Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Budəfəki iclasda Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, bərpa olunan enerji m
Tarix: 3-03-2024, 08:35
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Budəfəki iclasda Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı rol, bərpa olunan enerji m

3-03-2024, 08:35

.

Bunu açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizinin təməli 2014-cü ildə qoyulub,1 il sonra nazirlərin Məşvərət Şurasının 1-ci iclası keçirilib.

Ekspert məlumat üçün qeyd edib ki, Cənub Qaz dəhlizi Azərbaycanın “Şahdəniz -2” yatağından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarına ixracını TANAP və TAP boru kəməri vasitəsilə təmin edir. 1841 km uzunluğa sahib olan TANAP 2018-ci ildə istismara verilib. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cu ildə 23 milyard, 2026-cı ildə 31 milyard kubmetrə çatdırılacaq.

“2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sazişə əsasən 2027-ci ildə Cənub Qaz Dəhlizi ilə ixrac olunan təbii qazın həcminin 2 dəfə artırılması razılaşdırılıb. 2023-cü ildə Türkiyə bazarına 9,5 milyard kubmetr, Avropa bazarlarına 11,8, Gürcüstana isə ötürülən təbii qaz 2,5 milyard kubmetr olub”, - deyə Samir Heydərov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,1 trilyon kubmetrdir. Azərbaycan Avropa enerji təhlükəsizliyinə töhfə verməklə bir daha özünü etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Belə ki, TAP boru kəməri əvvəllər İtaliyaya Azərbaycan təbii qazını ixrac edirdisə bu sıraya artıq 8 ölkə də qoşulub. Yunanıstan, Bolqarıstan, Bolqarıstan-Serbiya interkonnektoru vasitəsilə Azərbaycan qazının ixracı daha geniş bölgələrə reallaşdırıldı.

“Azərbaycan ənənəvi enerji rezervləri ilə yanaşı həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda, suda bərpa olunan enerjisinin texniki potensialı 292 QVt gücündə qiymətləndirilir. Bundan başqa, bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt həcmində dəyərləndirilir. 2022-ci ilin dekabrında 4 ölkənin Buxarestdə imzaladığı “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən 4 MVt-lıq yaşıl enerji Qara dənizin dibi ilə Avropaya nəql olunacaq”, - deyə Samir Heydərov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycanın enerji gündəliyi çox zəngindir və ölkəmiz həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji üzrə Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bütün bu uğurlar Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasətinin sayəsində mümkün olub. Azərbaycan Avropaya təbii qaz ixrac etməklə onların iqtisadiyyatını mümkün defoltdan xilas etməklə həm də həmin ölkələrin ekosistemlərinin mühafizəsinə töhfə vermiş olur: “Belə ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə çatır, ölkəmiz həm təbii qaz istehsalını artırır, həm də bərpa olunan enerji istehsalına başlayır. Eyni zamanda tranzit ölkə kimi Şərq-Qərb dəhlizində açar ölkə kimi tranzit imkanlarını Avropaya təqdim edir”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ