Şərq-Qərb paralelləri müstəvisi üzərində, Mərkəzi Asiya uğrunda  savaşın görünməyən tərəflərinə bir baxış Bu savaş həmçinin ən yaxın siyasi tarixin, uzaq dərin maraqlara cavab verməməsi paradoksallığı konteksində də ehtiva olunan reallığlardan hesab
Tarix: 9-01-2022, 17:17
Google+ Paylaş
Tumblr Paylaş

Şərq-Qərb paralelləri müstəvisi üzərində, Mərkəzi Asiya uğrunda savaşın görünməyən tərəflərinə bir baxış Bu savaş həmçinin ən yaxın siyasi tarixin, uzaq dərin maraqlara cavab verməməsi paradoksallığı konteksində də ehtiva olunan reallığlardan hesab

9-01-2022, 17:17



Elşad M. Turan
-------------------------



Bəzən bölünmüş dünyanın təzədən bölünməsu uğrunda gedən savaşda, gələcək hədəflər üçün seçilmiş geostrateji maraqlar, tarixi geosiyasi kökləri dibindən qoparıb atmaq gücündə olmur(!); Mərkəzi Asiyanın Şərq-Qərb paralelləri müstəvisində geosiyasi və geostrateji baxımdan ən böyük, ən əhəmiyyətli, possovet dönəmindən sonra hazırda uğrunda savaş gedən ölkəsi olaraq. Qazaxıstanda son baş verənləriin konteksində cərayan edən hadisələr, bu hadisələrin təhlili bir daha bütün bunları sübut etməyə imkan verəndir(!)

Beləki post sovet dövründən sonra Rusiya. Qərblə münasibətlərdə hər vəchlə tarixi maraq dairəsində olan əraziləri zaman-zaman bir daha öz təsir və nüfuz həlqəsindən çıxmaması, əksinə sözügedən regionlar üzərində bundan sonrakı imperiativ dominatlğını təzədən bərpa etmək planlarını işə salmaq, mövcud rejimləri təzyiq, təhdid hədə dolu siyasi gedişləri ilə, üstəlik kütlə xofu yaratmaq, lazım gələrsə münaqişə zonaları formalaşdırıb. bu məzmundaca hərbi doktirinları gerçəkləşdirməyi belə bütün gələcək hədəfləri üçün hesablamağı bacarmışdı(!)


Qazaxıstan hadisəsi, Qırmızı Kremlə bu zonada Qərbin maraqlarını sıfra endirmək, və region üzərindən gələcəkdə bütün tərəfləriylə diktə etmək imkanlarını geosiyasi əlində cəmləmək fürsətini bir daha vermiş oldu; çünki yola kim nəzarət edirsə, üstünlük və bütün imkanlar da həmin tərəfin əlində olur. Rusiya bu imkanı doğurdan da qazandı.

ABŞ-ın isə bu məsələdə susması və loyallığı başa düşüləndir; çünki bu ölkənin strateqlərinin hədəfində Mərkəzi Asiya coğrafiyasında xüsusi ilə Qazaxıstan məsələsində onun Rusiya ilə başa- başa gəlmək planları real görünmür.

Heç qərb dövlətləri də bir başa bu konteksdə Rusiya ilə ağrımayan başına dəsmal bağlamaq fikirində deyil; Sadəcə türkdilli respublikalarla maraqlarında oyuna saldıqları Türkiyəni qabağa vermələri belə. baş verən hadisələrin fonunda o qədər də, ciddi hərəkətə keçmənin işartılarını belə özündə ehtiva etmək iqtidarında olmadı.


Çünki hazırda Türkiyənin daxilində həm Qərblə münasibətlərdə, həm də ictimai- siyasi, sosial- iqtisadi vəziyyət ürəkaçan deyil. Qazaxıstan hadisəsi ilə özünə əlavə problem yartmaq Ərdoğanın düşünürük. umrunda belə deyil.


Bu konteksdən də Türkiyə, öz problemlərini bir kənara qoyub Kremllə bu regionda Qərbin siyasi əlinə oynaması heç ağlabatan görünmür. Bu üzdən də Rusiya Qazaxıstan hadisələrində əvvəlcədən planladığı siyasəti həyata keçirməyə getdigcənail olur və bundan sonra da tək başına bu oyunu oynayıb. davam etdirməyə özündə güc tapacağına inanır. Yanvarın 2-dən bu günə kimi davam edən iğtişaşların sönməyən alovu getdigcə səngiməyə başlayır. Ölkəyə çağrılan KTMT-nin Rusiya başda olmaqla " sülhyaratma " ordusu artıq vəziyyəti nəzarətə götürməkdədir və bundan sonra da hadisələri səngitməyi. asayişin əvvəlki məcrasına qaytarılması da yəqin baş tutacaq.


P.S. Bu üzdən dəİİ Dünya müharibəsindən bu günə kimi real siyasi bölünmüş dünyanın təzədən bölünməsi məsələsi bir çox ziddiyyətləri ilə diqqət çəksə də. ancaq tarixi imperiativ maraqları olan dövlətlər bölüb özlərinə götürdükləri coğrafiyaların bir qarışını belə digər maraqlı döblətə həm geosiyasi həm də geostrasteji güzəşətə getmirlər. Hazırki Mərkəzi Asiya regionunda baş verən hadisaələr də bu kontksdən cərayan edən Qlobal Planlarından hesab edilənidir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ