Təhsildə  fin " milli  düşüncəsi "  və ya  elm və təhsilini ticarətə çevirən xalqın, sabahkı tarixi, milli faciəsinə acı bir elegiya
Tarix: 7-11-2021, 02:49
Google+ Paylaş
Tumblr Paylaş

Təhsildə fin " milli düşüncəsi " və ya elm və təhsilini ticarətə çevirən xalqın, sabahkı tarixi, milli faciəsinə acı bir elegiya

7-11-2021, 02:49

Elşad M.Turan

------------------




Finlandiyanın xanım təhsil naziririnə belə bir sual ünvanlanır:-
Sizin ölkənizdə niyə özəl təhsil yoxdur ?
Xanım nazir, ona ünvanlanan suala belə bir cavab verir:-
Bizim ölkəmizdə təhsil. ticarət deyil(!)


Necə də sadə, lakonik və fin milli düşüncəsinə sığan tutarlı və məntiqi cavabdır!

Fin xalqı əhali sayına görə dünyada az saylı olsalar da. ancaq Avropada, həmçinin bütün dünyada milli düşüncə, siyasi, iqtisadi və sosial baxımdan olduqca inkişaf etmiş.güclü intellekt və potensiala malik ağıllı xalqdırlar.

Elə təhsil nazirinin ona ünvanlanmış suala verdiyi cavab da. finlərin milli iradə və milli maraqlarına söykənən və bu baxış bucaqından doğan tarixi cavabıdır.

P.S. Bəs maraqlıdır. Finlandiya kimi inkişaf etmiş ölkəylə müqayisədə, Azərbaycan təhsilinin vəziyyəti necədir(?); əgər doğurdan da şəxsi maraqlardan yox, milli və dövlətçilik maraqlardan baxsaq çox acınacaqlıdır(!)
Azərbaycan təhsilini sadəcə,insafsız ovçu tərəfindən ovlanaraq, başı bədənindən ayrılmış və ayrılmış başından uzaq düşmüş(salınmış) bədəni də müxtəlif hissələrə parçalanan ahu balasına bənzətmək,bu mövzuya epitet kimi də müqayisə ediləndir.
Bu gün Azərbaycan təhsilini parçalayıb olduqca ucuz bazarlığa çıxararaq, bir millətin vacib tarixi, strateji maraqları ilə ticarət yapmaq, çox faciəvi və dəhşət doğuran haldır.


Gəlin milli maraqlarımız üçün bir az düşünək və müqayisəli təhlil aparaq; əgər bu gün Azərbaycanda ümumi orta təhsil varsa və şagirdlər 11 il ərzində oxuyub. biliklər qazanırsa . o zaman ali məkətəb hazırlığı üçün repititor kimə və nəyə lazımdır.
Yox əgər orta məktəbdə təhsil alan şagird 9-cu sinfdən başlayaraq, (beş fənn daxil olmaqla)( hər biri 80- 100 AZN) repititor hazırlığına. yüzlərlə kurslara gedirsə, bu zaman orta məkətəb hansı işə yarayandır(!)


Əgər orta məktəb sadəcə formal xarakter daşıyır(sadəcə necə gəldi təhsil verirsə) və ali məktəbə qəbul olunmaq üçün faydasızdırsa, bəs dövlət bu qədər vəsaiti orta təhsilə. şagirdlərin bilik qazanmasına(?) niyə xərcləməlidir(!)

Yox əgər, dövlətin orta təhsilə xərclədiyi vəsait heç bir müsbət nəticə vermirsə və bunun da qarşılığı olaraq. şagird və onun valideyini təzədən sosial cibindən ali məktəb hazırlığı üçün 3 il müddətində repititorlara 10 minlərlə əlavə pul verirsə, bu zaman dövlətin təhsil siyasəti ilə məşğul olan texnoloqları, bu nəticəsizliyin dövlətə vurduğu ziyanını təhlil edib, proqram şəklində niyə hökumətin qabağına qoymurlar(?) (!)
Ölkədə özəl və dövlət ali məktəblərindəki ödənişli ixtisalara gəldikdə də orta təhsil zamanı qarşılaşan ziddiyyətlər, bu sahədə də daha çox qabarığ özünü büruzə verəndir.


Beləki, əhalisinin digər böyük və inkişaf etmiş ölklərdən fərqli olaraq. Azərbaycanda bu qadər özəl ali məktəblərin olması. ( əslində heç ümumiyyətlə olmamalıdır) üstəlik, dövlət ali təhsil müəssisələrində də ödənişli əsaslarla təhsilin mövcudluğu. yenə də Avropa təhsil sisteminə inteqrasiya və uyğunlaşmanın(əslində zorla və məcburi) təzahürü yox, sadəcə bir para maraqların ölkə təhsilindən gizli məqsədlərini( yəni ticari) güdəməsi, ardınca, təhsildə keyfiyyətin yox, daha çox kəmiyyət subyektinin prizmasından maddi maraqlarının təmin edilməsi kimi başa düşüləndir.
Başqa heç nə.

Bu üzdən də hər gün Bakı şəhərində və bölgələrdə fəaliyyt göstərən 10 minlərlə ali məktəb tələbəsinin səhər o başa, günorta bu başa. axşam da digər bir başa (!) köç etməsi əzab- əziyyətinin. şəhərdə sıxlıq və gərginliyin yaranmasının, ailələrin övladlarına zor-güc bəla təhsil vermək faciəsinin. ali məktəblərdə də təhsilin sıfır səviyyəsində olmasının. tələblərin dərsə oxumaq üçün yox. sadəcə vaxt öldürmək məqsədilə gəlmələrinin bu gün tarixi, milli dəhşətini yaşayırıqkimi ifadəni işlətmək heç də nə cinayət, nə də tarixi yanlışlığ olmaz(!)

Çünki bu gün Azərbaycanda orta və ali təhsilin dünya standartlarına və inkişaf ölklərin səviyyəsinə uyğun gəlmədiyi şəksiz, aksiomatikdir(!)
Ölkənin təhsil sistemi çkalanın sıfır həddindədir; qəbul imtahanlarında yüksək bal toplamaq hələ bilikli olmağın nəticəsi və təhsilin. həmçinin təhsil verənin. ardınca da təhsil alanın uğuru kimi qiymətləndirilməməlidir.


Bu sadəcə, bir öyrəncinin hazırılğ zamanı həddindən atiq uzun təkar və əzbərçiliyin nəticəsi kimi yüklənməsi, beyninin əhatə dairəsinin həcmindən artığ həmin təkrar və əzəbərçilik yolu ilə məlumatla qablaşdırlması, sonunda nəticənin qoyulan qiymətləndirməyə uyğun olmasından başqa bir şey deyildir. Sonrası isə heç kimə maraqlı gəlmir.

Əsas nəticədir; zorlanmış və həddindən artığ yüklənmiş şagird və onun çarısiz beyni, sonrakı periodlarda hansı erroziya və deformasiyaya məruz qalacağı, əslində heç kimi maraqlandırmır.

Əsas maraq və göstərici,yüklənmə(zorlanma) zamanı əldə edilən və gözə girən nəticədir.

Qazanılmış nəticənin ardınca yaranacaq sonrakı fəsadslar nə valideynin, nə müəllimin. nə də ümumiyyətlə cəmiyyətin heç vecinə də deyil.
Bax, bütün faciələr də alınmış və zorla qazanılmış bu nəticədən sonra özünün köklü fəsadlarını getdigcə üzə çıxarmağa əndişələnir.


P.S.P. Fin dövləti isə öz xalqının gələcək milli müqəddaratı üçün təhsil alan vətəndaşına həm qayğı göstərir. həm də onun keyfiyyətli təhsil alması( verməsinə) istiqamətində özünün yüz illərə hesablanmış proqramını daim işlək mexanizm halına gətirir(!)
Çünki Finlandiyada təhsil ticarət deyil; ancaq bizdə təhsillə bərabər, hər şey ticarətdir(!)'
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ