13-11-2019, 16:38

və yaxud üçünçü sivlizasiyanın dağılma saatı - sürətlə, anbaan gözləniləndir...

Mütəxəssislər bütün dünya ictimaiyyətini oyatmağa çalışırlar... Çünki, kosmoloq və riyaziyyatçılar qlobal istilənmə, nüvə silahının yayılmasının ikiqat təhlükəli olduğunu deyir, bu mənfi tendensiv amili nəzərə alaraq, təcili tədbirlər görməyi tələb edirlər.
Kembric universitetinin professoru Xokinq öz nitqini, «Qiyamət gününün saatı»na cavabdeh olan bir qrup alimin, həmin saatı daha iki dəqiqə qabağa çəkməsi ilə eyni vaxtda söylədi, əqrəblər gecə yarısına beş dəqiqə qalmış dayandılar. Bu tərpəniş, Şimali Koreyanın və İranın nüvə proqramını, mənfı iqlim dəyişikliyini əks etdirməyə yönəlmişdi.
«Dünyanın Xirosima və Naqasaki dəhşətlərindən sonra, müharibələrdə nüvə silahı istifadə olunmamışdır. Lakin dünya, dəfələrlə fəlakətə çox yaxın olmuşdur, - deyə professor Xokinq xatırlatdı, -bəxtimiz gətirməsəydi, indi hamımız ölmüşdük».
«Biz ikinci nüvə əsrinin astanasında və gözlənilməyən iqlim dəyişiklikləri mərhələsində dayanmışıq. Buna görə də alimlər, cəmiyyətin məlumatlandırılmasında,bəşəriyyəti hədələyən təhlükə barəsində liderləri xəbərdar etməkdə yenidən xüsusi məsuliyyət daşıyırlar».
«Əgər hökumətlər və cəmiyyət indi köhnəlmiş nüvə silahının istifadəsində və gələcək iqlim dəyişikliklərinin qarşısının alınmasında hcç bir tədbir görməsələr, biz ciddi təhlükə ilə üzləşəcəyik».
«Alim kimi biz, nüvə silahının təhlükəsini, bu dağıdıcı aktiv tektonik gücü potensialını dərk edirik. Bizə məlumdur ki, insan fəaliyyəti və texnologiyalar iqlimə çox ciddi təsir göstərir. Bu təhlükəli amil, Yerdə həyatı həmişəlik dəyişə bilər».
«Dünya sakinləri kimi biz, cəmiyyəti hər gün məruz qaldığımız lazımsız risklər haqda məlumatlandırmasaq, üstəlik, əgər hökumətlər, cəmiyyətlər, indi köhnəlmiş nüvə silahının istifadəsində, gələcək iqlim dəyişikliklərinin qarşısının alınmasında heç bir tədbir görməsələr, üzləşəcəyimiz ciddi təhlükələrin gətirəcəyi fəlakətlərin miqyasının dəhşətlərindən qaçmağın mümkünsüzlüyü , sabah, qapımızın kandarında bizi gözləməyə tənbəllik etməyəcək ».
Burada qeyd edək ki, «Qiyamət gününün saatı» Bulletin of the Atomic Scientists (BAS) nəşriyyatına aiddir. 60 illik tarixi ərzində onun əqrəbləri yalnız 17 dəfə yerini dəyişmişlər. Son dəfə bu, 2002-ci ilə, 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ raket müdafiəsi üzrə Müqavilədən çıxanda baş vermişdi. O zaman əqrəblər gecə yarısına yeddi dəqiqə qalanda dayandırılmışdılar.
«İqlim dəyişikliyi təhlükəsi nüvə silahı təhlükəsindən heç də geridə qalmır» - deyə BAS bildirir. «Onların effekti qısamüddətli perspektivdə nüvə partlayışlarının törətdiyi dağıntılar qədər dramatik olmasa da, iqlimin yaxın 30-40 dəyişməsi insan həyatının asılı olduğu yaşam mühitinə əvəzedilməz ziyan vura bilər».
Bundan əlavə, iqlim dəyişiklikləri təhlükəsi yeni xəritənin köməyi ilə əyani nümayiş etdirilir. Burada həmin dəyişikliklər, dünyanın müxtəlif cəhətlərinə necə təsir edəcəyi təfsilatı ilə göstərilir.
Yeni indeks üsulunun köməyilə yaradılmış və iqlim dəyişikliklərinin təbii titrəyişləriilə birlikdə qlobal istilənmənin də proqnozlarını nəzərə alan atlas göstərir ki, 2006-cı ilə bənzər (Böyük Britaniyada qeydə alınmış ən isti il)illər 2100-cü ilədək adi hala çevriləcək.
Tədqiqatlara Sürixdəki İsveçrə federal texnoloji institutundan Mişel Bettiq başçılıq edirdi. O, New Scientist jurnalına bildirirdi: «Ümid edirik ki, bu, təfsilatlara yayınmadan siyasətçilərə elmi faktları tez anlamağa imkan verəcək».
Tədqiqat Gcophysical Rescarch Letters jurnalında dərc edilmişdir. Onun nəticələri dünyanın doqquz xəritəsi halında təqdim olunmuşdur. Bunların da hər birində iqlim amillərindən birinin: yağıntıların, quraqlığın və temperaturun səviyyəsinin dəyişməsi işarə edilmişdir.
Ən güclü dəyişikliklərə məruz qalan ərazilər qırmızı rəng ilə qeyd edilmişdir. Ən yadda qalan şəkillərin birində temperatur dəyişkənliyi göstərilmişdir: qütb dairəsi və ekvator ətrafı ərazilər tünd qırmızı rəngə boyanmışdır. Deməli, burada temperaturun ən yüksək artımı gözlənilir.
Avropa və Birləşmiş Ştatlar əsasən sarı, narıncı rəngə boyanmışdır ki, bu da 6-7 bənddə orta rəqəmləri göstərir. Amazonka cəngəlliklərinə, Konqo hövzəsinə bənzər ərazilər isə qırmızı boyanmışdır: burada dəyişikliklər təqribən 11 bənddə göstərilir.
Başqa xəritədə demək olar ki, bütün dünya qırmızı boyanmışdır. Bu xəritə göstərir ki, anomal isti illərin olması tezliyi,- əvvəllər, belə illər iki onillikdən bir müşahidə olunurdu. 2100-cü ilə qədər isə, praktiki olaraq hər yerdə adi hal olacaq. Stokholm ətraf mühit institutundan Tom Dauninq hesab edir: «Bu, müzakirələrin mərkəzinə elə mühüm hadisələri gətirir ki, biz onlar haqqında ciddi narahat olmalıyıq...

Göyxanскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ