Dünyanı fəlakətlərə sürükləyən genetik təhlükə
Tarix: 30-10-2019, 16:32
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanı fəlakətlərə sürükləyən genetik təhlükə

30-10-2019, 16:32

ABŞ və Qərbin gizli laboratoriyalarında gen mühəndisləri təzə insan yetişdirmək üçün təcrübələr aparırlar

Türkiyənin gen üzrə mütəxəssisi, prof.dr. Turan Güvənin həyəcan dolu açıqlamları bütün bunları deməyə əsas verir

Seleksiyaçı alimlər "genetik klonlama ” işini artıq, 1950-ci illərdən başlayaraq elmi təcrübə kimi həyata keçirməyə başlayıblar. Ancaq bu tip genetik təcrübələrin davamlı şəkildə tətbiq edilməsi işi, bəşəriyyətdən uzun illər gizli saxlanmışdır. Nəhayət, 1997- ci ildə Roslin İnstitutunun genetika elmi üzrə aparıcı alimi Dr. Wilmut və onun qrupunun ”Dolly” adlandırdıqları, fiziki hüceyrənin ötrülməsi vasitəsiylə qoyunun surətinin alınmasından sonra, dünya ictimaiyyatı, gen mühəndislərinin həyata keçirdikləri gizli seleksiya işlərindən xəbər tutdular.
Açığı, elmin bu vasitələrə əl atması, böyük rezonanas doğuracaq ajotaj əmələ gətirdi. O üzdən də, bu addımların ətrafında uzun-uzadı söhbətlər, müzakirələr bir müddət davam etdi. Ardınca da, bu tendensiv mübahisəli düşüncələr, insanlar arasında ayrı-ayrı fikir cəbhələrinin yaranmasına aktiv impulsiv fon verən amilə çevrildi. Çünki, heyvanlar üzərində aparılmış genetik elmi işlərin insanlar üzərində tətbiq eilməsi məsələsini də gündəmə gətirirdi. Bu amil, genetika elminin sürətli inkişaf mərhələsinə qədəm qoymasından irəli gələn arqumentləri sıraladığından, artıq gen alimləri özləri belə qorxu keçirirdilər ki, insanın surətinin çıxarılması məsləsinin reallaşması, hansı dəhşətlərə fürsət verərdi. Bu mövzunun mahiyyət predmetinin insanlıq üçün nə qədər arzuedilməz faktor olduğunu bir daha inkişaf etdirmək məqsədi ilə, genetika məsələləri üzrə türkiyəli mütəxəsis, Prof.Dr. Turan Güvenin şok effekt verəcək arqumentləri ilə tanışlıq, fikirlərimizin alt qatındakı reallıqları oyatmaq tendensiyasına bir daha stimul verər. O üzdən də gen aliminin gəldiyi qənaət, bu gün bəşəriyyəti dərindən düşündürəcək məsələlər üzərində dayanmaq zəruriətinin labüd reallıqları ilə üz-üzə qalmağı, gündəmə gətirən amillərdən hesab ediləndir. Dr. Turan Güven, bu tematik konteksdə, klonlama yaxud, surətin alınması, həmçinin biologiya elminin "insan surəti" alınması mərhələsinə qədər gəlib çıxması, ümumiyyətlə, bu mərhələyə necə və haradan gəlinməsi məsələsinə izah verməyə çalışmışdır.
Alimin fikrincə, bu sadə bir problem olduğu kimi, cavabı da sadədir; bir canlı varlıqdan genetik xüsusiyyətləri bir-birinə bənzər ikinci bir canlını çıxarma hadisəsinə "surət” və ya "klonlama’’ deyilir. İkincisi, təbiətdə "bir hüceyrəli’’ orqanizmlər təbii və harmonik qanunauyğunluq şəklində öz surətlərini də formalaşdırmağı bacarırlar. Məsələn, bir bakteriya, qısa bir müddətdə çoxalaraq genetik xüsusiyyətləri bir-birinin eyni olan yüz minlərlə bakteriyanı əmələ gətirmək qabliyyətini özündə büruzə verir. Bu konteksdə bir sual ortaya çıxır: həmən canlı orqanizmlərin genetik kodunda mutasiya prossesi gedərsə, alınan surətlərin forması pozula bilərmi ? Prof.Dr.Turan Güven, bu sualın düz-mütənasib konteksi müstəvisində bir haşiyəni ortaq məxrəc üçün əsas götürüb və genetik düşüncələrini sakit məcrada izah etməyə çalışır.
Gen mütəxəssisi poladla çıxarılan bəzi bitkilər üçün də eyni prosseslərin bioloji olaraq baş verməsi tendensiyasını, bu qəbildən hesab edir. Professor bunu da arqument kimi əsas gətirir ki, bioloji çoxalan digər çox hüceyrəli və yüksək quruluşlu orqanizmlərdə hər bir fərd, atasının genetik surəti predmeti kimi qəbul edilə biləməz. Çünki, bunun arqumentə çevrilən bu faktorun iki əhəmiyyətli səbəbi vardır; birincisi, hər şeydən əvvəl təzə fərd, fərqli genetik məlumatları daşıyan iki insanın bərabər nisbətdə fəaliyyətləri ilə meydana gəlir. Bu tip bioloji tendensiv inkişaf dinamikası, döllərin heç birinin atalarından birinin genetik surəti olmaqa meyilliyi mümkün deyil.
İkinci fərqli xüsusiyyətin xarakterik səciyyəsi, artırma hüceyrələrinin bölünməsi və funksional hala gəlməsi əsnasında, homolog xromosomların qarşılıqlı genetik maddə dəyişməsi etmələridir. Bu da, dünyaya gələcək uşağın yalnız ana və atasının genetik surəti ola bilməyəcəyini aşkara çıxaran dəlillər sırasındandır. Həqiqətən də, uşaqlarımıza baxdığımız zaman bunu açıq bir şəkildə görürük. Eyni yumurta əkizləri, qardaş olaraq bir-birlərinin genetik kopiyası sayılırsa da, ana və atalarının kopiyası deyildirlər. Bu tendensiv amil, insanlar da daxil olmaqla, çox hüceyrəli orqanizmlər seriyasından sayılan canlıların kopyalanması, ancaq xüsusi tələb edilən şərtlərlə həyata keçirilə biləcəyi faktını bir araya gətirmək gücünü özündə ehtiva edir. O üzdən də, insan kimi mürəkkəb bioloji keyfiyyətlərə məxsus, çox hüceyrəli bir canlının bioloji olaraq asanlıqla kopyalanması adi bir hal deyil.
Prof.Dr.Turan Güven, həmçinin bu gün insanları düşündürən insan, canlıları daim nəzarətdə saxlayacaq bir mövqedə dayana bilərmi? sualını da cavablandırmağa özündə bir elmi güc tapmağa çalışır. Mütəxəssisin fikrincə, bəli, bu tendensiyanın doğruluğuna heç bir şübhə ediləcək kiçik detal yükü qədər ehtimal yoxdur. XXI əsrdə elm və texnologiyanın sürətlə inkişafına baxdıqda, insanlığın üç sahədə irəliləyiş qazandığının və nəhəng addımlar atdığına şahidlik etməkdən başqa çarəmiz qalmır. Bu inkişafların birincisi informasiya (elektron - rabitə-informasiya) texnologiyalarında; ikincisi kosmos işləri və uzaqdan qəbul etmə (kosmosdan müşahidə), üçüncüsü isə molekulyar biologiya,genetika mühəndisliyi sahəsində (biotexnologiya) özünün qabarıq tendensiv, aktiv impulsiv inkişaf fonunu verməyə meyillənir. Prof.Turan Güven, molekulyar biologiya və genetika mühəndisliyi sahəsindəki inkişafın xüsusi ilə üzərində dayanmağa diqqət çəkir. Belə ki, bu mütəxəssisin qənaətincə, ötən əsrin ortalarından başlayaraq, insan, molekulyar biologiya texnologiyasını inkişaf etdirərək, canlılar üzərində miqyası heç bir çərçivəyə sığmayan bir nəzarət mexanizmini həyata keçirmək imkanı qazanmışdır. Biotexnologiya, rekombinant-DNT texnologiyası, genetik mühəndislik sahəsində əldə edilmiş uğur, insan genomunu asanlıqla müəyyənləşdirib, canlı-canlı üzə çıxarmaq imkanları, dünyanın bir sıra aparıcı Qərb dövlətlərinin genetik labarotoriyalarında insan kopiyalama kimi təcrübi işlərin həyata keçirilməsinə, biologiyadakı böyük çevrilmələr və inkişafaf elementleri vasitəsi ilə nail olmaq fürsəti də vermişdir.Təxminən otuz il bundan qabaq, bir çox elm adamları onurğalı canlılar üzərində apardıqları surət çıxarma sınaqlarının nəticələrinin nəzəri və praktiki tərəflərini dərs kitablarına salır, həmən araşdırmaları orta məktəb şagirdlərinə izah etməyə çalışırdılar. Ancaq, həmin zaman kəsiyində genetika mütəxəssislərinin konkret ortaya qoyacağı naliyyətlər yox idi. Bütün bunlara baxmayaraq, indi insanların xəyallarını qarışdırmağa məcbur edən bir vəziyyətlə qarşı-qarşıya dayanmışıq; əvvəl-əvvəl qurbağa növündən olan heyvanlarla başlanan surət çıxarma genetik təcrübəsi, sonradan, qoyun və meymun kimi məməli heyvanların kopyasını çıxarmaq sınaqları ilə davam etdirilməyə başlanıldı. Bu gün isə daha dəhşətli bir tendensiya yaşanmaqdadır; gen mühəndisləri artıq, "insan kopiyalama" məsələsini gündəmə gətirib, bu təcrübənin inkişaf etdirilməsinə hazırlaşırlar. Prof.Dr.Turan Güven, genetik laboratoriyalarda son aparılan tədqiqatlar sırasında, gen mühəndislərinin həqiqətən kopya (klon) körpə uşaq yaratmağın mümkünlüyünə və yaradılıbsa, nümunəsinin varlığına, həmçinin, klon körpə ya da klon heyvanların uzun müddət yaşaya bilərmi məsələsinə də aydınlıq gətirib.
Turan Güven bildirib ki, elm adamları; birhüceyrəlilər, bitkilər və heyvanlar üzərində etdikləri təcrübi işləri, insan üzərində tətbiq edə bilməzlər. İnsan orqanizmi üzərində bu tip genetik təcrübi iş aparmaq, əxlaqi (etik) problemləri də özü ilə qabardar, ardınca, bu amil, ”təzə insan yaratmaq’’ kimi çox iddialı və təhlükəli bir məsələnin kompleks problem kimi ortaya çıxmasına gətirib çıxarar. Bu arqument, bəşəriyyətin növbəti mənfi stimul verən şok keçirməsi qədər fəlakətlərin özünə cığır açamsına da fürsət verər. Bu konteksdən də, "insan kopiyalama’’ sınaqları varsa da, bunu açıqlamaq, bütün dünyaya göstərmək, bu işin həyata keçməsinə maraqlı tərəflərin hazırda faydalı iş əmsalı kimi qazanc gətirən olmaz. Düşüncələrini bu tematik müstəvidə bölüşən Prof.Dr.Turan Güven, bu gün genetika mühəndisliyi və biotexnologiya sahəsində elmi nəzəriyyə, təcrübi sınaqlar keçirən bir sıra şəxslərin, adı gedən bölməyə obyektiv, dürüst münasibət bəsləmədiklərinin, insanlığın deyil, daha çox, dünyanı maraqları müstəvisinin əyri, kor bucaqları altından idarə edib, təsir dairələrində saxlamaq istəyən pərdəarxası güclərin planlarının reallaşmasına xidmətçilik göstərmələrinə də işarə etmişdir. O üzdən də, genitika və biotexnologiyanın bu gün ki, tendensiv inkişaf dinamikasının bəşəriyyət üçün qaranlıq qalan tərəfləri, hələ də, insanlıq üçün anlaşılan şəkildə açıqlanmadığından, bu istiqamətdə sızdırılan informasiyalar gərginlik gətirməkdən başqa heç bir əhəmiyyət daşımır. Buna mane olan bəziləri varsa, insanlıq üçün pis niyyətli əməllər daşıdıqlarını söyləmək mümkündür. Prof.Dr. Turan Güven, gen təcrübələrində insan surətinin alınması məsələsinə qayıdarkən, bunları bir daha izah etməyə çalışmışdır.
İnsan surətinin genetik təcrübə vasitəsiylə alınması, bir canlı orqanizmin sahib olduğu genetik xüsusiyyətləri daşıyan əlavə çox sayda həmin canlının bənzərini yaratmaqdır. İngiliscə "surəti" termininin qarşılığı "cloning"dir. Məsələn, bir bakteriya hüceyrəsi alınır və uyğun bir mühitdə çoxalması təmin edilsə, meydana gələn hər bakteriya digərinin kopyasıdır. Sərbəst bir hüceyrənin surətini çıxarmaq nə qədər asansa, çox hüceyrəli bir orqanizmin surətini çıxarmaq da, o qədər çətindir. Gəlin bir anlığa düşünək, əgər qardaşınız və ya qardaşlarınız varsa, onlardan fərqli bioloji xüsusiyyətlərə sahib olduğunuzu görürsünüz. Eyni ana və atadan olan qardaşlar arasında belə bioloji xüsusiyyətlər baxımından fərqliliklər varsa, o zaman artırma hüceyrələrinin normal birləşməsi ilə bu "surəti” əməliyyatını həyata keçirmək mümkün deyil. Çünki, bu tip bioloji xüsusiyyətlərin təyini, bədən hüceyrələrindəki genetik mətumatın istifadəsini zəruri hala gətirir. Yəni, bədəndən alınan bir hüceyrənin genetik məlumatı ilə təzə bir fərdin meydana gəlməsi üçün texniki tənzimləmələri etmək daha məntiqli görünür.
Bədənimizin hər bir hüceyrəsindəki nüvədə, bir insan orqanizminə aid bütün məlumatlar sıxışdırılmışdır. Eynilə bir CD (compact disc) kimi ... Bu hüceyrələrdən birinin nüvəsi çıxarılır və nüvəsi çıxarılmış bir yumurtaya aşılanırsa, döllənmə hadisəsi, təqlid edilmiş olunacaq. Nüvə hansı insanın bədənindən alınsa alınsın, yumurtaya əlavə edildikdən sonra o insanın genetik məlumatına görə bir insan inkişafa başlayacaq. Genetikada insan surətinin çıxarılması təcrübəsinin tətbiqi üçün nəzəri baxışın əsası predmeti indi açıqlanan detallar yüküdür. Ancaq, görüləcək iş, izah ediləcək qədər sadə əmələ gələn deyil.
Turan Güven, genetik təcrübələr baxımından insan surətinin çıxarılmasına tematik şərh verdiyinin ardınca, biosferin ən inkişaf etmiş və ən mükəmməl təchizatlara sahib bir varlığı sayılan insana, biosferdə qərar tutmuş digər canlıların həyatına müdaxilə etmək haqqının verilmədiyi bir halda, öz cinsindən "surət” çıxarmaq haqqının ona kimin verdiyinin məsələsinə aydınlıq gətirməyi unutmamışdır. O, sual dolu bir məntiqi yanaşma etmişdir; gen mühəndisinin düşüncəsinə görə əgər genetik yolla təzə insan yaradılacaqsa, genetik kopyalama ilə yaradılan fərdin sonradan insanlıq üçün fəsad gətirəcək fiziki və zehni pozuqluğuqlarına kim məsuliyyət daşıyacaq? Belə bir vəziyyət əmələ gələrsə, bəşəriyyət hansı dəhşətlərin dəhşətlərini yaşamayacaq, bu mənfi tendensiv amil, nə qədər əxlaqi dəyərlərin baxış bucağından qəbul ediləndir? Üstəlik, kopyalanan insanın genetik baxımdan ana və atası kim olacaq? iki anası, atası olacaq? Genetik kopiyanın orijinalı ilə əlaqələri necə olacaq? Kopyalanan insanlar, kölə və idarə olunan döyüşçülər olaraq istifadə ediləcək? Maraqlıdır, genetikanın atacağı bu addımı, faydalı bir elmi inkişaf olaraq, nə qədər izah edə bilərik? Bəzi elm adamları, orqanların köçrülməsinin istifadəsi zamanı, bu təcrübələrdən faydalı surətdə istifadə edilməsinin zərurətini söyləyirlər. Bir də ki, istər kopya olsun, istər orijinal; ortada yaşayan bir insan orqanizmi olacaqsa, onun bugünkü insanlardan fərqli bir hüququ olacaq? "Kopyalanmış insan" dediyimiz varlığın ruh və psixoloji vəziyyəti necə olacaq? Ancaq, hələ ki, bütün bu tərs-mütənasibliklər müstəvisində həllini gözləyən suallara cavab verəcək elm adamları, günümüzün içində zaman çərçivəsinin hərəkət trayektoriyasını dönməyə məcbur edəcək addımlar atan pərdəarxası maraqlara xidmət göstərdiklərindən, bəşəriyyəti fəlakətlərə sürükləyən təcrübələrin gətirəcəyi fəlakətlər, problem olaraq qalmaqdadır.
Maraqlıdır, bu gün ABŞ və Qərbin genetik laboratoriyalarında insan genləri üzərində səylə çalışan gen mühəndisləri, kopyalanan insan yaradarlarsa, həmin insanın ruh ölçüsü necə olacaq?
İki insanın (kişi-qadın) cütləşib, dünyaya uşaq gətirmək isdədikləri zamanı, doğulacaq uşağın ruhunun hansı forma və məzmunda əmələ gələcəyi. Həmin cütlüklərin ağıllarına görəsən gəlir? Çünki, onu var edən və yaradan Allahdır. İnsanlar, sadəcə, bu missiyanın daşıyıcısıdırlar. O zaman, bir canlıdan yeni nəsillər çıxarıb, çoxaldıb, yetişdirərkən, genetik süni vasitəylə formalaşdırılan həmin canlının ruhunun olacağı haqqında sualı insanlar özləri-özlərinə verirlər? Ümumiyytlə, biz insanlar ruhumuzun bədənimizin hansı hissəsində qərar tutduğu haqqında bir bilgiyə malikik?
Bəlkə də ruh, insanın bütün hüceyrələrində, hətta, atomlarından eyni sıxlıqda var.
Genetik araşdırmalar zamanı insan surəti mövzusunda həddindən artıq, mübahisələr bu gün də gündəmdədir. Hətta, bir amerikalı gen araşdırmaçısı, "Yaxın zamanlarda insan kopiyalamaqla, Tanrı kimi qüdrətli, məlumatlı qəbul ediləcəyimizə əminik ” deməkdən belə çəkinməmişdir.

Ayla Qafqazlarскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ