13-11-2019, 16:41

Yaxud PərdəArxası Qlobal Söz və Güc Sahiblərinin Bəşəriyyətə Qarşı Elan Edilməmiş Gizli Savaşı

İqlimin istiləşməsi ilə mübarizə: bəzi mənbələrdə mənasız məqsədlər, məsrəfli qərarlar, saxtalaşdırılmış dəlilləri kimi də qiymətləndirilir.
Məsələn, 2014-cü ilin 17 martda «Известия» qəzetində T.Blerin «İqlimin dəyişməsi və Afrikaya kömək: qərarlar məsrəfli görünə bilər, Iakin uğursuzluq daha baha başa gələcək» adlı, bu ilin yayında Britaniya tərəfindən «səkkizlik qrupunun» sammitinə çıxarılmış əsas mövzuları aşkar olunur.
Güman ki, ağlı başında olan heç bir kəs deməz ki, bu istilənmələrin səbəbi bəşəriyyətin kömür, neft, qaz yandırmalarıdır. Lakin, əgər keçmiş istilənmələr (özii də indikindən daha irimiqyaslı) antropogcn amillər yox, təbii amillər üzündən yaranmışlarsa, onda bəs müasir, daha zəif istilənmənin qəribəliyi nədədir? İndiki istilənmədə qeyri-adi, yaxud da fəlakətli heç bir şey yoxdur.
«Əgər dəniz səviyyəsibundan sonra da artacaqsa, yüz milyonlarla insan su altında qalacaq».
Dünya okeanının səviyyəsinin yüksəlməsi məsələsi elmi mübahisə mövzusu olaraq qalır. Bəzi göstəricilərə görə 1900-cü ildən dəniz səviyyəsi 5-15 sm artmış, bəzilərinə görə 2-3 sm aşağı düşmüş, bəzilərinə görə isə əvvəlki səviyyəsində qalmışdır. Ən cəsarətlilər XXI əsrin sonuna qədər onun 30-50 sm artmasını deyirlər. Bu az, yoxsa çoxmudur?
Bundan əvvəlki 18 min il ərzində Dünya okeanının səviyyəsi 120 metr qalxmışdır (hər yüz ildə orta hesabla 70 sm). Beş min il ərzində o, hər yüz il orta hesabla 1,5-2 metr qalxmışdır. Başqa sözlə desək, dəniz səviyyəsinin qalxması o zaman XX əsr üçün maksimal olandan on-iyirmi dəfə sürətlə və XXI əsr üçün daha radikal olandan iki-dörd dəfə sürətlə baş verirdi.
Belə çıxır ki, dəniz səviyyəsinin qalxması karbon qazının antropogen emissiyası ilə bunsuz getdiyindən daha asta gedir.
«İqlimin dəyişməsi - qabaqcadan bilinməz hadisələrdir: boran, tufan və quraqlıq».
Əgər iqlimin dəyişməsi qabaqcadan deyilə bilməyəndirsə, onda onun qarşısının alınması üçün görülən tədbirləri ləğv etmək lazımdır - ən yaxşı halda onlar mənasız olacaqlar.
Eyni zamanda son vaxtlar meteroloji proqnozların dəqiqliyi nəzərə çarpacaq dərəcədə artmışdır. Keçən ilin avqust-oktyabrında milyonlarla insan real zaman rejimində Karib dənizində baş verən tropik çovğunların hərəkətini müşahidə edə bilmişdilər, çünki bu barədə qabaqcadan məlumat verilmişdi.
Nəhayət, iqlimin quruluğu, bir qayda olaraq, soyuma zamanı güclənir və isinmə zamanı isə azalır. Rusiyada baş vermiş bütün fəlakətli quraqlıqlar (1891, 1922-1923, 1927-1928, 1933, 1946, 1964, 1972-ci illərdə) o zaman baş vermişlər ki, temperatur indikindən 0,9-1,6 dərəcə aşağı olmuşdu. İndiki istilənmə ərzində Rusiyanın ərazisində miqyasca onlarla müqayisə edilməli bircə quraqlıq belə qeydə alınmamışdır. Rusiyanın cənubunda və cənub-şərqindəki quraqlıq regionlarında düşən yağıntmın miqdarı ildə orta hesabla 45 mm, yaxud 9% artmışdır.
Qlobal istilənmə saxel Afrikada yağışların çoxalması və quraqlığın sona çatması ilə müşayiət olundu və bu da 1970-1980-ci sərin və quru illərdə milyonlarla insanın ölümünə səbəb oldu.
Deməli, dünyanın bir çox əraziləri üçün iqlimin istilənməsi - quruluğun qabaqcadan deyilə bilən zəifləməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artması, aclıqdan xilas olunma deməkdir. Cənab T. Bler bununla mübarizə aparmaq istəyir?
«Tezləşdirilmiş iqtisadi artımı «parnik effekti» yaradan qazların emissiyasınınazalması ilə uyğunlaşdırmaq mümkündür. Mütərəqqi ictimai siyasət sayəsində Böyük Britaniyanın iqtisadiyyatı 1990-2010-cu illərdə 36% artmışdır, həmin dönəm üçün parnik qazlarının ayrılmasını isə 15% azaltmaq mümkün olmuşdur...».
Birinci fikir mümkün deyil; hər halda texnoloji inkişafın indiki səviyyəsində. İkinci fikrə gəlincə isə, bu tam belə deyil.
Rəsmi statistik məlumatlara görə Britaniyada ÜDM 1990-2010-cu illərdə 36% yox, 32,2% artmışdır. ÜDM-in orta illik artım tempi ildə 2,4% və adambaşına ildə 2,0% olması tezləşdirilmiş iqtisadi artımın əlaməti kimi yalnız Avropa ittifaqının sklerotik durğunluq fonunda görünə bilər.
«Parnik» qazlarının ayrılmasının Ölkə ərazisində onların udulması ölçüsünə və transsərhəd keçidinə emissiyanın təshih edilməsi yolu ilə 14,9% azaldılması əldə edilmişdir. Emissiya özü isə 14,9% deyil, 10,4% azaldılmışdır. Özü də bu, daha çox metanın, azotun oksidlərinin, hidroftorkarbonların və perftorkarbonların ayrılmasının xeyli azalması hesabına baş vermişdir. Karbon qazına gəlincə isə, onun emissiyası cəmi 3,2% azalmışdır.
Lakin hətta belə cüzi azalma da yalnız 1995-ci ilə qədər baş verirdi. 1995-ci ildən karbon qazının emissiyasının artımı yenidən başlamışdır. 7 il ərzində bu artım 1,5%, 2003-cü ildə isə daha 1,6% təşkil etmişdir (VVP-nin 2,2% artımı ilə). Bu pis nəticə deyil, lakin bizi inandırmaq istədikləri möcüzələrdən hələ çox uzaqdır.
Başqa cür də olur: 1996-cı ildə iqtisadiyyatın 2,8%) artımı zamanı karbon qazının emissiyası 4,4% artmışdı. Niyə? Ona görə ki, illik temperatur orta çoxillik temperaturdan 0,8 dərəcə aşağı olmuşdu və bacarıqlı britaniyalılar yaşadıqları məkanların isidilməsini mənasız məhdudiyyətlərə riayət etməkdən üstün tutmuşdular.
Lakin əgər heç də kasıb olmayan «iqlim cəhətdən təşvişə düşmüş» Britaniya əhalisinin davranışı belə olmuşdusa, onda bəs o qədər də varlı olmayan Rusiyanın əhalisi necə hərə-kət etməli idilər? Həm də nəzərə alınmalıdır ki, Britaniyanın orta illik temperaturu müsbət 10,2 dərəcə, Rusiyanın orta illik temperaturu isə mənfi 3,4 dərəcə (çox vaxt da 1,5-2 də-rəcə aşağı-yuxarı) olur. Rusiyanın temperaturu Britaniyanın temperaturundan yalnız orta hesabla ölkə üzrə deyil, həm də praktiki olaraq ölkənin hər regionunda aşağıdır (təkcə Həştərxan, Dağıstan və Krasnodar vilayətləri istisna olmaqla).
Karbon qazının emissiyası məsələsində Birləşmiş Krallığın hökuməti də praqmatizm nümayiş etdirdi. T.Bler «mütərəqqi ictimai siyasətin» uğurlarını təbliğ edərkən, onun hökuməti Avropa ittifaqının rəhbərliyindən Britaniya üçün emissiyanın ən yüksək həddini rica edirdilər.
«İndi artıq hərəkət etmək lazmıdır. «SəkkizIik» bu işin təşkilatçısı kimi çıxış etməlidir... İqlim dəyişiklikləri ilə nə etmək təcili qərara alınmalıdır və biz bu məsələdə qlobal konsensusa çatmağı ümid edirik. Bu dəyişikliklərin hansı iqtisadi nəticələrə gətirib çıxaracağını da daha yaxşı anlamağa can atmaq lazımdır».
Mətnə diqqət yetirək: əvvəlcə hərəkət etmək təklif olunur, özü də təcili; sonra isə məhz nə etməyi qərara almaq və yalnız sonda - «artıq indi» mübarizə aparmaq tələb olunanın nəticələrindən baş çıxarmaq. Davranışın rasional təsəvvürü hərəkətlərin bunlara tam əks olan ardıcıllığını məsləhət görür.
Əvvəldə problemin məğzini anlamaq, yarana biləcək nəticələri ayırd etmək, potensial ziyanın ölçülərini dəqiqləşdirmək, onların minimizasiyasının mümkün variantlarını nəzər-dən keçirmək, adaptasiya üsullarını öyrənmək, hərəkət planı işləyib-hazırlamaq, onun dəyərini müəyyən etmək, onu potensial ziyanın ölçüləri ilə tutuşdurmaq təklif olunur və yalnız bütün bunlardan sonra - başqa bir daha ciddi tələbatın və məhdud ehtiyatların istifadəsinin digər daha effektli üsullarının olmadığı təqdirdə - hansısa hərəkətlərə başlamaq olar.
Əgər qlobal istilənmənin nəticələrinin dərk edilməsi hələ ayırd edilməlidirsə, ona əks-təsir tədbirləri üçün iqtisadi məsrəf artıq indi məlumdur. Bıı yaxınlarda Britaniyanın Ekzeter şəhərində keçirilmiş konfrans iştirakçılarının fikrincə, bu məsrəf 12-47 trilyon dollar təşkil edəcək (2009-cü ildə ÜDM-in dünya üzrə ölçüsü 40 trilyon dollara yaxın olmuşdur). İqlimin təbii dəyişmələrinə (o cümlədən bəşəriyyət üçün daha rahat olan) qarşı mübarizə apararkən bu fəaliyyətin ən vacib və effektiv olub-olmaması barədə düşünməyin mənası var.
İngiltərədə orta illik temperaturun artması birinci dəfə baş vermir. Hər halda beş dəfə onun qalxma sürəti indikini aşmışdı. Bu 1698-1712-ci illərdə, 1726-1738-ci illərdə, 1772-1781-ci illərdə, 1817-1828-ci illərdə və 1895-1904-cü illərdə baş vermişdi. Əgər o zamanlar Birləşmiş Krallığın baş nazirləri Q.Bolinbrok, R.Uolpol, F.Hort, R.Cenkinson, R.Solsberi, A.Balfur parnik qazları (eləcə də buxar, buxar maşınlan, buxarla işləyən gəmilər və qatarlar, buxar taxıldöyən maşınları, avtomobillər, kömürün, neftin, qazın yandırılması və i.a.) ilə mübarizəyə başlamaq kimi ağılsızlıq etsəydilər, onların şəxsi və siyasi talelərinin necə olacağı barədə danışmaq çətindir. Amma onların vətənlərinin tarixinin necə olmayacağı barədə cəsarətlə danışmaq olar. İngiltərə artıq heç vaxt «dünya emalatxanası», «dənizlər hökmdarı»,<> kimi yaddaşlarda qalmayacaqdı.

Turan Qafqazlarскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ