Dünyanın tanınmış elm xadimləri Azərbaycana haqq işində  mənəvi dəstəklərini nümayiş etdirirlər
Tarix: 29-10-2020, 10:02
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın tanınmış elm xadimləri Azərbaycana haqq işində mənəvi dəstəklərini nümayiş etdirirlər

29-10-2020, 10:02

Azərbaycan Dillər Universitetində (ADU) erməni təxribatları və mülki şəxslərə qarşı törədilən terror aktları haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda, tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı həyata keçirdiyi terror əməlləri barədə məktublar göndərirlər. Artıq həmin məktublara cavablar gəlir. Məktub müəllifləri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.

Bu barədə Forpost.az -a ADU-dan bildirilib. Məktublardan birini Virciniya Universitetinin dosenti Robert Biançi yazıb. O, 2018-ci ildə ADU-da keçirilən “Tətbiqi dilçiliyin müasir problemləri” adlı beynəlxalq konfransda iştirak etdiyini bildirib: “Həmin səfər zamanı ölkəniz və Azərbaycan xalqı haqqında xoş təəssüratla ayrılmışam. Sizin torpaqlarınız uğrunda apardığınız mübarizəni dəstəkləyirəm. Dualarım sizinlədir”.

Qazaxıstanın İdarəetmə, İqtisadiyyat və Strateji Araşdırmalar İnstitutunun dosenti Nadirbek Abdulaxatov isə yazır: “Əziz qardaşlarım, həqiqət sizin tərəfinizdədir. Allah şahiddir. Biz Allahdan əsgərlərinizə güc-qüvvət arzulayırıq. Qarabağ Azərbaycandır!”

Yaponiyanın Çiba Kommersiya Universitetinin müəllimi Hiroe Komiya göndərilən məktuba cavabında bildirib ki, Azərbaycanda baş verən hadisələr haqqında çox narahatdır: “Azərbaycan haqqında məlumatları izləyirəm. Uzun sürən konfliktin tezliklə Azərbaycan üçün uğurla nəticələnməsini arzu edirəm”.

Amerikanın Solsberi Şəhər Universitetinin məzunu, politoloq-konfliktoloq Cosh Hill isə cavab məktubunda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, münaqişədən xəbərdar olduğunu və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirib. Cosh Hill, eyni zamanda, bəzi Amerika siyasi dairələrinin, konqresmenlərin ədalətsiz mövqeyindən təəssüfləndiyini yazır, onlara həqiqəti çatdırmaq üçün məktublar yazmağa hazırlaşdığını bildirib.


Digər bir alim - kanadalı professor, bioloq Mitchel Flaminq erməni təcavüzündən və mülki əhalinin bombalanmasından hiddətini ifadə edir, Azərbaycan xalqının yanında olduğunu, dünya birliyinin təcavüzkarı susdurmaq üçün az iş görməsindən təəssüfləndiyini bildirir.

Tanınmış tərcüməçi, yazar və redaktor Ən Tompson yazır: “ Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və azərbaycanlıların bu regiona bağlılıqları var. Xüsusən də onlar Qarabağın azərbaycanlı xanının keçmiş iqamətgahı Şuşa şəhərini Azərbaycan musiqisinin və poeziyasının beşiyi kimi əziz tuturlar. Davamlı sülhün nizamlanması naminə həm azərbaycanlılar, həm də ermənilər Dağlıq Qarabağda yaşaya bilməlidirlər”.

Universitetə göndərilən 50-ə yaxın cavab məktubunda da yuxarıda göstərilən mövqelər, fikirlər təkrarlanır.

Qeyd edək ki, ADU-da əməkdaşlar və tələbələr tərəfindən yaradılmış qərargah tərəfindən indiyədək 700 məktub göndərilib. ADU-dan ümumilikdə göndərilən məktubların sayı isə 2000-ə yaxınlaşır. Məktublar ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, dan, ərəb və s. dillərdə yazılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ