30-10-2019, 16:15

SİVİLİZASİYA, İLDRIM SÜRƏTİ İLƏ GEN MÜHARİBƏLƏRİ MƏRHƏLƏSİNƏ YAXINLAŞMAQDADIR

1997-ci ildə Sülh mədəniyyəti və demokratiya Beynəlxalq institutu eyni adlı bir kitab buraxdı. Bu kitabda yeni yaradılacaq sülh konsepsiyasının məqsədi müəyyən olunmuşdu: sosial dəyişikliklərin həyata keçirilməsi üçün müharibələr aparmaq yerinə xalqlar, müharibə mədəniyyətini humanizm və sosial ədalətə yönəlmiş yeni dinamik proseslə əvəz edə bilərlər. «İnsan genomu» Beynəlxalq proqramının həyata keçirilməsi ilə əlaqədar, populyasiya genetikasının rolu bu prosesdə başlıca əhəmiyyət kəsb etdi. Genetiklər tərəfindən «Həyat kitabı» adlandırılan «Insan genomu» kataloqu - hər iki tərəfi kəsən bir qılıncdır. «İnsan genomu» Beynəlxalq layihəsi, əhəmiyyətinə görə kosmosa ilk insan uçuşu, yaxud da «Apollon» proqramı - astronavtların Aya enmələri ilə bir tutulur.
Rusiya Elmlər Akademiyasının V.A.Engelqard adına molekulyar biologiya institutunun direktoru, «İnsan genomu» Beynəlxalq proqramının (Xyüqo) vitse-prezidenti akademik A. D. Mirzabekovun fikrincə, insanın bütün genlərinin tam strukturunun öyrənilməsi, daha doğrusu, insanın gcn təbiətinə müdaxilə etmək bəşəriyyətə və sivilizasiyaya kəskin təsir edə bilər. «İnsan genomu» layihəsinin etik və hərbi problemləri haqda akademik Andrey Daryeviç Mirzabekovun fikirlərinə müraciət etməmişdən əvvəl qeyd edək ki, o, «atılma» nəzəriyyəsinin, yəni insanın başqa planetdən gətirilərək Ycr kürəsinə atılması nəticəsində yaranışı nəzəriyyəsinin tərəfdarıdır.
Akademikin fikrincə, hesabatlar göstərir ki, birhüceyrəli varlıqdan insan kimi mürəkkəb bir obyektə gətirən bütün təsadüflər zəncirinin baş verməsi üçün milyard dəfə uzun müddət lazım idi. Yəni, «homo sapiens» adlı eksperimentin reallaşması üçün beş milyard ildən -Yer kürəsinin yaşından milyard dəfə uzun müddət lazım idi. Molekulyar biologiyanın göstəriciləri də Darvin nəzəriyyəsinə ziddir. Müxtəlif heyvanlarda RNK və DNK sintezi tamam müxtəlif olur. Bıından əlavə, bəşəriyyətin yüz min il bıından əvvəl Afrikadan qaçmış bir Həvvadan doğulmasının əsaslı elmi sübutları mövcuddur. O, Adəmləmi qaçmışdı? Həvvanın neçə kişisi vardı və onlar haradan yaranıblar? İnsan genomunun, xüsusilə də kişi cinsini müəyyən edən iqrek-xromosomun öyrənilməsinin bu məsələni həll edə biləcəyi istisna deyil.
Bəşəriyyət indiyə kimi bilmir ki, homo sapiensin bilavasitə sələfi kim olub. «İnsan genomu» layihəsinin aktuallığı ondadır ki, genofond və populyasiyada genetik proseslərin bütün məcmusu özünə görə bir «izləyici sistem»i ifadə edir. Bu isə bir-birini əvəz edən iqtisadi və sosial şəraitin təsiri altında baş verən dəyişiklikləri qeydə alır. Akademik A.D.Mirzabekov hesab edir ki, genlər insanın fizioloji, psixi və ola bilsin ki, sosial əlamətlərinin böyük əksəriyyətini kodlaşdırır. Fərz edək ki, sosial-iqtisadi dəyişikliklər sürətlənəndə bütün qanunauyğunluqlar təhrif olunur və bir nəsil üzərinə o qədər güclü stress yağır ki, bunun nəticəsində gənclik və deməli, tarixi proseslər əhəmiyyəti dərəcədə az da təhlükəlidir.
Amerika alimləri C.Uotson, V.Makkuzik və b. «İnsan genomu» layihəsinin təsiri haqqında nikbinliklə düşünürlər, lakin «Yer kürəsi insan üçün təhlükəli məkan olmağa başlayır, insan özünün doğurduğu qara qüvvələrdən qorunmaq ehtiyacındadır. İnsan hələ ki, özünü Qırmızı kitaba salmayıb, lakin, onda genetik yükün ağırlaşması, yəni onun genetik aparatının zərərli irsi dəyişikliklər, mutasiyalarla ağırlaşması insanın qorunması üçün təcili ölçü götürməyə, yeni imkanlar axtarıb tapmağa (hətta əgər onların tətbiqi hələ mümkün deyilsə də) vadar edir» - xəbərdarlığı məhz Xyüqo şurasının üzvü, bir vaxtlar SSRİ EA «İnsan genomu» üzrə elmi şurasının sədri olmuş akademik A.Bayevə məxsusdur.
Bu cür mövqe sivilizasiyanın seytnotda olduğunu (fikirləşməyə zamanı olmadığını) hesab edən alimlər üçün səciyyəvidir. Belə görünür ki, A.Bayevin və bir sıra digər genetiklərin fikri belədir ki, sivilizasiya artıq özünün get-gedə daha da mürəkkəbləşən problemlərini «ənənəvi» metodlarla həll etmək iqtidarında deyil. Əlbəttə, «İnsan genomu» layihəsi çoxları tərəfindən radikal vasitə kimi, gen mühəndisliyinin qlobal metodu kimi qəbul edilir. Heç olmasa ona görə ki, üçüncü dünya ölkələri ilə «İnsan genomu» layihəsinin reallaşmasına böyük vəsait sərf etmiş «əzəmətli yeddilik» arasındakı qarşılıqlı münasibət kökündən dəyişir. Bu və ya digər ölkənin müstəqillik dərəcəsi insan genomu haqda yığılmış bilik bankına çata bilmə dərəcəsi ilə düz mütənasib olacaq.
Akademik A.Bayev qeyd edir: «Təkamül inkişafının müxtəlif pillələrində duran varlıqların genlərinin öyrənilməsi genomların təkamülünü anlamağa yol açacaq və deməli, mikroblara, bitkilərə, heyvanlara aid eksperimental imkanları da genişləndirəcək». Əlbəttə ki, insana da. Alimin fikrincə, bütünlüklə tam populyasiyalar da istisna deyil.
Layihənin səhmdarları - ABŞ, Almaniya, İngiltərə, Yaponiya, Fransa, Rusiya - genomların təkamülünün gedişinə heç hiss edilmədən, lakin, əhəmiyyətli təsir etmək imkanı qazanırlar. Aydındır ki, hər etnos öz nadir psixiki, fizioloji və sosial əlamətlər toplusuna malikdir. Layihənin səhmdarları bu yaranmış imkandan necə istifadə edəcəklər? «Həyat kitabı»nın səhmlərinin nəzarət paketinin sahiblərinin maraqları bir məsələdə üst-üstə düşür: səhmdarlar «İnsan genomu» haqda məlumatın yayılmasında maraqlı deyillər. Lakin, bu layihə üzrə tədqiqatlarda iştirak etmiş keçmiş SSRİ dövlətləri (Belorusiya, Ukrayna, Azərbaycan) tez və ya gec «İnsan gcnomu» layihəsinin gedişində yığılmış məlumatın öz payına düşən hissəsinin iddiasına başlayacaqlar.
Əsas təhlükə, layihənin digər iştirakçılarından xeyli uzaq məsafədə olan Yaponiyadır ki, o da yığılmış məlumatın çox böyük hissəsinə malikdir. Hələlik, tətbiq olunan təsir metodları çox köhnəlmiş, məsrəfli və həddən artıq nəzərə çarpandır.
XXI əsrdə «Səhrada tufan» kimi əməliyyatlar tam başqa, hiss olunmaz və qeyd edilməz olacaqlar. Sivilizasiya ildırım sürətilə gen müharibələri mərhələsinə yaxınlaşır. «İnsan genomu» kimi qlobal layihələrə hərbi nöqteyi-nəzərdən baxılması haqda öz düşüncələrini alimlər Çarlz Piller və Keyt Yamomoto «Gen müharibələri: yeni gen texnologiyalarına nəzarət» kitabında bölüşmüşlər. Akademik A.D.Mirzabekovun bu mövzuda fikirləri 1945-ci ildə Eynşteynin düşdüyü vəziyyətə düşmək istəməyən intellektualın prinsipiallığından və düzgünlüyündən xəbər verir. Lakin, bununla belə, insan sivilizasiyasının inkişaf gedişi elədir ki, mənəviyyatın və etnopsixoloji keyfiyyətlərin vahid şəklə salınması mümkündür. Bu, insan nəslini qorumağın yeganə yoludur.
Akademik Mirzabekov deyir: «Biz başa düşürük ki, layihənin həyata keçirilməsi bəzi neqativ nəticələrə gətirib çıxara bilər. Məsələn, hər hansı bir ayrıca götürülmüş şəxs necə qəbul edə bilər ki, onun genomu haqda məlumat dövlətin, yaxud da özəl şirkətin ixtiyarında olsun? Təəssüf ki, insan genomu haqda məlumat irqi müharibələrin qızışdırılması üçün də istifadə edilə bilər. Belə ki, insanların qeyri-bərabərliyi dəlilləri dəhşətli şərh edilə bilər».
Doğrudan da, qorxu üçün əsas var: genetiklərin ortaya çıxardıqları «insanların qeyri-bərabər olmaları haqda dəlillər» siyasətçilər tərəfindən «dəhşətli şərh edilə bilər». Akademik A.D.Mirzabekov bu qorxunu belə ifadə edir ki, alimlər yenə də partlayış təhlükəli məlumatın yığıcıları kimi istifadə olunurlar,işəsalma düyməsi isə yenə də siyasətçilərin və hərbiçilərin əlindədir.
Alim, insanın genetik təbiətinə müdaxilənin bəşəriyyət və sivilizasiyaya kəskin təsir göstərə biləcəyini etiraf edir. Burada nə nəzərdə tutulur? «Yəqin ki, insan genomunun bilinməsi müharibələr (həmçinin, irqi müharibələrin) aparılmasının yüksək effektiv vasitələrinin yaranmasını təmin edə bilər» - deyə o bildirir. Akademik çıxış yolunu nədə görür? «Problem yeni effektiv məhvetmə vasitələrinin yaradılmasında deyil, bütün bəşəriyyət üçün qəbul edilə bilən və belə konfliktləri istisna edən siyasi, sosial strukturun tapılmasındadır. Mənim fikrimcə, hal-hazırda dünyada elə bu baş verir»-deyə A.D.Mirzabekov bildirir.
Həddən artıq ehtiyatlı və sürüşkən ifadə olunmuş bir nikbinlikdir. Hələ bu da var ki, alim özü qeyd etdiyi kimi, ABŞ-da «ulduz silahı» hazırlayan və eyni zamanda insan genetikası sahəsində tədqiqatlar aparan böyük laboratoriyalar mövcuddur.
Yekunda, incə istehzanın gözəl nümunəsi: A.D.Mirzabekov tibbin inkişafına, irsi xəstəliklərin müalicəsinə verilən mübahisə olunmaz vacib töhfə üzərində dayanaraq qeyd edir: «Bu mənada, mənə elə gəlir ki, insanın genomunun öyrənilməsi, hər bir insanın özü haqda belə məlumata malik olması (əgər insan üçün bunun bir əhəmiyyəti varsa), hər bir kəsə öz həyatını optimal qura bilməsi imkanı vcrər». Fikrimizcə, akademik A.D.Mirzabekov haqlıdır. Yalnız ayrıca götürülmüş bir insan deyil, bəzən bütöv bir etnos hələ ki, öz tarixini planlaşdırmanın marağında deyil. Bu halda onların o qədər də çox vaxtı yoxdur. 2000-ci ildə şərh olunan layihə bitmiş və bəşəriyyət öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Sadəcə, bəziləri bunu anlamaq istəmirlər. Yoxsa, anlamaq iqtidarında deyillər
Keçən yay Vaşinqtonun Qovard tibb məktəbi gen bankının yaradılması haqqında elmi ictimaiyyətə xəbər yaydı.
Dünyada artıq gen mühəndisliyinin Böyük Britaniyanın 500 min vahid genofonda malik «DeKod» kimi iri bankları mövcud olmasına baxmayaraq, Qovard məktəbinin təşəbbüsü nadir haldır: burada genofond, yalnız afroamerika irqinin nümayəndələrinin genlərindən təşkil edilmişdir. Yaxın 5 ildə burada müxtəlif insanların genlərinin 25 min dəstinin toplanması nəzərdə tutulur. Yığılmış genofondun öyrənilməsi əsasında alimlər «İnsanın müəyyən bir etnik qrupa aid olması konkret bir xəstəliyin səbəbi ola bilərmi?» sualına cavab tapmaq niyyətindədirlər. Statistika bu suala müsbət cavab ehtimalına əsas verir, hər halda 60% afroamerikalı xroniki piylənmə xəstəliyindən əziyyət çəkir (köklü amerikalılarda bu faiz xeyli azdır), onlar şəkər, astma, ürək xəstəliklərinə daha tez-tez tutulurlar. Bu irqin qadınları daha çox süd vəziləri xərçəngi, həmçinin dəri vərəmi ilə 3-4 dəfə çox xəstələnirlər, fibroz şişli xəstəliklərə isə 9 dəfə çox məruz qalırlar. Alabama ştatı (ABŞ) Universitetindən doktor Timoti Harvey deyir: «Biz bilirik ki, müxtəlif irqi əlamətlərə malik şəxslər arasında gen müxtəlifliyi minimaldır. Bütün insanlar 99,9% bir-birinə bənzəyirlər!». Deməli, ayrı-ayrı irqlərin nümayəndələrinə xas ağır xəstəliklərin «ehtiyat daşıyıcıları» elə yerdə qalan 0,1% -dir.
Tədqiqatlar göstərir ki, bütün anadangəlmə anomaliyaların 5%-i dərman preparatlarının qəbulu ilə əlaqədardır. Biz, AGMEDA Azərbaycan-alman tibbi assosiasiyasının nəzdində «Sağlam körpə» Təşəbbüs qrupunun tədqiqatlarının nəticələri haqda danışacağıq.
Xatırladaq ki,media, artıq, bir dəfə, gənc tibb alimlərinin (ginekoloqların, neonatoloqların, pediatrların, farmakoloqların, genetiklərin) bu qrupu haqda, onlar hələ yenicə Soros Fondunun dəstəyi ilə «Sağlam qadın - sağlam nəsil» məlumat,maarifləndirici layihənin üzərində işləməyə başlayan zaman yazmışdı.
«Sağlam körpə» qrupu bu yaxınlarda artıq öz işini bitirmişdir və pilot layihənin iştirakçıları «dərman preparatlarının dölə və ycni doğulmuş körpəyə məhvedici təsiri haqda» həkimlərin biliklərinin tcst nəticələrini ictimaiyyətə təqdim etdilər.
«dölün inkişafının anadangəlmə qüsurları problemi çoxnövlüdür. Bu məsələnin öyrənilməsi ilə müxtəlif mütəxəssislər: genetiklər, neonatoloqlar, embrioloqlar, doğuşa qədər diaqnostika mütəxəssisləri məşğul olurlar. «Sağlam körpə» təşəbbüs qrupunun mütəxəssisləri deyirlər ki, səbəbləri ayırd etmək heç vaxt də olmur. Dölün anadangəlmə qüsurlarını mütəxəssislər iki böyük qrupa ayırırlar; birinci, irsən şərtlənmiş, yəni, genlərdə və xromosomlarda yığılmış, irsən keçən, ikinci,ana bətnindəki inkişaf zamanı əldə edilmiş, yəni, tədqiqatların göstərdiyi kimi, bütün anadangəlmə anomaliyaların 5%-i dərman preparatlarının qəbulu ilə əlaqədar olmuşdur. Dərmanlar hamiləliyin hər bir dövründə dölə ciddi təsir göstərə bilər. Dərman preparatlarının qəbulu uşağın orqanlarının və sistemlərinin yarandığı və formalaşdığı birinci üçaylıqda xüsusilə arzuedilməzdir. Elə preparatlar var ki, həqiqətən anadangəlmə eybəcərliyə səbəb olur, bir çox preparatlar isə prinsipcə təhlükəlidirlər (onların təsiri müəyyən mənfi amillər olduğu zaman aşkara çıxır).
Teratoloqlar - müxtəlif preparatların insan orqanizminə təsirini öyrənən mütəxəssislər əmindirlər ki, dərmanlarla istənilən eybəcərliyi «proqramlaşdırmaq» olar. Bu gün təcrübəli teratoloq bu və ya digər inkişaf qüsuruna əsasən hamilə qadının hansı dərmanı qəbul etdiyini müəyyən edə bilər. Məsələn, hormonlar ürək qüsuru, sidik-tənasül sistemi xəstəlikləri yaradır. Estrogen, sintetik prohestinlər kimi cinsiyyət hormonları cinsi oriyentasiyada problemlər yaradır. Hamiləlik dövründə bu preparatları qəbul edən qadınların, hermafroditizm, psixikanın pozulmasından əziyyət çəkən, habelə, cinsiyyətin dəyişdirilməsinə can atan uşaqlar doğmaları halları məlumdur.
Şəkəri azaldan sulfanilamidlər də dölə ciddi ziyan verə bilər.Ancaq, diabet xəstəliyi olan bir çox hamilə qadın bu dərmanları qəbul edir. Bədxassəli şişlərin müalicəsi üçün istifadə olunan preparatlar da çox təhlükəlidir. Düzünə gəlincə, onkoxəstəlik özü-özlüyündə hamiləliyə ziddir. Ancaq, elə qadınlar da var ki, heç nəyə baxmadan uşaq doğmağa risk etməyə hazırdırlar. Hamiləlik zamanı bir çox qıcolmaya qarşı istifadə olunan dərmanlar da qəbul etmək olmaz. Bu siyahını sonsuz davam etdirmək olar. Məsələn, Amerikada «Hamiləlik və dərmanlar» adlı bir ncçə yüz səhifəlik böyük kataloq tərtib edilmişdir. O, hamının ixtiyarındadır. İtaliyada «qırmızı telefon» adlandırılan telefonlar geniş yayılmışdır. Oraya zəng vuraraq hamiləliyə zidd olan preparatlar haqqında 24 saat məlumat almaq olar. Bizdə Azərbaycanda isə heç belə bir şey yoxdur.
İndi isə bizim tədqiqatlar haqda, - deyə Təşəbbüs qrupunun mütəxəssisləri davam edirlər: - Bakıda, Sumqayıtda, Şəkidə və Xaçmazda mama-ginekoloq və neonatoloqların anonim testlərinin təhlili bizə, bu gün mamalıq təcrübəsində istifadə olunan bir sıra yeni dərman vasitələrinin təhlükəli rüşeym,zəhərli təsiri haqda həkimlərin məlumatının olmaması qənaətinə gəlməyə vadar etdi. Çox kədərli də olsa, rayonlarda mama-ginekoloqlar, hamilə qadınların müalicəsində anaya və dölə teratogen təsir göstərdiyinə görə hamiləlik dövründə tətbiqi qadağan olunmuş və çoxdan istehsalatdan çıxarılmış preparatlardan geniş istifadə edirlər. Lakin, müasir antibakterial preparatlar mövcuddur ki, (vilprofen, rovamisin, azitromisin, fansidar, ofloksasin, pimafusin, polijinaks və b.) bunlar, rüşeym-zəhərli təsirə malik deyillər.Ancaq, təəssüf ki, yerlerdə bu preparatlar az tanınır, həkimlər praktikada onlardan əsasən istifadə etmirlər.
Son illər həyat tərzinə uyuşmayan inkişaf qüsurları ilə doğulmuş (daha tez-tez anensefaliya - beyinsiz doğulmuş) anomal uşaqların sayı kəskin artmışdır. Bu məyusedici faktların müxtəlif səbəbləri var, bunlar həm də hamilə qadınların səhvən aparılan müalicəsinin nəticəsi də ola bilər.
Bundan əlavə, aşkar edilmişdir ki, mama-ginekoloqlar virusa qarşı səhvən zoviraks, xerperaks, sikloferon, qansiklovir, foskarnet, brivudin kimi təhlükəli preparatlardan istifadə edirlər ki, bunlar da hamiləlik dövründə dölün inkişaf qüsurlarına səbəb olur. Buna görə, mütəxəssislərin hamiləliyin 12-ci həftəsindən sonra istifadəsinə icazə verilən təhlükəsiz və effektiv immunokorregiyaedici terapiyanın tətbiqinin mümkünlüyü haqda məsləhətləri çox vacibdir. Bu terapiyada insan immuhoqlobulini - immuhovenin, timalin, Taktivin, viferon şamlar kimi təhlükəsiz müasir preparatlardan istifadə edilir.
Müəyyən edilmişdir ki, Azərbaycanın rayonlarında mama-ginekoloqlar hamiləliyin ilk aylarından səbəbsiz və nəzarətsiz olaraq uzun müddətli vitaminoterapiya təyin edirlər. Həm də onlar, dölün inkişafının ilk aylarında onun müxtəlif qüsurlarına, hətta uşaq düşməsinə belə səbəb olan C, A, E və s. kimi vitaminlərin təhlükəli təsiri haqda məlumat,maarifləndirici məlumatlara malik deyillər. Bu problemə bizim neonatoloqlar xüsusi diqqət yetirməlidir.
Ümumiyyətlə, söhbət inkişafın anadangəlmə qüsurlarından gedəndə, «kim günahkardır?» sualı adətən cavabsız qalır, çünki «nə etməli?» sualına cavab axtarmaq daha vacib olur. Biz də bu suala cavab tapmaq istədik və Bakının, Sumqayıtın və Azərbaycanın rayonlarının həkimləri üçün xüsusi treninqlər keçirdik. Bizim məlumat materiallarımız fəal mübahisə edən, çoxlu suallar verən, onları maraqlandıran məlumatı özləri üçün qeyd edən treninq iştirakçıları arasında canlı marağa səbəb oldu.
Xüsusi məlumat bukletinin «Hamilələrin effektiv və təhlükəsiz müalicəsi» bölümündə həkimlərə kömək edəcək müasir, təhlükəsiz (hamilə qadın, döl üçün) terapiyanın konkret sxemini vermişik.
Əminik ki, bir çox həkim səhvləri məhz məlumat-maarifləndirici və elmi-tibbi ədəbiyyatın olmamasının nəticəsidir. Buna görə həkimlər, xüsusilə, rayonlarda ixtisas biliklərini təkmilləşdirmək imkanından məhrumdurlar. Ona görə son elmi göstəricilər, təhlükəsiz və effektiv müalicənin müasir metodları haqda məlumat məcmuəsi tam yerinə düşdü.
Təşəbbüs qrupumuz Şəkidə, Xaçmazda, Bakıda, Sumqayıtda həkimlərdən əlavə, «hamilə qadınlar və gələcək analar üçün» də xüsusi treninqlər təşkil etdi.
«Sağlam körpə» təşəbbüs qrupunun hazuiadığı «Hamilələr üçün yaddaş» kitabçası da treninq iştirakçılarının böyük marağına səbəb oldu.
Pilot layihəsi həkimlər və hamilələr arasında savadsızlığın aradan qaldırılmasına imkan verən, hamilə qadınların özlərinin, körpələrinin həyatları üçün məsuliyyət hissinin yüksəldilməsində bu kimi işlərin davam etdirilməsi zəruriliyini bir daha sübut etdi.
İnanmaq istərdik ki, mama-ginekoloq və hamilələrlə keçirdiyimiz söhbətlər, treninqlər hədər getməyəcək, alınan məlumat, müxtəlif dərman preparatlarının rüşeym,zəhərli təsirindən yaranmış həkim səhvlərinin miqdarının heç olmazsa bir qədər azalmasına, anadangəlmə anomaliyaların faizinin aşağı düşməsinə imkan yaradacaq» - deyə «Sağlam körpə» təşəbbüs qrupunun tibb alimləri fikirlərini yckunlaşdırdılar.

E.TÜRKSOY
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ