tatların təsərrüfat həyatında mühüm sahələrdən birini təşkil edir.

XIX əsrin ortalarından etibarən Abşeron yarımadasının əhalisinin təsərrüfat həyatında bostan və tərəvəzçilik mühüm rol oynamağa başlamışdır. Bununla da onlar Bakı şəhəri əhalisinin tərəvəz məhsullarına olan tələbatına ödənişi xeyli yaxşılaşdırmışlar.

Bostan bitkiləri yaz aylarında əkilirdi. Onların becərilməsi üsulları Azərbaycanın bostançılıqla məşğul olan rayonlarında demək olar ki, eyni qaydada aparılır. Bostançılığın tatlarda inkişafı da bütün Azərbaycan xalqmda olduğu kimidir. Buna görə də onun haqqında ayrıca söhbət açmağa dəyməz.

Maldarlıqdan tatlarda əsasən qoyunçuluq və qaramal saxlaması inkişaf etmişdir.

Tatlar son vaxtlara qədər əsasən kəndlərdə yaşadıqları üçün burada maldarlıq təsərrüfatı daha geniş yayılmışdır. Maldarlıqda tatlar daha çox təcrübə qazanmış və mal-qaranın saxlanması üçün lazım olan bütün işləri vaxtında görə bilmişlər. Süd və süd məhsulları, qoyun yunu və başqa məhsullar maldarların zəhmətinin bəhrəsidir.

Hal-hazırda tatlarda maldarlıq təsərrüfatı xeyli zəifləmişdi. Belə ki, sovxozlarm yaranması, bağların və otlaqların dövlət inhisarına keçməsindən sonra mal-qaranın çoxlu miqdarda saxlanması üçiin zəhmət tələb etdiyindən, hamı mal-qarasının sayını azaltdı. Həm də mal saxlayan hər bir kənd sakini həm də dövlət müəssisələrində çalışır. Maldarlıq təsərrüfatının zaifləməsi çox vaxt şəhərdən kəndə kənd təsərrüfatı məhsullarının daşuıması ilə nəticələndi. Lakin son onillikdə torpağın kəndliyə qaytarılması prosesi nəticəsində təsərrüfatın bu sahəsi yenidən inkişaf etməyə başlamışdır.Dəniz sahillərində yaşayan tatlarda balıqçılıq da inkişaf etmişdi. Bu əsasən Abşeron yarımadası kəndlərində, Xızı, Dovəçi, sahil zonalarmda yaşayan tatlar arasında yayılmışdır. Əsasən şimal dağ kəndlərində yaşayan tatların əsas məşğuliyyətlərindən biri də ovçuluq olmuşdur. Hal-hazırda da dağ kəndlərində qış sərt keçdiyi üçün donuz, dağ keçisi və s. ovu qalmaqdadır.Çöl donuzu ovu üçün adətən, böyük ovçu dəstələri təşkil olunur. Belə ki, bir dəstədə 10-12 nəfərə qədər adam və 2-3 ov iti olur. Donuz ovuna tək də gedirlər. Bunun üçün ovçu heyvanların yatacağı, keçəcəyi yeri və yaxud yem üçün çıxacağı sahəni əvvəlcədən müəyyən etməlidir.Tatlarda Azərbaycanda qədim tarixi olan arıçılıq da inkişaf etmişdir. Arıçılıq da əsasən dağ kəndləri zonasında yayılmışdır.

Beləliklə, tatların təsərrüfat həyatı bütün Azərbaycan xalqmda olduğu kimi rəngarəng və hərtərəfli inkişaf etmişdir.

Azərbaycanın zəngin təbii xammal ehtiyatı, əkinçilik və maldarlıq məhsulları qədim zamanlardan başlayaraq, müxtəlif sənət sahələrinin meydana gəlməsi üçün əlverişli şərait yaratmışdır.Tatlar Azərbaycan ərazisində yaşadıqları dövrdən bəri burada yüksək sənətkarlıq mədəniyyəti ilə qarşılaşdılar. Ona görə də onlar özləri ilə gətirdikləri mədəniyyətlə bərabər burada yaşayan oturaq əhalinin də mədəniyyətini inkişaf etdirirdilər.

İstər daşişləmə, metalişləmə, misgərlik, dulusçuluq, dəmirçilik, zərgərlik və istərsə də dəriçilik, toxuculuq, tikmə sənəti sahəsində tatlar da ümumi Azərbaycan sənətkarlığının inkişafına öz. xidmətlərini göstərmişlər.

Hal-hazırda da bu sənətkarlığın bəzi yerlərdə “şahidi” qalmaqdadır. Belə ki, metalişləmənin ən mühüm sahələrindən biri olan misgərlik əhalisi tatlardan ibarət olan İsmayıllı rayonunun Lahıc kəndində yaşamaqdadır.

Mənbələrin məlumatına əsasən XIX əsrin 30-cu illərində Lahıcda 52 misgər dükanı var idi4. Müqayisə üçün deyək ki, həmin dövrdə Şamaxıda5 və Gəncə6 şəhərlərinin hər birində 6, Bakıda isə cəmi 2 nəfər misgər işləyirdi7.

XIX əsrdə Lahıc təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada misgərliyin başlıca mərkəzi sayılırdı. Kəndin 1000 nəfərədək sakini misgərlik və onunla bağlı peşələrlə məşğul olurdu8.

Texniki cəhətdən bəsit əl əməyinə əsaslanan misgər dükanlarından texnoloji əməliyyatlar əsrlər boyu sadə əriı:mə və isti döymə üsulları ilə görülmüşdür.

Mis əritmə məqsədi ilə qoşa körüklü xüsusi kürədən, müxtəlif ölçülü gil qəliblərdən, ərintini qəliblərə tökmək üçün böyük və kiçik çömçədən, ərintiniıı kənar qarışıqdan təmizləmək üçün uzun dəstəkli ödrəngdən istifadə olunur. Qarışdırma məqsədilə işlənən qov kürəcikdən fərqli olaraq misəritmə kürəsinin odluğu çala formasında düzəldilir. Kömür xənəş və sarı gildən tutulmuş palçıqdan düzəldilən odluğun içərisi gil məhsulu ilə suvanıb şirələnirdi. Qoşa körüyün borusu maili vəziyyətdə kürənin arxa divarından keçməklə odluğun dibinə qoşulur. Borunun odluğa keçən hissəsi qızmasın deyə saxsı tükilə tamamlanır.

Misin əridilməsi prosesi yüksək hərarət tələb etdiyindən kürənin odluğunu fasiləsiz hava ilə təmin etmək və beləliklə də közərmiş kömürün hərarətini mütəmadi surətdə artırmaq üçün bir nəfər bilavasitə körük başıla məşğul olur.Mis ərintisi tələb olunan keyfiyyətə çatdırıldıqdan sonra yumşaq olsun deyə, ona azca qurğuşun qatılırdı. Bundan sonra mis

ərintisi böyük çömçə ilə götürülüb əvvəlcədən şirələnmiş gil qəliblərə tökülür.Gil qəliblər ölçü etibarilə bır-birindən fərqlənir. İri qəliblər 30-40 girvənkə, hətta ondan da bir qədər az mis ərintisi tutur.Mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər mərhələ-mərhələ döyülürdü.

Qırs ilk növbədə tapdanıb girdəbur halına salmırdı. Bu prosesdə misgir, yaxud “qarsgir” adlanan usta, 9 nəfər çəkicvuran (“tapunçi”), bir nəfər köməkçi, bir nəfər mis isidən, bir nəfər körükbasan iştirak edirdi.

Döymə prosesində mis tədricən soyuyub bərkidiyi üçün onu bir neçə dəfə yenidən kürədə qızdırıb yumşaltmaq və təkrarən döymək lazım gəlirdi. Qırsın qızdırılıb bir əl döyülməsi Lahıcda “do”, yaxud “tov” (tat dilindədir. Azərbaycan dilində “dəfə”) adlanırdı. İlk “tovdan” çıxmış mis təbəqəsi “girdəbur” adlanırdı. Bir neçə tovdan sonra misdən müxtəlif qablar düzəltmək nüimkün olurdu. Misgər dükanlarında çox geniş çeşiddə məmulat növü hazırlanırdı. İstehsal texnikasının mürəkkəbliyinə görə izafə qablar xara məmulatından seçilirdi. Buna müvafiq olaraq mis ustaları arasında ixtisaslaşma getmişdi. Bəsit quruluşlu xara qablardan fərqli olaraq, bir neçə calğadan ibarət hazırlanan izafə qabların istehsalı yüksək ixtisasl i usta əməyi tələb edirdi.

Lahıc sənətkarları öz sənətlərini Azərbaycanın digər ərazilərinə də yayırdılar. Hələ XIX əsrin sonunda bu haqda belə yazılırdı: “Göyçay uyezdinin Lahıc və Əhən kəndinin tatları qazanc ardınca Yelizavetopol və Tiflis quberniyalarına gedərkən mis çıxarılan yerlərdə kömür basma və dağ-mədən işləri ilə məşğul olurdular.

N.A.Abelovun yazdığına görə, XIX əsrin sonlarında Lahıcda başqa sənətkarlıq növləri də inkişaf etmişdi. Belə ki, o zaman Lahıcda 6 papaqçılıq, 5 başmaqçılıq, 9 silahqayırma, 11 dabbağlıq, 2 sərraclıq, dəlləklik üzrə 11 müəssisə, 21 baqqal dükanı, 1 zərgər dükanı və başqa sənətkarlıq mərkəzləri var idi.Lahıc bu gün də misgərlik sənəti sahəsində, qədim sənəti yaşatmaq sahəsində respublikamızda yeganə yerdir.

Lahıcın timsalında görünür ki, tatlar arasında sənətkarlığın 'başqa növləri də geniş yayılmışdır. Tatlar üçün ənənəvi çörək növü olan lavaşın bişirilməsi üçün çuqun saclar, böyük dairəvi mis məcməyilər, qazanlarm düzəldilməsi tat sənətkarları arasmda geniş yayılmışdır.Tatlarda sənətkarlığın spesifik növlərindən biri olan xalçaçılıq öz inkişafında müəyyən xüsusiyyətlərə malikdir.Xovlu və xovsuz xalça növlərini tatlar xüsusi ustalıqla toxumuş və onlarm ol işləri, rəngarəng Azərbaycan xalçaları kimi böyük şöhrət qazanmışdır. Xalça növlərindən xalı, gəbə, palaz, su- max, kilim, cecim və başqalarının toxunması tatların məişət və təsərrüfatında mühüm yer tutur.Ümumiyyətlə, Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinin orijinallığına, rəng koloritinə görə digər şərq xalçalarından əsaslı surətdə fərqləndiyi kimi, tatların toxuduqları xalçalar da bütün əlamətlərinə görə Azərbaycan xalçası içərisində xüsusi yer tutur.Məlumdur ki, Azərbaycan xalça sənəti həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə 4 əsas xalçaçılıq məktəbinə ayrılır: Qarabağ, Quba-Şirvan, Gəncə-Qazax və Təbriz xalçaçılıq məktəbi.Quba-Şirvan xalçaçılıq məktəbinin inkişafında tat sənətkarlarının xüsusi xidməti vardır. Bu qrupa daxil olan xalça növlərini nəzərdən keçirsək görərik ki, onların əksəriyyəti tatların yaşadıqları ərazilərin adı ilə adlanır.

Bir kiçik etnik qrup kimi tatların mənəvi mədəniyyətində özünəməxsusluq elementləri həmişə göz qabağında olmuşdur.Tatların adət-ənənələri içərisində ailə-məişət məsələləri mühüm yer tutur. Bir qayda olaraq tatlarda ailənin başmda ata durur. Onun sözü ailə üçün qanun olmalıdır. Ailə ilə əlaqədar bütün məsələləri, kəndin, obanm bu və ya digər tədbirində iştirak edib-etməməyi həll etmək məsələsi yalnız onun səlalıiyyətindədir. Atanın qərarı qətidir. Ataya qayıtmağa ailə üzvlərindən heç kəs, hətta böyük oğul belə cəsarət etmir. Tatlar arasında ataya hörmət diqqəti cəlb etməyə bilməz. Bir çox tat ailələrində ata hələ yeməyi qurtar- mayıbsa heç kəs durmur və onun süfrədə yeyib qurtarmasını gözləyirlər. Oğul, evlənmək və s. məsələlər barəsində atası ilə danışmağa cürət etmir. Bu məsələlərdə ana ata ilə oğul arasmda vasitəçi rolu oynayır. Atanm yanmda oğul öz arvadı və uşaqlarını danışdı, - mır, onlarm adını çəkmir. Əgər oğulun övladı körpədirsə, oğul ata yanmda onu qucağa almır, belə halda hətta gənc ana qaynatanın yanmda bunu etmir. Tat gəncləri öz atasmm, əmisinin yanmda pa piros çəkməz, spirtli içkilər qəbul etməzlər. İndi də bu gözəl davra nış və əxlaq normasını pozan olduqca azdır.

Tatların toy adətlərində bir çox maraqlı cizgilər mövcuddur. Oğlanlar adətən evlənmə yaşma çatdıqdan sonra ailə başçısının razılığı ilə evlənirlər. Qız almaq üçün oğlan atası qərara gələndən sonra kəndin hörmətli ağsaqqal kişilərindən seçir, evinə qonaq çağırır və həmin qızm ata-anasının razılığını almaq üçün elçi getmələrini xahiş edir. Bir qayda olaraq göndərilən elçilərə rədd cavabı vermək mədəniyyətsizlik sayılır. Əgər qız atası öz qızını vermək istəməyirsə, bunu bilavasitə oğlan evinə çatdırır. Gənc qız və ya oğlan valideynlərin icazəsi olmadan nigah münasibətlərinə girə bilməzlər. Yaxm qan qohumları ilə ailə qurmaq tatlar arasında bir növ arzuolunmaz hesab olunur. Çünki yerli inanclara görə, bu sonradan qurulan ailədə pis nəticələrə gətirib çıxara bilər (doğulan uşaqlarda şikəstlik və s.). Lakin bir çox tat kəndlərində (məsələn, Qonaqkənd zonasında ) əksinə olaraq, qohumla ailə qurmaq ön plana çəkilir. Razılıq əldə etmiş oğlan evində, ata öz qohum-əq- rabasmdan bir neçə nəfəri qız evinə nə qədər “başlıq” verəcəyini müəyyənləşdirmək üçün danışıqlara göndərir. Bu “xərc” mal və ya birbaşa pul şəklində ola bilər. «Xərc» vermək tatlar arasında ən mütləq toy adətlərindən biridir. Tatların toy adətləri içərisində təbəqə münasibətləri demək olar ki, olmamışdır. Yəni adətlərdə xan, bəy, kəndxuda, kəndli, nökər, varlı, kasıb məsələləri mühüm rol oynamamışdır. Varlı öz qızını kasıba verir, kasıb öz oğluna varlı kəndlinin qızmı alır və s.

Azərbaycan tatları arasmda qonaqpərvərlik çox geniş inkişaf etmişdir. Ona görə də tatların yemək mədəniyyəti qədim zamanlardan inkişaf etməyə başlamışdır. Tatların yeməyi əsasən sacın üstündə bişən nazik lavaşdan, təndirdə bişirilən xaş-xaşlı təndir çörəyindən, bozbaş, xaşıl, xəngəl, aş və müxtəlif kabablardan ibarətdir. Tatlar xüsusilə xəmir xörəklərini çox sevir, undan müxtəlif adlı xörəklər bişirirlər: əriştə, ərdəva, umac, xəşil, xəngəl, baturma, quymaq və s. Tatlar təndir çörəyi yə lavaşı çox sevirlər. Tatlar ən yaxşı yeməyi qonağa verirlər. Qonağm rahatlığı üçün hər cür şərait yaradırlar. Tatlar qonaq üçün evdə olan ən qiymətli əşyanı belə əsirgəməzlər.Tatların adətləri içərisində ev quşlarına münasibət xüsusi yer tutur. Tatlar vaxtsız banlayan xoruzun üç gün müddətində pipiyini kəsirlər. Əgər bu kömək etməzsə, onda həmin xoruzun başı kəsilir. Uzaq bir yerə səfərə getmiş istəkli adamının sağ və salamat yaxm günlərdə qayıdıb-qayıtmaya cağını soruşan şəxs öz sualından sonra xoruz banını eşidərsə sevinir. Tatlara görə uşağı pis nəzərdən qorumaq üçün həmin evdə mütləq xoruz saxlamaq lazımdır. Bu qədim farslardan və sonra da Sasanilərdən qalma əski adətlərdən biridir.

Tatların ev heyvanlarından itə, ata münasibətləri də özünəməxsus adətləri ilə tənzimlənir. Tatların digər heyvanlara münasibəti də onların adət-ənənələri üzərində qurulmuş və zaman süzgəcindən süzülüb bu günkü günə qədər yaşamışdır.

Tatların adət-ənənələrində bitkilərə münasibət də xüsusi yer tutur. Bitkilərdən tatlar ilk növbədə müalicə üsulları vasitəsikimi istifadə edirlər. Əgər qulaq ağrıyarsa və bu ağrı qulağa qan axmaqdandırsa, vena damarını çərtməli, bir qədər qan çıxmasına imkan verməli, sonra isə qulağa badam yağı, gülab və ya sirkə damızdırmaq lazımdır. Boğaz ağrıyanda qara tut mürəbbəsi, sirkə, gülab boğaza sürtməli, sumağı qaynadıb onun suyunu gündə bir neçə dəfə qarqara etməli, alça suyu içməli, turşu qurusu yeyilməlidir. Əgər boğaz içəridən və ya bayırdan şişibsə, baş soğanı kələm və çuğundur yarpağı ilə qaynadıb əzməli, sonra bir az pambıq və ya təmiz əski parçasını həmin məhlulda isladıb qaynadılmış şeylərin məhlulunu qarışdırmalı, ondan bir qədər suda isladılmış pambıq və ya əskinin üstünə sürtməli, bir qədər soyudub boğazı yandırmayacaq dərəcəyə çatdıraraq isti-isti boğaza yapışdırmalı, üstündən parça və ya dəsmalla boğazın ətrafına bağlanmalıdır.

Forpost Təhlil Mərkəzi

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ